Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-26/2022 10.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda 0,371 qram və 0,540 qram miqdarında olmaqla ümumilikdə 0,911 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa olmayan mənbədən və vaxtda əldə edib, saxlamış, həmin 1 (bir) ədəd bükümdə olan cəmi 0,371 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əvvəllər ünvan 2 ünvanında yaşayan Şahid3 31 iyul 2021-ci il tarixdə saat 12:00 radələrində ünvan 3 ünvanında yerləşən evin qarşısında küçədə 10 manata satmış, həmin 0,371 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin xx.xx.2021-ci il tarixdə saat 13:50-dən 14:10-dək olan müddətdə Yevlax RPŞ-də Şahid3 üzərində müdafiəçisinin iştirakı ilə video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarının sağ yan aşkar olunaraq götürülmüş, digər 1 (bir) ədəd bükümdə cəmi 0,540 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin 06 oktyabr 2021-ci il tarixdə Yevlax şəhəri, M.Ə.Sabir küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 11:56-dan 12:20-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək söyləmişdir ki, ara sıra narkotik vasitələrdən istifadə edir. Lakin, heç vaxt narkotik vasitə satmaq niyyətində olmamışdır. 06 oktyabr 2021-ci il tarixdə, səhər saat 09:00-da yaşadığı evdə olan zaman, Yevlax RPŞ-nin əməkdaşları, buna heç bir rəsmi icazə olmadan onun evinə daxil olmuş və onu zor tətbiq etməklə Yevlax RPŞ-nin inzibati binasına aparmışlar. Polis əməkdaşlarının bu qanunsuz əməllərinə onun ailə üzvləri və tanışı Şahid5 şahid olmuşlar. Eyni zamanda bunu, saxlanıldığı Yevlax şəhəri, Sabir küçəsində yerləşən “Dostluq” şadlıq sarayının və Tikinti materialları mağazasının müşahidə kameralarında, habelə saxlanılan gün Yevlax RPŞ-nin inzibati binasının qarşısında olan müşahidə kameraların video görüntüləri təsdiq edə bilər. Yevlax RPŞ-də ona qarşı zor tətbiq olunmuş və məcbur edilmişdir ki, üzərində narkotik vasitə olan heroin olduğunu etiraf etsin. Bundan sonra onu saxlanılması üçün Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində işgəncə izləri olduğundan Təcridxana onu qəbul etməkdən imtina etmiş və o, guya covid-19 xəstəliyinə yoluxduğu üçün Müalicə Müəssisəsinə aparımışdır. Daha sonra isə istintaq orqanı tərəfindən onun guya ki, Naib adlı şəxsə 31 iyul 2021-ci il tarixdə 10 manat müqabilində narkotik vasitə olan heroin satması barədə ittiham irəli sürülmüşdür. Halbuki, o, 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək tanışı Şahid4 ilə birlikdə Yevlax-Bərdə yolunda yerləşən “Babadağ” restoranının arxasında yerləşən fermada işləmiş, həmin müddət ərzində heç yerə getməmişdir. Bunu həmçinin istifadəsində olan mobil telefonun əhatə dairəsinə dair məlumatlar da təsdiq edə bilər. Eyni zamanda bildirilmişdir ki, guya həmin tarixdən sonra o, axtarışda olmuşdur. Halbuki, onun barəsində axtarış olmamışdır. Belə ki, o, 04 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixə keçən gecə tanışı Şahid4lə birlikdə Gəncə şəhərində Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfində saxlanılmış və bu zaman Yevlax RPŞ-yə məlumat verilmişdir. Lakin, Kəpəz RPŞ tərəfindən onların hərəkətlərində qanunazidd məqamlar olmadığından buraxılmışlar. Əgər onun barəsində həmin zaman axtarış olsa idi, onu buraxmazdılar. Bu müddətdən saxlanıldığı 06 oktyabr 2021-ci il tarixədək heç yerdə gizlənməmiş, Yevlax şəhərində olmuş, sərbəst hərəkət etmişdir. Buna baxmayaraq onu polis əməkdaşları saxlamamışlar. Naib adlı şəxsi əvvəllər tanısa da, ona heç bir narkotik vasitə satmamış, belə bir niyyəti olmamışdır. Naib onlara məxsus avtomobili səhv təmir etdiyi üçün onunla və tanışı Şahid4lə mübahisə etmiş və bu zaman onu hədələmişdir ki, “gör sənin başına nə oyun açacam”. Buna görə də Naib ona qarşı belə qərəzli ifadələr vermişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Şahid3 bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs tanıyır, onun narkotik vasitə satması barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxsla əvvəllər heç bir mübahisəsi, ona qarşı qərəzi olmamışdır. 31 iyul 2021-ci il tarixdə təxminən günorta saatlarında Səbuhinin istifadəsində olan mobil telefonun nömrəsini tanışlarından əldə etmiş və başqa tanışına məxsus, nömrəsini xatırlamadığı mobil telefonla ona zəng edərək heroin almaq istədiyini bildirmişdir. Səbuhi bildirmişdir ki, bir bükümünü 10 manata satır. Onunla razılaşıb onun yaşadığı Yevlax şəhəri, M.Ə.Sabir küçəsinə gedərək Səbuhi ilə orada görüşmüşdür. Səbuhiyə 10 manat pul vermiş və Səbuhi ona bir sellofan bükümdə heroin vermişdir. Həmin heroini sonradan istifadə etmək üçün şalvarının sağ yan cibinə qoyub saxlamışdır. Səbuhidən ayrılıb yaşadığı, Yevlax şəhəri, H. Əliyev prospektində yerləşən evə tərəf gedən zaman, saat təxminən 13:00-da polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona polis şöbəsinə getməyi təklif etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Bu zaman Səbuhidən aldığı heroin aşkar olunmuşdur. Etiraf etmişdir ki, bükülüdə olan narkotik maddə olan heroindir, tanışı Səbuhi adlı şəxsdən öz istifadəsi üçün almışdır. Şahid2 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 oktyabr 2021-ci il tarixdə polis şöbəsində olan zaman ona bölmənin əməliyyat müvəkkil Şahid1 Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, saxlanması və satışı ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Bu məlumat əsasında raportla Yevlax RPŞ-nin rəhbərliyinə müraciət edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat müvəkkili Şahid1 ilə birlikdə təxminən səhər saatlarında Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, M.Ə. Sabir küçəsinə getmiş və onun orada küçədə olduğu görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Səbuhi heç bir etiraz etmədən onlarla Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Bu zaman onun əynində olan şalvarın cibindən 01 ədəd bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bükülüdə olan maddə narkotik vasitə heroindir. Həmin narkotik vasitəni gələcəkdə özü istifadə etmək üçün gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə polis əməkdaşları ümumiyyətlə daxil olmamışlar. Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. 2021-ci ildə Səbuhinin evinin həyətində usta kimi işləmişdir. Bu işlərdə ona qonşuluqda yaşayan bir oğlan da kömək etmişdir. Təxminən oktyabr ayının əvvəllərində səhər saatlarında, Səbuhinin evinin həyətində sanitar qovşağının təmiri ilə məşğul olan zaman polis əməkdaşları öncə həyətə, daha sonra isə Səbuhinin yaşadığı evə daxil olaraq onu aparmışdılar. Sonradan ona məlum olmuşdur ki, Səbuhini Yevlax RPŞ-yə aparmışlar. Şahid X4 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Oktyabr ayının əvvəllərində onların evində təmir işləri görülməkdə idi. 06 oktyabr 2021-ci il tarixdə həyətdə təmir işləri aparan Elgün adında usta onlara gəlməmişdi. Həmin gün səhər saatlarında, Səbuhinin tanışları Taleh və Asif onlarda olan zaman, evə 3 nəfər polis əməkdaşı daxil olaraq heç bir səbəb bildirmədən Səbuhini aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Səbuhini narkotik vasitə saxladığına gör Yevlax RPŞ-nə aparmışlar. Şahid4 bildirmişdir ki, uzun müddətdir Təqsirləndirilən şəxs tanıyır, onunla dostluq münasibəti var. Səbuhi 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək onunla birlikdə ona məxsus, Yevlax-Bərdə yolu üzərində yerləşən fermada qalmış və fermada görülən işlərdə ona köməklik etmişdir. Bu müddət ərzində yalnız bir dəfə Səbuhi ilə birlikdə Yevlax şəhərinə gəlmişlər. Həmin gün mobil telefon dükanlarının birindən telefon nömrəsi də almışlar. Bu müddət ərzində də Səbuhi onun yanından ayrılmamışdır. Səbuhinin istifadəsində olan telefon da onun üzərində olmuşdur. Həmin gün Səbuhi başqa heç kimlə görüşməmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən video yazıya baxış keçirilmiş və həmin yazıda 06 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bükülü aşkar olunması təsdiqini tapmışdır. Bundan başqa, istintaq zamanı Təqsirləndirilən şəxsla Şahid3 üzləşdirilməsini özündə əks etdirən video yazıya baxış keçirilmişdir. Həmin zaman Şahid3 narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manata aldığını təsdiq etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 31 iyul 2021-ci il tarixli 17/562 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid3 üzərində aşkar olunaraq götürülmüş”. sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,371 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (səh. 61-62) Məhkəmə-kimyəvi ekspertizasının 06 oktyabr 2021-ci il tarixli 17/733 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, “üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd siqaret kağızına bükülmüş. heroinə oxşar kütlə.” Sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,540 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. (səh 44) Məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2021-ci il tarixli 17/805 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid3 üstündən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd”. sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, olan heroin ilə üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş və bir ədəd siqaret kağızına bükülmüş heroinə oxşar kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızıl-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. (səh. 172-173) Yevlax Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 1(039)-163/2021 saylı hökmünün surətindən müəyyən olunur ki, təqsirləndirilən şəxs Şahid3 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,213 qram miqdarında narkotik vasitə heroini Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə, saat 12 radələrində Yevlax şəhəri, M.Ə.Sabir küçəsində 10 manata alaraq üzərində saxlamış, həmin gün saat 13:00-da narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərindən həmin gün saat 13:50-dən 14:10dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Təqsirləndirilən şəxs 10 manata alaraq üzərində saxladığı 0.371 qram narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Həmin hökmlə Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli 1476 saylı rəyində qeyd olunur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür.(səh.179) Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 195-11616-1222 saylı məktubunda qeyd edilir ki, Yevlax RPŞ inzibati binasına quraşdırılmış video-müşahidə kameraları qeydə aldığı video görüntüləri bir ay yadda saxlamaq imkanına malikdir. Odur ki, təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində Yevlax RPŞ-nin inzibati binasına daxil olma görüntülərinin təqdim edilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli aktlarda qeyd olunur ki, Yevlax şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Dostluq” şadlıq sarayında video görüntü bir ay saxlanılır, təqdim edilməsi mümkün deyil, həmin küçədə yerləşən tikinti məhsulları mağazasında kamera görüntüləri yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli xx/xx-3953 saylı məktubunda qeyd edilir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə COVİD-19 virusunun yoxlanılması üçün yaxma götürülmüş və xx.xx.2021-ci il tarixdə pozitiv cavab aşkar edilməklə bununla bağlı xx.xx.2021-ci il tarixli 12026 nömrəli arayış şəxsi işinə əlavə edilmişdir. xx.xx.2021-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olan zaman şəxsi işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 12026 nömrəli arayışa əsasən xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə müalicə alınması üçün Penitensiar xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs sahibliyində olmuş ********* nömrəli telefon nömrəsinə aid X2 və X1 dair məlumatlardan müəyyən olunur ki, həmin mobil nömrədən 31 iyul - 02 avqust 2021-ci il tarixlərdə Yevlax şəhərinin müxtəlif küçələrində, habelə digər şəhər və qəsəbələrdə istifadə olunmuşdur. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Təqsirləndirilən şəxs mövqeyinə görə, 06 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları qanunsuz olaraq onun yaşadığı evə daxil olmuş və onu Yevlax RPŞ-nin inzibati binasına aparmışlar. Bunun təsdiqi olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin halı şahidlər Nərmin Məmmədova və Şahid5 təsdiq edə bilərlər. Lakin, məhkəmə iclası zamanı həmin şahidlər Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evə qanunsuz daxil olmaqla saxlanıldığını bildirsələr də, onlar, biri-digərinə uyğun olmayan, ziddiyyətli ifadələr vermişlər. Bu səbəbdən onların ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda bununla bağlı Təqsirləndirilən şəxs vəsatəti təmin edilərək müşahidə kamera görüntülərinin təqdim edilməsi istənilsə də, sorğulara cavab olaraq bildirilmişdir ki, həmin tarixə olan video görüntülər saxlanılmamışıdr. Daha sonra Təqsirləndirilən şəxs, Yevlax RPŞ-də ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edildiyini və bunun nəticəsində üzərində narkotik vasitə olduğunu etiraf etdiyini, onun Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası tərəfindən üzərində işgəncə izləri olması səbəbdən qəbul edilmədiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasına dair video çəkilişdən müəyyən olunur ki, onun üzərində hər hansı xəsarət olmamış, o, müdafiəçinin suallarına cavab olaraq ona təzyiqin olmadığını bildirmişdir. Eyni zamanda onun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata baxılarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmiş, lakin özünü Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli bilməmiş, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilməsini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli xx/xx-3953 saylı məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə COVİD-19 virusunun yoxlanılması üçün yaxma götürülmüş və xx.xx.2021-ci il tarixdə pozitiv cavab aşkar edilməklə bununla bağlı xx.xx.2021-ci il tarixli 12026 nömrəli arayış şəxsi işinə əlavə edilmişdir. xx.xx.2021-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olan zaman şəxsi işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 12026 nömrəli arayışa əsasən xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə müalicə alınması üçün Penitensiar xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, 31 iyul – 02 avqust 2021-ci il tarixlərdə tanışı Şahid4lə birlikdə sonuncuya məxsus fermada olmuşdur. Bunun təsdiqi olaraq Şahid4 şahid kimi dindirilməsini və istifadəsində olmuş ********* nömrəli mobil telefonun həmin tarixlərdə istifadə edilən ərazilərə dair məlumatların götürülməsini xahiş etmişdir. Şahid4 ifadəsində 31 iyul – 02 avqust 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxsla birlikdə Yevlax-Bərdə yolunda yerləşən fermada qaldıqlarını, bu müddət ərzində yalnız bir dəfə Yevlax şəhərinə gəldiklərini, həmin zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun onun üzərində olduğunu bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* nömrəli telefon nömrəsinə aid X2 və X1 dair məlumatlarda həmin mobil nömrədən 31 iyul - 02 avqust 2021-ci il tarixlərdə Yevlax şəhərinin müxtəlif küçələrində, habelə digər şəhər və qəsəbələrdə istifadə olunduğu müəyyən olunur. Bu səbəbdən Şahid4 ifadəsi də alibi kimi qəbul edilə bilməz. Daha sonra Təqsirləndirilən şəxs axtarışda olmadığını, 04-05 sentyabr 2021-ci il tarixlərdə Kəpəz RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını, bu barədə Yevlax RPŞ-yə məlumat verildiyini, lakin axtarışda olmadığı üçün buraxıldığını bildirmişdir. Halbuki, iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə 06 oktyabr 2021-ci il tarixdə Yevlax RPŞ-yə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında o, saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs qeyd edilən dəlillərinin özünü müdafiə etmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, ona qarşı ittihamın mahiyyətini onun üzərindən narkotik vasitə aşkar olunması və onun tərəfindən 31 iyul 2021-ci il tarixdə Şahid3 əvəzli olaraq narkotik vasitə satmasını təşkil edir ki, ittihamda istinad edilən bu hallar şahidlər Şahid3, Şahid2 ifadələri, ekspertiza rəyləri və video görüntülərlə tam təsdiqini tapmış, bu səbəbdən ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir.. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, 2-ci qrup əlil olmasını, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi, habelə ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Yevlax Rayon Polis Şöbəsində saxlanılan tədqiqatından sonra qalan 0,440 qram heroin və Şahid3 üstündən aşkar edilib götürülmüş ekspertiza təhqiqatından sonra qalan 0,271 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri, 138.20 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba köçürülməlidir. Müdafiəçilər X3 dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 3 saat, X5 3 saat və Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 26 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 06 oktyabr 2021-ci il tarixdən hesablansın . Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalan 0,440 qram heroin və Şahid3 aşkar edilib götürülmüş ekspertiza təhqiqatından sonra qalan 0,271 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 138 (yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köşürülsün. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunun vəkili X3, 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunun vəkili X5 və 156 (bir yüz əlli altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-26/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-26/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver