Məhkəmə qərarları › İş №1(039)-26/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-26/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-26/2023 26.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi ev 82-da qeydiyyatda olmaqla, yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin həyətinə qapıdan qanunsuz daxil olduqdan sonra həyətdə olan saxlanc yeri kimi istifadə olunan anbarın qapısının üzərində olan qıfılı zor tətbiq etməklə sındıraraq anbara daxil olub oradan 1 ədəd 150 manat dəyərində ot biçən qurğunu, 1 ədəd 40 manat dəyərində laqondanı və 1 ədəd 150 manat dəyərində 7 litrlik somavarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 cəmi 340 (üç yüz qırx) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən təkrarən 03 sentyabr 2022-ci ildə saat 13 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsəd ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinin həyətinə daş hasarın üzərindən keçməklə qanunsuz daxil olduqdan sonra evin saxlanc yeri kimi istifadə olunan zirzəmisindən 1 ədəd 150 manat dəyərində işlənmiş vəziyyətdə elektrik pereparatorunu, 30 metr uzunluğunda, 60 manat dəyərində elektrik naqilini, 1 ədəd 100 manat dəyərində elektrik laqondasını, 1 ədəd 130 manat dəyərində elektrik mişarını, 1 ədəd 150 manat dəyərində politelon boru ütüsünü, 2 ədəd olmaqla 1 ədədinin dəyəri 50 manat olan işlənmiş vəziyyətdə olan cəmi 100 manat dəyərində elektrik direllərini gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi 690 (altı yüz doxsan) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində şəhid Heydər Əliyev küçəsi ilə hərəkətdə olarkən həmin küçədə olan həyət evindən oğurluq etmək qərarına gəlmiş və bir qədər müşahidə etdikdən sonra həyət evində heç kimin olmadığını görmüş və həyət evinin daş hasarının qonşu sərhəddi ilə arakəsmə divardan aşaraq həyətə daxil olmuş o, həyətə daxil olduqdan sonra həyətdə yerləşən anbar kimi istifadə olunan yerə yaxınlaşmış anbarın qapısının üzərində olan qıfılı həyətdən götürdüyü dəmir parcası ilə vuraraq sındırmış və anbara daxil olmuşdur. O, anbara daxil olduqda anbarda müxtəlif əşyaların olduğunu görmüş və o, oradan 1 ədəd ot biçən qurgusunu, 1 ədəd samovarı və 1 ədəd elektirik laqondasını oğurlayaraq həmin anbardan bayıra çıxmış, bayıra çıxdıqdan sonra oğurlayaraq əldə etdiyi əşyaları satmaq qərarına gəlmiş o, həmin əşyalardan 1 ədəd otbiçən aparatını elə həmin gün pul lazım olduğundan Sübhi adlı şəxsə 60 manata razılaşaraq satmış, digər somavar və laqondanı isə tanımadığı şəxslərə satmış və əldə etdiyini pulları öz şəxsi məqəsdləri üçün xərçləmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri Qacaq Nəbi küçəsində yerləşən həyət evinin qarşısından keçərkən həmin evin qapısının acıq olduğunu görmüş və həmin vaxt oğurluq etmək qərarına gəlmiş, bu məqəsdlə o, bir qədər ətrafa baxdıqda heç kimin olmadığını görmüş və həyətə acıq qapıdan daxil olmuş, həyətə daxil olduqda evin altında yerləşən yəni mənzilin zirzəmisinə girərək orda olan 1 ədəd işlənmiş vəziyyətdə elektirik pereparatoru, 30 metr uzunluğunda elektrik naqlini, 1 ədəd elektrik laqondasını, 1 ədəd elektrik mişarını, 1 ədəd boru ütüsünü və 2 ədəd işlənmiş vəziyyətdə olan dreli oğurlayaraq bayıra çıxmış o, həmin oğurlamış olduğu əşyaları satmaq üçün bir neçə şəxsə yaxınlaşmış və onlardan Alim adlı şəxsə 1 ədəd elektrik pereporatorunu 15 manata digər oğurladığı əşyarları isə ayrı-ayrı şəxslərə xatırlamadığı qiymətlərə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaları satdıqdan sonra əldə etdiyi pulları öz şəxsi məqsədləri üçün xərçlədiyini bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasında üzürlü səbəbə görə iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə razı olduğunu, hazırda ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, habelə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrindən günorta saat 13 radələrinədək işdə olmuş, həmin vaxt ailə üzvləridə evdə olmayıbdır. O, işdən evə geri dönərkən həmin vaxt həyətdə yerləşən köməkçi otaq kimi istifadə etdiyi otağın qapısının üzərində olan bağlı vəziyyətdə olan qıfılın açıq olduğunu, bir qədər yaxınlaşdıqda isə qıfılın sınmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra anbar kimi istifadə etdiyi otağa daxil olduqda orada olan əşyaların dağılmış vəziyyətdə olduğunu görmüş, bir qədər göz gəzdirdikdən sonra ona məlum olmuşdur ki, saxlanc yeri kimi istifadə etdiyi anabardan oğurluq olub. O, həmçinin bildirmişdir ki, ona məxsus 1 ədəd 150 manat dəyərində ot biçən qurğu, 1 ədəd 40 manat dəyərində laqonda və 1 ədəd 150 manat dəyərində 7 litirlik somavar oğurlandığından DİNnin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq məlumat vermiş, az sonra yaşadığı ünvana polis əməkdaşları gələrək həyət evinə baxış keçirmişlər. Sonradan ona məlum olmuşdur ki, evindən oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, Koroğlu küçəsi ev 2-də kirayədə yaşayır. Yevlax şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən həyət evində təmir işləri ilə əlaqədar olaraq ustalar işləyir. O, hər gün təmir gedən evinə gedib nəzarət edib. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin həyət evinə nəzarət edib kirayədə yaşadığı evə saat 21:00 radələrində geri dönmüşdür. xx.xx.2022-ci il tarixdə günorta saatlarında evə baxmaq məqsədi ilə getmiş və həyətə daxil olduqda görmüşdür ki, zirzəminin giriş qapısının üzərində olan qıfıl qırılmış və o, anlamışdır ki, oğurluq olmuşdur. Zirzəmiyə daxil olub baxdıqda görmüşdür ki, ona məxsus 1 ədəd 150 manat dəyərində işlənmiş vəziyyətdə elektirik pereparatoru, 30 metr uzunluğunda, 60 manat dəyərində elektirik naqili, 1 ədəd 100 manat dəyərində elektrik laqondası, 1 ədəd 130 manat dəyərində elektrik mişarı, 1 ədəd 150 manat dəyərində politelon boru ütüsü, 2 ədəd, 1 ədədinin dəyəri 50 manat olan işlənmiş vəziyyətdə olan elektirik drelinin oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq məlumat vermiş, az sonra yaşadığı ünvana polis əməkdaşları gəlmiş, sonradan ona məlum olmuşdur ki, evindən oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir (müvafiq ərizəni təqdim etmişdir). Şahid1 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, işi ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində konkret olaraq xatırlamadığı gündə saat təxminən 11 radələrində idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla hər gün olduğu kimi taksi sürücüsü kimi 2 nömrəli orta məktəbin qarşısında olarkən həmin vaxt adını sonradan bildiyi Rahib adlı şəxs onun idarə etdiyi avtomaşına əyləşmiş və ona bildirmişdir ki, onu idarə etdiyi avtomaşınla şəhər ərazisində “üçün başı” deyilən yerə aparsın, həmin vaxt Rahibin əlində ot biçən alət olmuş o, həmin ot biçən aləti avtomaşının yük yerinə qoymuş və özü isə avtomaşına əyləşmişdir. O, Rahibin dediyi ünvana onu aparmış oraya çatdıqda Rahib avtomaşından düşməmiş və onu Bərdə rayonuna aparmağını xahiş etmişdir. O, isə ona cavabında bildirmişdir ki, avtomaşının sənədləri düzgün deyil və bu səbəbdən də Bərdə rayonuna gedə bilməyəcəyini demiş Rahib ona özünə məxsus ot biçən aləti satmaq istədiyini həmin şəxslə aralarında olan razılığa əsasən həmin ot biçən aparatını Rahibdən 60 manat pul qarşılığnda almışdır. O, həmin ot biçən aləti alarkən həmin əşyanın oğurluq olub olmamasını dəfələrlə soruşmuş, Rahib isə ot biçənin özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirdiyindən ona inanaraq həmin əşyanı ondan almışdır. O, həmin əşyanın oğurluq olmasını bilməmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs hər hansı bir əşya almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvələr tanımış onunla heç bir münasibəti olmamışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində konkret olaraq xatırlamadığı gündə saat təxminən 12 radələrində o, yaşadığı küçədə olarkən Rahib adlı şəxs ona yaxınlaşmış və anası xəstə olduğu üçün pula ehtiyacı olduğundan özünə məxsus odla qızdırılan somavarı satmaq istədiyini bildirmişdir. O, da Rahiblə razılaşmış və həmin od somavarını ondan 70 manat pula almış, sözügedən somavarı alarkən oğurluq olub olmamsını dəfələrlə Rahibdən soruşmuş, sonuncu isə somavarın özünə məxsus olduğunu bildirdiyindən ona inanaraq həmin somavarı alımışdır. O, həmin əşyanın oğurluq olmasını bilməmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs hər hansı bir əşya almamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr tanımış onunla heç bir münasibəti olmayıb. 2022-ci ilin sentyabr ayının əvvəllərində konkret olaraq xatırlamadığı gündə saat təxminən 12 radələrində o, yaşadığı küçədə olarkən Rahib adlı şəxs ona yaxınlaşmış pula ehtiyacı olduğundan özünə məxsus perofaratoru satmaq istədiyini bildirmiş o, da Rahiblə razılaşmış və həmin perofaratoru Rahibdən 15 manat pula almışdır. O, həmin perofaratoru alarkən həmin pereforatorun oğurluq olub olmamsını dəfələrlə Rahibdən soruşmuş, Rahib isə pereforatorun özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirdiyindən ona inanaraq həmin pereforatoru ondan alımışdır. O, həmin əşyanın oğurluq olmasını bilməmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs hər hansı bir əşya almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 baxışın keçirildiyi yer ünvan 4 ünvanında yerləşən yaşayış evinin zirzəmisindən oğurlanmış əşyaların yerlərini yəni 1 ədəd elektrik pereparatoru, 30 metr uzunluğunda elektrik naqili, 1 ədəd elektrik laqondası, 1 ədəd elektrik mişarı, 1 ədəd politelon boru üstü, 2 ədəd elektrik drelinin oğurlandığı yeri göstərmişdir (iş vər.05-07); “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 baxışın keçirildiyi yer ünvan 5 ünvanında yerləşən yaşayış evinin anbarından oğurlanmış əşyaların yerlərini yəni 1 ədəd ot piçən qurğu və 1 ədəd laqondanın oğurlandığı yeri göstərmişdir (iş vər.26-32); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. (iş vər.26-32); “baxış və gütürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən baxış keçirilərkən onun evindən oğurlanmış ot biçən qurğunun işlənmiş əlamətlərinə görə ona məxsus ot biçən olduğunu bildirmişdir. (iş vər.50-52); “baxış və gütürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs X6 tərəfindən baxış keçirilərkən onun evindən oğurlanmış od somavarı işlənmiş əlamətlərinə görə ona məxsus somavar olduğunu bildirmişdir. (iş vər.93-95); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və həbs saxlama müddəti istintaq müddətinin sonunadək, yəni 16 dekabr 2022-ci il tarixədək müəyyən edilmiş və həbs etmənin əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vər. 120-125); “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 08 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindəki anbarına daxil olaraq götürülmüş 1 ədəd ot biçən quruğusunu, 1 ədəd od samovarı və 1 ədəd elektirik laqondasını oğurlanan əşyalar olduğunu bildirmiş və xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 yaşadığı evin zirzəmisinə daxil olaraq götürülmüş 1 ədəd elektirik pereparator, 30 metr uzunluğunda elektirik naqlini, 1 ədəd elektirik laqondasını, 1 ədəd elektirik mişarını, 1 ədəd boru ütüsünü və 2 ədəd direlini oğurlanan əşyalar olduğunu bildirmişdir ( iş vər. 128-135); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3.-cü maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vər.135-136); Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ( iş vər.138-144); Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin 1(021)-82/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 01 il 02 ay 19 gün hissəsinin 6 ay azaldılması qərara alınmışdır. "xxxx" MMC-nin ƏQ-233/2022 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 01 ədəd elektriki perforatorun, 1 ədəd elektrik naqilinin 30 metr uzunluğunda, 1 ədəd elektrik laqondasının, 1 ədəd elektrik mişarın, 1 ədəd boru üçün ütünün, 2 ədəd elektrik drelinin, 1 ədəd ot biçən quruğunun, 1 ədəd elektrik laqondasının və 1 ədəd 7 litrlik tutumda olan od samovarının xx.xx.2022-ci il tarixə real bazar dəyəri 1030 manat təşkil edir. ( iş vər. 148-154); sübütların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq əldə etdiyi 1 ədəd ot biçən, 1 ədəd od somavar və 1 ədəd pereforator saxlanılması üçün zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmışdır (iş vər. 158-163); Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar X2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 07 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1.158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd elektrik laqondası, 1 ədəd elektrik mişarın, 1 ədəd boru üçün ütünün, 2 ədəd elektrik drelinin, 1 ədəd ot piçən quruğunu, 1 ədəd elektrik laqondasının və 1 ədəd 7 litrlik tutuda olan od samovarının sahibiləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan "1 ədəd elektrik laqondasının, 1 ədəd elektrik mişarın, 1 ədəd boru üçün ütünün, 2 ədəd elektrik drelinin, 1 ədəd ot biçən quruğunun, 1 ədəd elektrik laqondasının və 1 ədəd 7 litrlik tutumda olan od samovarının sahibiləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar