Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-24/2022 02.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisi nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə, 2020-ci ilin oktyabr ayının sonunda istintaqla dəqiq müəyyən olunmayan gündə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab olunan ünvan 2 ünvanında yerləşən evin həyətinin iki taylı giriş qapısının arasından keçməklə evin həyətinə qanunsuz daxil olaraq həyətdən evin birinci mərtəbəsində yerləşən hovuz olan otağa qapıdan daxil olmaqla həmin otağın içərisindəki köməkçi tikilidən bir ədəd 2,500 manat dəyərində olan “Eca” markalı kombi aparatını gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2,500 manat məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, Yevlax şəhəri, Rafiq İbrahimov küçəsində yaşayır. İşləmədiyindən maddi çətinliklərlə üzləşir. Bu səbəbdən 2020-ci ilin oktyabr ayında yaşadığı küçədə yerləşən, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Tarixini xatırlamadığı gün, gecə təxminən saat 01:00-da həmin evə yaxınlaşaraq evin aralı olan darvazasından həyətə daxil olmuşdur. Evə bitişik olan su hovuzunun qapısının açıq olduğunu görərək oraya daxil olmuşdur. Ətrafa baxaraq nə oğurlaya biləcəyini axtarmış və hovuzun yanında, yəni hovuzdan evə keçən hissədə sol tərəfdə yerləşən kiçik tikilidə olan bir ədəd kombi aparatını görmüşdür. Həmin kombi aparatını özü sökərək yerə qoymuş, daha sonra isə götürüb həyətdən çıxarıb evin qarşısında olan otluqda gizlətmişdir. Oradan çıxıb öz evlərinə getmişdir. Həmin gün, təxminən saat 06:00da, yaşadığı küçəsinin baş tərəfindən keçən, əvvəllər tanımadığı, “VAZ 2109” markalı avtomobili idarə edən, taksi fəaliyyəti ilə məşğul olan şəxsi saxladaraq onu Goranboy rayonu, Goran qəsəbəsinə aparmağı xahiş etmişdir. Avtomobilin sürücüsündən Zərərçəkmiş şəxs evinin qarşısına sürməyi xahiş etmiş və oradan oğurladığı kombini otluqdan çıxarıb avtomobilə qoymuşdur. Sürücüyə bildirmişdir ki, kombi özünə məxsusdur, maddi ehtiyacı olduğu üçün satmaq qərarına gəlmişdir. Həmin avtomobillə Goranboy rayonu, Goran qəsəbəsinə getmiş və orada kombini tanımadığı şəxsə 650 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Kombi aparatından başqa Zərərçəkmiş şəxs məxsus evdən hər hansı digər əşya götürməmişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyi qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli ev ona məxsusdur. Həmin evin tikintisi başa çatsa da, içində təmir işləri başa çatmamışdır. Əsasən Bakı şəhərində yaşadığından ara sıra Yevlax şəhərinə gələrək həmin evə nəzarət edir. 2021-ci ilin iyul ayının 7-də evə baxmağa getdikdə evin içindən əşyaların oğurlandığını aşkar etmişdir. Məlum olmuşdur ki, evin birinci mərtəbəsindən – 2 ədəd 1,90 metr uzunluğunda, 70 sm enində olan plastik qapılar və 2 ədəd fıstıq ağazından hazırlanmış 2.20 metr uzunluğunda, 90 sm enində, 4 sm qalınlığında qapılar və həmin qapıların 8 ədəd kənar reykaları (plintuslar), bir bağlamada olan 17 ədəd reykalar, 7 ədəd 1.80 metr uzunluğunda qızdırıcılar (radiatorlar), bir ədəd saunanın sobası və motoru, hamam otağındakı vannanın motoru, bir ədəd duş, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan 64 pilləli pilləkənin 30 ədəd fıstıq ağacından olan taxtası 1.2 metr uzunluğunda 30 sm enində, 4 sm qalınlığında taxtadan olan pillələri, birinci mərtəbədəki divarda yerləşən işıq şalteri, ikinci mərtəbən - 2 ədəd 1,90 metr uzunluğunda, 70 sm enində olan plastik qapılar və 3 ədəd fıstıq ağacından hazırlanmış 2.20 metr uzunluğunda, 90 sm enində, 4 sm qalınlığında qapılar, hamamın asma tavanı, vannanın motoru, duşu və şüşəsi, bir ədəd divara quraşdırılmış paltar qurutmaq üçün hamam radiatoru, 1.80 metr uzunluğunda olan 6 ədəd radiator, üçüncü mərtəbədən – bir ədəd 1.4 metr uzunluğunda, 70 sm enində üzərində ağ sadə şüşə olan plastik pəncərə, 7 ədəd 1.80 metr uzunluğunda qızdırıcı (radiator), üçüncü mərtəbənin divarının iç hissəsinin taxtadan olan ümumilikdə 21 metr uzunluğunda və 2.5 metr enində olan hissəsinin şam ağacından olan örtüyü, evin həyətindəki köməkçi tikilidə olan iki ədəd kombi aparatı və bir ədəd su qızdırıcı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bu barədə polis orqanlarına ərizə ilə müraciət etmişdir. Sonradan müəyyən olmuşdur ki, evin birinci mərtəbəsində yerləşən kombi aparatını, həmin küçədə yaşayan Təqsirləndirilən şəxs oğurlamışdır. Həmin kombi aparatının dəyəri olan 2,500 manatı Təqsirləndirilən şəxs ona artıq ödəmişdir. Cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 171 nömrəli məktubda qeyd olunur ki, bir ədəd “Eca” markalı 600 m2 evi isitmək üçün nəzərdə tutulmuş kombi aparatının qiyməti 2,300 – 2,500 manat müəyyən edilir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə, yəni yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, mütəxəssis rəyi ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, bu cinayət işi üzrə müəyyən edilmiş zərəri tam ödəməsini, zərər çəkmiş şəxslə razılıq əldə etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Odur ki, həmin 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzadan çıxılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 114 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs oğlundan tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-24/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-24/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver