Məhkəmə qərarları › İş №1(039)-26/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-26/2020

14.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-26/2020 14.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə Şəki Şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, X4 Möhübbət oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1988-ci il tarixdə X2 şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək təyin olunduğu 3 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasını həmin hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla üzərində qət olaraq 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2019-cu il noyabrın 3-də gecə saat 00:15 radələrində, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 32 ünvanında yerləşən həyət evində yaşayan X3 evdə olmamasından istifadə edib, həmin evin həyətinə daş hasardan qanunsuz daxil olub həyətdəki hindən hər birinin diri çəkisi 4 kq olmaqla 30 manat dəyərində 12 ədəd hind quşunu, hər birinin diri çəkisi 2 kq olmaqla 10 manat dəyərində 25 ədəd toyuqlarını gizli talamaqla zərər çəkmiş şəxsə cəmi 580 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra, o, 2019-cu il noyabrın 4-də saat 18:30 radələrində, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 38 ünvanında yerləşən həyət evində yaşayan Zərərçəkmiş şəxs2 evdə olmamasindan istifadə edib, küçə qapısından həyətə qanunsuz daxil olaraq həyətdəki iki mərtəbəli evin birinci mərtəbəsindəki otağından 1 ədəd 100 manat dəyərində samovarı, soyuducudan 14 manat dəyərində 3 kq toyuq ətini, 12 manat dəyərində 2 kq mal ətini, 18 manat dəyərində 5 kq «Tulçinka» yağını, evin ikinci mərtəbəsindəki yataq otağından 1,000 manat nağd pulu gizli talamaqla zərər çəkmiş şəxsə cəmi 1,144 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, Yevlax şəhəri, Vaqif küçəsində yaşayan Sevda adlı qadının evinin həyətində toyuq və hind quşları saxladığını görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə, gecə saatlarında həmin qadının evinin qarşısından keçərkən evdə işığın yanmadığını görüb belə qərara gəlmişdir ki, həyətə daxil olub həyətdə olan quşlardan oğurlasın. Bu məqsədlə evin daş hasarından həyətə keçmiş, həyətdəki hindən üç hind quşunu və 4-5 toyuğu götürüb, oradan çıxıb yaşadığı evə aparmışdır. Həmin quşları həyətlərindəki hinə salmışdır. Bundan ailə üzvülərinin məlumatı olmamışdır. Həmin quşları satmaq istəsə də, Sevdanın şikayət edəcəyini guman edərək satmamışdır. İkinci dəfə də həmin məqsədlə Sevdanın evinə getmiş, lakin həyətə daxil olarkən Sevdanın onu gördüyünü hiss etdiyindən oradan uzaqlaşmış, həyətdən heçnə oğurlamamışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam təxminən saat 18:30-da, Vaqif küçəsi ilə gedərkən Sevdagilin evinə çatmamış Məsləhət adlı qadının evinin küçə qapısında qıfıl olduğunu və evlərinin işığının yanmadığını görmüşdür. Həyətə nəzər saldıqda evdə və həyətdə kimsənin olmadığına əmin olmuş və daş hasardan həyətə daxil olmuşdur. Evin birinci mərtəbəsinə daxil olduqda orada 5-6 litr su tutan samovarın olduğunu görmüş, həmin samovarı oğurlayaraq evlərinə aparmışdır. Növbəti gün somavarı aparıb əvvəllər tanıdığı Zöhrab adlı şəxsə 20 manata satmışdır. Zöhraba bildirmişdir ki, həmin samovar onun özünə məxsusdur. Məsləhətin evindən başqa heç bir əşya və yaxud pul götürməmişdir. Əməlindən peşman olduğunu, zərər çəkmişə şəxslərlə barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, 2019-cu ilin noyabr ayında xatırlamadığı bir gündə Alim ona yaxınlaşaraq uşağına dərman almaq üçün pul lazım olduğunu, bu səbəbdən özünə məxsus hind quşu satdığını bildirmişdir. Onun halına acıyaraq hind quşunu almış və həyətdə olan hinə salmışdır. Növbəti günü həmin hind quşunun və 7 toyuğunun hindən oğurlandığını görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında yaşadığı evin qapısını bağlayaraq Yevlax rayonu Kövər kəndində yaşayan qızının evinə qonaq getmişdir. Növbəti gün oradan evə qayıtdıqda qapıların açıq olduğunu, soyuducudan alıb yığdığı 14 manat dəyərində 3 kq toyuq əti, 12 manat dəyərində 2 kq mal əti, 18 manat dəyərində 5 kq «Tulçinka» yağının, digər otaqdan 1 ədəd 100 manat dəyərində 5 litr su tutan samovarın və evinin ikinci mərtəbəsindəki yataq otağından ərinin yas mərasimi üçün saxladığı 1,000 manat pulunun olmadığı görüb evindən oğurluq olduğunu anlamış və bu barədə polis orqanlarına məlumat vermişdir. Ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, ondan hər hansı bir tələbi yoxdur. Bunu nəzərə almaqla barəsində qanunvericiliklə nəzərdə tutulmuş yüngül cəzanın verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X5 məhkəməyə teleqramla müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, xəstə olduğu üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Bu səbəbdən Sevda Yusifovanın istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Sevda Yusifova istintaq zamanı ifadəsində bildirmişdir ki, yaşadıqları evin qarşısındakı evin həyətində 23 ədəd hind quşları və 50 ədəd toyuq saxlayır. xx xxxxxx 2019-cu il tarixdə saat 17.30 radələrində hind quşları ilə toyuqları hinə salıb evə getmişdir. Səhəri gün hind quşlarını və toyuqları açmaq üçün getmiş və görmüşdür ki, hər biri 30 manat dəyərində 12 ədəd hind quşlarının və hər biri 10 manat dəyərində 22 ədəd toyuqları oğurlanmışdır. O, həyətinə girən oğrunu soraqlasa da, tapa bilmədiyinə görə şikayət etmişdir. Polisdə ona bildirilmişdir ki, oğurluğu Alim adlı şəxs etmişdir. Həmin şəxsi tanımır. Şahid2 məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunur ki, metal tullantıları qəbul edir. xx.xx.2019-cu il tarixdə təxminən saat 11:40 radələrində, iş yerində olan zaman onun qardaşı Tehranın tanıdığı Zöhrab adında şəxs gələrək 5 litr su tutan samovar satdığını bildirmişdir. Zöhrab bildirmişdir ki, samovar oğurluq deyil, tanıdığı şəxsdən almışdır. Samovarın qiymətini 55 manata demişdir. Həmin şəxsin telefonunu götürüb onu yola salmışlar. Bir müddət sonra polis əməkdaşları həmin yerə gəlib həmin günü samovarın alınıb alınmadığını soruşmuş və o, aldığı samovarı təqdim etmişdir. Zöhrab samovarı satanda oğurluq olduğunu ona deməmişdir. Yevlax 1 saylı mərkəzi bazardan alınmış məktubda qeyd olunur ki, 1 ədəd 4 kq çəkisi olan hind quşunun qiyməti 30 manat olmaqla 12 ədəd hind quşunun qiyməti 360 manat, bir ədəd diri çəkisi 2 kq diri toyuğun qiyməti 10 manat olmaqla 25 ədəd toyuqların qiyməti 250 manat, 1 ədəd 5 litir su tutan samovarın qiyməti 100 manat, 3 kq çolpasının əti 14 manat, 2 kq mal əti 12 manat və 5 kq «Tulçinka» yağının qiyməti isə 18 manat olmuşdur. (səh. 44) Məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 30273 saylı rəyində qeyd olunur ki, 1, 2, 3 və 5 saylı daktilolentin səthindəki əl-barmaq izləri və 4 saylı daktilolentin səthindəki «a» «b» əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin çeçələ barmağından, 3 saylı daktilolentin səthindəki əl barmaq izi, onun sağ əlinin baş barmağından, 4 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi onun sağ əlinin orta barmağından, 4 saylı daktilolentin səthindəki «b» əl-barmaq izi onun sağ əlinin adsız barmağından və 5 saylı daktilolentin səthindəki əl barmaq izi, onun sağ əlinin orta barmağından qalmışdır. (səh. 114-128) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2792 saylı rəyində qeyd olunur ki, X3 evindən oğurlanmış 12 ədəd hər birinin diri çəkisi 4 kq olan hind quşu 360 manat, 25 ədəd hər birinin diri çəkisi 2 kq olan toyuqların qiyməti 250 manat olmaqla ümumilikdə 610 manat təşkil etmiş, Zərərçəkmiş şəxs2 evindən isə oğurlanmış 1 ədəd 5 litr su tutan samovar 100 manat, 3 kq çolpa əti 14 manat və 5 kq «Tulçinka» yağı isə 18 manat təşkil etməklə ümumilikdə 132 manat təşkil etmişdir (səh. 157-160) Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmünün surətindən müəyyən olunur ki, Amil Abdullayev həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək təyin olunduğu 3 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasını həmin hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla üzərində qət olaraq 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən müəyyən olunur ki, Amil Abdullayev xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilsə də, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, onun, yaşayış sahəsinə daxil olmaqla, o cümlədən təkrarən oğurluq etməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir və bu səbəbdən qeyd edilən maddələrin sanksiyası haddində cəza təyin edilməlidir. Cinayət Məcəlləsi: Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddı 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində 4 yetkinlik yaşına çatmayan övladının olmasını, vurulmuş maddi ziyanı ödəməklə zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri və maddi sübutla əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 211 manat 11 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə 15 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. İş üzrə 211 (iki yüz on bir) manat 11 (on bir) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗxx xxxx 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 15 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 150 manat və məhkəmə dövrü üçün 90 manat, cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar