Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-21/2021 19.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1959-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, təqaüdçü, məhkumluğu olmayan, Mingəçevir şəhəri Nizami prospekti 15 mənzil 2-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, əvvəllər tanıdığı Şahid1 faktiki ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs özünü böyük nüfuza malik olan şəxs kimi təqdim edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sonuncuya nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq adı ilə vəd verib 01 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində birlikdə Mingəçevir şəhərindən Yevlax şəhərinə gələrək, Yevlax şəhər İcra Hakimiyyətinin yaxınlığında idarə etdiyi Nissan X-Trail markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Zərərçəkmiş şəxs 800 manat pulunu aldadıb alaraq vədinə əməl etməməklə sonuncunun həmin məbləğdə pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir.. Təqsirləndirilən şəxs ərizə təqdim edərək yataq xəstəsi olduğundan çağırışlaragələ bilmədiyini, məhkəməyə gəlməyə səhhətinin imkan vermədiyini qeyd etməklə, dəymiş ziyanın ödənilməsini nəzərə almaqla iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş və cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Cinayət Prosessual Məcəllənin 311.2.2 maddəsinə əsasən işə təqsirləndirilən şəxsin iştirakı olmadan müdafiəçisinin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı özünü təqsirli bilərək söyləmişdir ki, 30 sentyabr 2020-ci il tarixdə saat 15-16 radələrində o, milli orduya çağırılmış şəxsləri döyüşə yola salmaq məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Mingəçevir şəhər şöbəsinə getmiş və mərasimdə çıxış etmişdir. Pilləkəni düşərkən çətinlik çəkmiş, əvvəllər tanımadığı, həmin vaxt tanış olduğu Şahid1 Yediyar oğlu ona kömək etmişdir. Telmana səhhəti ilə əlaqədar olaraq avtomobilini yaxşı idarə edə bilmədiyini demiş, avtomobilinin açarını Telmana verərək onu yaşadığı evə aparmasını xahiş etmişdir. Telmana Mingəçevir şəhərində yaşadığını, Təqsirləndirilən şəxs olduğunu, hərbi xidmət sahəsində yüksək vəzifədə işlədiyini, avtomobilini idarə etməklə ona sürücü işləməsini, hər ay 500 manat əmək haqqı verəcəyini demişdir. Telman avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığını demişdir. Telmana sürücülük vəsiqəsi almaqda kömək edəcəyini demişdir. Telman əvvəlcə arvadı Dilbərə sürücülük vəsiqəsi alacağını, sonra isə özünə sürücülük vəsiqəsi alacağını demişdir. Telmana onun üçün heç bir fərqin olmadığını, nüfuzlu şəxs olduğu üçün Dilbərə sürücülük vəsiqəsi alacağını demişdir. Telmana Dilbərin sənədlərini və 800 manat pul hazırlamasını, səhəri gün Yevlax şəhərində yerləşən X3 gəlib Dilbərə sürücülük vəsiqəsi alacağını demişdir. Dilbərin sənədlərini Yevlax rayon X3 təqdim etməyi, sürücülük vəsiqəsi verən məsul şəxsdən Dilbərə sürücülük vəsiqəsi verməsini xahiş etməyi, 800 manat pulu isə özünə götürməyi qərara almışdır. 01 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Telman onun avtomobilini idarə edərək birlikdə Dilbərin işlədiyi gözəllik salonuna getmişlər. Dilbər avtomobilə əyləşmiş, Telman avtomobili idarə edərək onlar Yevlax şəhərinə gəlmişlər. Yevlax rayon X1 Dilbərə sürücülük vəsiqəsi almalı olmuşdur. Telmana avtomobilini əvvəlcə Yevlax şəhər İcra Hakimiyyətinə sürməsini demiş, Telman avtomobilini Yevlax şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən dayanacaqda dayandırmışdır. Bundan sonra Dilbər sənədlərini və pulu Telmana vermişdir. Telman pulu saymış, o, pulun 800 manat olduğunu görmüşdür. Telman həmin 800 manat pulu və sənədləri ona vermişdir. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşıb kimi axtardığını soruşmuşdur. Polis əməkdaşına İcra Başçısı ilə görüşmək istədiyini, lakin, səhhəti ilə əlaqədar olaraq binaya çıxa bilməyəcəyini demişdir. Polis əməkdaşına İcra Başçısını onun yanına çağırmasını demişdir. Polis əməkdaşı ondan kim olduğunu soruşmuş və vəsiqəsini təqdim etməyini demişdir. Polis əməkdaşı İcra Başçısını çağırmadığı üçün o, polis əməkdaşını qorxutmaq məqsədi ilə mərkəzi kəşfiyyat xidmətinin rəisi olduğunu demişdir. Polis əməkdaşına qışqıraraq “sənə deyirəm get başçıya denən Nazim müəllim gəlib, denən gəlsin yanıma” demişdir. İcra Hakimiyyətinin işçiləri də onun yanına gəlmişlər. Həmin şəxslər də ondan vəsiqəsini tələb etmişlər. Bundan sonra o, Telmana avtomobili idarə etməsini və İmtahan bölməsinə getmələrini demişdir. Telman avtomobili idarə edərək X2 yerləşdiyi ünvan istiqamətində hərəkət etmişlər. Həmin vaxt yol polisi əməkdaşları xidməti avtomobillərlə gəlib Telmanın idarə etdiyi avtomobili dayandırmışlar. Polis əməkdaşları onları Yevlax rayon polis şöbəsinə gətirmişlər. O, polis şöbəsində Dilbərin onun barəsində ərizə yazdığını bilmişdir. Dilbərin sənədlərini və 800 manat pulu istintaq orqanına təqdim etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, iş üzrə heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı bildirmişdir ki, minik avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi almaq məqsədi ilə 30 may 2015-ci il tarixdən 14 iyul 2015-ci il tarixədək olan müddət ərzində Mingəçevir şəhərində yerləşən sürücülük məktəbində “B” kateqoriyası üzrə kurs bitirmişdir. Ona 017681 nömrəli şəhadətnamə verilmişdir. Lakin, sürücülük vəsiqəsi almaq üçün imtahan verməmiş və onun sürücülük vəsiqəsi olmamışdır. 2020-ci ilin sentyabr ayında sürücülük vəsiqəsi almaq qərarına gəlmiş və tələb olunan sənədləri toplamağa başlamışdır. 23 sentyabr 2020-ci il tarixdə Telmanla birlikdə Mingəçevir şəhər mərkəzi xəstəxanasına getmişdir. Tibbi müayinələrdən keçmiş və ona sağlamlıq haqqında tibbi arayış verilmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında baş vermiş müharibə ilə əlaqədar olaraq sürücülük vəsiqəsi almağı təxirə salmış və sənədlərini hər hansı bir dövlət qurumuna təqdim etməmişdir. 30 sentyabr 2020ci il tarixdə axşam saatlarında Telman onun yaşadığı evə gələrək həmin gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Mingəçevir şəhər şöbəsinə çağırılmış şəxsləri apardığını, orada Nazim adlı şəxslə tanış olduğunu, Nazimin özünü nüfuzlu şəxs kimi təqdim etdiyini, hərbi vəzifəli şəxs olduğunu bildirdiyini ona demişdir. Telman çağırışçıların hərbi xidmətə yola salınma mərasimində Nazimin yaxşı çıxış etdiyini və hər kəsin Nazimi alqışladığını demişdir. Telman Nazimdən ona sürücülük vəsiqəsi almaqda kömək etməyi xahiş etdiyini, Nazimin sürücülük vəsiqəsi almaqda kömək edəcəyinə söz verdiyini, bunun üçün Nazimin 800 manat pul istədiyini demişdir. Sürücülük vəsiqəsi almaq üçün 800 manat pul verməyə razı olduğunu demişdir. Telman səhəri gün 01 oktyabr 2020-ci il tarixdə Nazimlə görüşəcəklərini demişdir. 01 oktyabr 2020-ci il tarixdə saat 08:30 radələrində Telman “Nissan X Trail” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə gözəllik salonuna gəlmişdir. Nazim ona şəxsiyyət vəsiqəsini, tibbi arayışı, şəhadətnaməni və 800 manat pulu götürməyini demişdir. Sənədlərini və 800 manat pulu götürüb cibinə qoymuşdur. Nazim Yevlax şəhərində yerləşən X3 gedib bir gün müddətində ona sürücülük vəsiqəsi alacağını demişdir. Telman Nazimin avtomobilini idarə edərək birlikdə Yevlax şəhərinə gəlmişlər. Nazim Telmana əvvəlcə avtomobili Yevlax şəhər İcra Hakimiyyətinə sürməyini demişdir. Telman avtomobili Yevlax şəhər İcra Hakimiyyəti istiqamətində idarə etmişdir. İcra Hakimiyyətinə çatmağa az qalmış Nazim 800 pulu və sənədlərini ondan istəmişdir. Avtomobil hərəkətdə olarkən sənədlərini və 800 manat pulu avtomobilin içərisində Telmana vermişdir. Telman isə onun sənədlərini və 800 manat pulunu Nazimə vermişdir. Nazimin İcra Hakimiyyətinin köməkliyi ilə ona sürücülük vəsiqəsi alacağını düşünmüşdür. Telman avtomobili İcra Hakimiyyətinin binasının qarşısında dayandırmışdır. İcra Hakimiyyətində xidmət aparmış polis əməkdaşı və digər işçilər avtomobilə yaxınlaşmışlar. Nazim cibindən vəsiqə çıxararaq polis əməkdaşına göstərmiş və dərhal cibinə qoymuşdur. Nazim İcra Başçısı ilə görüşmək istədiyini, başçını oraya çağırmalarını demişdir. Polis əməkdaşı Nazimə vəsiqəsində yazılanları oxuya bilmədiyini, vəsiqəsinə təkrar baxmaq istədiyini demişdir. Lakin, Nazim vəsiqəsini təkrar olaraq polis əməkdaşına göstərməmişdir. Polis əməkdaşı Nazimdən kim olduğunu soruşmuşdur. Nazim kim olduğunu deməmiş və icra başçısını çağırmağını demişdir. Polis əməkdaşı və digər işçilər icra başçısını çağırmamışlar. Bundan sonra Nazim Telmana “tez meroya sür” demişdir. Telman avtomobili idarə edərək Nazimin qeyd etdiyi ünvan istiqamətində hərəkət etmişdir. Bir neçə dəqiqə sonra yol polisinin əməkdaşları xidməti avtomobillərlə gələrək Telmanın idarə etdiyi avtomobili dayandırmışlar. Polis əməkdaşları onları Yevlax rayon polis şöbəsinə gətirmişlər. Nazimin onu aldadıb 800 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bilmiş və bununla bağlı Nazimin barəsində şikayət ərizəsi yazmışdır. Həmin vaxt ona məxsus sənədlər və pul Nazimin üzərində olmuşdur. İstintaq zamanı sənədləri ona qaytarılmışdır. Həmçinin, ona məxsus olmuş bir ədəd “200” manatlıq, altı ədəd “100” manatlıq pul əskinaslarından ibarət cəmi 800 manat pul saxlanılması üçün ona təhvil verilmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə, yəni etibardan sui-istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmədə təqsirli olmaları özünün etirafı, zərər çəkmiş şəxsin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Cinayət Məcəlləsi: Maddə 73-1.1. Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş zərəri ödəməsini və sonuncunun ondan şikayəti və tələbi olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədidiyindən, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Göstərilən hüquqi yardıma görə 180 manat tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-21/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-21/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver