Məhkəmə qərarları › İş №1(039)-23/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-23/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-23/2023 26.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, C.Cabbarlı küçəsi bina 5, mənzil 12-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik olan sonradan üzərində dəyişiklik edilərək xəncər formasına salınmış təsərrüfat-məişət təyinatlı bıçağı istintaqa məlum olmayan mənbədən, vaxtda və saatda əldə edib üzərində saxlayaraq xx.xx.2022-ci il tarixdə saat saat 17 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində qəsdən üzərində gəzdirmiş, xx.xx.2022-ci il tarixdə saat saat 17:50-də Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah olan bıçağı əldə edib üzərində gəzdirməsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Q.Quliyev küçəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman o, üzərində gəzdirdiyi soyuq silah olan bıçağı yerə atmış, həmin soyuq silah Yevlax RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən götürülərək Təqsirləndirilən şəxslə birlikdə Yevlax rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 18:55-dən saat 19:20-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində o, qəsdən qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik olan sonradan dəyişiklik edilərək xəncər formasına salınmış təsərrüfatməişət təyinatlı bıçağın ona məxsus olduğunu bildirmiş, həmin soyuq silah qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli talamaq məqsədi ilə 10 iyul 2022-ci il tarixdə saat 02 radələrində Yevlax şəhəri, C.Cabbarlı küçəsi bina 5, mənzil 15-də yaşayan qonşusu Zərərçəkmiş şəxs yaşadığı mənzilin otağının pəncərəsini çıxardıb kənara qoyaraq oradan evin otağına daxil olub otaqdan 1 ədəd 350 manat dəyərində «Saturn» markalı, 105 diaqonal ekran ölçülü, qara rəngli plazma televizoru, 1 ədəd 30 manat dəyərində «Saturn» markalı, 1200 W gücündə, ağ rəngli ət çəkən maşını, 1 ədəd 15 manat dəyərində “Hausner” markalı, ağsarı rəngli buxarlı ütünü, 01 ədəd 10 manat dəyərində “Atlanta Lineal” markalı, qara rəngli, 230V-50Hz-30W saç düzəldici feni, 1 ədəd 10 manat dəyərində “Pro Braun” markalı, çəhrayı rəngli, AC220-240V,50/60Hz,45W saç buran feni, 1 ədəd 20 manat dəyərində “STERLİNGG” markalı, qırmızı rəngli saç quruducu feni və 1 ədəd 5 manat dəyərində “CASSRAY” markalı qara rəngli kişi qol saatını qəsdən vahid niyyətlə gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 440 (dörd yüz qırx) manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 13 mart 2022-ci il tarixdə saat 15 radələrində Yevlax şəhər Füzuli küçəsi ilə evə gedərkən yolun kənarından tapdığı bir ədəd bıçaqdan xoşu gəlmiş bu səbəbdən bıçağı götürüb evə getmişdir. Səhəri gün yəni 14 mart 2022-ci il tarixdə səhər vaxtlarında fəhləlik işi görmək üçün şəhərə gedərkən həmin tapdığı bıçaqdan xoşu gəldiyi üçün şalvarının arxa hissəsinə qoymuşdur. Həmin gün saat 17 radələrində təkcə Yevlax şəhəri Q.Quliyev küçəsi ilə evə gedərkən ona yaxınlaşan polis əməkdaşlarını tanıdığı üçün üzərində olan bıçağı yerə atıb qaçmaq istəyərkən polis əməkdaşları onu saxlamış və birlikdə rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmiş, üzərindən heç nə aşkar edilməmişdir. Polis əməkdaşı onu saxlayarkən atdığı bıçağı təqdim etmiş, o, həmin bıçağın ona məxsus olduğunı, bir gün qabaq tapdığını, bıçaqdan xoşu gəldiyi üçün üstündə gəzdirdiyini, lakin bıçağın soyuq silah olmasını bilmədiyini söyləmişdir. Həmçinin o, bıçağın üzərində heç bir düzəliş etmədiyini və bıçağı taparkən həmin formada olduğunu etiraf etmişdir. Polis əməkdaşları həmin bıçağı qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Bundan başqa o, yaşadığı evdə olarkən xərcləməyə pulu olmadığından oğurluq edib pul qazanmaq qərarına gəlmişdir. 09 iyul 2022-ci il tarixdə qonşuları Zərərçəkmiş şəxs yaşadığı evdə olmadığını tam müəyyən etdikdən sonra 10 iyul 2022-ci il tarixdə gecə saat 2 radələrində Yeganə gilin mənzilinin artırmasında olan pəncərəni sıxararaq mənzilə daxil olmuş, mənzildən Yeganəyə məxsus televizoru götürüb öz evinə aparmış, sonra yenidən Yeganənin evinə qayıdaraq evdən saç qurutmaq üçün fenləri, ət çəkən maşını, ütünü və saatı götürərək evinə aparmış və yenidən Yeganənin evinə qayıdaraq evin qapısın örtüb evinə qayıtmışdır. Növbəti gün televizorun özününkü olduğunu və pul lazım olduğu üçün satdığını deyərək tanıdığı Emin adlı şəxsə satmış, digər əşyaları isə evində saxlamışdır. Yeganənin şikayət etdiyini eşitmiş və polis əməkdaşlarının onu axtardığını bilmiş, ona görə evdə olan oğurladığı əşyaları polis şöbəsinə apararaq təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı mənzilin qapısını bağlayaraq Ağdaş rayonunda yaşayan qardaşı gilə qonaq getmiş, xx.xx.2022-ci il tarixdə evə gəlmiş və evdən ona məxsus 1 ədəd «Saturn» markalı, 105 dioqanal ekran ölçülü, qara rəngli plazma televizorun, 1 ədəd «Saturn» markalı, 1200 W gücündə, ağ rəngli ət çəkən maşının, 1 ədəd “Hausner” markalı buxarlı ütünün, 01 ədəd “Atlanta Lineal” markalı, qara rəngli, 230V-50Hz-30W saç düzəldici fenin, 1 ədəd “Pro Braun” markalı, çəhrayı rəngli, AC220- 240V,50/60Hz,45W saç buran fenin, 1 ədəd 20 manat dəyərində “STERLİNGG” markalı, qırmızı rəngli saç quruducu fenin və 1 ədəd “CASSRAY” markalı qara rəngli kişi qol saatının oğurlandığını bilmişdir. O, evindən oğurluq edəni axtarsada tapa bilmədiyi üçün polis şöbəsinə şikayət etmişdir. Sonradan bilmişdir evindən oğurluğu qonşusu Vüsal etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin CABnin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax RPŞ-nin TB-nin baş təhqiqatçısı Şamil Xəlilovun 14 mart 2022-ci il tarixdə tərtib etdiyi protokol ilə tanış olmuşdur. O, həmin gün polis şöbəsində olmuş, Yevlax şəhəri C.Cabbarlı küçəsi bina 5 mənzil 12-də yaşayan Təqsirləndirilən şəxs üstündə soyuq silah hesab edilən bıçaq olması və onun Yevlax şəhəri Q.Quliyev küçəsində olması barədə ona məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, sənədləşdirmə apardıqdan sonra şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən «Sənəm» marketin qarşısına getmişlər. Təqsirləndirilən şəxs küçə ilə getdiyini görmüş, ona yaxınlaşarkən Təqsirləndirilən şəxs onları tanımış və üzərində olan bıçağı yerə atıb qaçmaq istəyərkən onu saxlamışlar. Bıçaqı yerdən götürərək Üsal ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra vidieo çəkilişlə Vüsalın üstünə baxış keçirmişdir. Baxış zamanı Vüsalın üzərindən heç nə aşkar edilməmişdir. O, Vüsalı saxlayarkən Vüsalın yerə atdığı bıçaqı təqdim etmiş və həmin bıçaqın Vüsala aid olduğunu bildirmişdir. Vüsalda həmin bıçağın ona məxsus olduğunu və bir gün qabaq həmin bıçağı tapdığını və bıçaqdan xoşu gəldiyi üçün üstündə gəzdirdiyini qeyd etmişdir. Həmin bıçaq qablaşdırılaraq torbaya qoyularaq 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, iştirakçılardan təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında adavətləri və düşmənçilikləri olmamışdır. 11 iyul 2022-ci il tarixdə saat 10 radələrində Vüsalın yaşadığı binanın qarşısından keçərkən Vüsalı görüb görüşmüş və söbət zamanı Vüsal televizoru ona göstərmiş və televizoru 50 manata satdığını bildirmişdir. O, da televizora baxmış və razılaşaraq 50 manata televizoru ondan almışdır. Sonradan bilmişdir ki, Vüsal həmin televizoru oğurlayıb ona satmış, ona görə o, televizoru polis şöbəsinə aparıb təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs baxışın keçirildiyi yer Yevlax şəhəri C.Cabbarlı küçəsi bina 5, mənzil 15-da yerləşən yaşayış evindən oğurlanmış əşyaların yerlərini yəni 1 ədəd «Saturn» markalı, 105 dioqanal ekran ölçülü, qara rəngli plazma televizorun, 1 ədəd «Saturn» markalı, 1200 W gücündə, ağ rəngli ət çəkən maşının oğurlandığı yeri göstərmişdir (iş vər.07-10); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.34); Əşyaya baxış keçirilməsi və götürülməsi haqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Şahid3 tandığı Təqsirləndirilən şəxs ona satdığı 1 ədəd 105 ekranlı “Saturn” markalı televizoru təqdim etmiş, baxış zamanı Zərərçəkmiş şəxs televizorun ona məxsus olduğunu bildirmişdir. (iş vər.38-39); Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər. 49-50); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.73-74); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən bir ədəd soyuq silaha oxşar bıçaq aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 77-84); Məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 17/367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı bıçqadır, onun üzərində sonradan dəyişiklik edilərək xəncər formasına salındığından soyuq silah hesab edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,60 manatdır. (iş vər. 93-94); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər. 115-116); Maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, 1 ədəd soyuq silah bıçaq və 1 ədəd CD disklər maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər. 120); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.135); Əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 177.2.3 və 228.4-cü maddələrinə tövsif olunması qərara alınmışdır.(iş vər.141-142); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 448 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən öz hərəkətlərinə qiyət vermək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. (iş vər.154-156); Maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd «Saturn» markalı, 105 dioqanal ekran ölçülü, qara rəngli plazma televizor, 1 ədəd «Saturn» markalı, 1200 W gücündə, ağ rəngli ət çəkən maşın, 1 ədəd “Hausner” markalı, ağısarı rəngli buxarlı ütü, 01 ədəd “Atlanta Lineal” markalı, qara rəngli, 230V-50Hz-30W saç düzəldici fen, 1 ədəd “Pro Braun” markalı, çəhrayı rəngli, AC220-240V,50/60Hz,45W saç buran fen, 1 ədəd 20 manat dəyərində “STERLİNGG” markalı, qırmızı rəngli saç quruducu fen və 1 ədəd “CASSRAY” markalı qara rəngli kişi qol saat maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər.157-158); Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5502 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «Saturn» markalı, 105 dioqanal ekran ölçülü, qara rəngli plazma televizor 350 manat dəyərində, 1 ədəd «Saturn» markalı, 1200 W gücündə, ağ rəngli ət çəkən maşın 30 manat dəyərində, 1 ədəd “Hausner” markalı, ağısarı rəngli buxarlı ütü 15 manat dəyərində, 01 ədəd “Atlanta Lineal” markalı, qara rəngli, 230V-50Hz-30W saç düzəldici fen 10 manat dəyərində, 1 ədəd “Pro Braun” markalı, çəhrayı rəngli, AC220-240V,50/60Hz,45W saç buran fen 10 manat dəyərində, 1 ədəd “STERLİNGG” markalı, qırmızı rəngli saç quruducu fen 20 manat dəyərində və 1 ədəd “CASSRAY” markalı qara rəngli kişi qol saatı 5 manat dəyərində olmaqla ümumilikdə 440 manat təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. (iş vər. 180-182); Təqsirləndirlən şəxsin ifadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə Yevlax şəhəri, C.Cabbarlı küçəsi bina 5, mənzil 15-də yaşayan qonşusu Zərərçəkmiş şəxs məxsus hadisə yerləri olan mənzilində ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs mənzilə necə daxil olduğunu, mənzildən Zərərçəkmiş şəxs məxsus oğurladığı əşyaları əvvəl qoyulmuş olduğu yerləri bilavasitə göstərmişdir. ( iş vər. 194-197); Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görürür ki, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 5, mənzil 12-da qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı ünvanında aşkar edilmədiyi üçün onu Yevlax Rayon Məhkəməsinə məcburi gətirilməsini təmin etmək mümkün olmamışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il 100 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şəxsiyyətin dissosial pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi həmin psixi pozuntu hazırda dayanıqlı kompensasiya vəziyyətində olduğundan o, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlar idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda əziyyətinə görə öz prosessual hüquq və vəzifələrini icra etmək qabliyyətinə malikdir. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nətəcələrinin tədqiqi və hərtərəfli təhlili, həmcinin müayinə dövründə davranışına dinamik nəzərət sayəsinə müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı simulyativ davranış aşkarlanmamaşdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur ona dəymiş ziyan ödənilmiş və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs dəymiş ziyanın ödəməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddəllərin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzalara münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin olunarkən təyin ediləcək cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza saxlanılmalı (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı 20 mart 2023-cü il tarixdən hesablanmalı (CPM- 158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd «Saturn» markalı, 105 dioqanal ekran televizor, 1 ədəd «Saturn» markalı ət çəkən maşın, 1 ədəd “Hausner” markalı buxarlı ütü, 1 ədəd “Atlanta Lineal” markalı saç düzəldici fen, 1 ədəd “Pro Braun” markalı, saç buran fen, 1 ədəd “STERLİNGG” markalı, saç quruducu fen və 1 ədəd “CASSRAY” markalı kişi qol saat sahibinə qaytarılmalı, 01 ədəd soyuq silah bıçaq məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar tamamilə toplanmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək və 15 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 mart 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 1 ədəd «Saturn» markalı, 105 dioqanal ekran televizor, 1 ədəd «Saturn» markalı ət çəkən maşın, 1 ədəd “Hausner” markalı buxarlı ütü, 1 ədəd “Atlanta Lineal” markalı saç düzəldici fen, 1 ədəd “Pro Braun” markalı, saç buran fen, 1 ədəd “STERLİNGG” markalı, saç quruducu fen və 1 ədəd “CASSRAY” markalı kişi qol saatı sahibinə qaytarılsın, 01 ədəd soyuq silah bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən 1 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 80 (səksən) manat 60 (altmış) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 20 (iyirmi) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan həbsdə olan məhkum hökmü aldığı vaxtdan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar