Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-215/2022 06.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Xüsusi ittihamçılar X2, X1 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Xüsusi ittihamçılar X6, X4 və X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4 maddəsində nəzərdə tutulmuş ağır cinayət əməlini törətməklə üzərilərinə əsassız böhtanlar atdığı üçün təqsirləndirilən şəxs X7 barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyası həddində ən ciddi cəzanın təyin edilməsi barədə hökm çıxarılması xahiş etmişlər. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən edilmişdir ki, ərizə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələblərinə əməl edilmədən tərtib edilmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, xüsusi ittihamçılar X6, X4 və X8 özləri və barələrində şikayət verdiyi X7 haqqında cinayət prosessual qanunvericiliyi ilə tələb edilən məlumatları şikayət ərizələrində göstərməmişlər. Cinayət Prosessual Məcəlləsi: Maddə 88.4. Xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada: 88.4.1. xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir; Maddə 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; Maddə 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; Maddə 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Cinayət prosessual qanunvericiliyinin bu tələbinə baxmayaraq ərizədə şikayət verən şəxslərin doğulduğu il, məşğuliyyətlərinin növü, vəzifələri göstərilməmişdir. Ərizədə maddi ziyanın məbləği, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi də göstərilməmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X7 barəsində cinayət işinin başlanmasına dair X2, X1 və X5 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-215/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-215/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver