Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-25/2023 31.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 17 avqust 1985-ci tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin oktyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda əvvəllər tanıdığı Şahid2 oğlu ilə Yevlax rayonunun Qoyunbinəsi kəndində görüşərək sonuncunun ona 300 manat pul qarşılığında satmaq məqsədilə göstərdiyi “TT-Tulskiy Tokareva” konstruksiyalı, 7,62 mm kalibrli, CM 1438 nömrəli tapança – yivli odlu döyüş silahını baxmaq adı ilə sonuncudan götürüb pulunu verməyərək həmin yerdən uzaqlaşıb silahı üzərində gəzdirməklə aparıb yaşadığı ünvan 1 ünvanında saxlamış, 2020-ci ilin oktyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda həmin silahı Yevlax şəhər sakini Şahid1 800 manat pulun müqabilində satması barədə sonuncu ilə razılaşaraq silahı saxladığı yerdən götürüb tanışı Şahid4 yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada həmin tapançanı 800 manat pulu Şahid1 almaqla sonuncuya satmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, hərbi qulluqçular Şahid3 və Şahid2 onun tanışlarıdır. 2020-ci ilin oktyabr ayında Şahid3 ona bildirmişdir ki, düşmənin mövqelərindən götürülmüş “TT” markalı tapança var və xidmət yoldaşı həmin silahı 800 manata satmaq niyyətindədir. Qərara almışdır ki, həmin tapançanı alıb daha baha qiymətə sataraq qazanc əldə etsin. Şahid3 niyyətini bildirmiş və sonuncu bildirmişdir ki, Şahid2 həmin tapançanı ona gətirəcəkdir. Təxminən 17 və ya 18 oktyabr 2020-ci il tarixdə yaşadığı Yevlax rayonu, Qoyunbinəsi kəndində olan zaman Şahid2 ona zəng edərək onunla göruşmək istədiyini bildirmişdir. Tərlanla razılaşaraq kənddə əmisinə məxsus evin qarşısına görüş təyin etmişdir. Tərlan özünə məxsus VAZ 2106 markalı avtomobillə həmin yerə gəlmişdir. Silaha baxmaq üçün Vasif adlı tanışını da həmin yerə dəvət etmişdir. Vasif Tərlanın avtomobilinin ön, o isə arxa oturacağında oturmuşlar. Tərlan tapançanı Vasifə vermiş, Vasif çalışsa da tapançanı sökə bilməmişdir. Üzərində pul olmadığı üçün belə qərara gəlmişdir ki, tapançanı götürüb qaçsın. Bu məqsədlə Tərlandan xahiş etmişdir ki, öz mobil telefonu ilə Fəxriyə zəng etsin. Tərlan Fəxriyə zəng etmiş və o, Tərlanın mobil telefonunu götürərək Fəxri ilə danışmağa başlamışdır. Fəxri ilə danışa-danışa tapançanı götürmüş və avtomobildən enib əmisinə məxsus ev istiqamətində qaçmışdır. Tərlana məxsus telefonu yerə ataraq qaçıb gizlənmişdir. Sonradan narkotik vasitə aldığı Vüsala tapança satmaq istədiyini bildirmiş və Vüsal onu Şahbuz adlı tanışı ilə görüşdürmüşdür. Şahbuzla razılaşaraq tapançanı ona 800 manata satmışdır. Bir müddət sonra Tərlan öz tanışlarını onun yanına göndərək tapançanı geri qaytarmağı xahiş etmişdir. Həmin şəxslərə bildirmişdir ki, tapançanı 800 manata başqa şəxsə satmışdır, özündə həmin məbləğ yoxdur və əgər onlar həmin məbləği ödəsə tapançanı geri ala bilər. Lakin, həmin şəxslər pulu gətirmədikləri üçün razılaşmaları baş tutmamışdır. Bundan bir müddət sonra Tərlan özü ona zəng etmiş və bildirmişdir ki, tapança ilə bağlı barəsində araşdırma gedir, tapançanı geri qaytarmaq lazımdır. Tərlana da eyni təklifi vermiş və Tərrlan pulu ödəyəcəyini bildirmişdir. Bu məqsədlə 08 may 2021-ci il tarixdə Bakı şəhərində “Mağara” adlı kafedə Tərlanla görüşmüşlər. Kafedə söhbət edən zaman polis əməkdaşları onları saxlayaraq Xətai RPŞ-nə aparmışlar. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 ayrı-ayrılıqda uzun müddətdir ki, tanıyır. 2021-ci ilin təxminən oktyabr ayının ortalarında Vüqar onun yaşadığı ünvan 4 ünvanına gəlmişdir. Həmin zaman təsadüfən Şahbuz da onlarda olmuşdur. Özü başqa işlərlə məşğul olduğundan kənarda olanda Vüqarla Şahbuzun onun saxladığı göyərçinlərin yanında söhbət etdiyini görmüşdür. Lakin onların söhbətini eşitməmiş və söhbətin məzmununu bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, onun yaşadığı evin həyətində olan zaman Vüqar Şahbuza “TT” markalı tapançanı satmaq istədiyini bildirmişdir. Vüqarın həmin silahı haradan və kimdən əldə etməsini bilməmiş, sözügedən silahı ümumiyyətlə görməmişdir. Şahid1 bildirmişdir ki, təxminən 2020-ci ilin oktyabr ayının ortalarında qonşuluğunda yaşayan tanışı Vüsalın yaşadığı evə Vüsalın saxladığı göyərçinlərə baxmaq məqsədi ilə getmişdir. Vüsalın yaşadığı evin həyətində olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs da oraya gəlmişdir. Aralarında olan söhbət zamanı Vüqar bildirmişdir ki, babasından qalan “TT” markalı tapança var, həmin tapançanı satmaq istəyir. Vüqar həmin tapançanı üzərindən çıxararaq ona göstərmişdir. Vüqar həmin tapançanı 800 manata satmaq istədiyini söyləmiş və o, tapançanı almaq istədiyini bildirmişdir. Yaşadığı evə gedərək evdən 800 manat pul götürüb geri qayıtmış və həmin pulu Vüqara verərək “TT” markalı CM 1438 nömrəli tapançanı ondan almışdır. Həmin tapançanı aparıb bir müddət evdə, daha sonra isə Kür çayının sahilində gizlədərək saxlamışdır. Təxminən 2021-ci ilin may ayında sonradan adını bildiyi Şahid2 onun evinə gələrək bildirmişdir ki, Təqsirləndirilən şəxs “TT” markalı tapançanı ondan götürüb qaçmışdır və həmin tapançanı geri qaytarmaq lazımdır. Tərlana bildirmişdir ki, tapançanı bir şəxsə 1,500 manat satmışdır və əgər həmin pul ödənilsə tapançanı ondan geri ala bilər. Tərlan və yanında olan iki şəxs həmin pulu ödəyəcəklərini bildirdikdən sonra tapançanı gizlətdiyi yerdən götürüb gətirərək onlara vermiş və onlardan 1,500 manat pul almışdır. Buna görə məhkum olunmuşdur. Məhkəmə ballistik ekspertizanın 18 may 2021-ci il tarixli 3/872;3/873 nömrəli rəyində qeyd edilir ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd silah - keçmiş SSRİ-də 1941-ci ildə, zavod üsulu ilə istehsal edilmiş, 1930/33-cü illər nümunəli, “TT-Тульский Токарева” konstruksiyalı, 7,62 mm kalibri, CM 1438 №-li tapançadır - yivli odlu döyüş silahıdır, saz vəziyyətdədir, təyinatı üzrə istifadəyə (atəş açmaq üçün) yararlıdır, zavod nişanlarında pozuntu, dəyişiklik edilməmişdir, detallarında konstruksiyasını və təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, üzərində termiki və ya kimyəvi təsirdən yaranmağa xarakterik hər-hansı zədə aşkar edilməmişdir. Silahla birlikdə təqdim edilmiş 1 (bir) ədəd sandıqca 7,62 mm kalibri, 1930/33-cü illər nümunəli, “TT-Тульский Токарева” konstruksiyalı tapançalarda istifadə edilən 8 (səkkiz) ədəd patron tutumuna malikdir və təyinatı üzrə istifadəyə yararlıdır. (səh. 75-78) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə, yəni qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, satma və gəzdirmədə təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, əməlindən peşman olmasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü ilə bağlı qeyd edir ki, o, törətmiş olduğu cinayət əməlindən peşman olduğunu bildirsə də, məhkəmədən qaçıb gizlənməyə cəhd etmişdir ki, bununla da məhkəmədən yayınmaq niyyətində olduğunu nümayiş etdirmişdir. Buna görə də, ona həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə alternativ cəzanın təyin edilməsi onun islah olunmasına xidmət etməyəcək. Bu səbəbdən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı, istintaq zamanı şübhəli şəxs kimi saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X1 saxlanılan 01 ədəd “TT” markalı tapança hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 69 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir ) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 15 may 2023-cü il tarixdən hesablansın . Maddi sübut - Yevlax rayon polis şöbəsində saxlanılan, 01 ədəd “TT” markalı tapança hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 69 (altmış doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-25/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-25/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver