Məhkəmə qərarları › İş №1(039)-21/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-21/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-21/2023 11.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin İ-ci İnstansiya Məhkəməsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs2 xx.xx.1991-ci ildə Yevlax şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işsiz, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi 177-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılan -Təqsirləndirilən şəxs2 xx.xx.1986-cı ildə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, Azərbaycan Respublikası CM-nin 234.1 və 315-ci maddələri ilə təqsirli bilinərək Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 127-də qeydiyyatda olmaqla yaşayan, barəsində məhkəmənin qərarı ilə “həbs" qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılan -Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 11 yanvar 2023-cü il tarixdə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 1 ədəd 300 manat dəyərində içərisində 5 ədəd qazan dəsti olan çemodanı, 1 ədəd 100 manat dəyərində çəngəl, bıcaq və qaşıq dəsti olan çemodanı, 1 ədəd 80 manat dəyərində elektrik tozsovuranı, 2 ədəd olmaqla 1 ədədin qiyməti 80 manat olan ümumilikdə dəyəri 160 manat olan 2 ədəd elektirik ət-çəkən məişət əşyalarını, 1 ədəd 70 manat dəyərində elektrik blender aparatını, 3 ədəd olmaqla 1 ədədin qiyməti 50 manat olan ümumilikdə 150 manat dəyərində olan 3 ədəd saç qurudan elektrik fenlərini, 15 dəst olmaqla 1 dəstinin qiyməti 30 manat olan, ümumilikdə 450 manat dəyərində olan yataq üçün üzlük dəstlərini, 7 ədəd olmaqla 1 ədədinin qiyməti 20 manat olan ümumilikdə 140 manat dəyərində yataq döşək üzlüklərini, 8 dəst olmaqla 1 dəstinin qiyməti 10 manat olan ümumilikdə 80 manat dəyərində olan yataq balınc üzlüklərini, 18 ədəd olmaqla 1 ədədin qiyməti 10 manat olan ümumilikdə 180 manat dəyərində olan hamam dəsmallarını, 8 ədəd olmaqla 1 ədədin qiyməti 20 manat olan ümumilikdə 160 manat dəyərində olan müxtəlif qadın şalvarlarını, 15 ədəd olmaqla 1 ədədin qiyməti 5 manat olan ümumilikdə 75 manat dəyərində olan müxtəlif qadın koftalarını, 7 ədəd olmaqla 1 ədədinin qiyməti 50 manat olan ümumilikdə 350 manat dəyərində olan müxtəlif qadın donlarını, 43 ədəd olmaqla 1 ədədinin dəyəri 3 manat olan ümumilikdə 129 manat dəyərində müxtəlif qadın kalqotkalarını, 35 ədəd olmaqla 1 ədədi 3 manat dəyərində olan ümumilikdə 105 manat dəyərində müxtəlif qadın alt paltarlarını, 3 ədəd olmaqla 1 ədədinin dəyəri 5 manat olan ümumilikdə 15 manat dəyərində olan müxtəlif qadın kremlərini, 4 ədəd qadın ətiri olmaqla bir ədədinin dəyəri 21 manat 25 qəpik olan ümumilikdə 85 manat dəyərində müxtəlif qadın ətirlərini, 2 qutuda olmaqla bir qutusunun dəyəri 25 manat olan ümumilikdə 50 manat dəyərində olan insulin iynələrini, 35 manat dəyərində olan 7 qutu şəkər ölçmə çöplərini, 9 cüt olmaqla 1 cütünün qiyməti 15 manat olan ümumilikdə 135 manat dəyərində müxtəlif qadın ayaqqabılarını, 2 ədəd olmaqla 1 ədədinin dəyəri 5 manat olan, ümumilikdə 10 manat dəyərində müxtəlif kişi üst geyimlərini, 20 manat dəyərində olan 1 ədəd kişi şalvarını, 1 ədəd 20 manat dəyərində olan qadın koftasını, 4 ədəd olmaqla 1 ədədinin dəyəri 10 manat olan ümumilikdə 40 manat dəyərində qalın ədyalları, 2 ədəd olmaqla 1 ədədinin dəyəri 10 manat olan ümumilikdə 20 manat dəyərində qadın çantalarını, evin mətbəxində olan soyuducudan ümumi dəyəri 25 manat olan 2 kq yağını, 5 ədəd olmaqla 1 ədədi 2 manat dəyərində olan 10 manat dəyərində qab sabunlarını, daha sonra evin həyətindən 1 ədəd 150 manat dəyərində açılıb-qatlanan taxta nərdivanı, 1 ədəd 50 manat dəyərində işlənmiş 24 ölçüdə velosipedi, xeyir şər üçün nəzərdə tutulmuş 2 ədəd olmaqla 1 ədədin dəyəri 50 manat olan ümumilikdə 100 manat dəyərində aliminum qazan və teşt dəstini və 1 ədəd 50 manat dəyərində işlənmiş markası məlum olmayan elektrik direlini gizli yolla ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 3344 (üç min üç yüz qırx dörd) manat məbləğində maddi ziyan vuraraq bir qrup şəxs halında yaşayış sahəsindən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, ailəlidir və heç bir yerdə işləmir. Təxminən 2022-ci ilin iyul ayının 20-25 tarixlərində gecə saat 03 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmək məqsədi ilə Yevlax şəhəri Nizami küçəsi ilə hərəkət edərkən orada olan həyət evinin işıqlarının yanmadığını görmüşdür. Elşən həyətin daş hasarına çıxaraq oradan həyətə daxil olmuşdur. Elşən əvvəlcə həyətə sonra oradan evə daxil olmuş və o, təxminən 10-15 dəqiqə gözlədikdən sonra Elşən hasardan ona 1 ədəd içərisində 5 ədəd qazan dəsti olan qazanları, 1 ədəd ətçəkən elektirik avadanlığını və içərisində qaşıq çəngəl bıcaq dəsti olan cemodanı vermiş və o, əşyaları yerə qoymuşdur. Az sonra Elşən hasardan aşaraq ona yaxınlaşmış və Elşən oğurlayaraq əldə etdikləri əşyaları özü ilə birlikdə yaşadığı evə aparmış və onlar səhəri gün həmin əşyaları satmaq qərarına gəlmişlər. Elşən özü həmin əşyaları Yevlax şəhəri Vaqif küçəsində tanımadıqları qadına 40 manata satmışdır. Həmin əşyaları Elşən satdıqdan sonra onunla görüşmüş və oğurlayaraq əldə etdiyi əşyaların satılmasından əldə etdiyi 40 manat pulun 20 mantını ona vermişdir. O, Elşənin oğurlayaraq əldə etdikləri əşyaları satdığı şəxsi tanımır. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini, hazırda yaşayış səviyyəsinin aşağı vəziyyətdə olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bildi ifadəsində göstərdi ki, ailəlidir və himayəsində 5 azyaşlı uşağı vardır. O, 2022-ci ilin iyun ayının 20-dən sonra xatırlamadığı gündə gecə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus evin daş hasardan həyətə daxil olaraq həyətdə olan bir mərtəbəli mənzilə daxil olaraq yataq otağında olan paltar şkafının yanında yerləşən 1 ədəd içərisində 5 ədəd qazan dəsti olan qazanları oğurlayaraq oradan təkrar olaraq mətbəxə daxil olmuş, mətbəxdən 1 ədəd ətçəkən elektirik avadanlığını və içərisində qaşıq çəngəl bıcaq dəsti olan çemodanı oğurlayaraq daxil olduğu yerdən bayıra çıxmış və daş hasarın yanına yaxınlaşdıqda həmin oğurladığı əşyaları bayıra çıxarmış və Heydər isə daş hasardan onun əlindən oğurladığı əşayaları götürərək ona köməklik etmişdir. O, oğurlayaraq əldə etdiyi əşyaları özü ilə birlikdə yaşadığı evə aparmış və səhəri gün özü həmin əşyaları satmaq üçün alıcı axtarmağa başlamışdır. O, şəhər ərazisində gəzərkən Vaqif küçəsində həyət evlərinin qarşısında yaşlı bir nəfər qadına 50 manata satmışdır. Həmin əşyaları satdıqdan sonra Heydər ilə görüşmüş və əşyaların satılmasından əldə etdiyi 50 manat pulun 20 manatını Heydərə vermişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, himayəsində 5 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25.07.222-ci il tarixdə günorta satlarında Göygöl rayonundan yaşadığı Yevlax rayonuna geri dönmüş və qızı ilə birlikdə həyətə daxil olduqda yaşadığı evin pəncərələrindən birinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, mənzilin qapısını açaraq mənzilə daxil olduqda mənzildə olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş və DİN-nin 102 xidmətini yığaraq oğurluq barəsində məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və onun iştirakı ilə mənzilə baxış keçirmişlər. O, mənzilə baxdıqda təxminən 1 ədəd içərisində 5 ədəd qazan dəsti olan çemodan, 1 ədəd çəngəl, bıcaq və qaşıq dəsti olan çemodan, 1 ədəd elektirik tozsovran, 2 ədəd elektirik ət-çəkən maşın, 1 ədəd elektirik blender aparatı, 3 ədəd saç qurudan elektirik feni, 15 dəst yataq üçün üzlük dəsti, 7 ədəd yataq döşək üzlüyü, 8 dəst yataq balınc üzlüyü, 18 ədəd hamam dəsmalı, 8 ədəd qadın şalvarı, 15 ədəd qadın koftası, 7 ədəd toy qadın donu, 43 ədəd qadın kalqotkası, 35 ədəd qadın alt paltarı, 3 ədəd qadın krem və 4 ədəd qadın ətiri, soyuducudan 2 kq yağ, 2 qutuda insulin iynəsi, 7 qutu şəkər ölçmə çöpü, mətbəxdə olan 5 ədəd qab sabunu, 9 cüt qadın ayaqqabısı, 2 ədəd kişi üst geyimi, 1 ədəd kişi şalvarı, 1 ədəd qadın koftası, 4 ədəd qalın ədyal, 2 ədəd qadın çantası, 1 ədəd taxta nərdivan, 1 ədəd işlənmiş 24-lük velosiped, xeyir şər üçün nəzərdə tutulmuş 2 ədəd aliminum qazan, teşt və 1 ədəd işlənmiş elektirik direlinin oğurlandığını bilmişdir. Məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştrak edə bilməyəcəyini, istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 25 iyul 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evidir. Baxış zamanı məlum olmuşdur ki, yaşayış evinin mətbəxinin pəncərəsini zor tətbiq edilməklə açılmış vəziyyətdədir. Bundan əlavə baxış zamanı evdəki əşyaların dağıdıldığı aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 23 sentyabr 2022-ci il tarixli ƏQ-228/2022 saylı mütəxəssis rəyindən görünür ki, qərarda göstərilən 1 ədəd dəyəri 300 manat dəyərində içərisində 5 ədəd qazan dəsti olan çemodan, 1 ədəd 100 manat dəyərində çəngəl, bıcaq və qaşıq dəsti olan çemodan, 1 ədəd 80 manat dəyərində elektirik tozsovran, 2 ədəd, 1 ədədin qiyməti 80 manat ümumi dəyəyəri 160 manat olan elektirik ətçəkən maşın, 1 ədəd 70 manat dəyərində elektirik blender aparatı, 3 ədəd, 1 ədədin qiyməti 50 manat, ümumi dəyəri 150 manat olan saç qurudan elektirik feni, 15 dəst, 1 ədədin qiyməti 30 manat, ümumi dəyəri 450 manat olan yataq üçün üzlük dəsti, 7 ədəd, 1 ədədinin qiyməti 20 manat, ümumi dəyəri 140 manat olan yataq döşək üzlüyü, 8 dəst, 1 ədədinin qiyməti 10 manat, ümumi dəyəri 80 manat olan yataq balınc üzlüyü, 18 ədəd, 1 ədədin qiyməti 10 manat, ümumi dəyəri 180 manat olan hamam dəsmalı, 8 ədəd, 1 ədədin qiyməti 20 manat ümumi dəyəri 160 manat olan qadın şalvarı, 15 ədəd, 1 ədədin qiyməti 5 manat ümumi dəyəri 75 manat olan qadın koftası, 7 ədəd, 1 ədədinin qiyməti 50 manat ümumi dəyəri 350 manat olan qadın donu, 43 ədəd, 1 ədədi 3 manat ümumi dəyəri 129 manat dəyərində qadın kalqotkası, 35 ədəd, 1 ədədi 3 manat, ümumi dəyəri 105 manat olan qadın alt paltarı, 3 ədəd qadın kremi və 4 ədəd qadın ətiri ümumi dəyəri 100 manat olan, soyuducudan 2 kq yağ ümumi dəyəri 25 manat, 2 qutuda ümumi dəyəri 50 manat olan insulin iynəsi, 7 qutu şəkər ölçmə çöpü ümumi dəyəri 35 manat, mətbəxdə olan 5 ədəd, 1 ədədi 2 manat olan 10 manat dəyərində qab sabunu, 9 cüt, 1 ədədin qiyməti 15 manat, ümumi dəyəri 135 manat olan qadın ayaqqabısı, 2 ədəd, 1 ədədi 5 manat olan, ümumi dəyəri 10 manat kişi üst geyimi, 1 ədədi 20 manat ümumi dəyəri 20 manat olan kişi şalvarı, 1 ədədi 20 manat ümumi dyəri 20 manat qadın koftası, 4 ədəd 1 ədədi 10 manat, ümumi dəyəri 40 manat qalın ədyal, 2 ədəd 1 ədədi 10 manat ümumi dəyəri 20 manat qadın çantası, 1 ədəd 150 manat dəyərində taxta nərdivan, 1 ədəd işlənmiş 50 manat dəyərində 24-lük velosiped xeyir şər üçün nəzərdə tutulmuş 2 ədəd 1 ədədin dəyəri 50 manat ümumi dəyəri 100 manat aliminum qazan, teşt və 1 ədəd 50 manat dəyərində işlənmiş elektirik direlinin 2022-ci ilin iyun ayına olan orta bazar qiymətlərinin 3344 (üç min üç yüz qırx dörd) manat olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində hər hansı bir məlumat olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 315-ci maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 389 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanda yaşayır və cəmiyyət arasında qismən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 390 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində beş azyaşlı uşağı vardır və o, cəmiyyət arasında qismən müsbət xaraxterizə olunmuşdur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup təşkil etməklə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə 3344 (üç min üç yüz qırx dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən əməli törətməkdə təqsirli olmaları öz etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən peşman olmalarını, eləcə də Təqsirləndirilən şəxs1 himayəsində 5 (beş) azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də onlar, təqsirləndirildikləri maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 15 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 21 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır Hökmün icrasına nəzarət Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qazan dəsti olan çemodan, 1 ədəd BEKO markalı ət-çəkən məişət əşyasının Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 48 (qırx səkkiz) manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Təqsirləndirilən şəxs2 Rəhman oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 48 (qırx səkkiz) manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 -cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Аzərbаycаn Rеspublikаsı CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 21 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qazan dəsti olan çemodan, 1 ədəd BEKO markalı ət-çəkən məişət əşyasının Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar