Məhkəmə qərarları › İş №1(039)-24/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-24/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-24/2025 09.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran Regional mərkəzində baş məsləhətçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə saat 05:30 radələrində idarə etdiyi “Mercedes Benz 190” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaldan- Zaqatala-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 6-cı kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, qarşı əks hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətlə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda bunu etməyərək, Zaqatala rayonu istiqamətində 50 km/saat sürətlə hərəkətdə olduğu sağ zolaqdan sol əks zolağa, yəni Xaldan istiqamətində sürücü Şahid1 65 km/saat sürətlə idarə etdiyi “SKODA OCTAVİA” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olub hərəkətini davam etdirmiş, sürücü Şahid1 bunu görüb avtomobilin əyləcini bassa da avtomobillər Yevlax rayon istiqamətinin sağından soluna doğru 1,9 metr məsafədə qarşıqarşıya toqquşmuşdur, nəticədə o, ehtiyatsızlıqdan “SKODA OCTAVİA” minik markalı avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs1 L4-L5-S1 fəqərəarası disklərin kompressyası, L3 fəqərənin kompression sınığı ilə müşayiət edilən hadisə törənən anda həyat üçün təhlükəli olmuş, sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və özünün idarə etdiyi avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs2 sağ qaşüstü nahiyənin, sol dirsək nahiyənin sıyrığı, sol İ-İİ qabırğaların yerini dəyişməmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax şəhəri İsrafil Məmmədov ev 3-də yaşayır, hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran regional mərkəzində baş məsləhətçi işləyir. Hadisə zamanı idarə etdiyi “Mercedes Benz 190” minik markalı **-DC- *** qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. 25 avqust 2024-cü il tarixdə o, dostu X2 ilə birlikdə idarə etdiyi avtomobillə Yevlax rayonu Xanabad ərazisində balıq ovuna gedirlərmiş, o, avtomobili idarə etmiş, Əlibala isə avtomobildə qabaqda sərnişin qismində oturmuşdur. Saat 05:30 radələrində Xaldan-Zaqatala-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 6-cı kilometrliyi ilə Yevlax rayonu istiqamətindən Zaqatala isitqamətində 50 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olmuş, qarşıda solda yerləşən döngəyə dönmək məqsədilə sol hərəkət zolağına keçən zaman qarşıdan uzaqdan bir avtomobil gəldiyini görmüş, həmin avtomobilin uzaqda olmasını həmin avtomobil gələnə kimi sola dönəcəyimi zənn edib, döngəyə çatmağa bir qədər qalmış sol zolağa daxil olub hərəkətdə olduğu zaman qarşıdan markasını və qeydiyyat nişanını sonradan bildiyi “SKODA OCTAVİA” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gəlib çatıb qarşı-qarşıya toqquşmuşlar. Toqquşma zamanı o, və avtomobilində olmuş sərnişin X2 xəsarət almışlar. “SKODA OCTAVİA” minik markalı avtomobildə sürücü ilə yanaşı üç nəfər sərnişin olmuşdur, sərnişinlərdən ikisi xəsarət almışlar, təcili tibbi yardım avtombobili ilə xəsəxanaya aparılmışlar. Əlibalanı da başqa bir təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışdır. Hadisə yerinə gəlmiş müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş o, da baxışda iştirak etmişdir, protokola və sxemə imza etmişdir. Zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara vurulmuş ziyanı ödədiyini nəzərə alaraq məhkəmədən onun barəsində cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə ev 11A-da yaşayır. Şahid1 qardaşı oğludur. 25 avqust 2024-cü il tarixdə o, qardaşı Rəşad, oğlu Arzuman və Nicatla birlikdə Nicatın idarə etdiyi “SKODA OCTAVİA” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonundan Bakı şəhərinə gedirlərmiş. Nicat avtomobili idarə etmiş, o, avtomobildə qabaqda sağda əyləşmiş, onun arxasında arxada sağda Rəşad, arxada solda isə oğlu Arzuman oturmuşdur. Saat təxminən 05:30 radələrində onlar Xaldan-Zaqatala- Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 6-cı kilometrliyi ilə Xaldan istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman qarşı zolaqdan “Mercedes Benz 190” minik markalı **-DC-*** qeydiyyat nişanlı avtomobil qəfildən onların yoluna daxil olub gəlib onların avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Hadisə nəticəsində o, qardaşı Rəşad xəsarət almışlar, Nicat və Arzuman xəsarət almamışlar. Onları təcili tibbi yardımla Yevlax rayon xəstəxanasına aparmışlar. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, sürücü Təqsirləndirilən şəxs dostudur. 25 avqust 2024-cü il tarixdə o, Nizami ilə birlikdə idarə etdiyi “Mercedes Benz 190” minik markalı **-DC-*** qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu Xanabad ərazisində balıq ovuna getmişlər, o, avtomobildə qabaqda sağda oturmuşdur. Saat 05:30 radələrində Xaldan-Zaqatala- Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 6-cı kilometrliyi ilə Yevlax rayonu istiqamətindən Zaqata isitqmətində hərəkətdə olmuşlar, qarşıda solda yerləşən yola dönmək üçün sol zolağa keçib döngəyə doğru hərəkətdə olan zaman qarşıdan yüksək sürətlə gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi “SKODA OCTAVİA” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlib qabaq hissəsi ilə onların avtomobilin qabaq hissəsindən vuraraq toqquşmuşdur. Hadisə nəticəsində o, və Nizami xəsarət almışlar. Onlarla toqquşan avtomobildə sürücü ilə yanaşı üç nəfər sərnişin olmuş, sərnişinlərdən ikisi xəsarət almışlar, onları hadisə yerinə gəlmiş təcili tibbi yardım atvomobili ilə Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi döngə 3 ev 11-də yaşayır. “SKODA OCTAVİA” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobil idarə etmək üçün "B C" katiqoriyalı sürücülük vəsiqəsi vardır. 25 avqust 2024-cü il tarixdə o, idarə etdiyi “SKODA OCTAVİA” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə atası Şahid2, əmisi Zərərçəkmiş şəxs1, əmisi oğlu Şahid3 ilə birlikdə Şəki rayonundan Bakı şəhərinə gedirlərmiş. O, avtomobili idarə etmiş, əmisi Azər avtomobildə qabaqda sağda oturmuşdur, atası avtomobildə arxada sağda oturmuşdur, əmisi oğlu Arzuman isə arxada solda oturmuşdur. Saat təxminən 05:30 radələrində o, idarə etdyi avtomobillə Xaldan- Zaqatala-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 6-cı kilometrliyi ilə yolun sağ hərəkət zolağı ilə 65 km/saat sürətlə hərəkətdə olan zaman, 28,5 metr məsafədən əks istiqamətlə hərəkətdə olan “Mercedes Benz 190” minik markalı **-DC-*** qeydiyyat nişanlı avtomobilin qəfildən onun hərəkət zolağına daxil olub bir hissəsi sarı xətt üzərində bir hissəsi isə asfalt üzərində ona doğru gəldiyini görmüşdür, bunu görən kimi tormoz vermiş, lakin buna baxmayaraq avtomobillər qarşı-qarşıya toqquşmuşdur. Hadisə nəticəsində o, xəsarət almamışdır. Lakin atası və əmisi Azər xəsarət almışlar. Təcili tibbi yardım atasını və əmisini xəstəxanaya aparmışdır. Hadisə yerinə gəlmiş müstəntiq tərəfindən hadisə yerinə onun da iştirakı olmaqla baxış keçirilmiş, protokola və sxemə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Şahid1 əmisi oğludur. 25 avqust 2024-cü il tarixdə o, əmisioğlu Nicat, atası Azər və əmisi Rəşadla bilrikdə Nicatın idarə etdiyi “SKODA OCTAVİA” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonundan Bakı şəhərinə gedirlərmiş. O, avtomobildə arxada sol tərəfdə oturmuşdur, atası Azər avtomobildə qabaqda sağda, əmisi Rəşad isə arxada sağ tərəfdə oturmuşdur, Nicat isə avtomobili idarə etmişdir. Saat təxminən 05:30 radələrində onlar Xaldan-Zaqatala-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 6-cı kilometrliyi Xalqdan istiqamətində getdikləri zaman onların avtomobili ilə qarşıdan gələn “Mercedes Benz 190” minik markalı **-DC-*** qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində o, xəsarət almamışdır, lakin atası və əmisi xəsarət almışlar, təcili tibbi yardımla xəstəxanaya aparılmışlar. Sonra hadisə yerinə polislər gəlib araşdırma aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 baş vermiş yol nəqliyyat hadisəsi nəyicəsində xəsarət aldıqlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu Xaldan-Zaqatala-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 6-cı kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi yerində “SKODA OCTAVİA” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Mercedes Ben 190” minik markalı **- BC-*** qeydiyyat nişanlı avtomobili toqquşduğu yeridir.(iş vər.06-26); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli 1858 №li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 07:40-da müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.27); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli 1859 №li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şahid1 xx.xx.2024-cü il tarixdə saat 07:45-də müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.28); AB seriyalı 090703 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Ben 190” minik markalı **-BC-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3r.(iş vər.29) AB seriyalı 260985 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “SKODA OCTAVİA” minik markalı **-NX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid1dur.(iş vər.30) Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 560 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bəndənində aşkar edilmiş xəsarət-sağ qaşüsütü nahiyənin, sol dirsəyin sıyrığı, sol İ-İİ qabırğaların yerini dəyişmimiş sınığı bərk kütlə alətin təsirindən əmələ gəlmişdir, əmələ gələmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd edilən xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamalığa az ağır zərər vuran xəsarətlərə aid edilir.(iş vər.59); Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 619 №li rəyindən görünür ki, Şahid2 Ağəli oğlunun bəndənində aşkar edilmiş xəsarət-alt dodağın əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gələmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd edilən xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamalığa yüngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər.64); Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 565 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Ağəli oğlunun bəndənində aşkar edilmiş xəsarət L4-L5-S1 fəqərə arası disklərin kompressiyası, L3 fəqərənin kompression sınığı bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gələmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd edilən xəsarət törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir.(iş vər.65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər.66); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6689/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs AC 926 717 saylı B-kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2029-cu il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüquq məhdudlaşdırılmamışdır. Şahid1 BC 506 887 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək verilmişdir (iş vər.69); Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2570 №li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 190” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manatdır. (iş vər.75-77); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “Mercedes Benz 190” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır.(iş vər.87); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şahid1 “SKODA OCTAVİA” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır.(iş vər.90); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(iş vər.160-161); Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 190” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yoı-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış və sürücü Təqsirləndirilən şəxs ilə barışımış, ona qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən zərərçəkmiş şəxslərin məhkəməyə ünvanlamış ərizələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübut hesab edilən avtomobillər sahiblərinə qaytarılmalı, müdafiəçiyə məhkəmədə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz 190” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs və “SKODA OCTAVİA” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olubolmamasına qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar