Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-25/2021 10.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin İ-ci İnstansiya Məhkəməsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xətai rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhlkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzası 03 il 09 aya endirilimiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə 02 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, Nizami küçəsi 23, ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxxxx 2020ci il tarixdə, saat 09:30 radələrində ictimai yer hesab edilən Yevlax şəhəri, Heydər Əliyev prospekti, 19A ünvanında yerləşən “Təbiyət” şadlıq sarayının yaxınlığında adamların sıx toplaşdığı yerdə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib Zərərçəkmiş şəxs ona olan 50 manat pul borcunu qaytarmasını uca səslə tələb edərək onunla mübahisə edib öz şəxsiyyətini onun şəxsiyyətindən üstün tutmaqla orada olan çoxsaylı digər şəxslərin yanında sonuncunun əynindəki köynəyin yaxasından hər iki əli ilə tutub sifət nahiyəsinə başı ilə bir dəfə qəsdən vuraraq onu yerə yıxıb ona qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmiş, həmçinin şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib qəsdən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs təxminən 7-8 aydır tanıyır, münasibətləri yaxşı olmuşdur. Asiflə Qaradağ rayonunda yerləşən meyvəli bazarında bir yerdə işləmiş, Asif 2020-ci ilin iyun ayının axırlarında ondan Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən kirayədə qaldığı evdə 100 manat borc pul almışdır. Asif pulu alan zaman bir həftəyə qaytaracağını bildirmiş, iyul ayının ortalarında pulun 50 manatını qaytarmışdır. xx xxxxxx 2020-ci il tarixdə arvadı Gültəkinlə birlikdə Asifin Yevlax şəhəri, Ceyhun Mustafayev küçəsində yerləşən yaşadığı evə getmişdir. Asifin qardaşı Elçin onları qarşılamış və xahiş etmişdir ki, növbəti gün gəlsinlər söhbət etmək üçün. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 09:30-da, arvadı Gültəkinlə Yevlax şəhərində yerləşən “Təbiyət” şadlıq sarayının qarşısında olan zaman Asiflə qarşılaşmışdır. Asifdən 50 manat borcunu qaytarmağını tələb etmişdir. Asif onlara pul verməyəcəyini deyərək arvadı Gültəkini nalayiq söyüşlərlə təhqir etmişdir. Asifə əsəbləşərək çıxıb getməyini tələb etmişdir. Bu zaman Asif onun yaxasından dartmış və o, qarşılıqlı olaraq Asifin yaxasından tutmuşdur. Asif ona qırağa keçməyi təklif etmiş və onlar “Təbiyət” şadlıq sarayının arxasına keçmişlər. Orada mübahisə davam etmiş, bu zaman Asifin üz nahiyəsinə başı ilə vurmuş və Asif yerə yıxılmışdır. Daha sonra Asifi yerdən qaldırmış ona həkimə aparmağı təklif etmiş, ancaq Asif buna razı olmamışdır. Arvadı Gültəkin təcili tibbi yardıma zəng etmiş, təxminən 15-20 dəqiqə sonra təcili tibbi yardım avtomobili Asifi Yevlax rayon mərkəzi xəstəxanasına aparmışdır. Zərər çəkmiş şəxslə artıq barışmışdır. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsla hadisədən bir neçə ay öncə tanış olmuşdur, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən meyvəli bazarında bir yerdə işləmişlər. 2020-ci ilin iyun ayında meyvəli bazarında işdə olarkən Səxavət ondan 110 manat borc pul almış və xahiş etmişdir ki, arvadı soruşsa bildirsin ki, guya oğlunun telefonunu o qırıb. Lakin, dediyi vaxtda Səxavət pulu qaytarmamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 10:00-da Yevlax şəhərində yerləşən “Təbiyət” şadlıq sarayının yaxınlığında gedən zaman orada Səxavət və Səxavətin arvadı Gültəkinlə görüşmüş. Gültəkin ondan Səxavətə olan 50 manat borcunu qaytarmağı tələb etmiş və onu təhqir etməyə başlamışdır. Səxavətə müraciət edərək xahiş etmişdir ki, arvadına izah etsin ki, onun heç bir borcu yoxdur, əksinə Səxavətin ona borcu var. Bu zaman Səxavət onun yaxasından tutub çəkməyə başlamışdır. Səxavətə təklif etmişdir ki, kənara çəkilsinlər. Bu zaman Səxavət başla onun üz nahiyəsindən vurmuş və o, zərbədən yerə yıxılmışdır. Səxavətlə aralarında olan mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin vaxt ətrafda təxminən 10-11 şəxs olmuşdur. Artıq təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı bir tələbi yoxdur. Bunun nəzərə alınmasını, Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs da onunla işləyən bir şəxs kimi tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 22:30da Yevlax şəhəri, Ceyhun Mustafayev küçəsində yaşadığı evin qarşısında dayanan zaman Səxavət və arvadı Gültəkin ona yaxınlaşmış və ondan Asifi soruşmuşlar. Asifin dəqiq yerini bilmədiyini bildirdikdə, Səxavət Asifin ona 50 manat borcunun olduğunu söyləmişdir. Onlara bildirmişdir ki, Asiflə öü danışmalıdır, əgər borcu varsa növbəti gün görüşüb özü Asifin borcunu ödəyəcəkdir. Bu zaman Səxavətin arvadı Gültəkin Səxavətə “kişi deyilsən, get Asifi vur öldür” demişdir. Buna baxmayaraq Səxavət onunla razılaşaraq arvadı ilə birlikdə çıxıb getmişdir. Növbəti gün saat təxminən 10:30-da ona zəng edib bildirmişlər ki, Asifi döyüblər. Polis əməkdaşları bildirmişlər ki, Asifi Səxavət adlı şəxs döymüşdür. Şahid6 ərziə təqdim edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı onun ifadəsi elan edilmiş, belə ki, istintaq zamanı Şahid6 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 496 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində akar edilmiş xəsarət-sağ iç topuğun açıq sınığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. (səhv 29-30) Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli hökmünün surəti ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs həmin hökmlə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığına görə onun barəsində Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən qeyd olunan sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd edilən hərəkətlərin, bununla da Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam təsdiq olunur. Bu səbəbdən ona qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, bununla da cinayətlərin residivinin yaranmadığını, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna istintaq müddəti üçün 222 manat və Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 72 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 % dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Cəzasını iş yeri üzrə çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 222 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna və məhkəmə dövrü üçün 72 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-25/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-25/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver