Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-25/2022 07.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 13 dekabr 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Məhsəti küçəsi, ev 62də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs , qəsdən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli talama məqsədi ilə 24 iyul 2021-ci il tarixdə, saat 23 radələrində Yevlax şəhəri, M.F.Axundov küçəsi 61 saylı evdə yaşayan Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri, «Dəvəçi» qəbirstanlığında yerləşən ətrafı mişar daşı ilə əhatələnmiş saxlanc yeri hesab olunan qəbir daşı düzəldilməsi sexinin həyətinə qanunsuz olaraq daxil olub həyətdəki binanın üzərində quraşdırılmış hər birinin ayrı ayrılıqda qiyməti 20 manat olmaqla ümumi dəyəri 140 manat olan 7 ədəd «EURONET-HD+» markalı müşahidə kameralarını, dəyəri 120 manat olan «BK-2500» markalı kondisioneri, dəyəri 500 manat olan 100 metr uzunluğunda “3 jilalı AVVQ 4X70” markalı mis naqili və dəyəri 40 manat olan əl arabasını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Narkotik vasitə qəbul etdiyinə görə Yevlax rayon məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 24 iyul 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evin yaxınlığında yerləşən Gülmalı adlı şəxsin «Dəvəçi» qəbristanlığında olan daş sexinin həyətində olarkən, orada olan binanın üzərində müşahidə kameralarının, daş kəsən mühərrikin üzərində xeyli kabelin, binadakı otağın pəncərəsində kondisanerin və həyətdə əl arabası olduğunu görmüşdür. Pulu olmadığına görə həmin əşyaları oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə orada olan kameraları, mühərrikin üzərindəki kabeli, kondisaneri və əl arabasın oğurlayaraq aparmışdır. Kondisaneri 75 manata tanıdığı metal qəbul edən Amin adlı şəxsə, kameraların 4 ədəd yararlı olanın 45 manata tanıdığı Nofəl adlı şəxsə, kabeli və sınmış qalan kameraları araba ilə birlikdə küçədə metal alan tanımadığı motosiklet sürücüsü olan kişiyə 20 manata satmışdır. Sonradan bilmişdir ki, onun oğurluq etdiyini polis əməkdaşları bilir ona görə polis şöbəsinə gedərək etdiyi oğurluğu etiraf etmişdir. Məhkəmədə son sözündə əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxs. Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şiakyət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqəar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax şəhərində yerləşən «Dəvəçi» qəbrstanlığında ona məxsus daş sexi var. 24 iyul 2021-ci il tarixdə saat 22 radələrində sexdə işi dayandırıb evə getmişdir. 25 iyul 2021-ci il tarixdə səhər sexə gəlmiş, sexdən 500 manat dəyərində 100 metir uzunluğunda 3 jilalı AVVQ 4X70 markalı mis naqilin, 490 manat dəyərində 7 ədəd «EURONET-HD+» markalı müşahidə kameralarının, 150 manat dəyərində işlək vəziyyətdə olan «BK-2500» markalı kondisanerin və 40 manat dəyərində əl oğurlandığını görmüşdür. O, bir neçə gün sexdən oğurluq edən şəxsi axtarsada tapa bilməmişdir. Bu səbəbdən polis şöbəsinə gedərək şikayət etmişdir. Sonradan bilmişdir ki, sexindən oğurluğu tanıdığı Əsəd adlı şəxs etmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, yaşadığı Yevlax şəhəri, E.Məmmədov küçəsi, 71 saylı evin həyətində metal qəbul etməklə məşğuldur. 24 iyul 2021-ci il tarixdə saat 23 radələrində evdə olarkən tanıdığı Əsəd adlı şəxs bir ədəd RF-da istehsal olunmuş, işlənmiş və sınmış vəziyyətdə olan kondisaneri gətirərək özünə məxsus olduğunu və pul lazım olduğu üçün satdığını demişdir. O, həmin kondisanerə baxmış və 75 manata kondisaneri ondan almışdır. Sonradan bilmişdir ki, Əsəd kondisaneri oğurlayıb ona satmışdır. Ona görə o, həmin kondisaneri polis şöbəsinə aparıb təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid2 Rafik oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, fərdi qaydada ev tikməklə məşğuldur. 25 iyul 2021-ci il tarixdə saat 15 radələrində Yevlax şəhərində yerləşən «Dostluq» şadlıq sarayının yaxınlığında olarkən tanıdığı Əsəd adlı şəxs əlində 4 ədəd müşahidə kamerası ilə yanına gəlmiş və söhbət zamanı Əsəd kameraların özünə məxsus olduğunu və pul lazım olduğu üçün satdığını demişdir. O, həmin kameralara baxmış və 45 manata kameraları ondan almışdır. Sonradan bilmişdir ki, Əsəd kameraları oğurlayıb ona satmışdır. Ona görə o, həmin kameraları polis şöbəsinə aparıb təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2021-ci il tarixli, 9/7941 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 260,00 manat müəyyən olunur. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlimat (markası, modeli, ölçüsü, çəkisi və.s) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərərçəkmiş şəxs məxsus «EURONET-HD+» markalı müşahidə kamerasının bir ədədi 20 manat olmaqla 7 ədədi ümumilikdə 140 manat, «BK-2500» markalı kondisaner isə 120 manat olmaqla ümumilikdə 260 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(039)-93/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 7(039)-37/2022 saylı qərarının surətindən görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(039)-93/2021 saylı hökmü ilə ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 1(bir) il müddətinə azaldılaraq 1 (bir) il 9 (doqquz) ay 15 (on beş) gün müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 13 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yelax şəhər İHB-nın 19 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayaış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibdidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsaasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əməlində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 15 (on beş) günü CMnin 66.2 və 66.5-ci maddələrinə əsasən azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 07 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Yevlax RPŞ-nin MSSK-da saxlanılan 4 ədəd müşahidə kamerası və 1 ədəd kondisaner hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 15 (on beş) günü CMnin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (10 ay 22 gün azdlıqdan məhrum etmə cəzası) hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Yevlax RPŞ-nin MSSK-da saxlanılan 4 ədəd müşahidə kamerası və 1 ədəd kondisaner hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 17 (on yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-25/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-25/2022
07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver