Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-22/2023 08.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq 02 il 10 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, çəkilməmiş 01 il 05 ay 09 gün azadlığın məhdudlaşdırılması cəzası qalan, məhkumluğu olmayan Yevlax şəhəri H.Cəbrayılov küçəsi ev 41-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 yanvar 2022-ci il tarixdə saat təxminən 20 radələrində Yevlax şəhəri 32-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub evin pəncərəsini sındırmaq yolu ilə evə qanunsuz daxil olub, evdə heç kəsin olmamasından istifadə edərək evin otaqlarından 1,500 manat dəyərində 1 ədəd 2,20 metr uzunluğunda masanı və 6 ədəd oturacaq stullarını, 1,200 manat dəyərində 1 ədəd iki nəfərlik yataq çarpayını, 300 manat dəyərində 1 ədəd tavandan asılan çıl-çırağı, 500 manat dəyərində 1 ədəd masa üstü çıl-çırağı, 220 manat dəyərində 1 ədəd plastik hamam qapısını, 300 manat dəyərində 2 ədəd pərdələri, 150 manat dəyərində 1 ədəd divar saatını, 60 manat dəyərində 50 metr elektrik naqilini, 40 manat dəyərində 40 metr elektrik naqilini, 180 manat dəyərində 3 ədəd su lüləyi, 100 manat dəyərində 1 ədəd əl-üz yuyan tavası, 600 manat dəyərində 1 ədəd güzgülü bəzənmə masasını qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 5,150 manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci il iyulun 25-də gecə saat təxminən 01 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzildən Zərərçəkmiş şəxs2 məxsus 400 manat dəyərində 1 ədəd 3 metr uzunluğunda, 2 metr enində təzə İran gəbəsini, 1 ədəd 150 manat dəyərində “Beko” markalı tozsoranı, 400 manat dəyərində qazan dəstini, 150 manat dəyərində şirəli qazan dəstini, 50 manat dəyərində bıçaq dəstini, 450 manat dəyərində qaşıq, çəngəl və bıçaq dəstini, 350 manat dəyərində örtük dəstini, 100 manat dəyərində 4 ədəd məcməyini, 300 manat dəyərində tək çarpayılıq 5 ədəd mələfə dəstini, 150 manat dəyərində qoşa çarpayılıq 3 dəst döşəkağı dəstini, 25 manat dəyərində 6 ədəd büllur stəkanları, 60 manat dəyərində 24 ədəd nəlbəkiləri, 30 manat dəyərində 24 ədəd mürəbbə qablarını, 20 manat dəyərində 2 ədəd külqabını, 50 manat dəyərində köhnə ütünü, 20 manat dəyərində 2 ədəd can dəsmalını, 40 manat dəyərində 12 ədəd əl dəsmalını, 30 manat dəyərində 12 ədəd çay dəsmalını və 200 manat dəyərində sanitar texnikası (açarlar, vintaçan və s.) dəstini qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 2,975 manat dəyərində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə ilk olaraq özünü təqsirli bilərək söyləmişdir ki, işləmədiyi üçün ailəsinin maddi təminatını ödəyə bilmir və bu səbəbdən oğurluq edərək oğurladığı əşyaları dəyərindən az olan qiymətə satmaqla pul əldə edib ailəsinin təminatını ödəmişdir. 02 yanvar 2022-ci il tarixdə günorta saatlarında Yevlax şəhəri, F.Məmmədov küçəsində keçən zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus 2 mərtəbəli evdə yaşayış olmadığını görmüşdür. Belə qərara gəlmişdir ki, axşam saatlarında həmin evə gedib oğurluq etsin. Həmin gün axşam saatlarında özünə məxsus pilləkəni götürüb həmin evə getmiş, pilləkəni evin hasardan həyətə atmış, özü isə hasarından aşaraq həyətə düşmüşdür. Pilləkəni evin ikinci mərtəbəsindəki pəncərənin qarşısına qoyaraq pəncərədən evə daxil olmuşdur. Daha sonra evin hamam otağının plastik qapısını yerindən çıxardaraq kənara qoymuş, hamamda olan su qarışdırıcı və su lüləklərini çıxarmış, evin otaqlarında olan qoşa çarpayını sökərək hissələrə ayırmış, orada olan iki top elektrik naqillərini də pəncərənin qarşı tərəfinə yığmış və topladığı həmin əşyaları pəncərədən bir-bir həyətə atmışdır. Bundan sonra isə özü də həyətə enmişdir. Həmin əşyaları həyətdən də hasarın çöl tərəfinə ataraq oradan götürüb yaxınlıqdakı özünə məxsus boş məhəlləyə aparmışdır. Oğurladığı çarpayının taxtalarını isə aparıb yaxınlıqdakı zibilliyə atmışdır. Səhəri gün həmin plastik qapını sındırıb xırda-xırda edərək sintetik kisəyə yığaraq su qarışdırıcı və su lüləkləri ilə birlikdə aparıb onlar tərəfdə olan Tehran adlı şəxsin metal qəbulu sexində 12 manata satmışdır. Sonra isə elektrik naqillərini özünə məxsus boş məhəllədə yandıraraq misini satmaq məqsədi ilə çıxarmışdır. Həmin gün yaşadığı küçədən dəmir metal qəbulu ilə məşğul olan tanımadığı şəxs ağ rəngli QAZ-24 markalı nömrəsini xatırlamadığı avtomobillə keçərkən həmin şəxsə misləri və çarpayının 2 ədəd dəmir torunu 35 manata satmış, əldə etdiyi pula ailəsi üçün ərzaq almışdır. Bundan başqa 26 iyul 2022-ci il tarixdə, gecə saat təxminən 01:00-da yenə də oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 32ci məhəllədə yerləşən 7 saylı binaya tərəf getmişdir. Həmin binada 3 saylı mənzilin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını anlamışdır. Həmin mənzilin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilmişdir. Belə ki, onun oğlu ilə həmin məhəllədə dəfələrlə futbol oynamışdır. Mənzilin eyvanına yaxınlaşmış, özü ilə götürdüyü mismar çəkənlə həmin qıfılı sındırıb dəmir barmaqlığın qapısını açıb eyvandan mənzilə daxil olmuşdur. Mənzildən 1 ədəd tozsoran, 1 ədəd gəbə, 2 qazan dəsti, hər dəstdə iç-içə 4 ədəd qazan, 2 qaşıq-bıçaq dəsti və 1 ədəd köhnə ütünü götürüb mənzilin eyvanından yerə atmışdır. Sonra aşağı enib tozsoranı götürüb aparıb özünə məxsus boş məhəlləyə qoymuş, daha sonra qayıdıb qalan əşyaları da kisəyə yığaraq yenidən özünə məxsus boş məhəlləyə aparmışdır. Səhəri gün həmin əşyaları nömrəsini xatırlamadığı VAZ-2106 markalı avtomobil ilə Bərdə şəhərində yerləşən “cındır bazarı” adlanan bazarda tanımadığı şəxslərə cəmi 200 manata satmışdır. O, yuxarıda göstərdiyi oğurluq hadisələrini törədən zaman yanında başqa şəxs və ya şəxslər olmamışdır. Lakin, Təqsirləndirilən şəxs sonradan ifadəsini dəyişərək bildirmişdir ki, 02 yanvar 2022-ci il tarixdə ümumiyyətlə Yevlax rayonu ərazisində olmamışdır. İstintaq zamanı polis əməkdaşları ona təzyiq göstərmiş və bu səbəbdən həmin oğurluqların onun tərəfində edildiyini etiraf etmək məcburiyyətində qalmışdır. Polis əməkdaşlarından qorxduğundan bu barədə vəkilə heçnə bildirməmiş, heç bir orqana müraciət etməmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Yevlax şəhəri, 32-ci məhəllə, F.Məmmədov küçəsində iki mərtəbəli fərdi yaşayış evi ona məxsusdur. Ev yeni tikili olduğundan yaşayış olmamış, lakin müəyyən ev əşyalarını aparıb həmin evə yığmışdır. Mütəmadi olaraq həmin evə gedib əşyaların tamlığına nəzarət etmişdir. 31 dekabr 2021-ci il tarixdə həmin evə gedərək evə baxan zaman ev əşyalarının, habelə digər əşyaların yerində olduğunu görmüşdür. 04 yanvar 2022-ci il tarixdə həmin ərazidə yaşayan qonşulardan biri ona zəng edərək evin darvazasının açıq vəziyyətdə olması barədə məlumat vermişdir. Dərhal evə getdikdə evin həyət darvazasının, evin birinci mərtəbəsində yerləşən qarajın qapısının və evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olduqda ev əşyalarının oğurlandığını aşkar etmişdir. Evdən 1 ədəd 2,20 metr uzunluğunda masa, 6 ədəd oturacaq stullarının, 1 ədəd iki nəfərlik yataq çarpayısı, 1 ədəd tavandan asılmış çıl-çırağın, 1 ədəd masaüstü gecə çıl-çırağının, 1 ədəd hamamın plastik qapısının, iki pəncərənin 5 metrlik pərdələrinin, 1 ədəd divar saatının, 50 metr elektrik kabelinin, 1 top 50 metrlik elektrik naqilin, 3 ədəd su lüləklərinin, 1 ədəd əl-üz yuyan tavanı və 1 ədəd güzgülü bəzənmə masası oğurlandığını aşkar etmişdir. Ona görə də o, əvvəlcə DİN-nin 102 xidmətinə zəng edərək ona məxsus evdən ev əşyalarının oğurlanması barədə məlumat vermiş, daha sonra isə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanan əşyaların ümumi dəyəri 5,150 manat təşkil etmişdir. Bundan sonra polis əməkdaşları əşyaları oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həmin ünvana gətirilmiş və yerində araşdırma aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs oğurluğu özünün etdiyini etiraf etmiş, oğurladığı əşyaların yerini özü dəqiqliklə göstərmişdir. Ona polis əməkdaşları və yaxud başqa şəxs tərəfindən təzyiq göstərilməmişdir. Vurulmuş ziyan onun tərəfindən ödənilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 32-ci məhəllədə yerləşən 7 saylı binanın birinci mərtəbəsində olan 3 saylı mənzilində yaşayır. 16 iyul 2022-ci il tarixdə xəstəliyi ilə bağlı Bakı şəhərinə getmişdir. Mənzilin eyvanı dəmir barmaqlıqla bağlıdır, lakin paltar asmaq üçün dəmir barmaqlığın qapısı da vardır. Bakı şəhərinə gedən zaman mənzilin eyvanının dəmir barmaqlığının qapısını da qıfılla bağlamışdır. 26 iyul 2022-ci il tarixdə qonşusu Ceyhun ona zəng edərək evin eyvanının dəmir barmaqlıqdan olan qapısının açıq olduğunu və evə oğru girdiyini bildirmişdir. Ceyhun 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin gün Bakı şəhərindən qayıtmış və mənzilə nəzər salarkən əşyaların oğurlandığını aşkar etmişdir. İlk olaraq oğurlanan əşyaların dəqiq sayını və qiymətini bilmədiyi üçün məbləği az göstərmişdir. Sonradan oğurlanan əşyaların siyahısını və qiymətini müəyyən etdikdən sonra müəyyən etmişdir ki, oğurlanan əşyaların dəyəri təxminən 3,000 manat təşkil edir. Sonradan ona məlum olmuşdur ki, əşyaları oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs mənzilə gətirilmiş və o, mənzildən oğurlanan əşyaların yerini dəqiq göstərmiş və etdiyini etiraf etmişdir ki, oğurluğu özü etmişdir. Həmin zaman polis əməkdaşları və yaxud başqa şəxs tərəfindən Təqsirləndirilən şəxs təzyiq göstərilməmişdir. Vurulmuş ziyan onun tərəfindən ödənilməmişdir. Şahid1 bildirmişdi ki, Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 yanvar 2022-ci il tarixdə Yevlax şəhər sakini Zərərçəkmiş şəxs1 ərizə ilə Yevlax RPŞ-yə müraciət edərək Yevlax şəhəri 32-ci məhəllədə yerləşən yeni tikilmiş evdən ona məxsus ev əşyalarının oğurlandığını bildirmişdir. Daha sonra isə 26 iyul 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 adından da Yevlax rayon polis şöbəsinə məlumat verilərək həmin mənzildən ona məxsus ev əşyalarının oğurlandığı bildirilmişdir. Bu oğurluq hadisələri ilə bağı keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, hər iki ünvanda oğurluq onun tərəfindən edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq edilməmişdir. Onun verdiyi etirafedici ifadələrin yerində yoxlanılması həyata keçirilmiş və hər iki ünvanda şikayətçilərin özlərinin iştirakı ilə Təqsirləndirilən şəxs oğurladığı əşyaların yerini dəqiqliklə göstərmiş, şikayətçilər bunu təsdiq etmişlər. Həmin zaman da heç bir müdaxilə olmamışdır. İfadələrin yerində yoxlanılması hər bir ünvanda bir dəfə həyata keçirilmişdir. Şahid2 bildirmişdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Yevlax şəhəri 32-ci məhəllə adlanan yerin yaxınlığında plastik məmulatlarının qəbulu məntəqəsində çalışır. Həmin məntəqədə tullantı materialları olan yararsız laminatları, kapron kanalizasiya borularını, yararsız plastik qapıları, köhnə yağ çəlləkləri və sair digər yararsız plastik materiallarını alaraq yenidən istehsal olunması üçün Gəncə şəhərində və Bakı şəhərində yerləşən sexlərə satır. 2022-ci il yanvar ayının əvvəllərində tanıdığı İsrail ona müraciət edərək 1 ədəd sintetik kisədə plastik materialları satmaq istədiyini bildirmişdir. İsrail bildirmişdir ki, həmin plastik materiallar özünə məxsus köhnə yararsız plastik qapıdandır. Plastik qırıntıları 12 manata İsraildən almışdır. Şahid3 bildirmişdi ki, Zərərçəkmiş şəxs1 onun oğlunun qayınatasıdır. 04 yanvar 2022-ci il tarixdə həmin ərazidə yaşayan qonşulardan biri Zərərçəkmiş şəxs1 zəng edərək evin darvazasının açıq vəziyyətdə olması barədə məlumat vermişdir. Bunu bildikdə o da, oğlunun da əşyaları olan həmin evə getmişdir. Oraya çatdıqda evin həyət darvazasının, qarajın qapısının və evin pəncərəsinin də açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olduqda isə ev əşyalarının oğurlandığını aşkar etmişlər. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ƏQ-223/2022 saylı mütəxəssis rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs1 evindən oğurlanan 12 sayda məişət avadanlıqlarının 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti 5,150 manat, Zərərçəkmiş şəxs2 evindən oğurlanan 19 sayda məişət avadanlıqlarının 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti 2,975 manat müəyyən edilir. (səhv.194-204) Yevlax Rayon Məhkəməsinin 1(039)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən müəyyən olunur ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 10 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin 11 yanvar 2021-ci il tarixli, 161/6 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)- 70/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasından çəkməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, yəni yaşayış sahələrinə təkrarən daxil olub xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, mütəxəssis rəyi ilə tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs sonradan özünü təqsirli bilməyərək həmin oğurluqların onun tərəfindən edilmədiyini bildirsə də, istintaq zamanı, habelə ilk məhkəmə iclaslarında özünü təqsirli bilərək hətta ziyanın ödənilməsi ilə bağlı şərait yaradılmasını xahiş etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən ona təzyiqlər edildiyini bildirsə də, bununla əlaqədar heç bir müvafiq orqana müraciət etməmiş, vəkilinə bunu bildirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu mövqeyi özünümüdafiə xarakteri daşıyır. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona cinayət qaunvericiliyin tələblərinə uyğun olaraq həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzanın tətbiq edilməsi onun islah olunmasına xidmət etməyəcəkdir, belə ki, vurulmuş ziyan onun tərəfindən ödənilməmiş, buna cəhd edilməmişdir. Bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Eyni zamanda Yevlax Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il 05 (beş) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı ilə müəyyən edilmiş tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 66 manat haqq dövlət büdcəsindən ödənilməlidir. (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yevlax Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il 05 (beş) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə üzərində qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-22/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-22/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver