Məhkəmə qərarları › İş №1(039)-26/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-26/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-26/2021 24.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Nizami prospekti, 249 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 yaşadığı Yevlax şəhəri, Bakıxanov küçəsi 26 saylı evin həyətinə hasardan keçməklə qanunsuz olaraq daxil olub həyətdəki yardımçı tikilidən 1 ədəd 250 manat dəyərində 15 litr su tutan və 1 ədəd 100 manat dəyərində 7 litr su tutan samovarları qəsdən gizli olaraq talayaraq zərər çəkmiş şəxs Tamaşa Əmirovaya cəmi 350 (üç yüz əlli) manat maddi ziyan vuraqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrar xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində özgənin əmlakını gizli talamaq məqsədilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 yaşadığı Yevlax şəhəri Q.Nəbi küçəsi 46 saylı evin həyətinə hasarından keçməklə qanunsuz olaraq daxil olub həyətdəki hamamdan 150 manat dəyərində «Elite» markalı paltar yuyan aparatı qəsdən gizli olaraq talayaraq zərərçəkmiş şəxs Rəşad Qazıyeva cəmi 150 (yüz əlli) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən şayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, xx xxxx 2020-ci il tarixdə, gecə yarısı, dayısı X7 ilə birlikdə belə qərara gəlmişdirlər ki, oğurluq edib pul əldə etsinlər. Bu məqsədlə evdən çıxaraq qonşu küçə olan Bakıxanov küçəsinə adlayaraq küçə ilə gedərkən təxminən saat 01:00-da həmin küçədə yaşayan Tamaşa adlı qadının evinin işığının yanmadığını görüb, evdə olmadıqlarını guman edərək evdən oğurluq etmək qərarına gəlmişlər. Evin hasarından həyətə girərək həyəti gəzərkən həyətdəki əl damina daxil olmuşlar. Əl damında 1 ədəd samovarı görüb götürərək həyətə girdikləri qaydada da həyətdən çıxıb getmişlər. Növbəti gün təxminən saat 12:00-da dayısı Mahmud somavarı götürərək tanışı İlqargilə getmiş və karantinlə əlaqədər iş tapa bilmədiyi üçün evdə ərzaq olmadığını deyib həmin samovarı 105 manata ona satmışdır. Sonra Mahmud evə qayıtmış və pulu bölmüşlər. Bundan sonra xx xxxx 2020-ci il tarixdə, təxminən saat 23:00-da dayısı ilə birlikdə yaşadıqları evdən çıxaraq küçələrlə gedərkən Yevlax şəhəri, Qaçaq Nəbi küçəsi, 46 saylı evin küçə qapısının bağlı olduğunu görüb evin hasarından həyətə adlayıb baxarkən həyətdəki hamamda üzərinə «Elite» sözü yazılmış paltaryuyan maşını görüb birlikdə paltaryuyanı hamamdan çıxararaq küçə darvazasına aparmışlar. Küçə darvazasın açaraq paltar yuyanı oradan çıxararaq yaşadıqları evə aparmışlar. Növbəti gün 31.07.20-ci il tarixdə, saat 11:00-da evdən çıxaraq taksi maşını çağırmış və paltar yuvan maşını avtomobilin yük yerinə qoyaraq satmaq üçün müştəri axtarmışlar. Sürücüyə isə paltaryuyanın özünün olduğunu evdə ərzaq olmadığına görə satıb evə ərzaq alacağını demişdir. Yevlax şəhəri Q.B.Zakir küçəsində yaşayan Zeynəb adlı qadına işlənmiş vəziyyətdə olan paltaryuyan aparatını göstərərək evdə ərzaq olmağına görə satıb evə ərzaq alacağını demişlər. Zeynəb adlı qadına paltar yuyan maşını 80 manata sataraq çıxıb getmişlər. Zeynəb paltar yuyan aparatın oğurluq olduğunu bilməmişdir. Pulu Mahmudla bölüb xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə eşitmişdir ki. Mahmudu polis əməkdaşları saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Mahmud etdikləri oğurluğu etiraf etmiş, o, da tutulacağından qorxaraq Bakı şəhərinə getmişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X3 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə oğlu Vüqar saat təxminən 05:00-da yuxudan oyanıb həyətə düşmüş və küçə qapısının açıq olduğunu görmüşdür. Anlamışlar ki, gecə həyətə oğru girmişdir. Həyətdəki əl damına baxarkən biri 7 litr su tutan, digəri isə 15 litr su tutan samovarların yerində olmadığını görmüşlər. 15 litr su tutan somavara ondan iki ay öncə 2,000 manat pul təklif etsələr də, samovarı satmamışdır. Ona görə o, polis şöbəsinə gedərək şikayət etmişdir. Sonradan məlum olmuşdur ki, evindən samovarları qonşu küçədə yaşayan Çingizin oğlu və nəvəsi oğurlamışlar. Dəymiş ziyan artıq Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bu barədə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxsi X8 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və bu barədə ərizə təqdim etməklə ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyiuni bildimrişdir. Zərər çəkmiş şəxs Rəşad Qazıyevin istintaq zamanı verdiyi ifadə məhkəmə iclası zamanı elan edilmişdir, belə ki, o bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə səhər saat təxminən 05:00-da yuxudan oyanıb yaşadığı evin həyətinə çıxdıqda həyətdə yeni tikdirdiyi hamamın qapısının açıq olduğun ugörmüş, hamamın içinə baxdıqda orada olan, 2014-cü ildə 800 manata aldığı, 6 kq paltar yumağa gücü olan «Elite» markalı paltar yuyan maşının oğrulandığını görmüşdür. Bu səbəbdən polis orqanlarına məlumat vermişdir. Sonradan polis əməkdaşları bildirmişlər ki, paltar yuyan maşını oğurlayanı tapçışlar. Bu H. Aslanov küçəsində yaşayan Çıngizin oğlu Mahmudun olduğunu bildirmişlər. Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax şəhər sakini X4 tanıyır, evlərində usta işləmişdir. Münasibətləri yaxşı olmuşdur. 29.07.20-ci il tarixdə, təxminən saat 12:00-da evdə olarkən Mahmud onlara gəlmiş və bildirmişdir ki, karantinlə bağlı pul qazana bilmir evdə yeməyə ərzaqları yoxdur. Satmaq üçün bir ədəd samovarı olduğunu demişdir. Samovara ehtiyacı olduğundan samovara baxmış və Mahmuda bu samovara görə 105 manata verə biləcəyini demişdir. Mahmud razı olaraq həmin samovarı ona satıb getmişdir. Belə anlamıdır ki, Mahmud onu tanıdığından ona oğruluq samovar satmaz. Samovarın oğurluq olduğunu bilməmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gələrək Mahmudun ona samovar satıb-satmadığını soruşmuşlar. Polis əməkdaşlarına bildirmişdir ki, həqiqətən Mahmuddan samovar almışdır. Aldığı samovarı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/4009 saylı rəyində qeyd olunur ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla hazırki orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:

1. X2 məxsus 15 litr tutumlu samovar- 250,00 manat, 7 litr tutumlu samovar - 100 manat;

2. X6 məxsus 2014-cü il buraxılışlı, 6 kq-lıq «Elite» markalı paltaryuyan maşın 150.00 manat. (səhv 79-80, ) Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir və bu səbəbdən ona qeyd edilən maddələrin sanksiyası haddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində üç azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə, həmin tarixdən xx xxxxxx 2021-ci il tarixədək ev dustaqlığında saxlanılmışdır. Odur ki, həmin 3 (üç) ay 6 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzadan çıxılmalıdır. Məhkəmə xərcləri və maddi sübutla əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyərinin Mahmud Nadirovdan tutulması onun barəsində olan hökmlə qərara alınması, habelə maddi sübutları zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna istintaq müddəti üçün 276 manat və Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 72 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə, həmin tarixdən xx xxxxxx 2021-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 3 ay 6 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 6 ay 12 gün müddət çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 21-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə bu qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 276 (iki yüz yetmiş altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna və məhkəmə dövrü üçün 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili X5 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir.

Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar