Məhkəmə qərarları › İş №1(039)-22/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-22/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-22/2022 25.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01.12.2009-cu il tarixli hökmü ilə CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki rayon məhkəməsinin 29.03.2018-ci il tarixli qərarı ilə 4 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, 14.08.2018-ci ildə cəza müddəti başa çatmış, Yevlax Rayon Məhkəməsinin 07.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci il sentyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinə pəncərəni zor tətbiq edib açmaqla qanunsuz daxil olub evin otaqlarından sonuncuya məxsus 2 ədəd hər birinin dəyəri 100 manat olmaqla 1,5 metr enində, 2,13 metr uzunluğunda olan 200 manat dəyərində olan təzə yun xalçaları, 1 ədəd 40 manat dəyərində işlənmiş vəziyyətdə olan markası müəyyən edilməyən tozsoranı, 1 ədəd 30 manat dəyərində işlənmiş vəziyyətdə olan “Gepas” markalı elektriklə işləyən ətçəkən maşını, 2 ədəd işlənmiş vəziyyətdə hər birinin dəyəri 20 manat olmaqla 40 manat dəyərində 20 litrlik alüminium qazanları, 1 ədəd işlənmiş vəziyyətdə olan 15 manat dəyərində “Tefal” markalı 6 litrlik qazanı, 3 ədəd olmaqla 1 ədədinin qiyməti 3 manat olan 3 manat olan ümumilikdə 9 manat dəyərində işlənmiş vəziyyətdə olan 5 litrlik alüminium qazanları və 1 ədəd işlənmiş vəziyyətdə olan 25 dəyərində olan masaüstü 3 gözlü qaz sobasını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 359,00 manat dəyərində maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd göy rəngli sellofan torbada 465,00 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 05 oktyabr 2021-ci il tarixdə saat 17:15 radələrində Yevlax şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 18:05 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 465,00 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən, yalnız oğurluq hissəsində təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs onlarla qonşudur. 2021-ci il sentyabr ayının ortalarında, Zərərçəkmiş şəxs evdə olmadığını bildiyindən və pula ehtiyacı olduğundan onun evindən oğurluq etmək qərarın gəlmişdir. Xatırlamadığı gündə, saat gecə saatlarında Zərərçəkmiş şəxs evinin pəncərəsindən evə daxil olmuş, oradan 2 ədəd xalça, 1 ədəd qaz sobası, bir neçə ədəd alüminium qazanlar götürüb aparmışdır. Növbəti gün iki ədəd xalçanı Yevlax şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 30 manata, qaz sobası ilə qazanları isə Yevlax şəhərində tanımadığı şəxslərə satmış və pulunu özünün ehtiyacı üçün xərcləmişdir. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı artıq ödəmişdir. 05 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında, Yevlax şəhəri, Heydər Əliyev prospektində olarkən polis əməkdaşları ona yaxınlaşaraq ona Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Saxlanılan anda onun əlində heç bir əşya, sellofan torba olmamışdır. Bunu orada həmin zaman olan kənar şəxslər də təsdiq edə bilər. Lakin, etiraz etməmiş, həmi polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Orada ona bildirilmişdir ki, narkotik maddə saxlamasında şübhəli bilinir. Buna etiraz etdikdə adlarını bilmədiyi polis əməkdaşları ona qarşı zor tətbiq etmiş və ona sellofan torba verərək video çəkiliş zamanı torbada olan marixuananın ona məxsus olduğunu bildirməyi tələb etmişlər. Zor tətbiqindən çəkinərək bununla razılaşmış və video çəkiliş zamanı məcburən etiraf etmişdir ki, həmin sellofan torbada olan narkotik maddə marixuana ona məxsusdur. Əvvəlllər narkotik maddə istifadəçisi olsa da hazırda hər hansı narkotik maddə qəbul etmir. Oğurluq üzrə peşmanlıq hiss keçirdiyi, maddi ziyanı ödədiyini bildirməklə ona aşağı həddə cəza təyin edilməsini, narkotik maddələrin saxladığına görə verilmiş ittiham üzrə isə bəraət verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə Ağdaş rayonunda yaşayan qızı gilə gedib bir həftə orada qalmışdır. 20 sentyabr 2021-ci il tarixdə Yevlax şəhərinə qayıdıb evinə gəldikdə, evin içində ev əşyalarının dağıldığını görmüş və evə nəzər saldıqdan sonra evindən 2 ədəd - 1,5 metr eni, 2,13 metr uzunluğunda yun xalçalarının, 1 ədəd tozsoranın, 1 ədəd “Gepas” markalı elektriklə işləyən ətçəkən maşının, 2 ədəd böyük həcmli, 3 ədəd kiçik həcmli alüminium qazanlarının və 1 ədəd 3 gözlü qaz sobasının oğurlandığını aşkar etmişdir. Həmin vaxt o, əvvəlcə 102 xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermiş, daha sonra isə polis şöbəsinə gedərək evindən oğurluq olması barədə şikayət ərizəsi vermişdir. Ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı hər hansı tələbinin olmadığını bildirmişdir. Şahid1 bildirmişdi ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrini üzərində saxlaması barədə 05 oktyabr 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. CAB əməliyyat müvəkkili Şahid2 şöbənin rəhbərliyinə müraciəti əsasında əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupuna daxil edilmişdir. Həmin günü, saat təxminən 17:00-da əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Əliyev prospektində olduğunu müəyyən edib onu saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs əlində göy rəngli sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər və o, buna etiraz etmədən onlarla birlikdə şöbəyə getmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə, video çəkiliş aparmaqla onun üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində göy rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, göy rəngli sellofan torbanın içində aşkar edilmiş maddə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı iki ay əvvəl Kür çayının sahilində yabanı halında bitən çətənə bitkisinin yarpaqlarından yığaraq qurudub həmin ərazidə gizlətdiyini, 05.10.2021-ci il tarixdə isə həmin gizlətdiyi qurudulmuş marixuananı götürüb yaşadığı evə aparmaq qərarına gəlmiş və yolda saxlanılmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq edilməmiş, o, səmimi olaraq qeyd edilənləri etiraf etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 noyabr 2021-ci il tarixli 9/8120 saylı rəyində qeyd olunur ki, bir ədəd 1,2 metr eni, 2,13 metr uzunluğu olan təzə yun xalça100 manat, bir ədəd 1,2 metr eni, 2,13 metr uzunluğu olan təzə yun xalça100 manat, bir ədəd işlənmiş vəziyyətdə tozsoran 40 manat, bir ədəd işlənmiş vəziyyətdə «Gepas» markalı elektriklə işləyən ətçəkən maşın 30 manat, bir ədəd işlənmiş vəziyyətdə 20 litrlik alüminium qazan 20 manat, bir ədəd işlənmiş vəziyyətdə 20 litrlik alüminium qazan 20 manat, bir ədəd işlənmiş vəziyyətdə «Tefal» markalı 6 litrlik qazan 15 manat, üç ədəd işlənmiş vəziyyətdə 5 litrlik alüminium qazanlar hər biri 3 manat olmaqla 9 manat, bir ədəd işlənmiş vəziyyətdə masaüstü 3 gözlü qaz sobası 25 manat müəyyən olunur. Analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 7 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 359.00 manat müəyyən olunur. (səh. 149). Məhkəmə Ekspertizası Mərkəzinin X1 06 oktyabr 2021-ci il tarixli 17/729 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “21.03.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi-465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (səh.38) Məhkəmə-narkoloji ekspertizasının 03 dekabr 2021-ci il tarixli 1463 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.150) Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış aparılan zaman əlində olan göy rəngli sellofan torbanın və içində olan bitki mənşəli kütlənin ona məxsus olduğunu, həmin kütlənin isə qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01.12.2009-cu il tarixli hökmü ilə CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli qərarı ilə 4 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, 14.08.2018-ci ildə cəza müddəti başa çatmışdır. Yevlax Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 1(039)-30/2019 saylı hökmünün surətindən müəyyən olunur ki, Azər Təqsirləndirilən şəxsbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə, yəni yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi ilə tam olaraq sübuta yetirilmişdir. Lakin, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlamada özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, bu, özünü müdafiə xarakteri daşıyır, onun həmin maddə ilə təqsirli olması şahid ifadəsi, video çəkiliş, ekspertiza rəyləri ilə tam olaraq sübuta yetirilir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1 maddələri ilə təqsirli bilinərək ona cinayət qaunvericiliyin tələblərinə uyğun olaraq həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsi: Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və hesab edir ki, ona, ayrı ayrılıqda müvafiq maddələrin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmayan cəza təyin edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməlidir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ekspertiza tədqiqatının dəyəri 84.55 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 150 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 4 (dörd) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 464.95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 84 (səksən dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 150 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar