Məhkəmə qərarları › İş №1(039)-22/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-22/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-22/2025 06.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, X4 küçəsi ev 4, mənzil 11-də qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə barəsində Yevlax Rayon Məhkəməsinin 4(039)-5/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 02 ədəd kağız və 02 ədəd sellofan olmaqla, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,095 qram, 0,041 qram, 0,095 qram, 0,808 qram olmaqla, ümumi təmiz çəkisi 1,039 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə etməklə saxlamış, 12 avqust 2024-cü il tarixdə saat 01:30-da Təqsirləndirilən şəxs psixotrop maddələri qanunsuz əldə etməklə saxlamasında şübhəli bilindiyinə görə Yevlax şəhəri, M.Ş.Vazeh küçəsində Yevlax rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində həmin gün saat 02:00-dən 02:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində üzərində olan 02 ədəd kağız və 02 ədəd sellofan olmaqla, 04 ədəd bükümlərdə ayrıayrılıqda çəkiləri 0,095 qram, 0,041 qram, 0,095 qram, 0,808 qram olmaqla, ümumi təmiz çəkiləri 1,039 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb, götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə və psixotrop maddələrin istifadəçisidir. Psixotrop maddələrin “patı”, “şüşə” adlanan metamfetamin növündən istifadə edir. 12 avqust 2024cü il tarixdə şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindəki 4 ədəd bükülüdəki “patı”, “şüşə” adlanan kütlə psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddələr və onu istifadə etmək üçün kustar üsulla şüşə lampadan hazırlanmış əşya da ona məxsusdur. Həmin psixotrop maddə metamfetamini 10 avqust 2024-cü il tarixdə Bakı şəhəri 20 Yanvar adlanan ərazidə Şahid3 kimi tanıdığı şəxsdən 130 manat pul müqabilində almışdır. 11 avqust 2024-cü il tarixdə Yevlax şəhərinə qayıtmış və almış olduğu həmin psixotrop maddədən bir qədər özü istifadə etmişdir. 12 avqust 2024-cü il tarixdə saat 01:30 radələrində Yevlax RPŞ-nin əməkdaşları onu yaşadığı küçədə saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Daha sonra onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq saat 01:50-də Yevlax RPŞ-də şübhəli şəxs kimi tutulmuş və həmin gün saat 02:00-da ona təqdim olunmuş vəkillərin siyahısından seçdiyi Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt şalvarının bel hissəsində gəzdirdiyi ağ rəngli “KENO” markalı siqaret qutusu və istifadə etdiyi “Redmi” markalı smartfon tipli mobil telefon aşkar edilmişdir. Siqaret qutusunun içərisindən isə psixotrop maddə metamfetaminlər və onu çəkmək üçün istifadə etdiyi əşya aşkar edilmişdir. Sonra aşkar edilmiş psixotrop maddə metamfetamin bükülülərdə təhqiqatçı tərəfindən ayrı ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün möhürlənərək qablaşdırılmışdır. O, həmin psixotrop maddə metamfetamini heç kimə satmamış və satmaq məqsədi olmayıb, özü istifadə etmək üçün almış və üzərində gəzdirmişdir. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitə istifadə etməsi, üzərində saxlaması barədə 12 avqust 2024-cü il tarixdə əməliyyat məlumatı almış, ona görə də həmin tarixdə bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmiş, şöbə rəhbərliyi də Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılmasına icazə verdikdən sonra Yevlax rayon Polis şöbəsinin CAB-nin Axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Yevlax Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X1 və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra əməliyyat-axtarış qurupunun üzvləri birlikdə Yevlax şəhəri ərazisinə getmiş və 12 avqust 2024-cü il tarixdə saat 01:30 radələrində Yevlax şəhəri M.Ş.Vazeh küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görmüş ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmiş, rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymaq təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd ağ rəngli “KENO” markalı siqareti və 01 ədəd “REDMİ 7A” markalı smartfon tipli mobil telefonu çıxardıb təqdim etmişdir. 01 ədəd ağ rəngli “KENO” markalı siqaretin içərisində 02 ədəd sellofan və 02 ədəd kağız olmaqla, kağız bükülü aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin bükülülərin içərisinə baxış keçirilən zaman ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlələr, 01 ədəd üzərində deşik olan kiçik lampa və həmin lampaya keçirilmiş kiçik ölçülü kağız boru aşkar edilmişdir. Daha sonra tərəfindən üzərində axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan və 02 ədəd kağız olmaqla, 04 ədəd bükülünün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olmasını təsdiqləyərək, Bakı şəhəri 20 Yanvar adlanan ərazidə əldə etdiyini, xx.xx.2024-cü il tarixdə isə həmin psixotrop maddə olan metamfetaminləri üzərində götürərək Yevlax şəhərinə gəldiyini və almış olduğu həmin psixotrop maddə olan metamfetaminlərdən bir qədər özü istifadə etdiyini, daha sonra 02 ədəd sellofan və 02 ədəd kağız olmaqla, 04 ədəd bükülünün içərisində olan psixotrop maddə metamfetaminləri isə öz şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan və 02 ədəd kağız olmaqla, 04 ədəd bükülünün içərisində olan psixotrop maddə metamfetaminlərin dəqiq çəkisinin müəyyən olunması məqsədilə elektron əl tərəzisi vasitəsilə çəkilmişdir və ekspertiza tədqiqatı üçün müvafiq qaydada qablaşdırılmış, tərtib olunmuş protokollar ucadan oxunmuş, iştirakçılar və o, ekspertiza tədqiqatı üçün qablaşdırılmış içərisində psixotrop maddə metamfetaminlər olan kağız zərfin üstünü və tərtib olunmuş protokolu imzalarıyla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, Təqsirləndirilən şəxs tanıyır. 10 avqust 2024-cü il tarixdə Cahid ona zəng edərək onunla görüşmüşdür. Cahid özündə olan 100 manatı onun tanımadığı İranlı olan şəxsin bank kart hesabına göndərmişdir. Lakin Cahid yerdə qalan 100 manatı tapa bilmədiyi üçün o, özünün “Xiaomi Redmi 12” smartfon tipli mobil telefonunu telefon mağazasına girov qoyaraq 100 manat pul əldə etmiş və borc olaraq Cahidə vermişdir. Sonra Cahid həmin 100 manatı da İranlı naməlum şəxsin bank kart hesabına göndərmişdir. Daha sonra naməlum İranlı şəxsin Cahidin mobil telefonuna atdığı konum əsasında birlikdə Qobu qəsəbəsinə getmişlər, Cahid həmin yerdən üstündə 5 qram yazılmış siqaretin şəffaf rəngli sellofanına bükülmüş bükümdə metafetamini götürmüş, daha sonra 20 yanvar adlanan əraziyə gəlmişlər. Lakin, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamini o satmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.22-23); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərində aşkar edilmiş siqaret qutusunun içərisində 2 ədəd sellofan və 2 ədəd kağız olmaqla, 4 ədəd bükülü, 1 ədəd üzərində deşik olan kiçik ölçülü lampa və həmin lampaya keçirilmiş kiçik ölçülü kağız boru və ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub) (iş vər.28-37); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-17/695 nömrəli rəyindən görünür ki, “şübəli şəsx Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə və istifadə etmək üçün şüşə lampa, kağız boru...” sözləri, imzalar və adlar yazılmış 01(bir) ədəd zərfin içərisindəki, - 02 (iki) ədəd kağız və 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri- 0,095 qram, 0,041 qram, 0,095 qram, və 0,808 qram, ümumi çəkiləri 1,039 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd kağız və 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Metamfetamin təmiz çəkisi- 1,039 qram tədqiqata sərf edildi- 0,080 qram.(hər ob 0,020 qram) qalıq- 0,959 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manatdır (iş vər.42-45); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.69-70); Cinayət törətməsinə şöbhə yarandıqda şəxsin tutulmasına dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərar verilmişdir (iş vər.84- 86); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli çantanın içərisində olan 01 ədəd şüşə materiall borusu aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub) (iş vər.101- 109); xx.xx.2024-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Şahid3 üzünə qarşı bildirmişdir (müvafiq CD disk əlavə olunub) (iş vər.114-118); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-17/707 nömrəli rəyindən görünür ki, “şübəli şəsx Şahid3 üzərindən aşkar olunmuş şüşə boru”, yazısı, adlar ilə imzalar yazılmış 01 (bir) ədəd zərfin içərusindəki, 01 (bir) ədəd şüşə borunun daxili divarlarında cüzi miqdarda metamfetamin hissəcikləri vardır. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək və təqdim olumuş metamfetaminlərlə müqayisəli təqdimatını (eynilik)aparmaq mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manatdır (iş vər.124-127); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şahid3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 21 (iyirmi bir) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1426 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vər.153); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.156); Maddi sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 0,959 qram miqdarında psixotrop maddə olan metamfetamin və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 0,959 qram miqdarında psixotrop maddə olan metamfetamin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.177-187); Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (səmimi peşmançılığı) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 06 fevral 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetaminin qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il saat 01:30 radələrindən 13 avqust 2024-cü il saat 19:40 radələrindək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində bu iş üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,959 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar