Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-24/2024 13.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Yevlax şəhəri, K.Nəsibov küçəsi ev 3Qdə qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 fevral 2024-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonlarında istintaqla müəyyən edilməyən gündə ünvan 1 ünvanda yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağda qəsdən qanunsuz olaraq 07 ədəd xeyli miqdarda əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkilərini əkib yetişdirərək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş və istintaqla müəyyən olunmayan tarixdə və vaxtda həmin bitkiləri kökündən çıxararaq istifadə etmək məqsədilə yaşadığı evin arxasındakı divarın qarşısında yerə yığmış, 19 avqust 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə video çəkilişlə keçirilmiş baxış zamanı oradan 07 ədəd xeyli miqdarda əkərək kultivasiya etdiyi həmin tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qanunla qadağan edilmiş uzunluqları 100 sm-dən 120 sm-dək, ümumi çəkiləri 535 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, O, 2023-cü ilin aprel ayının sonlarında dəqiq yadında qalmayan tarixdə yaşadığı evin həyətyanı sahəsində 7 ədəd narkotik tərkibli çətənə bitkisini əkmiş və həmin bitkilər bitdikdən sonra ona xüsusi qaydada qulluq göstərmişdir. O, uzun müddətdir ki, narkotik vasitə olan marixuana istifadəçisi olduğu üçün öz istifadəsinə görə narkotik tərkibli çətənə kollarını əkib-becərmişdir. 19 avqust 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış Yevlax polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və baxış zamanı həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib decərdiyini səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun razılığı ilə yaşadığı evin həyətinə baxış keçirilmiş və baxış zamanı əkib becərdiyi ümumilikdə 07 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, əvvəllər məhkum olunmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 19 avqust 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi əməliyyat məlumatı daxil olduğu üçün əməliyyat müvəkkili Şahid1la birlikdə həmin günü Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri K.Nəsibov küçəsinə getmişlər. Onlar K.Nəsibov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz narkotik vasitələrin əldə edilməsi, daşınması ilə şübhəli olduğu üçün Yevlax RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Yevlax RPŞ-nə gəlmiş və onlar Təqsirləndirilən şəxs təhqiqatçı Rüstəm Həsənova təhvil vermişlər. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə olan 2 ədəd toxumu, 1 təsbehi, 1 alışqanı və 2 ədəd qəpiyi təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin toxumları əkib-əkmədiyi soruşulduqda Təqsirləndirilən şəxs Yevlax şəhəri K.Nəsibov küçəsində yerləşən yaşayış evinin həyətində evin yanında 6-7 ədəd əkdiyini bildirmişdir. Daha sonra həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və evinin divarının yanında köklərindən çıxarılmış vəziyyətdə olan 7 ədəd çətənə bitkisinə bənzər bitki kolları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutlmuş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 19 avqust 2023-cü il tarixli 17/627 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş quru vəziyyətdə olan narkotik tərkibli bitkiyə bənzər 7 ədəd ümumi quru çəkisi 630 qram olan kollar." yazısı olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 100 sm-dən 120 sm-dək, ümumi çəkiləri - 535,0 qram olan 07(yeddi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranom (mütəxəssis) Ağaəli Baxşəliyevin 19 avqust 2023cü il tarixli rəyinə əsasən 07(yeddi) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: a) Çətənə bitkilərinin ümumi çəkisi - 535,0 qr., cəmi tədqiqata sərf edildi - 0,70 qr. (hər bitkidən 0,10 qr.), qalıq - 534,30 qr. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, aqronom Ağaəli Baxşəliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, ünvan 3 ünvanında Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində ona təqdim olunan 06(altı) ədəd köklü və 01 (bir) ədəd köksüz çətənə kollarına oxşar bitki kollarıdır. Hər birinin hündürlüyü 100-120 sm- dir. Bitkilərin inkişaf fazasına uyğun olaraq bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin 24 oktyabr 2023-cü il tarixli 1753 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi Xəstəxanası” X7 01 sentyabr 2023-cü il tarixli, PHŞ - 6506/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 avqust 2023-cü il tarixdə qəbul edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri K.Nəsibov küçəsi 3Q ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sintetik kisədə qablaşdırılmış 07 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri K.Nəsibov küçəsi 3Q ünvanında yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdə qablaşdırılmış 01 (bir) ədəd siqaret qutusunun içərisindəki təmiz çəkisi - 1,33 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 X5 №3” mətninə malik ştampla ştamplanmış vəziyyətdə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, işə olan 02 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı, eyni zamanda iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan 01 (bir) ədəd sintetik kisədə qablaşdırılmış 07 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri K.Nəsibov küçəsi 3Q ünvanında yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdə qablaşdırılmış 01 (bir) ədəd siqaret qutusunun içərisindəki təmiz çəkisi - 1,33 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 120 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdən, 21 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, 01 (bir) ədəd sintetik kisədə qablaşdırılmış 07 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri K.Nəsibov küçəsi 3Q ünvanında yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdə qablaşdırılmış 01 (bir) ədəd siqaret qutusunun içərisindəki təmiz çəkisi - 1,33 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv məhv edilsin. İşə olan 02 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-24/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-24/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver