Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-25/2025 20.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 13 ədəd kibrit qutusunda xeyli miqdarda müvafiq olaraq ayrı-ayrı çəkiləri 6 qram, 6,42 qram, 6,24 qram, 5,49 qram, 4,37 qram, 5,56 qram, 4,62 qram, 5,36 qram, 6,16 qram, 5,06 qram, 5,18 qram, 4,39 qram və 4,17 qram olmaqla ümumi cəmi çəkisi 69,02 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə edib Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evin həyətində olan yardımçı tikilidə saxlamış, Təqsirləndirilən şəxs Yevlax rayonu Aran qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2024-cü il tarixdə saat 22:36-dan 23:00-dək video çəkilişlə onun yaşadığı Yevlax rayonu Aran qəsəbəsindəki evin həyətində yerləşən yardımçı tikiliyə baxış keçirilərkən tikilinin giriş qapısının qarşısındakı stulun üstündən 1 ədəd kibrit qutusunda, yardımçı tikilinin içərisindəki maqnitafonun üst qapağının altındakı saxlanc yerindən isə 12 ədəd kibrit qutusunda olan Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda əldə edib saxladığı çəkiləri müvafiq olaraq 4,17 qram, 6 qram, 6,42 qram, 6,24 qram, 5,49 qram, 4,37 qram, 5,56 qram, 4,62 qram, 5,36 qram, 6,16 qram, 5,06 qram, 5,18 qram, 4,39 qram olmaqla ümumi cəmi çəkisi 69,02 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul edir. Saxlanılmamışdan təxminən bir neçə il əvvəl Yevlax rayonu Aran qəsəbəsində yerləşən qəbirstanlıqda olarkən sellofan torbada kibrit qutuları görüb götürmüş, kibrit qutularının içərisinə baxarkən narkotik vasitə olan marixuana olduğunu görmüş, özü narkotik vasitə qəbul ediyi üçün həmin marixuananı istifadə etmək üçün yaşadığı evə apararaq, evin həyətində yeləşən yardımçı tikilidə saxlamış, o, Gəncə şəhərində yerləşən narkoloji xəstəxanada müalicədən gəldikdən sonra təximən iki gün sonra yəni 16 sentyabr 2024-cü il tarixdə yaşadığı evin həyətində olan əl damı kimi istifadə olunan yardımçı tikilidə yerləşən çarpayısında uzanarkən narkotik vasitə olan qurudulmuş marixuananın qoxusunu hiss etdikdən sonra həmin otağı axtarmış və orada olan maqnitafonun üst qapağının altında əvvəllər gizlətdiyi həmin kibrit qutularını aşkar etmişdir. Həmin günü spirtli içki qəbul etmişdir və yaşadıqları evdə ailəsi ilə aralarında söz-söhbət olmuşdur. Buna görə də atası Baloğlan sahə rəsi olan Xudabaxışa zəng edərək onların yaşadığı ünvana gəlməsini bildirmiş, sahə rəisi Xudabaxış onların yaşadığı evə gəlmiş və evin ona və arvadına məxsus yataq otağında onunla söhbət zamanı, o özü Xudabaxışa uzun müddətdir narkotik istifadə etmədiyini bildirmiş, həyətdə olan yardımçı tikilidə saxladığı narkotik vasitələri könülü olaraq təqdim edəcəyini söyləmişdir. Bundan sonra o, və Xudabaxış həmin tikiliyə birlikdə getmiş, Xudabaxış həmin 12 kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı gördükdə rayon polis şöbəsinə zəng edərək həmin ünvana gəlməsini bildirmişvə həmin kibrit qutularının fotoşəkillərini çəkərək hansısa polis əməkdaşına göndərmişdir. Bir qədər sonra polis əməkdaşları Şahid1, Teymur Baxşalıyev evlərinə gəlmiş, yardımçı tikilidə olan həmin 12 kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya baxmış, sonradan evlərinin həyətyanı sahəsindən küçəyə onunla birgə çıxmış, yenidən video çəkiliş aparmaqla guya sözügedən həmin 12 kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı aşkar etmələri barədə sənədləşmə aparmışlar. Həmin narkotik vasitələri polisə özü təqdim etmişdir, onda qanunsuz narkotik olması və onun həmin vasitənin satışı ilə məşğul olması barədə polis əməkdaşlarında əvvəlcədən əməliyyat məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmadığını, narkotik vasitəni yalnız özünün şəxsi istifadəsi üçün saxladığını bildirərək, əməlinin CM-in 234.1-ci maddəsinə tövsif olunmasını və həmin narkotik vasitəni polis əməkdaşlarına könüllü təhvil verdiyindən cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2024-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yaşayan, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin NMQ-nun baş əməliyyat müvəkkili Teymur Baxşalıyev, CAB-nin əməliyyat müvəkkili Ziya Hacıyev ilə birlikdə Aran qəsəbəsinə getmişlər, Aran qəsəbəsində polis sahə rəisi Şahid3 ilə görüşüb birlikdə Ruhinin yaşadığı evə getmişlər. Ruhini yaşadığı evin yaxınlığında saxlayıb saat 22:36 radələrində üstünə video çəkilişlə şəxsi axtarış keçirmişlər, Ruhinin üzərindən cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Bunldan sonra Ruhinin və atası Baloğlanın razılığı ilə Ruhinin yaşadığı qeyri yaşayış sahəsi olan otağa baxış keçirilərkən, otaqdan 12 ədəd, 1 ədəd isə otağın qarşısındakı stulun üzərindən kibrit qutularında olmaqla narkotik vasitə olan marixuana və həmin marixuananı çəkmək üçün istifadə etdiyi plastik qab və boru aşkar etmişlər. Ruhin həmin marixuananın ona məxsus olduğunu gəlcəkdə istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, sonra kütlələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin aşkar olunması ilə bağlı keçirilmiş baxış zamanı göstədiyi xüsusatlar yəni polis əməkdaşlarının narkotik vasitəni aşkar etməzdən əvvəl polis sahə rəisi Şahid3 məlumat verdiyini deməsi isə tamamilə yalandır və Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün bu cür ifadə verdiyini bildirmişdir. İttiham və müdafiə tərəfi, habelə məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, onlarda olan əməliyyat məlumatı Təqsirləndirilən şəxs sırf narkotik vasitənin satışı ilə məşğul olması barədə olmasa da, təqsirləndirilən şəxsin əvvəllər CM-nin 234.2-ci maddəsi ilə məhkum olunması barədə məlumatlarının olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkül vəzifəsində işləyən X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuşdur. 16 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində Yevlax RPŞ-nin polis əməkdaşları onun evinə gəlmiş və Ruhinin evin həyətində yatdığı otağa baxış keçirəcəklərin demiş, o, razı olmuş və polis əməkdaşları ilə Ruhin və onun iştirakı ilə Ruhinin yaşadığı otağa baxış keçirilərkən otaqdan Ruhinə məxsus 13 ədəd kibrit qutusunda narkotik vasitə aşkar edib götürmüşlar. Həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra kütlələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin aşkar olunması ilə bağlı keçirilmiş baxış zamanı göstədiyi xüsusatlar yəni polis əməkdaşlarının narkotik vasitəni aşkar etməzdən əvvəl polis sahə rəisi Şahid3 məlumat verdiyini deməsi isə tamamilə yalandır və Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün bu cür ifadə verdiyini qeyd etmişdir. İttiham və müdafiə tərəfi, habelə məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, onlarda olan əməliyyat məlumatı Təqsirləndirilən şəxs sırf narkotik vasitənin satışı ilə məşğul olması barədə olmasa da, təqsirləndirilən şəxsin əvvəllər CM-nin 234.2-ci maddəsi ilə məhkum olunması barədə məlumatlarının olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyən Şahid3 Mühiddin oğlu ifadəsində göstərmişdir ki, 16 sentyabr 2024-cü il tarixdə polis əməkdaşı Şahid1 və digər polis əməkdaşları Aran qəsəbəsinə gələrək əvvəllər narkotik vasitələrin satışına görə məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olduğunu və həmin şəxsin saxlanılaraq üzəri yoxlanılmaqla evinə baxış keçiriləcəyi bildirilmişdir. Polislər ona bu barədə deyənə qədər Təqsirləndirilən şəxs ona heç vaxtı evində narkotik vasitə olması barədə bir söz deməmişdir. Bundan sonra polis əməkdaşları olan əməliyyatçılar ilə birlikdə Təqsirləndirilən şəxs evinə getmişlər və əvvəlcə onun üzərinə daha sonra yaşadığı evin həyətində olan yardımçı tikiliyə baxış keçirmişlər. Yardımçı tikiliyə baxış zamanı oradan Təqsirləndirilən şəxs məxsus 13 ədəd kibrit qutusularında qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin aşkar olunması ilə bağlı keçirilmiş baxış zamanı göstədiyi xüsusatlar yəni polis əməkdaşlarının narkotik vasitəni aşkar etməzdən əvvəl guya ona məlumat verdiyini deməsi isə tamamilə yalandır və Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün bu cür ifadə vermişdir. İttiham və müdafiə tərəfi, habelə məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkillərində Ruhinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat əvvəlcədən olmuş, ərazini tanıyan şəxs və sahə rəisi kimi əməliyyatçılar tərəfindən ona zəng vurulmuş, o isə özünün də ailə münaqişəsi barədə məlumat daxil olması ilə əlaqədar həmin ünvana gedəcəyini xidmət yoldaşlarına bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstəmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Azadlığa çıxdıqdan sonrada narkotik vasitə qəbul etmiş, lakin onun narkotik vasitəni kimdən almasını bilməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində evdə olmuş, həmin vaxt Yevlax RPŞ-nin polis əməkdaşları onun evinə gəlmiş və ona yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış keçirəcəklərin demişlər. O, polis əməkdaşlarının yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış keçirməyə razılıq vermişdir. Həmin yardımçı tikilidə oğlu Ruhin yaşayır. Onun iştirakı ilə videoçəkilişlə otağa baxış keçirilərkən otaqdakı maqnitafonun içərisindən 12 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana, otaqdakı stulun üstündən isə əlavə 1 ədəd kibrit qutusundan narkotik vasitə olan marixuana aşkar edərək götürdülər. Həmin narkotik vasitə oğlu Ruhinə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında məhkəməyə dəvət olunmuş şahid X5 ifadəsində göstəmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Təxminən 2024-cü ilin sentyabr ayının 15-16-da axşam saatlarında oğlu Təqsirləndirilən şəxs evdə içili vəziyyətdə söz-söhbət saldığı üçün atası Baloğlan həmin ərazi üzrə sahə rəisi olan Şahid3 zəng edərək onların yaşadığı evə gəlməsini bildirmiş, bir neçə saat sonra sahə rəisi onların yaşadığı evə gəlmiş oğlu Ruhinlə bir neçə dəqiqə söhbət etdikdən sonra oğlu Ruhin Xudabaxışa onda narkotik vasitə olduğunu, həmin narkotik vasitəni təfil verəcəyini bildirdikdən sonra evlərinin həyətində yerləşən və adətən Ruhinin yaşadığı əl damı kimi istifadə etdikləri tikliyə ikilikdə getmişlər. Daha sonra Xudabaxış Ruhin ilə birlikdə olduqları həmin əl damına heç kimi buraxmamış, və həyətdən başqa polis əməkdaşlarına zəng vuraraq bu barədə məlumat vermişdir. Bir qədər sonra isə 4-5 nəfər tanımadığı polis əməkdaşları həyətlərinə gələrək Ruhin və Xudabaxış ilə birlikdə həmin əl damına daxil olaraq sonradan çıxmış və videokamera ilə çəkiliş apararaq aşkar olunanları götürərək getmişlər. Müdafiə və ittiham tərəfi, habelə məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Ruhinin Xudabaxışa onda narkotik vasitə olması ilə bağlı məlumat verməsini, Xudabaxış tərəfindən başqa polis əməkdaşlarına məlumat verməsini özü eşitmişdir. Ruhinin hadisənin baş verməsindən 3 gün öncə müalicədən gəldiyini, bütün günü evdə olmaqla kənara çıxmadığını, Ruhinin yanına hansısa kənar şəxslərin heç bir zaman gəlib - getmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Vətəndaşı Şahid4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı həyətə baxış keçirilməsinə heç bir etiraz yoxdur (iş vər.09); Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasın və baxış keçirilməsinə dair xx.xx.2024-cü il taixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətindəki saxlanc yerində gizlətdiyi 12 ədəd, saxlanc yerinin giriş qapısının yanında isə 01 ədəd kibrit qutularının içərisində açıq yaşlı rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur (müvafiq DVD disk əlavə olunub) (iş vər.10-11); Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən dövriyyəsi qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamış, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki anbardan baxış keçirilən zaman 13 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür (müvafiq DVD disk əlavə olunub). (iş vər.13-16); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:35-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.30-31); Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir (müvafiq DVD disk əlavə olunub) (iş vər.34-41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2024-cü il tarixli, 17/764 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin anbarından aşkar olunmuş və tədqiqata təqdim olunmuş 2 ədəd zərfdə 13 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marızuanaya bənzər kütlə və 1 ədəd siqaret kağızı və 1 ədəd falqa.” Yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki; digər 01 (bir) ədəd zərfin içərisində olan 12 (on iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 6 qram, 6,42 qram, 6,24 qram, 5,49 qram, 4,37 qram, 5,56 qram, 4,62 qram, 5,36 qram, 6,16 qram, 5,06 qram, 5,18 qram, 4,39 qram ümumi çəkiləri 64,85 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Digər 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kbrit qutusunda, təmiz çəkisi- 4.17 qram olan bitki mənşəli kütlə tərkibində narkoti maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd siqaret dənəsinin daxili divarlarında olan 01 (bir) ədəd kağız parçasının üzərində cüzi miqdarda qurudulmuş marixuana hissəcikləri vardır. Qurudulmuş marixuana hissəscikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş qurudulmuş marixuanalarla müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş 13 ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanaların ümumi çəkisi 69.02 qram, cəmi tədqiqata sərf edildi -0.26 qram (hər ob 0.02 qram) qalıq 68.76 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manat təşkil edir (iş vər.51-54); Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan gününür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış olan cinayət işi üzrə əməl CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır (iş vər.66); Təqsirləndilən şəxs qismində cəlb etmə barədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır (iş vər.68- 69); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmışdır (iş vər. 85-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Bayramov X6 Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü dəyişdirlərək təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası AR.MM-nin xx.xx.2021-ci il tarixli Amnist qərarın 4 bəndinə əsasə 06 ay azaldılaraq üzərində qəti olaraq 02 il 06 ay müddətinə azalıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir (iş vər.101); Naftalan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vər.105-111); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1765 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan heroindən və pisxotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vər.115); Yevlax rayonu Aran qəsəbəsi inzibati əraiz dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı 2009-cu il təvəllüdlü Zaur adlı uşağı vardır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan, tədqiqatdan sonra qalıq qalan 13 ədəd kibrit qutusunda ümumi çəkisi 69.02 qram olan narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin hökmünə kimi Yevlax Rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılması barədə xx.xx.2024-cü il tarixli qərar nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və yaşadığı yerdə saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi ilə yaşadığı yerdə saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan 68.76 qram narkotik vasitə qurudulmuş marixuana 13 ədəd kibrit qutularında olsa da, sonuncunun həmin narkotik vasitəni məhz satış məqsədi ilə yaşadığı yerdə saxlamasını təsdiq edən hər hansı hallar mövcud deyildir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə ilə ötürülən məlumatlara baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir halın aşkar olunmaması müəyyən edilmişdir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar da mövcud deyildir. Həmçinin, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yaşadığı yerdə saxladığı narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib saxladığını, habelə həmin qanunsuz vasitələri polis əməkdaşlarına özü verməsini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 noyabr 2024-cü il tarixli, 1765 nömrəli rəyi ilə də Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan heroindən və pisxotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacı olması öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs ümumi çəkisi 68.76 qram olan marixuananı satış məqsədi ilə yaşadığı yerdə saxlaması qənaətinə yalnız bükümlərin sayına görə gəlmişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə yaşadığı yerdə saxlaması faktının müəyyən edilməsi üçün bükümlərlə yanaşı başqa sübutlar da mövcud olmalıdır ki, hazırki iş üzrə belə hallar müəyyən edilməmişdir. Yəni, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı satış məqsədi ilə üzərində saxlaması faktı sübuta yetirilməmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində də göstərildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ilə yanaşı başqa sübutlar da mövcud olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məqsədinin narkotik vasitəni satmağa yönəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun narkotik vasitəsini əldə edərək üzərində saxlamasının məhz satış məqsədi ilə edilməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 68.76 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı yerdə saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 109.1-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 68.76 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45.-ci bəndində göstərilmişdir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Məhkəmə narkotik vasitələrin təqsirləndirilən şəxs tərəfindən könüllü surətdə təhvil verilməsi ilə bağlı qeyd edir ki, Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatında Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumatın olması iş materiallarında olan sübutlarla təsdiq edilir və bu hal isə onun aşkar olunmuş narkotik vasitələri könüllü surətdə təhvil verməsini istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardandır; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində bir azyaşlı uşağın olmasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan “Yevlax rayonu, Aran qəsəbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM- 61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli CM-in 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut – Yevlax Rayon Polis Şöbəsində maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan 13 ədəd kibrit qutusunda ümumi çəkisi 68.76 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətlərini” əks etdirən 3 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 1 (bir) saat hüquqi yardımın və Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 9 (doqquz) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 və göstərilən hüquqi yardıma görə cəmi 57 (əlli yeddi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçian oğluna ödənilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxs aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-25/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-25/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver