Məhkəmə qərarları › İş №1(039)-24/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-24/2020

16.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-24/2020 16.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1956-cı ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Zərərçəkmiş şəxs MMC-də bağban işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 259.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu il sentyabr ayınının 8-də Yevlax şəhəri 5-ci dalan 1də yerləşən Zərərçəkmiş şəxs MMC-nin inzibati ərazisində meşə fonduna daxil olmayan, müəssisəyə məxsus torpaq sahəsindən (müəssisənin həyətindən) 500 manat dəyərində 5 ədəd 4.1-8 sm diametrli tut ağacını, 360 manat dəyərində 3 ədəd 8.1-12 sm diametrli tut ağacını, 750 manat dəyərində 5 ədəd 12.1-16 sm diametrli tut ağacını, 720 manat dəyərində 4 ədəd 16.1-20 sm diametrli tut ağacını, 200 manat dəyərində 1 ədəd 20.1-24 sm diametrli tut ağacını, 80 manat dəyərində 1 ədəd nar kolunu, 360 manat dəyərində 3 ədəd 8.1-12 sm diametrli qovaq ağacını, 150 manat dəyərində 1 ədəd 12.1-16 sm diametrli heyva ağacını, 200 manat dəyərində 2 ədəd 4.1-8 sm diametrli qarağac ağacını, 120 manat dəyərində 1 ədəd 8.1-12 sm diametrli yaş qarağac ağacını, 150 manat dəyərində 1 ədəd 12.1-16 sm diametrli yaş qarağac ağacını, 300 manat dəyərində 3 ədəd 4.1-8 sm diametrli yaş şərq çinarı ağacını, 240 manat dəyərində 2 ədəd 8.1-12 sm diametrli şərq çinarı ağacını, 80 manat dəyərində 1 ədəd 3 sm diametrli yaş gavalı ağacını, ümumilikdə 33 ədəd yaş köküstü ağacları müvafiq icazə olmadan qanunsuz kəsərək məhv etməklə təbiətə xeyli miqdarda, cəmi 4210,00 manat maddi ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 2006-cı ildən hal-hazıradək Zərərçəkmiş şəxs MMCdə bağban vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC-də ondan başqa 3 nəfər də bağban işləyir. İş vəzifəsi Zərərçəkmiş şəxs MMC-nin inzibati ərazisində olan yaşıllıqlara qulluq etmək, ağacları sulamaq, ağacların budaqlarını budamaqdan ibarətdir. O, hərdən idarənin inzibati ərazisində təhlükə yaradan ağacları kəsərək təmizlik işləri aparır, həmçinin ağacların budaqlarını budayaraq təmizləyir. Sonuncu dəfə xx xxxxxxxx 2019-cu il tarixdə işlədiyi idarənin ərazisini gəzərkən bir neçə ağacın kəsilməli və budanmalı olduğunu görmüş, bu səbəbdən də təxminən ümumilikdə 33 ədəd olmaqla müxtəlif növ yəni tutağacı, qovaqağacı, heyvaağacı, nar kolu, qarağac ağacı, şərq çinarı və gavalı ağacını kəsmişdir. Həmin ağacların bəzilərinin köklərinin idarənin su anbarına maneçilik etdiyi üçün, bəzilərini isə güllərin arasında olduğuna görə onların səliqəli görüntüsünü pozduğu üçün kəsmişdir. O, ağacları kəsəndən 3-4 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə Ekologiya İdarəsinin işçiləri gələrək idarənin inzibati ərazisindəki onun kəsmiş olduğu ağacların yerinə baxış keçirmiş, baxış zamanı kəsdiyi ağacların kəsilmiş köklərini müəyyən etmiş, ona ağacları qanunsuz kəsdiyini bildirərək bu barədə akt tərtib etmiş, akt ucadan oxunduqdan sonra həmin akta imza etmişdir. Ağacların kəsilməsi üçün ona işlədiyi idarənin rəhbərliyi tərəfindən heç bir göstəriş verilməmişdir. O, ağacların kəsilməsi üçün icazə alınmalı olduğunu bilməmiş və etdiyi əmələ görə də peşimandır. Təqsirləndirilən şəxs təbiətə vurulmuş ziyanın yarı hissəsini ödədiyini, digər hissəsini isə bir ay müddətində ödəyəcəyini, törətdiyi əməldən səmimi peşman olmasını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə iclasında zərərçəkmiş şəxsinin nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki,xx xxxxxxxx 2019-cu il tarixdə Yevlax şəhəri Nizami prospektində yerləşən Zərərçəkmiş şəxs MMC-nin inzibati ərazisində ağacların kəsilməsi ilə əlaqədar aktı işlədiyi idarənin işçiləri tərtib etmişdir. Belə ki, idarəyə daxil olmuş məlumat əsasında idarənin işçiləri tərəfindən Yevlax şəhərində yerləşən Zərərçəkmiş şəxs MMC-nin ərazisində baxış keçirilmiş, baxış zamanı həmin ərazidən müxtəlif növ diamerli 33 ədəd müxtəlif növ ağacların kəsilməsi müəyyən edilmişdir. Araşdırma zamanı o da müəyyən olunmuşdur ki, həmin 33 ədəd müxtəlif növ ağacları Zərərçəkmiş şəxs MMC-nin bağbanı Təqsirləndirilən şəxs kəsmiş və o, həmin ağacları kəsməklə təbiətə cəmi 4210 manat ziyan vurmuşdur. Ona görə də onların idarəsinin işçiləri tərəfindən akt tərtib olunmuş və toplanmış materialda cinayət tərkibi olduğu üçün material aidiyyəti üzrə Yevlax rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 8 saylı Regional Ekologiya və X3 rəisi müavini Şahid1 Şakir oğlu ifadəsində göstərmişdir ki, iş vəzifəsi ətraf mühitin mühafizəsinə ümumi nəzarətdən ibarətdir. Zərərçəkmiş şəxs MMC-nin Yevlax rayon filialında ağacların kəsilməsi ilə bağlı daxil olmuş məlumat əsasında xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Yevlax rayon şöbəsinə 8 saylı RETSİ-nin ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Şahid2 ilə birlikdə getmiş, MMC-nin nəzarət buraxılış məntəqəsində mühafizəçilər onları qarşılamış, onlar mühafizəçilərə gəlişlərinin məqsədini izah etmiş və bundan sonra isə içəriyə daxil olmaq üçün mühafizəçi müdiriyyətdən icazə almışdır. Onlar mühafizəçi ilə birgə müəssisənin həyətində yerləşən mexaniki şöbənin qarşısında qovaq, tut, söyüd və üzüm cinsindən olan müxtəlif diametrli, köküstə yaş halda olan ağacların kök boğazından kəsilməsi, yaş kütlənin həmin ərazidə qalaqlanması faktını aşkar etmişlər. Həmçinin əraziyə keçirilmiş baxış davam etdirilən zaman müəssisənin sərhədləri daxilində, müxtəlif yerlərdə müxtəlif cinslərə aid iri və xırda diametrli köküstə yaş halda olan ağacların kəsildiyi müəyyən edilmişdir. Ərazidən çəkilmiş şəkillər və alınmış izahat 8 saylı RETSİnin rəhbərliyinə təqdim edilmiş xidməti məruzəyə əlavə edilmişdir. O, xx xxxxxxxx 2019cu il tarixli 161 saylı sərəncam əsasında ətraf mühitin monitorinqi və ekologi maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Şahid2, ətraf mühitin mühafizəsinə nəzarət sektorunun müdiri Şahid3, həmin sektorun baş məsləhətçisi Müştaba Nağıyevin iştirakı ilə əraziyə təkrar baxış keçirilməsi və qanuna müvafiq tədbirlər görülməsi üçün Zərərçəkmiş şəxs MMC-nin Yevlax rayon şöbəsinin yerləşdiyi inzibati binaya getmişdir. Nəzarət buraxılış məntəqəsinin mühafizəçiləri onların təqdim etdikləri sərəncamla tanış olduqdan sonra onların müəssisəyə daxil olmalarına mane olmuş və müəssisə rəhbərliyinin onların müəssisəyə daxil olmalarına icazə vermədiyini bildirmişdir. Onlara müəssisənin mexaniki şöbəsinin qarşısında kəsilmiş ağacların yerdə qalan kök hissəsinin izi itirmək məqsədilə torpaqdan çıxarılması barədə daxil olmuş məlumatla bağlı mühafizçilərə əsasnaməyə uyğun olaraq idarə tərəfindən verilmiş sərəncam əsasında inzibati xəta törədilmiş əraziyə baxış keçirməklərinin qanuna müvafiq olduğu bildirilsə də, mühafizəçilər onlara qarşı aqressiv hərəkət edərək ərazidən uzaqlaşmalarını tələb etmişlər. Həmin məsələ ilə bağlı onlar idarəyə məlumat vermiş, kömək məqsədilə hüquqmühafizə orqanları əməkdaşlarının araşdırmada iştirak etməsini xahiş etmişlər. İdarə rəhbərliyi tərəfindən Yevlax rayon prokurorluğuna və Yevlax RPŞ-nə sözügedən məsələ ilə bağlı yazılı müraciət edilmiş, Yevlax rayon prokurorluğunun və Yevlax RPŞ-nin əməkdaşlarının iştirakı ilə MMC-nin ərazisinə daxil olmuşlar. Onlar ilk öncə mexanikləşdirmə şöbəsinin qarşısına getmiş, ilkin araşdırma zamanı həmin ərazidə kəsilmiş ağacların torpaqda qalmış kök hissəsinin torpaqdan çıxarılmasının və kəsilmiş üst çətir hissəsinin isə ərazidən daşınaraq aparıldığının şahidi olmuşlar. MMC-nin əməkdaşları müdiriyyət də başda olmaqla həmin ərazidə ağac kəsilmədiyini sübut etməyə çalışsalar da, onlar ilkin araşdırma zamanı həmin ərazidə kəsilmiş ağacların çəkilmiş fotoşəkillərini hüquq mühafizə orqanlarının əməkdaşlarına təqdim etmiş və qarşı tərəfin yalan söylədiyini sübut etmişlər. Sonradan digər ağacların kəsilməsi faktlarının araşdırılması üçün MMC-nin ərazisinə keçirilmiş baxış zamanı bir neçə dib kökündən kəsilmiş köküstə yaş halda olan ağacın üzərinin torpaqla örtüldüyünün şahidi olmuşlar. Qarşı tərəf yenə də ərazidən heç bir ağac kəsilmədiyini bildirməsinə baxmayaraq izi itirilməsi üçün üzəri torpaqla örtülmüş kötüklərin üzərləri açılmış, diametrləri ölçülmüş, müfəttiş və polis əməkdaları tərəfindən həmin ağacların ölçüləri, cinsləri qeydiyyata götürülmüş və ərazidə növbəti şəkillər çəkilmişdir. Araşdırmanın sonunda MMC-nin ərazisində ümumilikdə müxtəlif diametrli və cinsli 33 ədəd köküstə yaş halda olan ağacların kəsilməsi faktı aşkar edilmişdir. Araşdırmanın sonunda 8 saylı RETSİ-nin əməkdaşı Müştəba müəllim tərəfindən aktlar tərtib edilmiş, MMC-nin bağbanının izahatı alınaraq işə əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 8 saylı Regional Ekologiya və X3 ətraf mühitin monitorinqi və ekologi maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Şahid2, həmin idarənin ətraf mühitin mühafizəsinə nəzarət sektorunun baş məsləhətçi müfəttəşi Şahid5, həmin idarənin ətraf mühitin mühafizəsinə nəzarət sektorunun müdiri Şahid3 Şahid1 Şakir oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2019-cu il avqust ayının 1-də Yevlax şəhərində yerləşən Zərərçəkmiş şəxs MMC-nin direktor müavini vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs MMC-də 4 bağban işləyir, bağbanların vəzifələri inzibati ərazidə olan yaşıllıqlara qulluq edilməsi, ağacların sulanması, ağacların budaqlarının budanmasından və sairdən ibarətdir. xx xxxxxxxx 2019-cu il tarixdə o, işdə olmayan vaxt özlərini Ekologiya İdarəsinin işçiləri kimi təqdim edən Samir və Fuad adlı şəxslər Zərərçəkmiş şəxs MMC-yə gəlmişlər. Samir və Fuad Ekologiya Nazirliyinin işçisi olması barədə sənəd göstərməsinə baxmayaraq sərəncam olmadan Zərərçəkmiş şəxs MMC-nin inzibati ərazisinə daxil olmaq istəmişlər. Zərərçəkmiş şəxs MMC-nin giriş qapısında dayanan təhlükəsizlik işçiləri bu barədə ona məlumat vermiş, o da təhlükəsizlik işçilərinə Ekologiya Nazirliyinin işçilərinin inzibati əraziyə daxil olmalarına icazə verməmələrini bildirmişdir. Bundan sonra Samir adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq əraziyə daxil olmaq istəməsini xahiş etmiş və ərazidə bir neçə ağacın və budaqlarının kəsildiyini bildirmiş, o isə Samirə “rəsmi sənədin varsa keçə bilərsən” demişdir. Bundan sonra Samir və Fuad adlı şəxslər idarənin inzibati binasının ərazisinə baxdıqdan sonra Samir yenidən ona zəng edib bir neçə ağacın kəsilməsi faktı olduğu bildirmiş və “sabah işdə olarsan gəlib sizinlə görüşəcəm” demişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 15 radələrində Yevlax şəhəri Avtovağzalında olarkən işçilər ona zəng edərək ekologiya işçilərinin ağac kəsmə ilə bağlı rəsmi şəkildə Zərərçəkmiş şəxs MMC-yə gəlmələrini bildirmiş, həmin vaxt o, iş yerinə gəlmiş və bir neçə nəfər ekologiya idarəsinin işçilərinin idarənin inzibati binasının ərazisində baxış keçirdiyini görmüşdür. Ekologiya idarəsinin işçiləri sənədləşdirmə apardıqdan sonra çıxıb getmişdir. O həmçinin ifadəsində ağacların kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs onun və ya idarənin digər işçiləri tərəfindən heç bir göstəriş və ya tapşırıq verilməməsini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 8 saylı Regional Ekologiya və X3 54613 № li, xx xxxxxxxx 2019-cu il tarixli aktından və akta əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə Yevlax rayonu Nizami prospektində Zərərçəkmiş şəxs MMC-yə məxsus ərazidə yoxlama aparılarkən MMC-nin bağbanı Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 33 ədəd yaş köküstü ağaclar müvafiq icazə olmadan qanunsuz kəsilərək məhv edilməklə təbiətə xeyli miqdarda, yəni 4210.00 manat maddi ziyan vurmuşdur. (iş vər. 3-24); məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 267 №li rəyindən görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə 8 saylı regional Ekologiya və X3 əməkdaşları tərəfindən tərtib edilmiş 54613 saylı akta əlavə olaraq tərtib edilmiş cədvələ əsasən, 33 ədəd müxtəlif cinsli yaş ağacların qanunsuz kəsilməsindən, qanunvericiikdə müəyyən edilmiş normativ sənədlərdə mövcud olan qiymətlər ilə zərərçəkmişə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə beş ədəd 4.1-8 sm diametrli yaş tut ağacı 500,00 manat, üç ədəd 8.1-12 sm diametrli yaş tut ağacı 360,00 manat, beş ədəd 12.1-16 sm diametrli yaş tut ağacı 750,00 manat, dörd ədəd 16.1-20 sm diametrli yaş tut ağacı 720,00 manat, bir ədəd 20.1-24 sm diametrli yaş tut ağacı 200,00 manat, bir ədəd bir kol üçün diametrli yaş nar kolu 80,00 manat, üç ədəd 8.1-12 sm diametrli yaş qovaq ağacı 360,00 manat, bir ədəd 12.1-16 sm diametrli yaş heyva ağacı 150,00 manat, iki ədəd 4.1-8 sm diametrli yaş qarağac ağacı 200,00 manat, bir ədəd 8.1-12 sm diametrli yaş qarağac ağacı 120,00 manat, -bir ədəd 12.1-16 sm diametrli yaş qarağac ağacı 150,00 manat, üç ədəd 4.1-8 sm diametrli yaş şərq çinarı ağacı 300,00 manat, iki ədəd 8.1-12 sm diametrli yaş şərq çinarı ağacı 240,00 manat, bir ədəd 3 sm diametrli yaş gavalı ağacı 80,00 manat olmaqla şərti olaraq 4210,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır.( i.v. 113-116); “maddi sübut kimi tanınma barədə” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd balta maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər.83); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər.144); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 59); Zərərçəkmiş şəxs MMC tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər. 75); 8 saylı Regional Ekologiya və X3 məhkəməyə ünvanlandığı xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş 4210 manat ziyanın 2210 manat hissəsi ödənilmiş, ziyanın digər hissəsini isə bir ay ərzində ödəyəcəyinə söz vermişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı şikayətləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, iş yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2), cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal (CM-61) müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı,(CM-69.3),iş üzrə maddi sübut kimi tanınan bir ədəd balta məhv edilməli, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, bir ədəd balta məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar