Məhkəmə qərarları › İş №1(039)-27/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-27/2020

04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-27/2020 04.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzrəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ağır cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda özgə əmlakınıdostu X3 özgə əmlakını ələkeçir məkniyyəti ilə qabaqcadan əlbir olduğu dostu X12 ilə birlikdə xx xxxxx 2018-ci il tarixdə gündüz saat 09:40 radələrində, vətəndaş Şahid1 ünvan 2 ünvanda yerləşən mənzilindən oğurladıqları cəmi külli miqdarda-85.755 manat miqdarında özgə əmlakının xeyli miqdar hissəsini-10 manat dəyərində 1 ədəd 18,61 qram qiymət siz metaldan olan işlək vəziyyətdə olmayan “çayka” qol saatını, 380 manat dəyərində 1 ədəd 8,41 qram qızıldan olan “çayka” yazılı sarımtıl rəngli arxa qapağı gümüşü rəngli saat-üzüyünü, 737 manat dəyərində 11,34 qram qızıl danolan “zınqırov” formalı sırğa cütünü, 846 manat dəyərində 8,29 qram qızıldan olan briliyant qaşlı sırğa cütünü, 1150 manatdə yərində 7,14 qram qızıldan olan briliyant qaşlı sırğa cütünü, 2610 manat dəyərində 40,15 qram qızıldan olangül formalı şəbəkə naxışlı elementlərdən toxunmuş qolbaq-boyunbağı dəstini, beləlikləcəmi 5733 manat dəyərində olan qızıl-zinnət əşyaları və həmin dövrün kursu ilə 17000 manat dəyərində olan 10000 ABŞ dolları olmaqla cəmi xeylimiqdar da 22733 manat dəyərində olan hissəsini özünün yaşadığı ünvan 3 ünvanda yerləşən həyət evində, xx xxxxx 2018-ci il tarixdə saat 21 radələrində Aslanov Məhərrəmdən qabaqcadan və detmədən saxlanc üçün qəbul etdikdən sonra həmin əmlakın cinayət yolu ilə əldə olunmasını bildiyi və bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməli olduğu halda xəbər verməməklə bərabər xx xxx 2018-ci il tarixədə kolan müddətdə özünün ünvan 3 ünvanda yerləşən evində, yataq otağında, çarpayısının altında gizlətməklə Cinayət Məcəlləsinin 307.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,X8 və X12 ilə dost olmuş və onlarla həm də eyni küçədə yaşamışlar. Uşaq vaxtından onlarla bir böyümüşdür. Yevlax şəhər sakini kimi tanıdığı X2 evindən 2012-ci ilin noyabr ayının 23-də oğurluq olmasını sonradan eşitsə də onun evindən oğurluğu kimin etməsini bilməmişdir. Həmin hadisə ilə bağlı onu və anası Bərayəti polis şöbəsinə dəvət edərək ifadələri alınmışdır. Anası Azadın arvadı Afətdən bir həftə əvvəl sələmə pul götürdüyü üçün onların ailəsindən şübhələnmişlər. Lakin hadisə baş verən günü o, evdə, anası isə rayon ərazisində yas mərasimində olmuşdur. O, polisə ifadə verərkən ifadəsində Azadgilin evindən edilmiş oğurluqdan xəbəri olmadığını bildirmişdir. xx xxx 2018-ci il tarixdə dostu Məhərrəm Aslanov polis şöbəsinə dəvət edilmiş və o, xx xxxxx 2018-ci il tarixdə Şahid1 evindən edilmiş oğurluqla bağlı şübhəli olduğundan onun əl barmaq izləri götürülmüş daha sonra isə həmin əl-barmaq izləri Azad Süleymanovun evindən edilmiş oğurluqla bağlı hadisə yerindən götürülmüş əl-barmaq izləri ilə eynilik təşkil etmişdir. Məhərrəm Aslanov polis şöbəsində olarkən Azad Məhərrəmovun da evindən onun oğurluq etməsini bildirmişdir. Sonradan Məhərrəm polis şöbəsində olarkən məcbur qalıb onun da həmin oğurluqlarda iştirakının olmasını demişdir. O üzləşdirmə zamanı da Məhərrəmə onun həmin hadisələrdən xəbərinin olmadığını demişdir. Həqiqətən də həmin oğurluqların heç birindən onun xəbəri və iştirakı olmamışdır. Əl-barmaq izləri də heç bir evdən götürülmüş əlbarmaq izləri ilə eynilik təşkil etməmişdir. Məhərrəmdən sonra səhəri gün Rəşad Cabbarov da Şahid1 evindən edilmiş oğurluqla bağlı şübhəli şəxs qismində tutulmuşdur. O da əvvəlcə şübhəli şəxs qismində tutmuşlar. Lakin istintaqın gedişində onun həmin cinayətlərlə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bildiyinə görə X16 Süleymanovun və Şahid1 evindən birlikdə oğurluq etmişlər. 2012-ci ildə Azad Süleymanovun yaşadığı evdən oğurluq edilməsindən sonra Məhərrəm onu Bakı şəhərinə dəvət etmişdir. O, avtoqəzaya uğradığından və bədəninin bir neçə nahiyəsində ciddi xəsarətlər olduğu üçün müalicə olunmalıymış. Bakı şəhərində o, Məhərrəmlə görüşdükdən sonra onunla birlikdə N.Tusi klinikasına gedib 10 gün müalicə olunmuşdur. Həmin müalicə xərclərini Məhərrəm çəkərək 800 manat klinikaya pul ödəmişdir. Orada müalicə olunduqdan sonra o, Məhərrəmdən belə pulu hardan əldə etməsini maraqlanmış, Məhərrəm heç bir yerdə işləmədiyindən o, onda bu qədər pul olmasından şübhələnmişdir. Məhərrəm onun təkid etdiyini görüb özünün qonşuları Afətgilin evlərindən oğurluq etməsini bildirmişdir. Ancaq həmin oğurluqla bağlı ona heç bir məbləğdə pul verməmişdir. 2018-ci ilin 30 aprel tarixində Məhərrəm axşam saat 21 radələrində ona zəng edərək evdə olub-olmadığını soruşmuşdur. O, evdə olduğunu bildirdikdən sonra Məhərrəm həmin axşam onlara gəlmiş və ona 10000 ABŞ dolları, iki ədəd boyunbağı, bir neçə sırğa və bir ədəd saat verib həmin pulun onda qalmalı olduğunu bildirib bir neçə saat sonra gəlib pulu götürəcəyini demişdir. O, yenə də pulun və qızıl əşyalarının haradan əldə etdiyini soruşsa da Məhərrəm tələsdiyini sonra gəlib deyəcəyini deyib çıxıb getmişdir. O, həmin pulu və qızılları yatdığı otaqda olan çarpayıdakı döşəyin altında gizlətmişdir. Səhəri gün onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ondan xx xxxxx 2018-ci il tarixdə Yevlax şəhər sakini rayon poçtunun müdiri olan Kərəmin mənzilindən oğurluq olmasından xəbəri olub-olmamasını soruşmuşlar. O da Kərəmin evindən oğurluq etmədiyini demişdir. Sonra onun əl izini götürüb evə buraxmışlar. xx xxx 2018-ci il tarixdə təxminən saat 15 radələrində o, Məhərrəmin işlətdiyi telefon mağazasına gedib, orada Məhərrəmlə görüşüb söhbət edərkən Məhərrəm ona vermiş olduğu pulların oğurluq olmasını Şahid1 evindən oğurladıqlarını bildirmişdir. Məhərrəm onunla söhbətində “pulları sənə ona görə vermişəm ki, səndən heç kim şübhələnməz” demişdir. Məhərrəm qalan pulu isə ehtiyacları üçün xərclədiyini bildirmişdir. Həmçinin Rəşadın da bu işdə ona köməklik etməsini qeyd etmişdir. Rəşad isə şəhərdə etdiyi xuliqanlıq hərəkətinə görə xx.xx.2018-ci il tarixdə 10 günlük həbs edildiyinə görə onunla görüşüb bu barədə danışa bilməmişdir. Məhərrəm mağazaya girən müştərinin sifarişləri ilə məşğul olduğuna görə daha orada dayanmayıb evə qayıtmışdır. Bir neçə gün sonra Məhərrəm və Rəşad tutulmuşdur. O, oğurluqlardan xəbəri olmadığını desə də onu da şübhəli şəxs qismində tutmuşlar. Onun Məhərrəm və Rəşadın başqa oğurluq əməllərindən xəbəri olmamış və əvvəlcədən hansısa ünvanda oğurluq edəcəkləri barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, əri vəfat etmişdir. Oğlu Təqsirləndirilən şəxs onunla birlikdə yaşayır və subaydır. Afət Süleymanovanın anası onların qonşuluğunda yaşamışdır. Onlarla münasibətləri normal olmuşdur. Afət Süleymanova sələmə pul verməklə məşğul olmuşdur. O 2012-ci ildə noyabr ayının əvvəlində Afət Süleymanovadan sələmə təxminən 200-300 manat pul götürmüşdür. 2012-ci ildə Azad Süleymanovun evindən oğurluq olması xəbərini sonradan rayonda yaşayan şəxslərdən eşitmişdir. Onun evindən oğurluq olduğu gün o, Azadın qaynanasının yas mərasimində iştirak etmişdir. O evdən çıxanda Vəfadar evdə olmuşdur. Yasda təxminən yarım saat oturub geri qayıtmışdır. Geri qayıdarkən Vəfadarı yenə evdə görmüşdür. Sonradan oğlu Vəfadarı həmin oğurluqla bağlı rayon polis şöbəsinə çağırıb izahatını alıb buraxmışlar. Onlar bir ay əvvəl Afətgildən sələm götürdükləri üçün Afətgil onlardan son zamanlar sələm götürmüş şəxslərin hamısından şübhələndikləri üçün oğlunu da şübhəli kimi izahat almağa çağırmışlar. Şahid1 evindən oğurluq olması barədə Vəfadar tutulduqdan sonra eşitmişdir. Ancaq onun evindən oğurluq olan gün Vəfadar gün ərzində evdə olmuşdur. O, sonradan Vəfadarın ifadəsi yerində yoxlanılarkən Məhərrəmin onların evində gizlətməsi üçün Vəfadara pul vermiş olmasını və Vəfadarın həmin pulu çarpayısında gizlətməsini öyrənmişdir. Ancaq Məhərrəm onlara gəldiyi axşam o atası xəstə olduğu üçün onun yanında olmuş, evdə olmamışdır. Məhərrəmin onlara gəlməsini görməmişdir. Məhərrəm və Rəşad onların qonşuluğunda yaşamışlar. Onlarla da münasibətləri normal olmuşdur. Sonradan oğlu həbsdə saxlanıldığı müddətdə o, oğlu ilə görüşərkən oğlu ona oğurluqların heç birində əli olmadığını, yalnız Məhərrəmin Kərəmin evindən oğurluq etdikdən sonra pulun bir hissəsini və qızılın bir hissəsini gizlətmək üçün gətirib ona verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon Telekommunikasiya Qovşağının müdiri işləyir. Həyat yoldaşı isə Yevlax rayonunun Malbinəsi kənd tibb məntəqəsində həkim işləyir. xx.xx.2018-ci il tarixdə saat 08:30 radələrində arvadı Məlahət ilə işə getmişdir. Saat 12:30 radələrində evə qayıtmış və görmüşdür ki, evin giriş qapısının kilidi qırılmış vəziyyətdədir. Evə girmiş və görmüşdür ki, otaqlarda olan əşyalar dağılmış, arxa otağın divarına quraşdırdıqları seyfin qapısı sındırılıraraq içərisində olan 32500 ABŞ dolları və müxtəlif növlü, müxtəlif çəkidə olan qızıl-zinət əşyaları oğurlanmışdır. Sonradan o, evindən edilmiş oğurluğu Yevlax şəhər sakinləri X12 və X4 etdiyini bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:40-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 39); təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında xx xxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.(iş vər.54); qətimkan tədbirinin seçilməsi haqqında Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (iş vər. 67-68); qətimkan tədbirinin uzadılması haqqında Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti iki ay, yəni xx xxxxxxx 2018-ci il tarixədək uzadılmışdır. (iş vər. 114); “ifadənin yerində yoxlanması və maddi sübutların götürülməsi haqqında” xx xxx 2018-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, yaşadığı Yevlax şəhəri, M.F.Axundov küçəsində yerləşən 25 saylı ünvana gedərək, əvvəl həyətə sonra isə evə daxil olaraq özünün yatdığı yataq otağında çarpayıda olan döşəyin altında selafon torbanı göstərərək Məhərrəm və Rəşadın ona saxlamaq üçün verdiyi 10000 ABŞ dolları və 1ədəd sarı metaldan olan boyunbağı, 1 ədəd sarı metaldan olan qolbağı, 1 cüt salxıma oxşar sarı metaldan olan sırğalar, 1 ədəd “çayka” markalı qadın qol saatı, 1 ədəd “çayka” markalı saat üzük, 1 cüt ortasında yaşıl qaşı olan fantaziya sırğaları, 1 cüt, yaşıl və ağ qaşları olan sarı metaldan sırğaları təqdim etmiş, həmin pul vasitələri və əşyalar müvafiq qaydada aşkar edilərək götürülmüşdür. (iş vər. 83-94); cinayət işinin ayrılması haqqında xx xxxxxxx 2018-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər X4 və X9 barəsində olan ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq, istintaq aidiyyatı üzrə Yevlax rayon prokurorluğuna göndərilmişdir.(iş vər. 14-15); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır.(iş vər.125); X18 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, X1 Məcəlləsinin 177.3.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, X12 isə Cinayət Məcəlləsinin 177.3.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(iş vər.129-135); xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (iş vər.157-159); təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.(iş vər.176); xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 193); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik formasiya İdarəsinə ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 110); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının 57 saylı Evlər Komtəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər. 112) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, habelə şahidlərin məhkəmədə səsləndirdiyivəiş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, xx xxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona qəti cəza təyin edilməli (CM-69.3), onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi,sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçiyə ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək həbsdə saxlandığı 5 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun ibtidai istintaqda göstərdiyi 35 (otuz beş) saat, məhkəmədə göstərdiyi 7(yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 252 (iki yüz əlli iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim GünayCavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar