Məhkəmə qərarları › İş №1(039)-26/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-26/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-26/2025 30.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 335 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməklə əynində olan qara rəngli köynəyin altında, göy rəngli şalvarının qabaq hissəsində ağ rəngli sellofan torbanın içərisində qanunsuz olaraq saxlamış, 10 sentyabr 2024-cü il tarixdə saat 17:50 radələrində Yevlax st.xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax dəmir yol stansiyasının ərazisində saxlanılmış, orada saat 17:59-dan 18:04-ə qədər olan müddətdə və videoçəkilişlə üstünə keçirilən yoxlama zamanı onun əynində olan qara rəngli köynəyin altında, göy rəngli şalvarının qabaq hissəsində 1 ədəd ağ rəngli sellofan torbanın içərisindən satış məqsədi olmadan saxladığı xeyli miqdarda təmiz çəkisi 335 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun illərdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 10 sentyabr 2024-cü il tarixdə saat təxminən 16:00 radələrində Yevlax şəhərində yerləşən keçmiş taxıl emali zavodunun həyətində olarkən ağaclığın altında gördüyü sellofan torbanı açıb baxdıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğunu müəyyən edərək həmin sellofan torbanı köynəyinin altına, şalvarının qabaq hissəsinə qoymuş, saat təxminən 17:50 radələrində Yevlax dəmir yol stansiyasının ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğundan üzərində yoxlama aparılacağını bildirmiş, buna etiraz etməmiş və üzərinə videoçəkilişlə yoxlama keçirilmişdir. Yoxlama başlamazdan əvvəl ondan üzərində yoxlama aparılmasına etiraz edib-etmədiyini soruşulmuş, vəkilə ehtiyac olub-olmadığı soruşulmuş, o, da etiraz etmədiyini, vəkilə ehtiyac olmadığını bildirmişdir. Yoxlama zamanı köynəyinin altında, şalvarının qabaq hissəsində olan sellofan torbanı çıxardıb təqdim etmiş, torbanı açıb içərisinə baxdıqda orada narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, kütlə tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüş, sonra polis əməkdaşları ilə birlikdə Yevlax xətt polis şöbəsinə getmiş, Yevlax xətt polis şöbəsində həmin kütləyə yenidən baxılmış, tərəzidə çəkilərək qablaşdırılaraq götürülmüş, daha sonra bu barədə protokol tərtib olunmuş, özü və digər iştirakçılar tərəfindən imzalanmış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, özü üçün istifadə etmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza, yəni həbslə bağlı olmayan yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu NPİ-nin Yevlax st.xətt polis şöbəsinin şöbə rəisinin müavini vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 10 sentyabr 2024-cü il tarixdə Yevlax şəhəri, Mikayıl Müşfiq küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş, şöbə rəhbərliyinin razılığı alındıqdan sonra Yevlax XPŞ-nin PPXMnın manqa komandiri Şahid3 və Yevlax XPŞ-nin Ağdam XPM-nin rəisi Şahid2la birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışdır. Saat 17:50 radələrində Yevlax dəmir yol stansiyasının ərazisində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış, ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax xətt polis şöbəsinə məlumat daxil olduğunu, üstündə yoxlama aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş, orada Təqsirləndirilən şəxs üstündə yoxlama aparmış, Təqsirləndirilən şəxs videoçəkilişlə üstünə keçirilən yoxlama zamanı onun əynində olan qara rəngli köynəyin altında, göy rəngli şalvarının qabaq hissəsində 1 ədəd ağ rəngli sellofan torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Yevlax xətt polis şöbəsinə getmiş, orada təhqiqatçı X3 Adgözəlovun üstündən yoxlama zamanı götürülmüş bağlamada olan kütləyə və videoçəkilişə baxış keçirmiş, bağlamada olan kütləyə baxış keçirilən zaman həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunmaq üçün qablaşdırılaraq götürülmüş, daha sonra isə Təqsirləndirilən şəxs üstünə yoxlama keçirilməsi ilə bağlı olan videoçəkilişə baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üstünə videoçəkilişlə edilmiş yoxlama zamanı heç bir fiziki və ya psixi təsirə məruz qalmadığı, üzərindən aşkar edilmiş bağlamanın içərisində olan narkotik vasitə-marixuanaya bənzər kütlənin ona aid olduğu, videoçəkilişə dair heç bir narazılığının olmadığı müəyyən edilmiş, daha sonra isə bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu NPİ-nin Yevlax st.xətt polis məntəqəsinin məntəqə rəisi işləyən Şahid2 və Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu NPİ-nin Yevlax st. XPŞ-nin post-patrul xidmətinin manqası manqa komandiri vəzifəsində işləyən Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Əməliyyat-axtarış tədbirinin keçirilməsinə şöbhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın altında saxlamış bir ədəd tünd yaşıl və narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir.(müvafiq CD disk əlavə olunub)(iş vər.08-10); Şübhəli şəxsin üzərindən aşkar edilmiş maddi sübuta və video çəkilişə baxış keçirilməsi barədə xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd bağlamaya baxış keçirilən zaman bağlamanın içərsində tünd yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir.(müvafiq CD disk əlavə olunub)(iş vər.12-14); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.19-20); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 11/757 nömrəli rəyindən görünür ki, “şübəli şəsx Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd sellofan torbaya bükülmüş içərisində tünd yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar kütlə” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-335.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 335.0 qram tədqiqata sərf edildi- 0,20 qram, qalıq- 334.80 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manatdır.(iş vər.34-37); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(iş vər.52-53); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1632 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(iş vər.100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 06 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli 432/2 saylı arayışna əsasən cəzasını çəkib qurtarmışdır.(iş vər.62); Sübutların kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 334,80 qram qurudulmuş marixuana və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 334,80 qram qurudulmuş marixuana saxlanılması üçün Yevlax st.xətt polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.79-82); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (səmimi peşmançılığı) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax st.xətt polis şöbəsində saxlanılan 334,80 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar