Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-21/2025 05.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Hüseyn Mrazik oğlunun və onun müdafiəçisi X3 iştirakları ilə xx.xx.1995-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd şəffaf selllofan bükülüdə təmiz çəkisi 5,423 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə etməklə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 11:30-də Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməklə saxlamasında şübhəli bilindiyinə görə Yevlax şəhəri C.Kərimov küçəsində Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 12:45-dən 12:55-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan şəffaf sellofan bükülüdə xeyli miqdarda təmiz çəkisi 5,423 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik maddə istifadəçisidir. Polis əməkdaşları tərəhindən saxlanılmamışdan təxminən 7-8 gün əvvəl Yevlax şəhərində C.Kərimov küçəsində zibil atmağa gedərkən zibil qutusunun yanında yerdə ağ şəffaf rəngli sellofan bükülüyə bükülmüş büküm tapmışdır. Həmin sellofan bükümün içərisinə baxan zaman onun “tiryək” adlandırılan narkotik vasitə olduğunu görmüş və istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixində saat təxminən 11:30 radələrində Yevlax şəhəri C.Kərimov küçəsində olan zaman ona Yevlax rayon polis şöbəsinin polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişdilər. Polis əməkdaşları ona üzərində narkotik vasitə olan tiryək olmasından şübhəli olduqlarını bildirərək onu Yevlax rayon Polis Şöbəsinə dəvət etmişdilər. O, polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Yevlax rayon polis şöbəsində olan zaman təhqiqatçı ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişdir. Həmin vaxt bir nəfər polis əməkdaşı da videokamera vasitəsi ilə çəkiliş aparmışdır. Təhqiqatçı ona üzərindəki əşyaları təqdim etməyini bildirmişdir. Həmin vaxt o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütləni çıxardıb təqdim etmişdir. Həmin bükülünün içərisində narkotik vasitə olan tiryək olduğunu etiraf etmiş və özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində doqquz azyaşlı uşagı vardır. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkin əldə edilməsi, daşınması, saxlanması ilə məşğul olması barədə 26 iyul 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1995-cı il tarixdə Yevlax şəhərində doğulduğunu, ünvan 2 ünvanda yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 26 iyul 2024-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantıŞahid2 və TBnin təhqiqatçısı, polis kapitanı X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq X5 olduğu Yevlax şəhəri C.Kərimov küçəsinə getmişdir. Belə ki həmin vaxt Təqsirləndirilən şəxs Yevlax şəhəri C.Kərimov küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri C.Kərimov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan tiryək saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə şəxsi axtarışı həmin yerdə keçirməməsini xahiş etmişdir. Onlar onun xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Murad Həsənova təhvil vermişlər. Bundan sonra Murad Həsənov xidməti iş otağında onun, Şahid2 və vəkil X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin əməkdaşı X7 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmış, o və digər iştirakçılar özlərini təqdim etmişdilər. Murad Həsənov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Murad Həsənov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşmuş və olduğu halda təhvil verməsini təklif emişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim etmiş, üzərinə axtarış zamanı digər heç bir əşya və predmet aşkar edilməmişdir. Hüsey Dəvriş həmin narkotik vasitəni yerdən tapdığını, özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan tiryək elektron tərəzi vasitəsilə çəkmiş və ekspertizaya göndətilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X8 26 iyul 2024-cü il tarixli, 3-16-16-2-17/664 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5.423 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (tədqiqata sərf edildi 0.100 qr., qalıq 5.323 qr.təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 12 oktyabr 2024-cü il tarixli, 1672 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Sahilə, xx.xx.2013-cü il təvəllüdlü Fatimə, xx.xx.2014-cü il təvəllüdlü Yusif, xx.xx.2016-cı il təvəllüdlü Könül,xx.xx.2015-ci il təvəllüdlü Zəhra, xx.xx.2019-cu il təvəllüdlü Esmira, xx.xx.2017-ci il təvəllüdlü Binyamin, xx.xx.2011-ci il təvəllüdlü Səlimə və xx.xx.2021-ci il təvəllüdlü Musa adlı yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Yevlax rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişşəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra ümumi çəkisi 5.323 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin video çəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 məhkəmə dövrü göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 26 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Yevlax şəhəri C.Kərimov küçəsi ev 140 ünvanında yerləşən evi tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 5.323 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Məhkəmə dövrü üçün göstərilən 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəkil Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim :Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-21/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-21/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver