Məhkəmə qərarları › İş №1(039)-21/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-21/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-21/2022 21.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Rzayev X2 (COVİD-19) xəstəliyinə dair verdiyi testin nəticəsinin POZİTİV olmasına dair 30.08.2021-ci ildə məlumatı olmaqla həmin xəstəliyə yoluxduğunu bildiyi və xəstəliyə yoluxması səbəbindən yaşadığı evdən kənara çıxmayaraq evdə müalicə almalı olmasına dair ona səlahiyyətli dövlət orqanının nümayəndəsi tərəfindən şifahi xəbərdarlıq edildiyi halda, ona edilmiş xəbərdarlığa məhəl qoymayaraq “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat profilaktika və digər tədbirlərin görülməsi Qaydaları”na əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılması ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2021-ci il tarixli 248 nömrəli qərarının tələblərini pozaraq 04 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində qəsdən yaşadığı evdən çıxaraq əhalinin sıx toplaşdığı Yevlax şəhəri Q.Quliyev küçəsi ilə C.Cabbarlı küçəsi istiqamətində piyada hərəkət edərək C.Cabbarlı küçəsində yerləşən X3 məxsus olan meyvə-tərəvəz mağazasının qarşısına gəlib orada olan stulda əyləşməklə yoluxduğu Koronavirus (COVİD-19) xəstəliyinin qəsdən yayılması üçün real təhlükə yaratmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 2021-ci il avqust ayının sonlarında özünü çox pis hiss etmişdir. Belə ki, onda halsızlıq və qızdırma olmuş, son dövrlərdə ölkədə koronavirus infeksiyası yayıldığı üçün onda olan əlamətlərdən koronavirus olduğumdan şübdələnərək 29.08.2021-ci il tarixdə COVİD-19 vurusuna yoluxub yoluxmamağımı müəyyən etmək üçün evə təcili tibbi yardım çağırmış, həmin gün təcili tibbi yardımın içiləri COVİD-19 vurusuna yoluxub yoluxmamağını müəyyən etmək üçün ondan yaxma götürmüşlər və bildirmişlər ki, cavab çıxan zaman ona məlumat verəcəklər. 30.08.2021-ci il tarixdə xəstəxanadan ona zəng edərək verdiyi testin cavabı çıxdığını, onun COVİD-19 vurusuna yoluxduğunu və iki həfdə ərzində yaşadığı evi tərk etməməyini bildirdirmişlər. Həmin gündən o, yaşadığı evdə müalicə almağa başlamış, verdiyim testin cavabı çıxandan 3-4 gün sonra, yəni 04.09.2021-ci il tarixdə özünü yaxşı hiss etdiyi üçün və evdə qalmaqdan sıxıldığı üçün şəhərə çıxmaq qərarına gəlmişdir. O, evdən çıxaraq Yevlax şəhəri C.Cabbarlı küçəsi ilə Q.Quliyev küçəsinin kəsişməsində yerləşən Pənahın mağazasının yanında olan əvvəllər fəhlə işlədiyi plastik qapı pəncərə sexinə getmiş, lakin həmin sexin bağlı olduğunu görərək yaxınlıqdakı Pənahın meyvə-tərəvəz mağazasına getmiş bir qədər sonra yəni 04.09.2021-ci il tarixdə saat təxminən 19:50 radələrində polis əməkdaşları ora gələrək videoçəkilişlə onu sorğu sual edərək Covid-19 virusunun daşıyıcısı ola ola küçəyə çıxmamasını tövsiyyə edərək yaşadığı evə aparmışlar. Hazırda törətdiyi əməldən peşman olduğunu, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax şəhəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların sırasında olduğu üçün hər gün polis şöbəsinə Covid-19 virusuna yoluxmuş və müalicə alan şəxslərin siyahısı daxil olur. Ona görə də Yevlax rayon polis şöbəsinin əməkdaşları xidməti ərazilərində “Covid-19” virusuna yoluxmuş şəxslərin siyahısını götürərək onların karantin rejimini pozub pozmamalarına nəzarət edir. Onun xidməti ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərdən biri də ünvan 1-də qeydiyyatda olmaqla Yevlax şəhəri Q.Quliyev küçəsi ev 8 mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs olmuşdur. 04 sentyabr 2021-ci il tarixdə saat təxminən 19:30 radələrində ona məlumat daxil olmuş ki, Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğu halda yaşadığı evi tərk etmişdir. O, Təqsirləndirilən şəxs Yevlax şəhəri Q.Quliyevlə C.Cabbarlı küçəsinin kəsişməsində yerləşən meyvə tərəvəz mağazasının qarşısında yerini müəyyən edərək polis şöbəsinə məlumat vermiş. Həmin vaxt rəhbərliyin göstərişinə əsasən Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı Vüsal Hüseynov, Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X5, sahə polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs aşkar etdiyi meyvə tərəvəz mağazasına getmişlər. Onlar həmin yerə çatdıqda Həmidin mağazanın qarşısında olduğunu görmüşlər. X4 Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Bundan sonra təhqiqatçı da özünü Həmidə təqdim etmişdir. Həmin vaxt polis əməkdaşı Sirac Fərəcov isə videoçəkiliş etməyə başlamışdır. X4 Təqsirləndirilən şəxs videoçəkiliş aparılmasına etirazının olub olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. X4 Təqsirləndirilən şəxs Covid-19 vurusuna yoluxmuş halda karantin qaydasını hansı səbəbə pozduğunu soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, 29.08.2021-ci il tarixdə yaşadığı evə təcili tibbi yardım əməkdaşları gələrək “Covid-19” virusuna yoluxub yoluxmamağını müəyyən etmək üçün ondan yaxma götürmüşlər, 30.08.2021-ci il tarixdə isə Yevlax şəhər mərkəzi xəstəxanasından ona zəng edərək aktiv koronavirus xəstəsi olduğunu və yaşadığı evi tərk etməməsini bildirmişlər. O, isə yaşadığı evdə darıxdığı üçün yaşadığı evi tərk edərək küçəyə çıxmışdır. Həmin vaxt X4 Təqsirləndirilən şəxs bildirmişdir ki, Covid-19 vurusuna yoluxduğu üçün yaşadığı evi tərk etməməlidir. Bundan sonra videoçəkiliş sona çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə yola salınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 06.09.2021-ci il tarixli məktubundan görünür ki, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 8 mənzil 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs 29.08.2021-ci il tarixdə “Covid-19” virusu yoxlanılması üçün yaxma götürülmüş və 30.08.2021-ci il tarixdə “pozitiv” cavab aşkarlanmışdır. ( iş vər. 15); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 dekabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( iş vər. 59); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 326.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplamaqla üzərində qəti olaraq 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 05.04.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. (iş vər. 16). Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 5 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24.11.2014-cü il təvəllüdlü Süleyman və 07.01.2019-cu il təvəllüdlü Zeynəb adlı iki azyaşlı uşağı var. (iş vər. 30); Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 5 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 31). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən və iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar