Məhkəmə qərarları › İş №1(039)-24/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-24/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-24/2021 31.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Sadəddin oğlunun iştirakları ilə, xx xxxxxxx 1970-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(039)-141/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədi ilə 2020-ci ilin iyul ayı ərzində istintaqla müəyyən edilməyən ayrı-ayrı günlərdə və saatlarda Yevlax şəhəri F.Əmirov küçəsi, 9 nömrəli evdə özünün yaşadığı otaqdan evi iki hissəyə bölən kardonu qəsdən kəsərək oradan qardaşı arvadı Zərərçəkmiş şəxs yaşadığı otaqlara sonuncunun evdə olmamasından istifadə edib qanunsuz daxil olub Zərərçəkmiş şəxs məxsus bir ədədinin qiyməti 100 manat olan 200 manat dəyərində iki ədəd adyalı, bir ədədinin qiyməti 150 manat olan 300 manat dəyərində iki ədəd yataq üzünü, bir dəstinin qiyməti 15 manat olan 105 manat dəyərində yeddi dəst döşək-yorğan üzünü, bir ədədinin qiyməti 2 manat olan 16 manat dəyərində səkkiz ədəd can məhrəbasını (qətifəni), bir dəstinin qiyməti 80 manat olan 160 manat dəyərində iki dəst servisi (içərisində altı ədəd fincan, nəlbəki, mürəbbə qabı olan), bir ədədinin qiyməti 0,80 manat olan 24 manat dəyərində otuz ədəd iki litrlik şüşə bankanı, bir ədədinin qiyməti 1 manat olan 50 manat dəyərində əlli ədəd üç litrlik şüşə bankanı, bir ədədinin qiyməti 20 manat olan 40 manat dəyərində iki ədəd əllə işləyən ətçəkən maşın, bir ədədinin qiyməti 2 manat olan 4 manat dəyərində iki ədəd on iki litrlik dəmir vedrəni, bir ədədinin qiyməti 2 manat olan 8 manat dəyərində dörd ədəd beş litrlik kapron vedrəni, bir ədədinin qiyməti 5 manat olan 10 manat dəyərində iki ədəd xamır yoğurmaq üçün on litrlik dəmir ləyəni, bir ədədinin qiyməti 30 manat olan 90 manat dəyərində üç ədəd 2x3 metr ölçüdə olan süfrəni, bir ədədinin qiyməti 40 manat olan 80 manat dəyərində iki ədəd 3x4 metr ölçüdə olan süfrəni, bir ədədinin qiyməti 20 manat olan 40 manat dəyərində 80x80 sm ölçüdə iki ədəd yastığı, bir ədədinin qiyməti 7 manat olan 42 manat dəyərində altı ədəd dəmir podnusu, bir ədədinin qiyməti 8 manat olan 16 manat dəyərində iki ədəd dipçək aloa gülünü, bir ədədinin qiyməti 1 manat olan 10 manat dəyərində on ədəd əl-üz məhrəbasını, bir ədədinin qiyməti 3 manat olan 30 manat dəyərində on ədəd yastıq üzünü, bir ədədinin qiyməti 6 manat olan 24 manat dəyərində dörd ədəd yorğan və döşək üzünü, bir ədədinin qiyməti 13 manat olan 39 manat dəyərində üç ədəd şirəli qazanı, bir ədədinin qiyməti 10 manat olan 40 manat dəyərində dörd ədəd balaca qazanı, bir ədədinin qiyməti 2 manat olan 10 manat dəyərində beş ədəd vint açanı, bir ədədinin qiyməti 1 manat olan 6 manat dəyərində altı ədəd duz-istiot qabını, bir ədədinin qiyməti 15 manat olan 30 manat dəyərində iki ədəd ləyəni, 400 manat dəyərində bir ədəd televizoru, 15 manat dəyərində bir ədəd küləkləyəni, 20 manat dəyərində bir ədəd divar saatını, 5 manat dəyərində bir ədəd çaydanı, 2 manat dəyərində bir ədəd çayniki, 80 manat dəyərində bir ədəd yemək servisini (içərisində altı ədəd müxtəlif ölçüdə boşqab), 1500 manat dəyərində bir ədəd kilimi, 30 manat dəyərində bir ədəd dəvə suvinerini, 45 manat dəyərində bir ədəd qadın ayaqqabısını, 20 manat dəyərində on iki ədəd bulud boşqabını, 6 manat dəyərində altı ədəd bir adamlıq yemək boşqabını, 15 manat dəyərində altı ədəd aş boşqabını, 13 manat dəyərində altı ədəd uzunsov dolma boşqabını, 10 manat dəyərində altı ədəd turşu boşqabını, 16 manat dəyərində altı ədəd dovğa kasasını, 75 manat dəyərində otuz ədəd yemək boşqabını, 25 manat dəyərində iyirmi ədəd çay qaşığını, 25 manat dəyərində otuz ədəd çəngəli və 20 manat dəyərində on ədəd mətbəx bıçağını vahid niyyətlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 3696 manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, atası Vaqif, qardaşı Nəsimi və sonuncunun arvadı Sənubərlə ünvan 2 9 ünvanında birlikdə yaşamışlar. 2019-cu ilin ortalarında qardaşı Nəsimi və Sənubərlə münasibəti yaxşı olmadığı üçün atası Vaqif evi iki hissəyə kardonla bölmüşdür. Evin bir otağı ona verilmiş və həmin otağa başqa bir giriş qapısı açılmışdır. 2020-ci ilin may ayında Nəsimi, Sənubər və atası Vaqif işləmək üçün Yevlax rayonu Malbinəsi kəndində yerləşən icarəyə götürdükləri torpaq sahəsinə getmişlər. Əvvəl o da torpaqda işləməyə getsə də sonradan Yevlaxa qayıtmış və tək yaşamağa davam etmişdir. 2020-ci ilin iyul ayında onun yemək almaq üçün pulu olmadığından belə qərara gəlmişdir ki, Nəsiminin yaşadığı otağa girib əşya oğurlasın və sataraq pul əldə etsin. Evin ortasına çəkilmiş kardonu əli ilə cırıb açmış və evin Nəsimi və Sənubərin yaşadığı hissəsinə keçmişdir. Evin yataq otağındakı bir ədəd televizoru, bir ədəd divar saatını, sonra isə ümumi əmlakları olan bir ədəd kondisioneri götürüb həyətə çıxarmış, daha sonra isə tanımadığı şəxsin idarə etdiyi taksi avtomobillə həmin əşyaları avtovağzalın yaxınlığına aparmışdır. Avtovağzalın yaxınlığında yerləşən köhnə əşyaların alqı-satqısı məntəqəsində tanımadığı bir nəfər şəxsə kondisioneri 50 manata, televizoru 15 manata və divar saatını 5 manata satmışdır. xx xxxxxx 2020-ci il tarixdə Sənubər əşyalarının oğurlaması barədə Yevlax rayon polis şöbəsinə onun barəsində şikayət etmişdir. Oğurladığı televizoru və divar saatını satdığı şəxsdən alıb yaşadığı evə gətirmiş, Sənubər televizoru götürmüş, divar saatının isə sınmış olduğunu bildirib götürməkdən imtina etmişdir. İttiham aktında qeyd edilən digər əşyaları oğurlamamışdır. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 2016-cı ildə Şahid1lə ailə qurduqdan sonra sonuncu ilə birlikdə Yevlax şəhəri F.Əmirov küçəsi ev 9-da yaşamışdır. Həmin ev Nəsiminin atası Vaqifə məxsusdur. Ailə qurduqdan sonra valideyinlərinin və qohumlarının aldığı cehizləri yaşadığı həmin evə yığmışdır. 2019-cu ilin yay aylarında qayınatası Vaqif evi kardon materialla iki hissəyə bölmüş, hər otağa ayrı qapı qoymuşdur. Qayınatası Vaqif qayını Nazimə tapşırmışdır ki, onlara məxsus hissəyə keçməsin. 2020-ci ilin mart ayında Nəsimi və Vaqif işləmək üçün Yevlax rayonu Malbinəsi kəndinə icarəyə götürdüyü torpaq sahəsinə getmişlər. Bir müddət evdə tək qaldıqdan sonra Nazimlə bir həyətdə yaşamağın mümkün olmadığını görüb xx xxx 2020-ci il tarixdə Nəsimi ilə birlikdə Malbinəsi kəndində yerləşən torpaq sahəsinə getmişdir. Öz otaqlarının qapısına isə qıfıl vurmuşlar. Həmin vaxtdan sonra o, və Nəsimi evə gəlməmişlər. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında qayınatası Vaqiflə birlikdə Yevlax şəhərinə yaşadığı evə gəlmişlər. Evə daxil olduqda otaqların ortasında olan kardonun söküldüyünü, evin səliqəsiz vəziyyətə salındığını, əşyalarının yerində olmadığını görmüşdür. Otaqda olan sandığın qapağında qıfılın olmadığını, sandığın açıldığını, içindəki əşyaların götürüldüyünü görmüşdür. Əşyalarına baxdıqda bir ədəd televizorun, bir ədəd kilimin, qab-qacaqların, cehizlik əşyalarının yerində olmadığını, hamısının götürüldüyünü görmüşdür. Anlamışlar ki, əşyalarını Nazim oğurlamışdır. Belə ki, evin giriş qapısı açılmamış, mənzilin ortasına çəkilmiş kardon materialı Nazimin yaşadığı otaq tərəfdən sökülmüşdür. O, istifadə etdiyi telefonla 102-yə zəng edərək əşyalarının oğurlanması barədə məlumat vermiş və bu barədə Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. Nəsimi Nazimdən oğurladığı əşyaları qaytarmağı tələb etdikdə Nazim əşyaların hamısını satdığını bildirmişdir. Nazim həmin əşyalardan televizoru, divar saatını və küləkləyəni qaytara biləcəyini demişdir. Nazim televizor üçün 50 manat, divar saatı üçün 20 manat və küləkləyən üçün 15 manat pul istəmişdir. Nəsimi Nazimə 50 manat pul vermişdir. Nazim oğurladığı ona məxsus televizoru başqa yerdən gətirib ona vermişdir. Bundan sonra Nəsimi divar saatı üçün Nazimə 20 manat pul vermişdir. Nazim harasa gedib ona məxsus divar saatını da gətirmişdir. O, saatın sındırıldığını görmüş və saatı götürməkdən imtina etmişdir. Nazim saatı götürüb getmişdir. Nazim küləkləyəni gətirmək üçün Nəsimidən 15 manat pul istəmişdir. Nəsimidən tələb etmişdir ki, Nazimə daha pul verməsin. Bundan sonra Nəsimi Nazimə pul verməmiş və Nazim də ona məxsus küləkləyəni gətirməmişdir. Yaşadığı evdən ona məxsus bir ədəd televizor, bir ədəd küləkləyən, bir ədəd divar saatı, iki ədəd adyal, bir ədəd çaydan, bir ədəd çaynik, iki ədəd yataq üzü, yeddi ədəd döşək-yorğan üzü, səkkiz ədəd can məhrəbası (qətibə), iki dəst servis (içərisində altı ədəd fincan, nəlbəki, mürəbbə qabı olan), otuz ədəd iki litrlik şüşə banka, əlli ədəd üç litrlik şüşə banka, iki ədəd əllə işləyən ətçəkən maşın, iki ədəd on iki litrlik dəmir vedrə, dörd ədəd beş litrlik kapron vedrə, iki ədəd xamır yoğurmaq üçün on litrlik dəmir ləyən, bir ədəd yemək servisi (içərisində altı ədəd müxtəlif ölçüdə boşqab), beş ədəd süfrə (iki ədədi 3x4 metr ölçüdə, üç ədədi 2x3 metr ölçüdə), bir ədəd kilim, 80x80 sm ölçüdə iki ədəd yastıq, altı ədəd dəmir podnus, bir ədəd dəvə suvineri, iki ədəd dipçək aloe gülü, bir ədəd qadın ayaqqabısı, altı ədəd bulud boşqabı, altı ədəd bir adamlıq yemək boşqabı, altı ədəd aş boşqabı, altı ədəd uzunsov dolma boşqabı, altı ədəd turşu boşqabı, altı ədəd dovğa kasası, otuz ədəd yemək boşqabı, iyirmi ədəd çay qaşığı, otuz ədəd çəngəl, on ədəd mətbəx bıçağı, on ədəd əl-üz məhrəbası, on ədəd yastıq üzü və dörd ədəd prostina (yorğan və döşək üzü işlənmiş vəziyyətdə) oğurlanmışdır. Həmin əşyaların hamısını onun qayını Nazim oğurlamışdır. Həmin əşyalar hamısı yararlı olmuşdur. Ona vurulmuş ziyan Nazim tərəfindən ödənilməmişdir. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Şahid1 oğlu bildirmişdir ki, atası Vaqifə Babayevə məxsus ünvan 3 ünvanında atası və qardaşı Təqsirləndirilən şəxslə yaşamış, 2016-cı ildə isə Zərərçəkmiş şəxs ilə nikah münasibətlərinə girmişdir. Bundan sonra birlikdə həmin evdə yaşamışlar. Sənubər onunla ailə qurduqdan sonra özünə məxsus cehizlik əşyalarını gətirib evin ikinci mərtəbəsində yaşadıqları otaqlara yığmışdır. 2019-cu ildə atası evi ortadan iki yerə karton materialla bölərək birində onların digərində isə Nazimin yaşayacağını bildirmişdir. Otaqların qapıları da ayrı olmuşdur. 2020-ci ilin mart ayında atası Vaqiflə Malbinəsi kəndinə icarəyə götürdüyü torpaq sahəsinə getmişlər. May ayında isə Sənubər də onların yanına gəlmişdir. Nazimdən tələb etmişdir ki, Sənubərin əşyalarının heç birinə toxunmasın, həmin əşyaları oğurlamasın. Nazim Sənubərin əşyalarını oğurlamayacağına söz vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Sənubər atası Vaqiflə birlikdə Yevlax şəhərinə yaşadıqları evə gəlmişlər. Həmin gün Sənubər ona zəng edərək Nazimin evin ortasına çəkilmiş kardon materialını sökdüyünü, otaqlara keçib bütün əşyalarını oğurladığını demişdir. Evə gəldikdə həqiqətən də Sənubərə məxsus bütün cehizlik və ev əşyalarının oğurlandığını görmüşdür. Sənubər 102-yə zəng edib əşyalarının oğurlanması barədə şikayət etmiş, sonra Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. Bir neçə gün sonra o, Nazimdən nə səbəbə evin ortasına çəkilmiş kardon materialını sökdüyünü və Sənubərin əşyalarını oğurladığını soruşmuşdur. Nazim narkotik maddə almaq üçün pula ehtiyacının olduğunu, bu səbəbdən də Sənubərin əşyalarını oğurlayıb ayrı-ayrı şəxslərə satdığını demişdir. Nazimdən tələb etmişdir ki, heç olmazsa televizoru satdığı şəxsdən alıb qaytarsın. 100 manat dəyərində Nazimə geyim paltarları almış və həmçinin, 50 manat pul vermişdir ki, televizoru qaytarsın. Həmin gün Nazim televizoru haradansa gətirib evə qoymuşdur. Nazim Sənubərə məxsus divar saatını da qaytara biləcəyini demiş və ondan 20 manat pul istəmişdir. Nazimə 20 manat pul vermiş və Nazim harasa gedib divar saatını gətirmişdir. Divar saatı sınmış vəziyyətdə olduğu üçün Sənubər saatı götürməkdən imtina etmişdir. Nazim Sənubərə məxsus küləkləyəni də qaytara biləcəyini demiş və ondan 15 manat pul istəmişdir. Lakin, o, Nazimə pul verməmişdir. Sənubərə məxsus müxtəlif cehizlik, yataq, mətbəx əşyalarının, küləkləyən, divar saatı, çaydan, çaynik, qab-qacaqlar, çəngəl-bıçaqlar, yorğan-döşək üzləri, məhrəbalar, bankalar və digər əşyaların hamısının oğurlanmışdır. Həmin zaman evdə Nazimdən başqa heç kim olmamışdır və evin ortasına çəkilmiş kardon material Nazimin yaşadığı otaq tərəfdən sökülmüş və oradan otağa daxil olmuşlar. Şahid2 bildirmişdir ki, Yevlax şəhəri, F.Əmirov küçəsi, 9 ünvanında yerləşən ev ona məxsusdur. Orada oğulları Nəsimi və Nazimlə yaşadmışdır. 2016-cı ildə oğlu Nəsimi Zərərçəkmiş şəxs ilə nikah münasibətlərinə girmiş və cehiz əşyalarını da onun evinə gətirərək onlarla birlikdə yaşamağa başlamışdır. Lakin oğlu Nazimlə münasibətləri yaxşı olmadığından belə qərara gəlmişdir ki, yaşadıqları otağı iki hissəyə bölsün. Bu məqsədlə otağı karton materialla iki hissəyə bölmüşdür. Bir otaqda Nəsimi ilə Sənubər, digər otaqda isə Nazim tək yaşamağa başlamışdır. Sənubərin müxtəlif adda cehizlik, yataq, mətbəx və gündəlik istifadə olunmuş əşyaları olmuşdur. Nəsimi həmçinin, Sənubərə bir ədəd televizor alıb hədiyyə etmişdir. 2020-ci ilin mart ayının əvvəlində o, Nəsimi ilə birlikdə Malbinəsi kəndinə, icarəyə götürdükləri torpaq sahəsinə işləmək üçün getmişlər. May ayında isə Sənubər də onların yanına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Sənubərlə birlikdə Yevlax şəhərinə yaşadığı evə gəlmişdir. Həmin vaxt o, açarla evin qapısındakı qıfılları açıb evə daxil olmuşdur. Bu zaman evi iki hissəyə böldüyü kardonun söküldüyünü, Nazimin evin onlara məxsus hissəsinə keçdiyini, evdəki televizoru, Sənubərə məxsus cehizlik, mətbəx və yataq əşyalarını oğurladığını görmüşdür. Sənubər sandığına baxaraq əşyalarının oğurlandığını demişdir. Sənubər telefonla 102-yə zəng edərək əşyalarının oğurlanması barədə şikayət etmişdir. Bir neçə gün sonra Nəsimi Nazimdən evdən etdiyi oğurluq barədə soruşmuşdur. Nazim narkotik maddə almaq üçün pula ehtiyacının olduğunu, bu səbəbdən də Sənubərin əşyalarını oğurlayıb ayrı-ayrı şəxslərə satdığını demişdir. Nəsimi Nazimə pul verdikdən sonra sonuncu bir ədəd televizoru və bir ədəd divar saatını gətirib Sənubərə qaytarmışdır. Sənubər divar saatının sındığını bildirib götürməkdən imtina etmişdir. Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Sənubər 2016-cı ildə Şahid1lə ailə qurmuş və bundan sonra sonuncu ilə birlikdə Yevlax şəhərində, Nəsiminin atası Vaqifə məxsus evdə yaşamışdır. Sənubər ailə quran zaman müxtəlif adda cehizlik, yataq, mətbəx və digər əşyaları almış və həmin əşyaları Vaqifə məxsus evə aparmışdır. 2020-ci ilin avqust ayının əvvəlində Sənubər ona zəng edərək sahədən evə gəldiklərini, Nazimin evin ortasına çəkilmiş kardonu cırıb evinə daxil olduğunu, Nazimin ona məxsus əşyaları, televizoru, divar saatını, kilimi də oğurladığını demişdir. Sənubər Nazimin barəsində polisə şikayət etdiyini, Yevlax rayon polis şöbəsində araşdırma aparıldığını demişdir. Sonradan Sənubər ona Nazimin bir ədəd televizoru və bir ədəd divar saatını qaytardığını, lakin, divar saatı sındırılmış vəziyyətdə olduğu üçün qəbul etmədiyini demişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/4776 saylı rəyində qeyd olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilməyən tədqiq edilən tədqiqat obyektlərinin, 2020-ci ilin may-iyul aylarına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: Bir ədəd kondisioner (“Bakı” markalı, köhnə, istifadə edilmiş, işlək vəziyyətdə) 80,00 manat, bir ədəd küləkləyən (2016-cı il tarixdə alınmış, işlək vəziyyətdə) 15,00 manat, bir ədəd divar saatı (Saatın üstündə “məkkə”nin şəkli olan) 20,00 manat, bir ədəd çaydan (sarı rəngli, şirəli, bir neçə il əvvəl alınmış) 5,00 manat, bir ədəd çaynik (şüşə materialdan, 10 il əvvəl alınmış) 2,00 manat, yeddi dəst döşək-yorğan üzü (keyfiyyətli, qədimi olan) 105,00 manat, səkkiz ədəd can məhrəbası-qətibə (bir neçə il əvvəl alınmış, müxtəlif rəngli) 16,00 manat, otuz ədəd iki litrlik şüşə banka (şəffaf rəngli) 24,00 manat, əlli ədəd üç litrlik şüşə bankanın (şəffaf rəngli) 50,00 manat, iki ədəd əllə işləyən ətçəkən maşını (aliminium rəngli, istifadə edilmiş, işlək vəziyyətdə) 40,00 manat, iki ədəd on iki litrlik dəmir vedrə (bir neçə il əvvəl alınmış, aliminium rəngli, dəmir metaldan) 4,00 manat, dörd ədəd beş litrlik kapron vedrə (bir neçə il əvvəl alınmış, istifadə edilməmiş, təzə vəziyyətdə) 8,00 manat, iki ədəd xamır yoğurmaq üçün on litrlik dəmir ləyən (təxminən 7-8 il əvvəl alınmış, dəmir materialdan, ağ rəngli) 10,00 manat, 80x80 sm ölçüdə iki ədəd yastıq (10 il əvvəl düzəldilmiş, istifadə edilməmiş, təzə formada, qaz tükündən düzəldilmiş) 40,00 manat, iki ədəd dipçək aloe gülü (2020-ci ilin əvvəlində alınmış, hündürlüyü 60 sm) 16,00 manat, on ədəd əl-üz məhrəbası 10,00 manat, on ədəd yastıq üzü (istifadə edilməmiş, təzə formada) 30,00 manat, dörd ədəd yorğan və döşək üzü 24,00 manat. Aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilməyən tədqiq edilən tədqiqat obyektlərinin, 2020-ci ilin may-iyul aylarında , respublika daxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd kondisioner (“Bakı” markalı, köhnə, istifadə edilmiş, işlək vəziyyətdə) 15,00 manat, bir ədəd divar saatı (Saatın üstündə “məkkə”nin şəkli olan) 20,00 manat; bir ədəd çaydan (sarı rəngli, şirəli, bir neçə il əvvəl alınmış) 5,00 manat; bir ədəd çaynik (şüşə materialdan, 10 il əvvəl alınmış) 2,00 manat; yeddi dəst döşək-yorğan üzü (keyfiyyətli, qədimi olan) 105,00 manat; Səkkiz ədəd can məhrəbası-qətifə (bir neçə il əvvəl alınmış, müxtəlif rəngli)16,00 manat; otuz ədəd ili litrlik şüşə banka (şəffaf rəngli) 24,00 manat; əlli ədəd üç litrlik şüşə banka (şəffaf rəngli) 50,00 manat; iki ədəd əllə işləyən ətçəkən maşını (aliminium rəngli, istifadə edilmiş, işlək vəziyyətdə) 40,00 manat; iki ədəd on iki litrlik dəmir vedrə (bir neçə il əvvəl alınmış, aliminium rəngli, dəmir metaldan) 4,00 manat; dörd ədəd beş litrlik kapron vedrə (bir neçə il əvvəl alınmış, istifadə edilməmiş, təzə vəziyyətdə ) 8,00 manat; iki ədəd xamır yoğurmaq üçün on litrlik dəmir ləyən (təxminən 7-8 il əvvəl alınmış, dəmir materialdan, ağ rəngli) 10,00 manat; 80x80 sm ölşüdə iki ədəd yastıq (10 il əvvəl düzədilmiş, istifadə edilməmiş, təzə formada, qaz tükündən düzəldilmiş) 40,00 manat; iki ədəd dipçək aloe gülü (2020-ci ilin əvvəllərində alınmış hündürlüyü 60 sm) 16.00 manat; on ədəd əl-üz məhrəbası 10,00 manat; on ədəd yastıq üzünün (istifadə edilməmiş, təzə formada) 30,00 manat; dörd ədəd yorğan və döşək üzü 24,00 manat; Tədqiqata təqdim edilməyən, qərarın təsviri hissəsində göstərilən lakin qiymətləndirməyən aşağıdakı göstərilən digər əmlak faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görüntüsünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. Bir ədəd televizor (plazma, 2016-cı il tarixdə alınmış və istifadə edilmiş, işlək vəziyyətdə); iki ədəd ədyal (buxov adyal adlanan, bir neçə il əvvəl alınmış); iki ədəd yataq üzü-pakrıval (bir neçə il əvvəl alınmış, biri yaşı! rəngli, biri bozumtul rəngli); iki dəst servis-içərisində altı ədəd fincan, nəlbəki, mürəbbə qabı olan (biri göy rəngli, biri ağ rəngli, üzərlərində müxtəlif gül rəsmləri olan, təzə formada, istifadə edilməmiş); iki ədəd xəmır yoğurmaq üçün on litrlik dəmir ləyən (təxminən 7-8 il əvvəl alınmış, dəmir materialdan, ağ rəngli) qərarda iki dəfə təkrar olunub; bir ədəd yemək servisinin-içərisində altı ədəd müxtəlif ölçüdə boşqab (5-6 il əvvəl alınmış, istifadə edilməmiş, təzə formada, “çini” materialdan, ağ-güllü rəngli); beş ədəd süfrə-iki ədədi 3x4 metr ölçüdə, üç ədədi 2x3 metr ölçüdə (10 il əvvəl alınmış, istifadə edilməmiş, təzə, parça materiallı, müxtəlif rəngli); bir ədəd kilim (qədimi idi, uzunluğu 4 metr, eni isə 3 metr, az istifadə edilmiş, təzə, müxtəlif rəngli və bəzəkli); altı ədəd dəmir podnos (5-6 il əvvəl alınmış, dəmir materialdan, istifadə edilməmiş; bir ədəd dəvə suvenir (7-8 il əvvəl alınmış, 50x60 sm ölçüdə); bir ədəd qadın ayaqqabısı (Təzə, yeddi il əvvəl alınmış); on iki ədəd bulud boşqabı (15 il əvvəl alınmış, təzə, istifadə edilməmiş, qırmızı-lalə güllü rəngli); altı ədəd bir adamlıq yemək boşqabı; altı ədəd aş boşqabı; altı ədəd uzunsov dolma boşqabı; altı ədəd turşu boşqabı; altı ədəd dovğa kasası; otuz ədəd yemək boşqabı; iyirmi ədəd çay qaşığı; otuz ədəd çəngəl; on ədəd mətbəx bıçağı (səhv 222-227). Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(039)-141/2017 saylı hökmünün surəti ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilsə də, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, onun, başqa giriş yeri olmayan, öz otağından yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir və bu səbəbdən qeyd edilən maddələrin sanksiyası haddində cəza təyin edilməlidir. Cinayət Məcəlləsi: Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddı 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs təqsiri sübuta yetirildiyindən ona qeyd edilən maddələrin sanksiyası haddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə xərcləri və maddi sübutla əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulmalı, maddi sübut olan “Toshiba” markalı televizorun zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi X1 dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə istintaq zamanı 24 saat, Müdafiəçi Sadəddin oğluna qızına dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə zamanı 15 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 282 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X1 və məhkəmə dövrü üçün 96 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi Sadəddin oğluna ödənilsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗxx xxxx 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Maddi sübut - “Toshiba” markalı televizorun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əyyub qızına qaytarılması nəzərə alınsın Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar