Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-23/2021 10.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(039)-77/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Vəkil oğluna qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 48,18 qram narkotik vasitə qurudulmamış marixuana və ümumi təmiz çəkisi 125,38 qram olan 04 (dörd) ədəd narkotik tərkibli çətənə(kannabis) bitkisinin hissələrini əldə edərək yaşadığı Yevlax şəhəri, Ə. Firdovsi küçəsi, 86 ünvanında yerləşən evin yaşayış otağında çarpayının altında saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 01:10-da, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən video çəkilişlə keçirilmiş baxış nəticəsində onun yaşadığı otaqda çarpayının altında saxladığı həmin narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2020-ci il avqust ayında Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsinin sahilində gəzən zaman yabanı halında bitmiş, tam olaraq qurumuş bir ədəd çətənə kolu görmüşdür. Həmin kolun üstündən bir ədəd toxumu götürərək cibinə qoymuş, kolu isə Kür çayına atmışdır. Toxumu yaşadığı evə gətirərək dibçəkdə əkib-becərmiş və təxminən oktyabr ayında artıq böyümüş həmin çətənə kolunu dibçəkdən çıxarmışdır. Kolun yarpaqlarını hissələri ilə birlikdə yığmış, kolun kökünü və digər hissələrini isə yandıraraq məhv etmişdir. Həmin koldan yığdığı yarpaqları və hissələri özü istifadə etmək üçün yaşadığı evində çarpayının altında qurutmaq üçün qəzetin üstünə sərmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən saat 01:00-da siqaret çəkmək üçün küçəyə çıxmış, siqaret çəkə-çəkə yaşadığı evindən təxminən 90-100 metr kənarlaşmışdır. Bu zaman polis əməkdaşlarının onun yaşadığı evinə daxil olduqlarını görmüşdür. Anlamışdır ki, polis əməkdaşları onun yaşadığı evinə narkotik saxlaması barədə məlumat almışlar və bu səbəbdən də onun yaşadığı gəlmişlər. Buna görə gözləmiş və polis əməkdaşları evdən çıxıb getdikdən sonra evə getmişdir. Anası ona bildirmişdir ki, polis əməkdaşları çarpayının altında saxladığı marixuananı aparmışlar. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 13:00-da, yaşadığı evin qarşısında küçədə olan zaman iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və polis şöbəsində evindən aşkar olunmuş marixuananın ona məxsus olduğunu bildirmişdir. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax RPŞ Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və evində saxlaması barədə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş və bunun əsasında əməliyyat qrupu yaradılmışdır. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildikdən sonra xx xxxxxxx 2020-ci il tarixdə əməliyyat qrupunun digər üzvləri ilə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, Firdovsi küçəsi, 86 ünvanına getmişlər. Təxminən saat 01:00-da həmin ünvanda Təqsirləndirilən şəxs anası Şahid3 onları qarşılamışdır. Şahid3 ətraflı məlumat verildikdən və hüquqları tam olaraq izah edildikdən sonra o bildirmişdir ki, ona məxsus evə video çəkilişlə baxış keçirməyə etirazı yoxdur. Şahid3 bu barədə yazılı razılıq ərizəsi də təqdim etmişdir. Bundan sonra Şahid3 iştirakı ilə və video çəkilişlə həmin evə və Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirtmişlər. Turalın yatdığı yataq otağına baxış keçirən zaman çarpayının altında qəzetin üstündə tünd yaşıl rəngli spesfık iyə malik narkotik vasitə olan çətənə bitkisinə oxşar bitki hissələri və yarpaqları aşkar olunmuşdur. Turalın anası Şahid3 bildirmişdir ki, Tural narkotik vasitə istifadəçisidir və həmin kütlə Turala məxsusdur. Bundan sonra həmin kütlə zərfə qoyularaq götürülmüşdür. xx xxxxxxx 2020-ci il tarixdə, saat təxminən 13:00-da Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs etiraf etmişdir ki, yaşadığı evdə aşkar olunmuş kütlə narkotik vasitə olan marixuanadır, onun özünə məxsusdur, belə ki, özü əkib becərib və qurutmaq məqsədi ilə yaşadığı evində öz yataq otağında çarpayının altına qoymuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında baxış və götürmə aparılmasını özündə əks etdirən video yazılara baxış keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli 17/564 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Vət. Şahid3 iştirakı ilə ... yataq otağında yerləşən çarpayının altından aşkar edilərək götürülmüş...” sözləri yazılmış zərfin içindəki 1 sellofan torbada təmiz çəkisi - 48,18 qram olan bitki mənşəli kütlə tərkibində -narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Həmin şəffaf sellofan torbanın içərisindəki ümumi təmiz çəkiləri- 125,38 qram olan 04 (dörd) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. (səh. 37-38) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1013 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs Vəkil oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.103) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahid ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Polis Şöbəsində saxlanılan 48,13 qram narkotik vasitə -qurudulmuş marixuana və 125,18 qram (dörd) ədəd bitki hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna istintaq müddəti üçün 216 manat və Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 204 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın . Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 48,13 qram narkotik vasitə - qurudulmuş marixuana və 125,18 qram (dörd ədəd) bitki hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 216 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna və məhkəmə dövrü üçün 204 manat ,cəmi 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-23/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-23/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver