Məhkəmə qərarları › İş №1(039)-24/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-24/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-24/2023 19.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2022-ci ilin aprel ayının axırlarında həmin toxumları Yevlax rayonunun Hacıselli kəndində yaşadığı evin həyətindəki torpaq sahəsində əkmiş və xeyli miqdarda 13 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 10 iyul 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda həmin kultivasiya etdiyi çətənə bitkilərinin yarpaqlarından satış məqsədi olmadan özü istifadə etmək məqsədilə qanunsuz olaraq ümumi çəkisi 450 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək qara rəngli sellofan torbaya yığıb həmin həyətdə olan evin divarının küncündə ağ rəngli kauçuk vedrənin içərisində saxlamış, 17 avqust 2022-ci ildə saat 11:30-dan 12:10dək olan müddət ərzində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən mütəxəssisaqronomun iştirakı və video çəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs Hacıselli kəndində yaşadığı evin həyətində kultivasiya etdiyi xeyli miqdarda qanunla əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli cəmi -13 ədəd çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 450 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında yaşadığı Yevlax rayonu Hacıselli kəndinin ərazisindən keçən Kür çayının kənarında olarkən yabanı halda bitmiş çətənə kolunun yarpaqlarını istifadə etmək üçün yığarkən, onların üzərində toxumları olduğunu görmüş, gələcəkdə istifadə etmək üçün evinin həyətində əkmək məqsədi ilə yığmışdır. Həmin toxumları evə gətirmiş, 2022-ci ilin aprel ayında onları evin həyətindəki torpaq sahəsində əkmiş, toxumlardan 13 ədədi bitmişdir. Həmin toxumlara qulluq etməyə başlamış, yəni suyun vermiş, diblərin boşaltmış, peyin vermiş və bitkilər inkişaf etməyə başlamış, həmin bitkilərin yarpaqlarından yığıb istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə həmin çətənə bitkilərinin aşağı hissəsində bitmiş yarpaqları qoparıb torbaya yığmışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində evdə olmuş, Bu vaxt onu küçədən çağırmışlar, küçəyə tərəf getmiş, onu çağıran Yevlax RPŞ-nin əməkdaşları olmuş, polis əməkdaşları ona həyətinə baxış keçirmək istədiklərini demiş, o, da buna razı olmuş, bu barədə ərizədə yazıb polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları həyətdə əkdiyi çətənə kollarını və torbada toplayaraq saxladığı marixuananı aşkar edərək götürmüş, sonra protokol tərtib edilmiş, o, da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, habelə himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ona məlumat daxil olmuşdur ki, Yevlax rayonunun Hacıselli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli olan çətənə bitkiləri əkib becərir. Bu barədə rəhbərliyə müraciət etmiş, rəhbərlik icazə verdikdən sonra əməliyyat müvəkkili Şahid1la birlikdə həmin gün saat 11:30 radələrində Anarın yaşadığı ünvana getmiş, küçə qapısından Anarı çağırmışlar, Anar küçəyə çıxmış ona evinin həyətinə baxış keçirəcəklərini demiş, Anar da razı olmuş və video çəkilişlə aqronom alim X2 iştirakı ilə Anarın həyətinə baxış keçirilmişdir. Baxış zamanı Anarın yaşadığı evin həyətindən 13 ədəd narkotik vasitə olan çətənə bitkisi və qara rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişlər. Aqronom alim də bildirmişdir ki, həmin bitkilər narkotik vasitə olan çətənə bitkisidir, dibinin boşalması və alaqlarının təmizlənməsi və suvarılması üçün ağaca gündəlik qulluq edilmişdir. Anar özü də qeyd etmişdir ki, həmin ağaclar həqiqətən narkotik vasitə olan çətənə bitkisidir, onu özü gələcəkdə istifadə etmək üçün əkmiş və gələcəkdə yığardısa satmaq fikri olmamışdır. Sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, irad və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən işləyir, polis leytenantı rütbəsindədir. xx.xx.2022-ci il tarixdə ona məlumat daxil olmuşdur ki, Yevlax rayonunun Hacıselli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli olan çətənə bitkiləri əkib becərir. Bu barədə rəhbərliyə müraciət etmiş, rəhbərlik icazə verdikdən sonra əməliyyat müvəkkili Şahid2lə birlikdə həmin gün saat 11:30 radələrində Anarın yaşadığı ünvana getmiş, küçə qapısından Anarı çağırmışlar, Anar küçəyə çıxmış ona evinin həyətinə baxış keçirəcəklərini demiş, Anar da razı olmuş və video çəkilişlə aqronom alim X2 iştirakı ilə Anarın həyətinə baxış keçirilmişdir. Baxış zamanı Anarın yaşadığı evin həyətindən 13 ədəd narkotik vasitə olan çətənə bitkisi və qara rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişlər. Aqronom alim də bildirmişdir ki, həmin bitkilər narkotik vasitə olan çətənə bitkisidir, dibinin boşalması və alaqlarının təmizlənməsi və suvarılması üçün ağaca gündəlik qulluq edilmişdir. Anar özü də qeyd etmişdir ki, həmin ağaclar həqiqətən narkotik vasitə olan çətənə bitkisidir, onu özü gələcəkdə istifadə etmək üçün əkmiş və gələcəkdə yığardısa satmaq fikri olmamışdır. Sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, irad və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” xx.xx.2022ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Hacıselli kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsidir. Həmin həyətyanı sahədə Təqsirləndirilən şəxs aqrotexniki qaydada quluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər hər birinin hündürlüyü 110 santımetirdən 300 santımetrədək olan 12 ədəd, həmin ərazidə təxminən 10 metr məsafədə, aralıda isə 1 ədəd olmaqla ümumilikdə 13 ədəd bitki kolları və həmin kolları əkib becərdiyi yerdə olan ağ rəngli vedrənin arxasında 1 ədəd qara rəgli sellofan torba aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub). (iş vər.14-17); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:15-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 31-32); məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən aşkar edilmiş...” yazısı olan 05 (beş) ədəd sintetik kəsənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri-17 kilo qram 370.0 qram olan 13 (ədəd) bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Vüqar Mahmudovun 17 avqust 2022-ci il tarixli rəyinə əsəsən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş kütlə.” Yazısı olan 01 (bir) ədəd polietilen torpanın içərisindəki 01 (bir) ədəd sellofan torbadan, təmiz çəkisi-450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır.Tədqiqata sərf edildi çətənə bitkilərinin ümumi çəkisi –450,0 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 449,95 qram, Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər. 45-47); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmuşdur. (iş vər. 56-57); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, saat 19.25-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 65-66); maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 17 kq 368.70 qram çətənə bitkiləri və ümumi çəkisi 449.95 qram miqdarında qurudulmuş marixuananın və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 17 kq 368.70 qram çətənə bitkiləri və ümumi çəkisi 449.95 qram miqdarında qurudulmuş marixuana saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.71-72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.83); məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1682 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (iş vər.86); AZE seriyalı 11598165 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Sübhan adlı oğlu vardır. (iş vər. 82); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddəllərin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzalara münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınan 13 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkiləri və qurudulmuş marixuana qalığı məhv edilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 13 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkiləri və 449.95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar