Məhkəmə qərarları › İş №1(039)-27/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-27/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-27/2023 19.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı- Zərərçəkmiş şəxs6, müdafiəçilər-Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, nunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 170.1, 29, 177.2.2 və 29,177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.2008-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət 177.2.1. 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə ilə təkrarən cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla əldə edəcəkləri gəliri bölmək barədə vədlər verib cinayətkar fəaliyyətə cəlb edərək Təqsirləndirilən şəxs3 ilə birlikdə Bərdə rayonunun Arabaçılar kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan Bərdə rayonunun Mustafaağalı kəndinin ərazisində yerləşən saxlanc yeri hesab olunan xırda və iribuynuzlu heyvanları saxladığı tövləsinin arxasına gələrək tövlənin arxasında yerləşən açıq halda olan pəncərədən qanunsuz olaraq tövləyə daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 217 manat olmaqla cəmi 37 baş dişi və erkək cinsli qoyunları tövlədən çıxardıb oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs1 8,029 (səkkiz min iyirmi doqquz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb etməklə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 22 radələrində qardaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla əldə edəcəkləri gəliri bölmək barədə vədlər verib təkrarən cinayətkar fəaliyyətə cəlb edərək özgənin əmlakını gizli talamaq məqsədilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə birlikdə Bərdə rayonunun Arabaçılar kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan Bərdə rayonunun Mustafaağalı kəndinin ərazisində yerləşən saxlanc yeri hesab olunan xırda və iribuynuzlu heyvanları saxladığı tövləsinin arxasına gələrək tövlənin arxasında yerləşən açıq halda olan pəncərədən qanunsuz olaraq tövləyə daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 200 manat, ümumilikdə dəyəri 1000 manat olmaqla cəmi 5 baş quzuları tutub onların ağzını yapışqanla bağlayıb tövlədən çıxartmaq istəyərkən həmin fermada işləyən Cavid Səfərovun fermaya daxil olması səbəbindən öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyərək qəsdən yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb etməklə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində qəsdən təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə Ağcabədi rayonunun Şənlik kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən saxlanc yeri hesab olunan xırda və iribuynuzlu heyvanları saxladığı tövləsinin pəncərəsinin dəmir barmaqlığını zor tətbiq etməklə sındıraraq qanunsuz olaraq tövləyə daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 180 manat olan cəmi 13 baş qoyunları oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 2340 (iki min üç yüz qırx) manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla əldə edəcəkləri gəliri bölmək barədə vədlər verib təkrarən cinayətkar fəaliyyətə cəlb edərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli talamaq məqsədilə Yevlax rayonunun Nemətabad kəndində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı kəndin ərazisindəki fermasının saxlanc yeri olan tövləsinin qapısını zor tətbiq etməklə açıb qanunsuz olaraq daxil olub tövlədən hər birinin dəyəri 200 manat olan cəmi 59 baş dişi qoyunları oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs3 11800 (on bir min səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla əldə edəcəkləri gəliri bölmək barədə vədlər verib təkrarən cinayətkar fəaliyyətə cəlb edərək yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talamaq məqsədilə Yevlax rayonunun Tanrıqulular kəndində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı kəndin ərazisindəki fermasının saxlanc yeri olan tövləsinin qapısını zor tətbiq etməklə açmaqla qanunsuz daxil olaraq tövlədən hər birinin dəyəri 250 manat olan cəmi 11 baş dişi qoyunları oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs4 2750 (iki min yeddi yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla qəsdən yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla əldə edəcəkləri gəliri bölmək barədə vədlər verib təkrarən cinayətkar fəaliyyətə cəlb edərək yetkinlik yaşına çatmamış qardaşı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli talamaq məqsədilə Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətində olan saxlanc yeri hesab edilən tövləsinin qapısını zor tətbiq etməklə açmaqla qanunsuz daxil olaraq tövlədən hər birinin ayrı-ayrılıqda dəyəri 200 manat olan cəmi 17 baş erkək quzunu, 450 manat dəyərində 1 baş erkək qoyunu, hər birinin ayrı-ayrılıqda dəyəri 250 manat olan cəmi 14 baş dişi qoyunu oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs5 cəmi 7350 (yeddi min üç yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla qəsdən yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla əldə edəcəkləri gəliri bölmək barədə vədlər verib təkrarən cinayətkar fəaliyyətə cəlb edərək yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli talamaq məqsədilə Yevlax rayonunun Hürüuşağı kəndində yaşayan Zərərçəkmiş şəxs6 yaşadığı kəndin ərazisindəki fermasının saxlanc yeri olan tövləsinin qapısını zor tətbiq edib açmaqla qanunsuz daxil olaraq tövlədən hər birinin dəyəri 250 manat olan cəmi 31 baş dişi qoyunu, hər birinin dəyəri 200 manat olan cəmi 19 baş erkək quzunu, 300 manat dəyərində 1 baş erkək qoyunu oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs6 11850 (on bir min səkkiz yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla qəsdən yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndinin ərazisində yerləşən "xxxx" MMC-nə məxsus saxlanc yeri hesab olunan tövlənin pəncərəsindən qanunsuz olaraq tövləyə daxil olub oradan "xxxx" MMC-nə məxsus hər birinin dəyəri 250 manat olan cəmi 43 baş dişi qoyunları oğurlamaqla ümumilikdə "xxxx" MMC-nə 10,750 (on min yeddi yüz əlli) manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla əldə edəcəkləri gəliri bölmək barədə vədlər verib təkrarən cinayətkar fəaliyyətə cəlb edərək yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli talamaq məqsədilə Yevlax rayonunun Hürüuşağı kəndində yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı kəndin ərazisindəki fermasının saxlanc yeri olan tövləsinin qapısını zor tətbiq etməklə açmaqla qanunsuz tövləyə daxil olaraq oradan hər birinin dəyəri 250 manat olan cəmi 33 baş dişi qoyunu, 500 manat dəyərində 1 baş erkək qoyunu və hər birinin dəyəri 100 manat cəmi 3 baş dişi keçini oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs7 9050 (doqquz min əlli) manat dəyərində maddi ziyan vurmaqla qəsdən yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla əldə edəcəkləri gəliri bölmək barədə vədlər verib təkrarən cinayətkar fəaliyyətə cəlb edərək yetkinlik yaşına çatmamış qardaşı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli talamaq məqsədilə Yevlax rayonunun Qaraməmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs8 yaşadığı evin həyətində yerləşən saxlanc yeri olan tövləsinin qapısını zor tətbiq etməklə açıb qanunsuz daxil olaraq tövlədən hər birinin dəyəri 350 manat olan cəmi 12 baş dişi qoyunu, hər birinin dəyəri 300 manat olmaqla cəmi 6 baş erkək qoyunu oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs8 6000 (altı min) manat dəyərində maddi ziyan vurmaqla qəsdən yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qrup təşkil etməklə Yevlax rayonunun Salahlı kəndində məskunlaşıb yaşayan Zərərçəkmiş şəxs9 yaşadığı binanın qarşısındakı saxlanc yeri hesab olunan dəmir çəpərlə əhatələnmiş tövlənin dəmir çəpərini açmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs9 məxsus hər birinin dəyəri 250 manat olan cəmi 31 baş dişi qoyunu, 300 manat dəyərində 1 baş erkək qoyunu və hər birinin dəyəri 180 manat olan 7 baş dişi keçiləri oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs9 9310 (doqquz min üç yüz on ) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində cinayət əlaqəsinə girdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonunun Salahlı kəndində məskunlaşıb yaşayan Zərərçəkmiş şəxs9 yaşadığı binanın qarşısındakı saxlanc yeri hesab olunan dəmir çəpərlə əhatələnmiş tövləsinin dəmir çəpərini açmaqla qanunsuz daxil olub oradan Mübariz Əhmədova məxsus hər birinin dəyəri 250 manat olan cəmi 31 baş dişi qoyunu, 300 manat dəyərində 1 baş erkək qoyunu və hər birinin dəyəri 180 manat olan 7 baş dişi keçiləri oğurlamaqla ümumilikdə zərərçəkmiş şəxs Mübariz Əhmədova 9310 (doqquz min üç yüz on ) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 İqlar oğlu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonunun Nemətabad kəndində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı kəndin ərazisindəki fermasının saxlanc yeri olan tövləsinin qarşısına gələrək o, tövlənin kənarında oraya kənar şəxslərin gəldiyi halda xəbər verməsi üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə tövlənin qapısını zor tətbiq etməklə açıb qanunsuz olaraq daxil olub tövlədən hər birinin dəyəri 200 manat olan cəmi 59 baş dişi qoyunları çıxardıb birlikdə oradan aparıb oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs3 11800 (on bir min səkkiz yüz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qəsdən təkrarən xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talamaq məqsədilə Yevlax rayonunun Tanrıqulular kəndində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı kəndin ərazisindəki fermasının saxlanc yeri olan tövləsinin qarşısına gələrək o, tövlənin kənarında oraya kənar şəxslərin gəldiyi halda xəbər verməsi üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə saxlanc yeri olan tövlənin qapısını zor tətbiq etməklə açmaqla qanunsuz daxil olaraq tövlədən hər birinin dəyəri 250 manat olan cəmi 11 baş dişi qoyunları çıxardıb birlikdə oradan aparıb oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs4 2750 (iki min yeddi yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qəsdən təkrarən xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli talamaq məqsədilə Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətində olan saxlanc yeri hesab edilən tövləsinin qarşısına gələrək o, tövlənin kənarında oraya kənar şəxslərin gəldiyi halda xəbər verməsi üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə saxlanc yeri olan tövlənin qapısını zor tətbiq etməklə açmaqla qanunsuz daxil olaraq tövlədən hər birinin ayrı-ayrılıqda dəyəri 200 manat olan cəmi 17 baş erkək quzunu, 450 manat dəyərində 1 baş erkək qoyunu, hər birinin ayrı-ayrılıqda dəyəri 250 manat olan cəmi 14 baş dişi qoyunu çıxardıb birlikdə oradan aparıb oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs5 cəmi 7350 (yeddi min üç yüz əlli) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qəsdən təkrarən xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə Yevlax rayonunun Hürüuşağı kəndində yaşayan Zərərçəkmiş şəxs6 yaşadığı kəndin ərazisindəki fermasının saxlanc yeri olan tövləsinin qarşısına gələrək o, tövlənin kənarında oraya kənar şəxslərin gəldiyi halda xəbər verməsi üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə saxlanc yeri olan tövlənin qapısını zor tətbiq etməklə açmaqla qanunsuz daxil olaraq tövlədən hər birinin dəyəri 250 manat olan cəmi 31 baş dişi qoyunu, hər birinin dəyəri 200 manat olan cəmi 19 baş erkək quzunu, 300 manat dəyərində 1 baş erkək qoyunu çıxardıb birlikdə oradan aparıb oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs6 11850 (on bir min səkkiz yüz əlli) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qəsdən təkrarən xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli talamaq məqsədilə Yevlax rayonunun Hürüuşağı kəndində yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı kəndin ərazisindəki fermasının saxlanc yeri olan tövləsinin qarşısına gələrək o, tövlənin kənarında oraya kənar şəxslərin gəldiyi halda xəbər verməsi üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə saxlanc yeri olan tövlənin qapısını zor tətbiq etməklə açmaqla qanunsuz daxil olaraq tövlədən hər birinin dəyəri 250 manat olan cəmi 33 baş dişi qoyunu, 500 manat dəyərində 1 baş erkək qoyunu və hər birinin dəyəri 100 manat olan 3 baş dişi keçini çıxardıb birlikdə oradan aparıb oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs7 9050 (doqquz min əlli) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qəsdən təkrarən xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli talamaq məqsədilə Yevlax rayonunun Qaraməmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs8 yaşadığı evin həyətində yerləşən saxlanc yeri olan tövləsinin qarşısına gələrək o, tövlənin kənarında oraya kənar şəxslərin gəldiyi halda xəbər verməsi üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə saxlanc yeri olan tövlənin qapısını zor tətbiq etməklə açmaqla qanunsuz daxil olaraq tövlədən hər birinin dəyəri 350 manat olan cəmi 12 baş dişi qoyunu, hər birinin dəyəri 300 manat olmaqla cəmi 6 baş erkək qoyunu çıxardıb birlikdə oradan aparıb oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs8 6000 (altı min) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslər və şahid ifadələri, müvafiq istintaq hərəkətlərinin protokolları və mütəxəssis rəyləri habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 170, 29, 177.2.2 və 29,177.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə yəni anası Nuriyə, atası İlqar və qardaşı Turanla birlikdə ayrı-ayrı rayonlarda müxtəlif şəxslərin fermalarında çobanlıq etmişlər. 2021-ci ilin dekabr ayının əvvəllərində ailə üzvüləri ilə birlikdə işləmək üçün Bərdə rayonu Arabaçılar kəndində yaşayan Zərərçəkmiş şəxs1 Seyyab oğluna məxsus Bərdə rayonu Mustafaağalı kəndi ərazisində yerləşən fermaya köçmüşlər. Onlar fermada olan 195 baş xırda buynuzlu heyvanı saxlamaqla məşğul olmuşlar. 2022-ci ilin yanvar ayının sonlarında valideynləri yaşadıqları Yevlax rayonu Tanrıqulular kəndindəki evlərinə qayıtmaq qərarına gəlmişlər. Bu barədə ferma sahibinə demişlər. Ferama sahibi onlara fermaya yeni işçi tapana kimi heyvanlara baxmağı demişdir. Onlarda razı olmuşdur. Təxminən xx.xx.2022-ci il tarixdə ferma sahibi fermaya Cavid və Gülnaz adlı ailəni gətirmiş, ona görə onlar heyvanları sayıb onlara təhvil verdikdən sonra yaşadıqları kəndə qayıtmışlar. O, fermadan çıxandan təxminən 3-5 gün sonra pulu qurtardığına görə Bərdə rayonu Mustafaağalı kəndi ərazisində yerləşən işlədiyi həmin fermadan qoyunları oğurlamaq qərarına gəlmiş, bu barədə kiçik qardaşı Turana da bildirərək ona bu işdə kömək etməsini demiş, Turanda razı olmuş və oğurluğu xx.xx.2022-ci il tarixdə yəni, həftənin 5-ci günü etməyi düşünmüş, həmin gün Bərdə rayonunda baş tutan mal bazarı olduğundan heyvanları oğurladıqdan sonra bir başa bazarda satsın deyə oğurluğu həmin günə planlaşdırmışdır. xx.xx.2022-ci il tarixdə axşam təxminən saat 21 radələrində qardaşı Turanla birlikdə yol maşını ilə Bərdə rayonu Arabaçılar kəndinə işlədikləri fermanın kənarına getmişlər. Fermada işləyənləri kənardan izləmiş, fermada işləyən şəxslər qoyunları və quzuları ayırıb tövlələrə salıb, evə daxil olduqdan bir qədər sonra evin işıq generatorunu söndürüb yatmışlar. Artıq xx.xx.2022-ci il tarix təxminən saat 02 radələri olmuşdur. Turan onu kənarda gözləmişdir ki, gələn olsa fit çalıb ona məlumat versin. Özü isə qoyunlar olan böyük tövləyə yaxınlaşaraq oradan 37 baş qoyunları çıxarıb Turanın yanına aparmış, piyada qaradaşı Turanla birlikdə qoyunları yaxınlıqda yerləşən Bərdə rayonu mal bazarına aparmışlar. Təxminən saat 05 radələrində onlar mal bazarına çatmışlar. O, heyvanlar oğurluq olduğu üçün mal bazarında havanın qaranlıq vaxtı ümumilikdə 2700 manata tanımadığı şəxsə özünün heyvanı adı ilə satmışdır. Sonra tanımadığı yol maşını ilə yaşadıqları kəndə qayıtmışdır. Həmin pulu hissə-hissə qardaşı ilə birlikdə xərcləmişdir. Evdə valdeynləri onların oğurluq etdiklərin bilməmişlər. O, oğurluq etdiyi fermadan yenə oğurluq etmək qərarına gəlmişdir. Fikirləşmişdir ki, oradan yenidən oğurluq etsə, çobandan şübhələnər, ona görədə bu dəfə quzular olan yerdən oğurluq etmək qərarına gəlmişdir. Bu barədə kiçik qardaşı Turana da bildirərək ona bu işdə kömək etməsini demişdir, Turanda razı olmuş və birlikdə xx.xx.2022-ci il tarixdə təxminən 22 radələrində Bərdə rayonu Arabaçılar kəndində olan əvvəllər işlədikləri fermaya çatmışlar. Turan yenə onu kənarda gözləmişdir ki, gələn olsa fit çalıb ona məlumat versin. Özü isə quzuların saxlanıldığı tövlənin pəncərəsindən oraya daxil olmuş, özü ilə apardığı skoçla quzuların 5 ədədinin ağzını bağlamışdır ki, quzuları tövlədən çıxararkən səs-küy salmasınlar. Tövlədə olarkən quzular səs-küy etdiyinə görə fermanın çobanı evdən çıxmış, o, tövlənin pəncərəsindən çıxaraq qaçmış, çoban Cavid onun arxası ilə qışqırsada o, dayanmayaraq qardaşının yanına qaçmış və birlikdə yol maşını ilə kəndə qayıtmışlar. Bundan başqa o bildirmişdir ki, əvvəllər Ağcabədi rayonu Şənlik kəndi ərazisində yerləşən Nadir adlı şəxsə məxsus fermada işləyərkən Nadirin fermasına yaxınlıqda yerləşən Şənlik kəndində sonradan adını Yalçın kimi bildiyi şəxsin ferması olduğunu görmüşdür. Həmin fermada xırda buynuzlu heyvanlar saxlanılırmış, onun pulu olmadığı üçün həmin fermadan oğurluq ekmək qərarına gəlmişdir. Bu məqsədlə 29 mart 2022-ci il tarixdə təxminən saat 02:30 radələrində təkcə piyada Ağcabədi rayon Şənlik kənd sakini Yalçın adlı şəxsə məxsus olan fermaya getmiş, həmin vaxt fermada və ətrafda heç kim olmadığını görmüş, fermanın pəncərələrində olan dəmir barmaqlığı yerdən tapdığı dəmir parçası ilə sındırmış sonra tövlənin içərisinə daxil olmuş və oradan 13 baş qoyun seçib tövlədən çölə çıxarmışdır. Daha sonra həmin qoyunları piyada işlədiyi fermaya aparmış, qoyunları təxminən 3-4 gün saxladıqdan sonra Ağcabədi mal bazarına aparıb orada tanımadığı bir nəfər şəxsə öz heyvanları olduğunu deyərək 1650 manata satmışdır. Bir neçə gün sonra ferma sahibi Nadirlə aralarında olan narazılığa görə onun fermasından çıxaraq yaşadıqları kəndə qayıtmış, əldə etdiyi pulu isə özü üçün xərcləmişdir. Onun bu oğurluq etdiyini heç kim bilməmişdir. Bundan başqa o bildirmişdir ki, əvvəllər ailə üzvülərilə birlikdə 8 ay Yevlax rayonu Nemətabad kəndində yaşayan Telman adlı şəxsin fermasında çoban işləmişlər. Sonra iş ağır olduğu üçün işləyə bilmədiklərinə görə yaşadıqları kəndə qayıtmışlar. Onlar fermada 400 baş qoyuna baxırmışlar. xx.xx.2022-ci il tarixdə axşam vaxtları yaşadığı evdə olmuş, pulu olmadığı üçün oğurluq edib pul əldə etmək qərarına gəlmiş, bu barədə kiçik qardaşı Turana da bildirərək ona bu işdə kömək etməsini demiş, Turanda razı olmuş, həmin gün yol maşını ilə Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəsyə gedən yolun qarşı tərəfində Telmanın fermasına gedən yolda düşmüşlər. Həmin yerdən piyada Telman müəllimin fermasına getmişlər. Bir qədər gözləmişlər fermada olanların yatdığından əmin olmuşlar. Artıq xx.xx.2022-ci il tarix təxminən saat 02 radələri olmuşdur. Qardaşı tövlənin qapısında durmuş, o, tövlənin qapısına vurulmuş qıfılı çəkib açmış və tövləyə daxil olmuşdur. Tövlədə ancaq dişi qoyunlar olmuşdur. o, qoyunların bir hissəsini tövlədən çıxarmış və tövlənin qapısını örtərək qoyunları qardaşı ilə birlikdə qarşılarına qatıb yolun kənarı ilə Tanrıqulular kəndinə aparmışlar. Tanrıqulular kəndindən kənarda yerləşən mərhum Dursun adlı qadına məxsus istifadəsiz qalmış tövləyə salmışlar, sonra isə evə getmişdir. Oğurladıqları 44 baş qoyunu növbəti mal bazarına kimi gecələr gedib otarıb tövləyə salmışdır ki, orada qoyun saxladığını görən olmasın. Növbəti mal bazarı axşamı yəni həftənin 4-cü günü axşam Bərdədə mal bazarı günü idi. O, həmin qoyunları yığıb kəndə gətirmiş və həmin vaxt kənddən bazara mal aparan Sənan adlı şəxsin yük maşını ilə qoyunları Bərdə mal bazarına aparıb tanımadığı şəxslərə özünün heyvanları olduğunu bildirərək təxminən 5000 manata satmışdır. Sənanın pulunu vermiş, ancaq Sənan həmin qoyunların oğurluq olduğunu bilməmişdir. O, həmin puluda hissə-hissə xərcləmişdir. Bundan başqa o bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə evdə olmuş, pulu olmadığı üçün oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bu barədə kiçik qardaşı Turana da bildirərək ona bu işdə kömək etməsini demiş, Turanda razı olmuş və həmin gün gecə piyada yaşadıqları Tanrıqulular kəndinin ayaq tərəfində fermada yaşayan Əlzamingilin fermasına getmişlər. Kənardan fermaya nəzarət edərək erma sahiblərinin yatmasından tam əmin olmuşlar. Artıq xx.xx.2022-ci il tarix təxminən saat 02 radələri olmuşdur. Turana aralıda onu gözləməsini və gələn olsa fit verib ona məlumat verməsini demiş, özü isə fermaya yaxınlaşmış, tövlənin içəri tərəfində bağlı it olduğuna görə tövlənin çölə doğru olan pəncərəsinə vurulmuş metal barmaqlığı açaraq tövləyə daxil olmuş, oradan 10 ədəd qoyun çıxarmış və qarşısına qatıb Turanın yanına gətirmiş, oradanda Tanrıqulular kəndindən kənarda yerləşən mərhum Dursun adlı qadına məxsus istifadəsiz qalmış tövləyə salıb evə getmişlər. Həmin heyvanları növbəti mal bazarına kimi gecələr gedib otarıb tövləyə salmışdır ki, orada qoyun saxladığını görən olmasın. Növbəti mal bazarı axşamı yəni həftənin 4-cü günü axşam Bərdədə mal bazarı günü idi. O, həmin qoyunları yığıb kəndə gətirmiş və həmin vaxt kənddən bazara mal aparan Sənan adlı şəxsin yük maşını ilə qoyunları Bərdə mal bazarına aparıb tanımadığı şəxslərə özünün heyvanları olduğunu bildirərək təxminən 2200 manata satmışdır. Sənanın pulunu vermiş, ancaq Sənan həmin qoyunların oğurluq olduğunu bilməmişdir. O, həmin puluda hissə-hissə xərcləmişdir. Bundan başqa o bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə evdə olmuş, pulu olmadığı üçün oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Oğurluğu isə Yevlax rayonu Nemətabad kəndində çoban işləyərkən fermanın yaxınlığından Aran qəsəbəsində yolun kənarında Şakir adlı şəxsin evinin həyətində tövləsində xırda buynuzlu və iri buynuzlu heyvan saxladığını görmüş və həmin evin tövləsindən etmək qərarına gəlmişdir. Bu barədə kiçik qardaşı Turana da bildirərək ona bu işdə kömək etməsini demiş, Turanda razı olmuş və həmin gün gecə yol maşını ilə Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəsyə əsas yoldan ayrılan yolun qarşı tərəfinə gəlmişlər. Həmin yol ayrıcının qarşı tərəfində yerləşən Şakirin tövləsinin arxa tərəfinə adlamışlar. Kənardan tövləyə nəzarət edərək ev sahiblərinin yatmasından tam əmin olmuşlar. Artıq xx.xx.2022-ci il tarix təxminən saat 02 radələri olmuşdur. Turala aralıda onu gözləməsini və gələn olsa fit verib ona məlumat verməsini demiş, özü isə tövlənin daşdan olan hasarından tövləyə daxil olmuş, içəri tərəfdən tövlənin çölə açılan qapısın açmış, oradan 27 baş qoyunu qarşısına qatıb qardaşının yanına gətirmiş və birlikdə qarşılarına qatıb yolun kənarı ilə Tanrıqulular kəndinə aparmışlar. Tanrıqulular kəndindən kənarda yerləşən mərhum Dursun adlı qadına məxsus istifadəsiz qalmış tövləyə salıb evə getmişlər. Həmin heyvanları növbəti mal bazarına kimi gecələr gedib otarıb tövləyə salmışdır ki, orada qoyun saxladığını görən olmasın. Növbəti mal bazarı axşamı yəni həftənin 4-cü günü axşam Bərdədə mal bazarı günü idi. O, həmin qoyunları yığıb kəndə gətirmiş və tanıdığı yük maşını idarə edən Həkim adlı şəxslə əlaqə saxlamış, Həkim onların kəndinə gəlmiş o, qoyunları Həkimin yük maşını ilə Bərdə mal bazarına aparıb tanımadığı şəxslərə özünün heyvanları olduğunu bildirərək təxminən 3800 manata satmışdır. Həkimin pulunu vermiş, ancaq Həkim həmin qoyunların oğurluq olduğunu bilməmişdir. O, həmin puluda hissə-hissə xərcləmişdir. Bundan başqa o bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə evdə olmuş, pulu olmadığı üçün oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bu barədə kiçik qardaşı Turana da bildirərək ona bu işdə kömək etməsini demiş, Turanda razı olmuş və həmin gün gecə piyada yaşadıqları Tanrıqulular kəndinin piyada yaşadıqları kəndin qonşuluğunda yerləşən Hürüuşağı kəndinə yerləşən Fəxri adlı şəxsin fermasına getmişlər. Kənardan fermaya nəzarət edərək ferma sahiblərinin yatmasından tam əmin olmuşlar. Artıq xx.xx.2022-ci il tarix təxminən saat 02 radələri olmuşdur. Turala aralıda onu gözləməsini və gələn olsa fit verib ona məlumat verməsini demiş, özü isə fermanın qarşısına getmişdir. Qoyunların saxlanıldığı tövləsinin qapısın açmış və oradan ümumilikdə 50 baş qoyunu qarşısına qatıb Tanrıqulular kəndinə aparmışlar. Tanrıqulular kəndindən kənarda yerləşən mərhum Dursun adlı qadına məxsus istifadəsiz qalmış tövləyə salıb evə getmişlər. Həmin heyvanları növbəti mal bazarına kimi gecələr gedib otarıb tövləyə salmışdır ki, orada qoyun saxladığını görən olmasın. Növbəti mal bazarı axşamı yəni həftənin 4-cü günü axşam Bərdədə mal bazarı günü idi. O, həmin qoyunları yığıb kəndə gətirmiş və tanıdığı yük maşını idarə edən Həkim adlı şəxslə əlaqə saxlamış, Həkim onların kəndinə gəlmiş o, qoyunları Həkimin yük maşını ilə Bərdə mal bazarına aparıb tanımadığı şəxslərə özünün heyvanları olduğunu bildirərək təxminən 6000 manata satmışdır. Həkimin pulunu vermiş, ancaq Həkim həmin qoyunların oğurluq olduğunu bilməmişdir. O, həmin puluda hissəhissə xərcləmişdir. Bundan başqa o bildirmişdir ki, təxminən 2022-ci ilin avqust ayının əvvəllərində həmkəndlisi Mikayılın kamaz markalı avtomaşının Yevlax rayonu Qaraməmmədli kəndində ot yığıb qayıdarkən, kəndin ərazisindəki şirkətin otlaq sahəsində təxminən 500 başdan çox qoyun bir nəfərin otardığını görmüşdür. O, həmin fermadan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə evdə olmuş, pulu olmadığına görə oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün gecə təkcə yol maşını ilə Yevlax rayonu Qaraməmmədli kəndinə getmişdir. Yol maşının pulun vermiş və piyada həmin şirkətin fermasına getmişdir. Kənardan fermaya nəzarət etmiş, fermada çobanların yatmasından tam əmin olmuşdur. Artıq xx.xx.2022-ci il tarix təxminən saat 02 radələri olmuşdur. Fermanın arxasına yaxınlaşmış və arxa tərəfdə tövlənin çölə açılan pəncərəsində metal barmaqlıq olduğunu görmüş, həmin barmaqlığı özü ilə apardığı linglə çıxarmış və bundan sonra tövləyə daxil olmuşdur. Tövlənin qapısın açmış tövlədən qoyundan bir komasın qarşısına qatıb çölə çıxarmış, sonra qapını örtərək qoyunları otaraotara yaşadıqları kəndə aparmış, həmin gün mal bazarı günü idi, yəni həftənin 5-ci günü idi. O, tanıdığı yük maşını idarə edən Həkim adlı şəxslə əlaqə saxlamış, Həkim onların kəndinə gəlmiş o, qoyunları Həkimin yük mahşını ilə Bərdə mal bazarına aparmış, qoyunlar çoxu qoca olduğuna görə tanımadığı şəxslərə özünün heyvanları olduğunu bildirərək təxminən 5000 manata satmışdır. Həkimin pulunu vermiş, ancaq Həkim həmin qoyunların oğurluq olduğunu bilməmişdir. O, həmin puluda hissə-hissə xərcləmişdir. Bundan başqa o bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə evdə olmuş, pulu olmadığına görə oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bu barədə kiçik qardaşı Turana da bildirərək ona bu işdə kömək etməsini demiş, Turanda razı olmuş və həmin gün gecə piyada yaşadıqları Tanrıqulular kəndinin qonşuluğunda yerləşən Hürüuşağı kəndindən Salahlı kəndinə gedən yolda sol tərəfədə yolun kənarında olan Allahverdi adlı şəxsin fermasına getmişlər. Kənardan fermaya nəzarət edərək fermada heç kimin olmadığından tam əmin olmuşlar. Artıq xx.xx.2022-ci il tarix təxminən saat 02 radələri olmuşdur. Turala aralıda onu gözləməsini və gələn olsa fit verib ona məlumat verməsini demiş, özü isə fermanın tövləsinin qarşısına getmişdir. Tövlənin taxtadan olan qapısına bağlanmış ipi açaraq tövlənin içərisinə daxil olmuş oradan ümumilikdə 32 baş qoyunu tövlədən çıxarmış və qapını örtərək qoyunları qarısına qatıb Turanın yanına gətirmiş, birlikdə qoyunları otara-otara kəndə gətirmişlər. Turan evə getmiş, o, həmin gün növbəti bal bazarı olduğu üçün kənndə tanıdığı yük maşını idarə edən Həkim adlı şəxslə əlaqə saxlamış, Həkim onların kəndinə gəlmiş o, qoyunları Həkimin yük mahşını ilə Bərdə mal bazarına aparıb tanımadığı şəxslərə özünün heyvanları olduğunu bildirərək təxminən 3200-3300 manata satmışdır. Həkimin pulunu vermiş, ancaq Həkim həmin qoyunların oğurluq olduğunu bilməmişdir. O, həmin puluda hissə-hissə xərcləmişdir. Bundan başqa o bildirmişdir ki, təxminən 2022-ci ilin avqust ayının əvvəllərində həmkəndlisi Mikayılın kamaz markalı avtomaşının Yevlax rayonu Qaraməmmədli kəndində ot yığıb qayıdarkən, kəndin girişində birinci evin həyətində xırda və iri buynuzlu heyvan saxladıqların görmüşdür. O, həmin həyətdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə evdə olmuş, pulu olmadığına görə oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bu barədə kiçik qardaşı Turana da bildirərək ona bu işdə kömək etməsini demiş, Turanda razı olmuş və həmin gün gecə yol maşını ilə Yevlax rayonu Qaraməmmədli kəndinə getmişlər. Yol maşının pulun vermiş və piyada sonradan adını tanıdığı Sahib adlı şəxsin evinin yaxınlığına getmişlər. Evə nəzarət edərək ev sahiblərinin yatdığından tam əmin olmuşlar. Artıq xx.xx.2022-ci il tarix təxminən saat 02 radələri olmuşdur. Turala aralıda onu gözləməsini və gələn olsa fit verib ona məlumat verməsini demiş, özü isə tövlənin yola tərəf olan qapısın itələyib açaraq tövləyə daxil olmuş oradan ümumilikdə 18 baş qoyunu qarşısına qatıb tövlədən çıxarmış və qoyunları Turanın yanına aparmış, sonra birlikdə qoyunları otara-otara Tanrıqulular kəndinə aparmışlar. Turan evə getmiş, o, isə həmin gün səhər saatlarında Mingəçevir şəhəri istiqamətində hərəkət edən tanımadığı ağ rəngli «Ford» markalı avtomobilin sürücüsünə özünün heyvanları olduğunu bildirərək təxminən 1400 manata satmışdır. O, həmin pulu həmin gün Mingəçevir şəhərinə gedərək xərcləmişdir. Bundan başqa o bildirmişdir ki, həmkəndlisi Mikayılın kamaz markalı avtomaşını ilə sahələrdən ot yığıb qayıdarkən Yevlax rayon Salahlı kəndində qaçqınların qaldığı xəstəxananın qarşısında tövlədə sonradan adını tanıdığı Mübarizin metal çəpərlə hasara alınmış tövlədə qoyun və keçi saxladığını görmüşdür. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmkəndlisi Vahidin oğlu Pərvizlə yaşadıqları kəntdə ot yığarkən Pərvizə bildirmişdir ki, qoyun var oğurlayaq sataq, Pərvizdə razı olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:30 radələrində Pərvizlə görüşüb Salahlı kəndinə getmişlər. Mübarizgilin qoyunları saxladığı yerə yaxınlaşıb kənardan qoyunlara nəzarət ediblər. Mübarizgilin evdə olduqlarından tam əmin olmuşlar. Artıq xx.xx.2022-ci il tarix təxminən saat 01 radələri olmuşdur. Pərvizlə birlikdə tövləyə yaxınlaşmışlar. O, tövlənin qapısın açıb tövlədən qoyunları çıxarmış və Pərvizlə birlikdə qoyunları Tanrıqulular kəndinə aparmışlar. Ümumlikdə 32 baş qoyun və 7 baş keçi olmuşdur. O, Pərviz ilə razılaşmışdır ki, qoyunları satıb pulu böləcəklər. Pərviz evlərinə getmiş, o, isə qoyunları otara-otara Tanrıqulular kəndindən kənarda yerləşən mərhum Dursun adlı qadına məxsus istifadəsiz qalmış tövləyə salıb evə getmişdir. Səhəri gün gecə qoyunları qatdığı tövləyə getmiş qoyunları açıb otardıqdan sonra qoyunları tövlənin yanındakı sahəyə buraxıb kəndə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Mübarizin qoyunların onunla Pərvizin oğurladığını bilmişlər və onu yaşadığı kənddə saxlayıb polis şöbəsinə gətirmişlər. O, etdiyi oğurluğu etiraf etmiş və oğurladığı qoyunları hadisə yerinə çıxaraq polis əməkdaşlarına təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməyəcəyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, yaşadıqları kənddə fəhləliklə məşğul olmaqla kənd sakinlərinin otunu yığır. Həmkəndlisi Təqsirləndirilən şəxs1 tanıyır, münasibətləri yaxşı olmuş, Turalda onunla ot yığmaqla məşğuldur. xx.xx.2022-ci il tarixdə səhər saatlarındə həmkəndlisi Tural ilə yaşadıqları kəntdə ot yığarkən Tural ona qoyun oğurlayıb satmağı təklif etmiş, o isə razı olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 23.30 radələrində Tural ilə yaşadıqları kəntdə görüşmüş, tanımadıqları taksi ilə Salahlı kəndinə getmişlər. Oğurluq edəcəkləri qapı, Salahlı kəndində xəstəxanada məskunlaşıb yaşayan Mübarizgilin olmuşdur. Onlar Mübarizin qoyunları saxladığı yerə yaxınlaşıb kənardan qoyunlara nəzarət edərək onların evdə olduqlarından tam əmin olmuşlar. Artıq xx.xx.2022ci il tarix təxminən saat 01 radələri olmuşdur. Tural ilə birlikdə tövləyə yaxınlaşmışlar. Tural tövlənin qapısın açıb tövlədən qoyunları və bir neçə keçi çıxarmış və heyvanları birlikdə Tanrıqulular kəndinə aparmışlar. Qaranlıq olduğuna görə heyvanların sayını dəqiq bilməmişdir. Tural qoyunları tanıdığı fermaya aparacağını və növbəti mal bazarına aparıb satacağını, satışdan sonra əldə edəcəkləri pulu yarı böləcəyini demişdir. Tanrıqulular kəndində qoyunları və keçiləri Turalın yanında qoyub evə getmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Mübarizin heyvanlarının onunla Turalın oğurladığını bilmiş və onu yaşadığı kəntdə saxlayıb polis şöbəsinə gətirmişlər. O, etdiyi oğurluğu etiraf etmiş və oğurladığı qoyunları Tural polis əməkdaşlarına təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənildiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, O, ailə üzvlərilə birlikdə yəni anası Nuriyə, atası İlqar və qardaşı Tural ilə birlikdə ayrı-ayrı rayonlarda müxtəlif şəxslərin fermalarında çobanlıq etmişlər. 2021-ci ilin sonlarında ailə üzvüləri ilə birlikdə işləmək üçün Sabit adlı şəxsə məxsus Bərdə rayonu Mustafaağalı kəndi ərazisində yerləşən fermaya köçmüşlər. Onlar fermada olan xırda buynuzlu heyvanı saxlamaqla məşğul olmuşlar. 2022-ci ilin yanvar ayının sonlarında valideynləri yaşadıqları Yevlax rayonu Tanrıqulular kəndindəki evlərinə qayıtmaq qərarına gəlmişlər. Bir neçə gün sonra ferma sahibi fermaya yeni çoban gətirmiş, onlar heyvanları sayıb onlara təhvil verdikdən sonra yaşadıqları kəndə qayıtmışlar. Evə qayıtdıqdan bir neçə gün sonra qardaşı Tural ona Sabitin fermasından oğurluq etmək istədiyini və bu işdə ona köməklik etməyini bildirmiş, o da razı olmuş və dəqiq yadında qalmadığı tarixdə qardaşı Tural ilə birlikdə yol maşını ilə Mustafaağalı kəndinə getmişlər. Piyada fermaya gedərək fermada işləyənləri kənardan izləmiş, fermada işləyən şəxslər qoyunları və quzuları ayırıb tövlələrə salıb evə daxil olduqdan bir qədər sonra evin işıq generatorunu söndürüb yatmışlar. Tural ona kənarda gözləyib, gələn olsa fit çalıb ona məlumat verməsini bildirmiş, özü isə qoyunlar olan böyük tövləyə yaxınlaşmış və az sonra Tural qarşısında xeyli qoyun gətirmiş və birlikdə həmin qoyunları qarşılarına qataraq həmin gün mal bazarı günü olduğu üçün Bərdə mal bazara getmişlər. Tural bazarda qoyunların özlərininki olduğunu deyərək tanımadığı şəxslərə satmışdır. Sonra tanımadığı yol maşını ilə yaşadıqları kəndə qayıtmışlar. Həmin puldan Tural onada vermişdir o, da pulu xərcləmişdir. Evdə valdeynləri onların oğurluq etdiklərini bilməmişlər. Bir neçə gün sonra Tural ona bildirmişdir ki, oğurluq etdiyi fermadan yenə oğurluq etmək istəyir, oradan yenə qoyun oğurlasa qoyunun çobanın oğurlamasından şübhələnər. Tural bu barədə ona kömək etməyini demiş, o, da köməklik edəcəyinə söz verrmişdir. Həmin gün dəqiq yadında qalmadığı tarixdə Tural ilə birlikdə Bərdə rayonu Arabaçılar kəndində olan işlədikləri fermaya getmişlər. O, yenə Turalı kənarda gözləmiş və gələn olsa fit çalıb ona məlumat verəsiymiş, Tural özü ilə skoç götürdüyünü və bu dəfə quzu oğurlayacağını demişdir. Skoçla quzuların ağzını sarıyasıydı ki, quzular mələyib səs-küy salmasın. Tural quzular saxlanıldığı tövləyə tərəf getdikdən az sonra fermanın çobanı çölə çıxıb səslənməyə başladığından Tural qaçaraq onun yanına gəlmiş və ona quzuların 4 ədədinin ağzını bağladığını, quzuları tövlədən çıxartmaq istəyərkən səs-küy saldığına görə fermanın çobanının evdən çıxdığını, tövlənin pəncərəsindən çıxaraq qaçdığını bildirmişdir. Çoban onu görüb dayanmasını desə də Tural dayanmayaraq qaçıb onun yanına gəlmişdir. Bundan sonra onlar birlikdə yol maşını ilə kəndə qayıtmışlar. Bundan başqa o bildirmişdir ki, aradan bir neçə ay keçdikdən sonra evdə olarkən qardaşı Tural yenə oğurluq etmək istədiyini ona demişdir. Bu dəfə əvvəllər ailə üzvülərilə birlikdə Yevlax rayonu Nemətabad kəndində yaşayan Telman adlı şəxsin fermasından oğurluq edəcəyini və ona bu işdə köməklik etməyini istəmiş o, da razı olmuş və dəqiq yadında qalmayan tarixdə axşam vaxtlarında yol maşını ilə Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəyə gedən yolun yaxınlığında yerləşən Telman müəllimin fermasına gedən yolda düşmüşlər. Həmin yerdən piyada Telman müəllimin fermasına getmişlər. Bir qədər gözləmişlər fermada olanların yatdığından əmin olmuşlar. Birlikdə fermaya yaxınlaşmışlar, o, tövlənin qapısında durmuş, Tural isə tövlənin qapısına vurulmuş qıfılı çəkib açmış və tövləyə daxil olmuşdur. Az sonra Tural xeyli sayda qoyunu tövlədən çıxarmış və tövlənin qapısını örtərək qoyunları qarşılarına qatıb yolun kənarı ilə Tanrıqulular kəndinə aparmışlar. Tanrıqulular kəndindən kənarda yerləşən istifadə olunmayan tövləyə salmışlar, sonra isə evə getmişlər. Tural həmin heyvanları növbəti mal bazarına kimi gecələr gedib otarıb tövləyə salacağını və mal bazarı günü aparıb Bərdə mal bazarında satacağını ona demişdir. Bir neçə gün sonra Tural qoyunları satdığını deyib onada bir qədər pul vermiş o, həmin pulu xərcləmişdir. Ancaq Tural qoyunları neçəyə satdığını ona deməmişdir. Bundan başqa o bildirmişdir ki, sonuncu oğurluqdan təxminən bir ay sonra Tural evdə olanda ona yenə oğurluq etmək istədiyini ona demiş ona bu işdə də kömək etməsini istəmişdir. O, da razı olmuş və Tural bildirmişdir ki, bu dəfə yaşadıqları Tanrıqulular kəndinin ayaq tərəfində fermada yaşayan Əlzamingilin fermasından oğurluq edəcəkdir. Dəqiq yadında qalmayan tarixdə axşam Tural ilə birlikdə Əlzaminin fermasına getmişlər. Kənardan fermaya nəzarət edərək ferma sahiblərinin yatmasından tam əmin olmuşlar. Tural ona kənarda gözləyib, gələn olsa fit çalıb məlumat verməsini bildirmişdir. Tural isə qoyunlar olan tövləyə tərəf gedərək sonra qarşısında 10 baş qoyun gətirmiş, onlar birlikdə qoyunları Tanrıqulular kəndindən kənarda yerləşən istifadə edilməyən tövləyə salmışlar, sonra isə evə getmişlər. Tural sonrakı günlər həmin heyvanları növbəti mal bazarına kimi gecələr otarıb tövləyə salacağını və mal bazarı günü aparıb Bərdə mal bazarında satacağını ona demiş, bir neçə gün sonra qoyunları sataraq onada bir qeder pul vermiş o isə həmin pulu xərcləmişdir. Ancaq Tural qoyunları neçəyə satdığını ona deməmişdir. Bundan başqa o bildirmişdir ki, bir neçə gün sonra Tural evdə olanda ona yenə oğurluq etmək istədiyini deyərək bu işdə də kömək etməsini istəmişdir. O, da razı olmuş və Tural bildirmişdir ki, bu dəfə oğurluğu Yevlax rayonu Nemətabad kəndində Telman müəllimgildə çoban işləyərkən fermanın yaxınlığında Aran qəsəbəsində yolun kənarındakı 1-ci evinin həyətində olan tövləsində edəcəklər. Dəqiq yadında qalmayan tarixdə axşam yol maşını ilə Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəsyə gedən yolun qarşı tərəfinə gəlmişlər. Həmin yol ayrıcının qarşı tərəfində 1-ci evin tövləsinin arxa tərəfinə adlamışlar. Kənardan tövləyə nəzarət edibərək ev sahiblərinin yatmasından tam əmin olmuşlar. Tural ona kənarda gözləyib, gələn olsa fit çalıb ona məlumat verməsini bildirmişdir. Tural isə qoyunlar olan tövləyə tərəf getmiş və tövlənin daşdan olan hasarından aşaraq tövləyə daxil olmuş, az sonra Tural tövlənin arxa tərəfə açılan qapısını açmış qarşısına xeyli qoyunu qatıb yanına gəlmişdir və qoyunları qarşılarına qatıb yolun kənarı ilə Tanrıqulular kəndinə aparmışlar. Tanrıqulular kəndindən kənarda yerləşən istifadə etmədikləri tövləyə salmışlar, sonra isə evə getmişlər. Tural isə yenə də həmin heyvanları növbəti mal bazarına kimi gecələr gedib otarıb tövləyə salacağını və mal bazarı günü aparıb Bərdə mal bazarında satacağını demişdir. Bir neçə gün sonra Turalın qoyunları satdığını və onada pul verdiyini o, həmin pulu xərclədiyini ancaq Turalın qoyunları neçəyə satdığını ona demədiyini bildirmişdir. Bundan başqa o bildirmişdir ki, təxminən 10-15 gün keçdikdən sonra Tural evdə olanda ona yenə oğurluq etmək istədiyini deyərək bu işdə də kömək etməsini istəmişdir. O, da razı olmuş və Tural bildirmişdir ki, bu dəfə oğurluğu Hürüuşağı kəndindən edəcəklər. Onlar dəqiq xatırlamadığı tarixdə gecə vaxtı yaşadıqları kəndin qonşuluğunda yerləşən Hürüuşağı kəndinə yerləşən Fəxri adlı şəxsin fermasına piyada getmişlər. Adəti üzrə yenə kənardan fermaya nəzarət edərək ferma sahiblərinin yatmasından tam əmin olmuşlar. Tural ona kənarda gözləyib, gələn olsa fit çalıb məlumat verməsini bildirmişdir. Tural isə fermanın arxa tərəfindən fermanın qarşı tərəfinə keçmiş, fermanın işığı yandığından ora işıqlı olmuş, Tural qoyunlar qalan tövlənin qapısını açaraq tövlədə olan qoyunları qarşısına qatıb ona tərəf gətirmişdir. Bundan sonra birlikdə qoyunları qarşılarına qatıb Tanrıqulular kəndindən kənarda yerləşən istifadə etmədikləri tövləyə salmışlar, sonra isə evə getmişlər. Bir neçə gün sonra Turalın qoyunları satdığını və onada pul verdiyini o, həmin pulu xərclədiyini ancaq Turalın qoyunları neçəyə satdığını ona demədiyini bildirmişdir. Bundan başqa o bildirmişdir ki, Hürüuşağı kəndindəki oğurluqdan təxminən bir ay keçdi lakin oğurluq etmədilər. Dəqiq yadında qalmayan tarixdə evdə olarkən Tural ona yenə oğurluq etmək istədiyini deyərək ona bu işdə də kömək etməsini istəmişdir. O, da razı olmuş və Tural bildirmişdir ki, bu dəfə oğurluğu Hürüuşağı kəndindən Salahlı kəndinə gedən yolun kənarındakı fermadan edəcəklər. Həmin gün gecə Tanrıqulular kəndindən piyada Hürüuşağı kəndinə yerləşən həmin fermaya getmişlər. Adəti üzrə yenə kənardan fermaya nəzarət edərək ferma sahiblərinin yatmasından tam əmin olmuşlar. Tural ona kənarda gözləyib, gələn olsa fit çalıb məlumat verməsini bildirmişdir. Tural isə fermanın tövləsinin qarşısına getmişdir. Az sonra Tural qarşısında xeyli qoyun gətirmişdir. Onlar birlikdə kəndə getmişlər. O, evə getmiş Tura lisə qoyunları həmin gün növbəti bal bazarı olduğu üçün bazara getmişdir. Səhər açılmış, Tural evə gələrək qoyunları satdığını bildirərək onada pul vermiş, o, həmin pulu xərcləmişdir. Ancaq Tural qoyunları neçəyə satdığını ona deməmişdir. Onların oğurluq etdiklərini valdeynləri bilməmişdir. Bundan başqa o bildirmişdir ki, Salahlı kəndinə gedən yolun kənarındakı fermadakı oğurluqdan təxminən 10-15 gün keçmiş dəqiq yadında qalmayan tarixdə evdə olarkən Tural ona yenə oğurluq etmək istədiyini deyərək ona bu işdə də kömək etməsini istəmişdir. O, da razı olmuş və Tural bildirmişdir ki, bu dəfə oğurluğu Yevlax rayonu Qaraməmmədli kəndində birinci evin tövləsindən edəcəklər, həmin evi həmkəndlisi Mikayılın kamaz markalı avtomaşını ilə həmin kənddən ot yığıb qayıdarkən görmüşdür. Onlar gecə yol maşını ilə Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəsyə gedən yoldan xeyli gedib kəndə gedən hissədə düşərək piyada oğurluq edəcəkləri kəndin girişində olan birinci evin yaxınlığına getmişlər. Adəti üzrə yenə kənardan evə nəzarət edərək ev sahiblərinin yatmasından tam əmin olmuşlar. Tural ona kənarda gözləyib, gələn olsa fit çalıb ona məlumat verməsini bildirmişdir. Tural evin tövləninin küçəyə açılan qapısına yaxınlaşaraq tövləyə daxil olmuşdur. Az sonra Tural qarşısında xeyli qoyun gətirmişdir. Onlar birlikdə qoyunları kəndə aparmışlar. Qoyunun sayı yadında qalmamışdır. O, evə getmiş, gecəni yatmış səhər açılarkən Tural evə gələrək qoyunları satdığını bildirmiş və onada pul vermiş, o, həmin pulu xərcləmişdir. Ancaq Tural yenə qoyunları neçəyə satdığını ona deməmişdir. Onların oğurluq etdiklərini valdeynləri bilməmişdir. Bundan başqa o bildirmişdir ki, son oğurluqlarından 2 gün sonra qardaşı Tural həmkəndlisi Pərviz ilə birlikdə Yevlax rayon Salahlı kəndində qaçqınların qaldığı xəstəxananın qarşısından qoyun oğurlamışlar. Həmin qoyunları yaşadıqları kəndin kənarda yerləşən istifadə olunmayan tövləyə salmışlar. Onların həmin oğurlluqlarını polis əməkdaşları bilmişdir. Tural ilə Pərvizi polis əməkdaşları saxlamış onlar etdikləri oğurluğu etiraf etmiş, Tural oğurladığı qoyunları təqdim etmiş və bundan sonra onunla da etdikləri oğurluğu və özünün tək halda etdiyi oğurluqları etiraf etmişdir. Yetkinlik yaşına çatmayan olmasını və hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Bərdə rayonu Mustafaağalı kəndinin ərazisində ferması vardır. Fermada 140 baş xırda buynuzlu qoyun saxlamaqla məşğuldur. Özü fermada qalmasada, qoyunlara fermada qalaraq çobanlıq edən X14 baxır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Cavid ona zəng edərək fermaya naməlum şəxsin oğurluğa girdiyini, həmin naməlum şəxs qaçıb getdiyi üçün onu tuta bilmədiyini bildirmişdir. Cavid ona naməlum şəxsin tövlədəki quzulardan 4 başının ağzını skoçla sarıdığını bildirmiş, bundan sonra o, fermaya getmiş, heyvanları saymış heyvanlardan təxminən 30-35 kq çəkisi olan 27 baş qoyun və 10 baş erkək qoyunun oğurlandığını və ümumilikdə ona 8.029 manat ziyan dəydiyini bilmiş və ona görə Bərdə RPŞ-nə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu, habelə ona heç bir ziyan ödənilmədiyini bildirmiş və təqsirləndirilən şəxslərin qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Nemətabad kəndinin ərazisində ferması vardır. Fermada 400 başdan artıq xırda buynuzlu 100 başdan yuxarı iri buynuzlu heyvan saxlamaqla məşğuldur. Özü fermada qalmasada, heyvanlara çobanları İlham, Alışan və Elnur ailəlikcə baxırlar və fermada qalırlar. 08 aprel 2022-ci il tarixdə çobanları heyvanları tövləyə qataraq gecəni yatmışlar səhər heyvanları örüşə aparmışlar, həmin gün axşam saat 20 radələrində qoyunlar örüşdən gələn zaman çoban qoyunu saymış qoyunlardan 59 baş dişi qoyunun yerində olmadığını bilmişlər. Həmin dişi qoyunlar digər qoyunlarla birlikdə saxlayırmışlar, xx.xx.2022-ci il tarixdə gündüzdən qoyunların yerini təmizlədikləri üçün doğmamış qoyunla, doğan qoyunu ayırıb ayrı-ayrı tövlələrə salmışlar. Naməlum şəxsdə qoyunları 08 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixə keçən gecə oğurlamışdır. Heyvanların kimin tərəfindən oğurladığını axtarsada tapa bilməmiş, ona görə Yevlax RPŞ-nə şikayət etmişdir. Ümumilikdə ona 11800 manat ziyan dəymişdir. Cinayətin yalnız Tural və Turan qardaşları tərəfindən törədildiyinə inanmadığını qeyd etmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu, habelə ona heç bir ziyan ödənilmədiyini bildirmiş və təqsirləndirilən şəxslərin qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 qarşı vurulmuş ziyana görə pul tələbi ilə bağlı mülki iddiasını məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, yaşadığı Yevlax rayonu Tanrıqulular kəndinin ərazisində ferması vardır. Özünündə fermadan bir qədər aralıda qarşı tərəfdə evi var orada yaşayır. Fermada iri buynuzlu və xırda buynuzlu heyvanlar saxlamaqla məşğuldur. 08 may 2022-ci il tarixdə səhər saatlarında tövləyə gedərək qoyunları örüş sahəsinə aparmaq istəyərkən tövlənin çöl tərəfində 2 baş qoyunun olduğunu görmüş və heyvanları sayarkən heyvanlardan 11 baş dişi qoyunların oğurlandığını görmüşdür. Heyvanların kimin tərəfindən oğurladığını axtarsada tapa bilməmiş, ona görə Yevlax RPŞ-nə şikayət etmişdir. Ümumilikdə ona 2750 manat ziyan dəymişdir. Sonradan kənd sakinləri ona qoyunlarının otlaya-otlaya örüş sahəsi istiqamətinə getdiyini gördüklərin demişlər o, polis şöbəsinə müraciət edərək qoyunlarının naməlum istiqamətdə gedib itdiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu, habelə ona heç bir ziyan ödənilmədiyini bildirmiş və təqsirləndirilən şəxslərin qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən yaşadığı evin həyətində böyük tövləsi var, tövlədə iri buynuzlu və xırda buynuzlu heyvanlar saxlamaqla məşğuldur. Heyvanlara isə X3 və onun əri Rəfi çobanlıq edirlər. Rəfigil 11 may 2022-ci il tarixdə saat 20 radələrində heyvanları tövləyə qataraq gecəni yatıb, səhəri gün yəni 12 may 2022-ci il tarixdə saat 07 radələrində yuxudan durub tövlədəki heyvanlara baxarkən qoyunlardan 14 baş dişi qoyunun, 1 baş erkək qoyunun 17 baş erkək quzunun oğurlandığını görmüşdür. Alagöz bu barədə ona məlumat vermiş o, heyvanların kimin tərəfindən oğurladığını axtarsada tapa bilməmiş, ona görə Yevlax RPŞ-nə şikayət etmişdir. Ümumilikdə ona 7350 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu, habelə ona heç bir ziyan ödənilmədiyini bildirmiş və təqsirləndirilən şəxslərin qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, onun Yevlax rayonu Hürüuşağı kəndinin ərazisində ferması vardır. Fermada 51 baş qoyun və iri buynuzlu heyvan saxlamaqla məşğuldur. Özü Hürüuşağı kəndində yaşasada, heyvanlara çobanları Mais və Elşən ailəlikcə baxırlar və fermada qalırlar. 05 iyun 2022-ci il tarixdə axşam saatlarında çobanları heyvanları tövləyə salmış, saat 21 radələrində o, çobanlarla sağolaşıb evinə getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində çobanı Mais ona zəng edərək 51 baş qoyunlarının oğurlandığını ona demişdir. O, fermaya gəlmiş və həqiqətən ona məxsus 31 baş 50 kq diri çəkisi olan dişi qoyunların, 19 baş erkək quzularının və 1 baş 60 kq diri çəkisi olan erkək qoyunun oğurlandığını bilmişlər. Heyvanların kimin tərəfindən oğurladığını axtarsada tapa bilməmiş, ona görə Yevlax RPŞ-nə şikayət etmişdir. Ümumilikdə ona 11850 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu, habelə ona heç bir ziyan ödənilmədiyini bildirmiş və təqsirləndirilən şəxslərin qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs6 Tural və Təqsirləndirilən şəxs3 qarşı vurulmuş ziyana görə pul tələbi ilə bağlı mülki iddiasını məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, onun Yevlax rayonu Hürüuşağı kəndinin ərazisində ferması vardır. Fermada iri buynuzlu və xırda buynuzlu heyvanlar saxlamaqla məşğuldur. 10 avqust 2022-ci il tarixdə saat 20 radələrində heyvanları tövləyə salaraq kəntdəki evinə getmiş, 11 avqust 2022-ci il tarixdə saat 03 radələrində fermaya qayıtmış, hevanlara baxarkən 33 baş dişi qoyunların, 1 baş erkək qoyunun və 3 baş keçilərin oğurlandığını görmüşdür. Heyvanların kimin tərəfindən oğurladığını axtarsada tapa bilməmiş, ona görə Yevlax RPŞ-nə şikayət etmişdir. Ümumilikdə ona 9050 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu, habelə ona heç bir ziyan ödənilmədiyini bildirmiş və təqsirləndirilən şəxslərin qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, o, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır, yaşadığı evin həyətində tövlədə iri buynuzlu və xırda buynuzlu heyvanlar saxlamaqla məşğuldur. 29 avqust 2022-ci il tarixdə saat 20 radələrində heyvanları tövləyə ötürərək evə getmiş, axşam yeməyini yemiş, televizora baxdıqdan sonra yatmışdır. 30 avqust 2022-ci il tarixdə saat 06 radələrində yuxudan durub heyvanlara baxarkən 12 baş dişi qoyunların və 6 baş erkək qoyunun oğurlanddığını görmüşdür. Heyvanların kimin tərəfindən oğurladığını axtarsada tapa bilməmiş, ona görə Yevlax RPŞ-nə şikayət etmişdir. Ümumilikdə ona 6000 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu, habelə ona heç bir ziyan ödənilmədiyini bildirmiş və təqsirləndirilən şəxslərin qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, o, Yevlax rayonu Salahlı kəndində xəstəxananın binasında məskunlaşıb yaşayır. Xəstəxananın binasının qarşısında tövlədə xırda buynuzlu heyvanlar saxlamaqla məşğuldur. 31 avqust 2022-ci il tarixdə saat 20 radələrində qoyunları tövləyə saıb evə getmiş, axşam yeməyini yemiş, televizora baxmağa başlamışdır. 01 avqust 2022-ci il tarixdə saat 02 radələrində qoyunlara baxmış, qoyunlar yerində olmuşdur. Həmin gün saat 03 radələrində yenidən qoyunlara baxarkən 31 baş dişi qoyunların və 1 baş erkək qoyunun və 7 ədəd keçinin oğurlandığını görmüşdür. Heyvanların kimin tərəfindən oğurladığını axtarsada tapa bilməmiş, ona görə Yevlax RPŞnə şikayət etmişdir. Ümumilikdə ona 9310 manat ziyan dəymişdir. Sonradan bilmişdir ki, qoyunlarını və keçilərini Tanrıqulular kəndində yaşayan Tural və Pərviz adlı şəxslər oğurlamışdır. Tural qoyunları və keçiləri polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis tərəfindən ona 1 ədəd keçi, 2 ədəd erkək qoyun istisna olmaqla digər heyvanlar qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu, habelə ona qalmış ziyanın yəni ödənilmədiyini bildirmiş və təqsirləndirilən şəxslərin qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs1 qarşı vurulmuş ziyana görə pul tələbi ilə bağlı mülki iddiasını məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, Yevlax rayonu Qaraməmmədli kəndinin ərazisində "xxxx" MMC-nin qoyun ferması vardır. O, həmin fermaya rəhbərlik edir. Fermanın cari fəaliyyəti ilə bağlı MMC tərəfindən ona etibarnamə vermişdir. Həmin fermada ümumilikdə 674 baş xırda buynuzlu heyvan vardır. Həmin heyvanlardan 26 baş erkək qoyun, 480 baş dişi qoyun, 57 baş quzu və 111 baş keçidir. Həmin heyvanları Rafiq adlı çoban otarır. O, ümumi işə nəzarət edir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Rafiq qoyunları örüş sahəsindən gətirib Alxana sayıb təhvil vermişdir. Səhəri gün yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Rafiq qoyunları tövlədən açıb aparıb örüşdə otardıqdan sonra yenə axşam saat 20 radələrində qoyunları fermaya gətirmiş, Alxana təhvil verərkən hər biri 250 manat dəyərində olan 43 baş dişi qoyunun yerində olmadığını bilmişlər. Onlar qoyunları axtarsalarda tapa bilməmişdir. Ona görə qoyunların tapılması üçün Yevlax RPŞ-nə müraciət etmişdir. Ümumilikdə ona 10750 manat ziyan dəymişdir. Sonradan bilmişdir ki, qoyunlar örüş sahəsindən naməlum istiqamətə gedərək itməmişdir. Qoyunları xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Tural adlı şəxs oğurlamışdır. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu, habelə ona heç bir ziyan ödənilmədiyini bildirmiş və təqsirləndirilən şəxslərin qanunauyğun şəkildə ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, səhhətilə əlaqədar keçiriləcək məhkəmə iclasına gələ bilməyəcəyini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, Ağcabədi rayonu Şənlik kəndinin ərazisində ferması vardır. Fermada iri buynuzlu və xırda buynuzlu heyvanlar saxlamaqla məşğuldur. 28 mart 2022-ci il tarixdə heyvanları tövləyə qataraq kəntdəki evinə getmiş, 29 mart 2022-ci il tarixdə saat 07 radələrində fermaya qayıtmış, hevanlara baxarkən 13 baş erkək qoyunlarının oğurlanddığını görmüşdür. Heyvanların kimin tərəfindən oğurladığını axtarsada tapa bilməmiş, ona görə Ağcabədi RPŞ-nə şikayət etmişdir. Ümumilikdə ona 2340 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zilim oğlu ifadəsində bildirmişdir ki, özünə məxsus Kamaz markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını var. Həmin avtomaşınla Yevlax rayonu ərazisində olan kəndlərdən ot alıb kənar rayonlarda satmaqla məşğuldur. Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, onlarla münasibəti yaxşı olmuşdur. Tural, Pərviz və digər kənd sakinləri onun fəhləsi olmuşdur. Yəni aldığı otu Pərviz, Tural və digər kənd sakinləri yığırdılar. xx.xx.2022-ci il tarixdə Tural ilə Pərvizin cinayət törətdikləri üçün məsuliyyətə cəlb olunduqlarını eşitmiş və onların nəyə görə məsuliyyətə cəlb olunmasını maraqlanmış və bilmişdir ki, onlar Salahlı kəndində yolun kənarındakı kəndin xəstəxanasında məskunlaşmış Mübariz adlı şəxsin qoyunlarını oğurlamışlar. Tural bundan başqa Yevlax rayonu Qaraməmmədli kəndinin ərazisindəndə oğurluq etdiyini həmin oğurluq etdiyi yerləri onunla fəhlə kimi ot yığmağa gedəndə gördüyünü bildirmişdir. O, 2022-ci ilin may ayından Yevlax rayonunun çox kəndindən o cümlədən Qaraməmmədli kəndindən xx.xx.2022-ci il tarixə kimi bir neçə dəfə sahələrdən ot almış Turalda digər fəhlələr kimi ot yığmağa aparmışdır. Qaraməmmədli kəndindən ot aldığı sahələrə gedərkən Turalın oğurluq etdiyi yerlərin qarşısından keçib getsələrdə, Turalın həmin kənddən oğurluq edəcəyini guman etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, məhrum anası Dursun Tanrıqullular kəndindən 2 km aralıda torpaq sahəsinin kənarında daşdan tövlə və tövlənin yanında çobanların qalmaqları üçü ev tikdirmişdir. Yay fəslində həmin fermadan istifadə etməsələrdə, hər il oktyabr ayından mart ayınadək həmin fermanı qışlaq yeri kimi Daşkəsən rayonundan gələn şəxslərə mərhum anası, anası rəhmətə gedəndən sonra təxminən 2 ildir ki o, icarəyə verir. Fermada qalanlar köçüb gedikdən sonra ferma nəzarətsiz qalır. Bundan istifadə edən Tanrıqulular kəndində yaşayan Təqsirləndirilən şəxs1 oğurladığı qoyunları öz deməsinə görə həmin fermada saxlamış və mal bazarı günləri aparıb satırmışdır. O, həmin hadisəni Tural tutularaq məsuliyyətə cəlb edildikdən sonra bilmişdir. Özü xəstə olduğuna görə həmin fermaya getmədiyinə görə Tural gilin həmin fermada oğurluq qoyun saxladığını bilməmiş, həmçinin ferma kənddən xeyli kənarda olduğu üçün orada qoyun saxlanıldığını görən olmamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Şahid1 25 may 2022-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs6 fermasında işləməyə başladır. O, Zərərçəkmiş şəxs6 fermasında işləməyə başladıqdan 4-5 gün sonra Zərərçəkmiş şəxs6 fermada onunla birlikdə işləməsi üçün Elşən adlı şəxsi də fermaya gətirmişdir. Onun Zərərçəkmiş şəxs6la razılaşmama əsasən o 15-20 gündən artıq fermada işləməyəcəkdir. Çünki o, yay mövsümündə gündəlik olaraq Mingəçevir şəhərində təmir olunan evlərdə fəhləlik edir. 05 iyun 2022-ci il tarixdə saat 21:30 radələrinədək iri buynuzlu heyvanların sağımı başa çatdıqdan sonra Zərərçəkmiş şəxs6 südü götürərək fermadan getmişdir. 06 iyun 2022-ci il tarixdə saat 01 radələrində yatdığı otağın qapısının açılması səbəbindən yaranan səsə görə yuxudan oyanmış, Elşənin otağa daxil olduğunu görmüş və Elşəndən nə səbəbə bu vaxtacan yatmadığını soruşmuş, Elşən isə ac olduğunu və yemək yedikdən sonra yatacağını bildirmişdir. O, Elşənlə söhbət edən zaman küçədən qoyun mələməsinin səsi gəldiyini eşidərək dərhal otaqdan çıxmış və tövləyə baxdıqda qoyunların yerində olmadığını, sadəcə olaraq bir baş qoyunun tövlədən kənarda dayandığını görmüşdür. O, heyvanların oğurlandığını bildiyi üçün dərhal kənd istiqamətində, Elşən isə sahəyə tərəf gedərək heyvanları axtarmağa başlamışlar. O, kənd isiqamətində hərəkət edərkən Zərərçəkmiş şəxs6 zəng edərək baş verən hadisə barəsində məluat vermiş, Zərərçəkmiş şəxs6 gəldikdən sonra da axtarışlara davam etsələr də heyvanları tapa bilmədiklərindən saat 06 radələrində Zərərçəkmiş şəxs6 DİN-in “102” xidmətinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.(İ cild iş vər.1); Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs9 baxışın keçirildiyi yer Yevlax rayonu Salahlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan tövlə kimi istifadə etdiyi tikilinin içərisindən 32 baş xırda buyunzlu qoyun və 7 baş keçi heyvanların oğurlandığı yeri göstərmişdir. (İ cild iş vər.7-12); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 10:15-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş vər.34); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 13:15-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş vər.52); Təqsirləndirlən şəxsin ifadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş DVD diskindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrinə Yevlax rayonu, Salahlı kəndində yerləşən Zərərçəkmiş şəxs9 məxsus tövlənin qarşısındakı yanları setka ilə hasara çəkilmiş yerdən qoyunları və keçiləri tanışı Təqsirləndirilən şəxs1la oğurladığını bildirmişdir. (İ cild iş vər.66- 67); Təqsirləndirlən şəxsin ifadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş DVD diskindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrinə Yevlax rayonu, Salahlı kəndində yerləşən Zərərçəkmiş şəxs9 məxsus tövlənin qarşısındakı yanları setka ilə hasara çəkilmiş yerdən qoyunları və keçiləri tanışı Təqsirləndirilən şəxs2lə oğurladığını bildirmişdir. (İ cild iş vər.68); Maddi sübutun götürülməsi və baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəx Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs9 yaşadığı evin qarşısındakı tövlədən oğurladığı 31 baş qoyunu, 7 baş keçini və 1 baş erkək qoyunu Tanrıqulular kəndində saxladığını həmin heyvanların Zərərçəkmiş şəxs9 məxsus olduğunu və heyvanların saxlanılması üçün Zərərçəkmiş şəxs9 təhvil verilmişdir. (İ cild iş vər.69-70); Cinayət işinin bir icraada birləşdirilməsi və tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında olan ********* saylı cinayət işi, Zərərçəkmiş şəxs5 müraciəti əsasında olan ********* saylı cinayət işi, Zərərçəkmiş şəxs6 müraciəti əsasında olan ********* saylı cinayət işi, şöbənin təhqiqat bölməsindən daxil olmuş Zərərçəkmiş şəxs7 müraciəti əsasında toplanmış HK-1/1983 saylı Zərərçəkmiş şəxs8 müraciəti əsasında toplanmış 1/2024 nömrəli materiallar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işinə birləşdililib bir icraatda istintaq aparılsın. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələrinə tövsif edilməsi qərar alınmışdır. (İ cild iş vər.76-78); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 baxışın keçirildiyi yer Yevlax rayonu Nemətabada kəndində yerləşən fermasının tövləsindən qoyunlarının oğurlandığını bildirmişdir.(İ cild iş vər.84-87); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs5 baxışın keçirildiyi yer Yevlax rayonu Aran qəsəbəsində yerləşən ona məxsus evin həyətindəki tövləsindən qoyunlarının oğurlandığını bildirmişdir.(İ cild iş vər.133-137); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs6 baxışın keçirildiyi yer Yevlax rayonu Hürüuşağı kəndində yerləşən ona məxsus fermasından qoyunlarının oğurlandığını bildirmişdir.(İ cild iş vər.178-180); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs7 baxışın keçirildiyi yer Yevlax rayonu Hürüuşağı kəndində yerləşən ona məxsus fermasından qoyunlarının oğurlandığını bildirmişdir.(İİ cild iş vər.03-05); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs8 baxışın keçirildiyi yer Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən evin həyətindəki ona məxsus tövlədən qoyunlarının oğurlandığını bildirmişdir.(İİ cild iş vər.15-18); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmışdır.(İİ cild iş vər.45-50); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İİ cild iş vər.64); xx.xx.2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 ilə X7 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Hakim Hüseynov ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir (İİ cild iş vər.103-105); xx.xx.2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 ilə X11 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Sənan Quliyev ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir (İİ cild iş vər.106-108); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs3 baxışın keçirildiyi yer oğurladığı qoyunları Bərdə rayon mal bazarında satdığı yeri göstərmişdir. (İİ cild iş vər.111-115); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. (İİ cild iş vər.119); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. (İİ cild iş vər.120); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. (İİ cild iş vər.121); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs X5 baxışın keçirildiyi yer "xxxx" MMCyə məxsus Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən qoyun fermasının örüş sahəsindən qoyunların oğurlandığını bildirmişdir.(İİ cild iş vər.144-145); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 Seyyub oğlu baxışın keçirildiyi yer Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fermanın tövlədən ona məxsus qoyunların oğurlandığını bildirmişdir.(İİİ cild iş vər.11-14); Bərdə şəhər "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli 1390 saylı məktubdan görünür ki, 2022-ci ilin fevral ayı üşün aprel 2020-ci il tarixli üçün təxminən 30-35 kiloqram çəkidə 37 baş xırda buynuzlu heyvanın (rəngləri ağ olmaqla 27 başı dişi olmaqla boğaz, 10 erkək olmaqla şişək) orta bazar qiyməti isə 8000-8500 manat arasında müəyyən edilmişdir.(İİİ cild iş vər.176); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 baxışın keçirildiyi yer Ağcabədi rayonu Şənlik kəndində yerləşən fermanın tövlədən ona məxsus qoyunların oğurlandığını bildirmişdir.(İV cild iş vər.16-21); İfadə yerinə yoxlanılması barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs3 baxışın keçirildiyi yer Ağcabədi rayon Şənlik kəndində sakini X8 məxsus fermanın tövləsindən qoyunların oğurladığı yeri göstərmişdir. (İV cild iş vər.128-132); "xxxx" MMC-nin ƏQ-232/2022 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 27 baş dişi və 10 baş erkək qoyunlarının hər birinin orta bazar qiyməti 217 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs1 məxsus 5 baş quzunun hər birinin orta bazar qiyməti 200 manat təşkil etmişdir. Ümumilikdə dəymiş ziyan 9.029 manat təşkil etmişdir. -X9 məxsus 13 baş erkək quzunun hər birinin orta bazar qiyməti 180 manat təşkil etmişdir. Ümumilikdə dəymiş ziyan 2.340 manat təşkil etmişdir. -Zərərçəkmiş şəxs3 məxsus 59 baş dişi qoyunların hər birinin orta bazar qiyməti 250 manat təşkil etmişdir. Ümumilikdə dəymiş ziyan 11.800 manat təşkil etmişdir. -Zərərçəkmiş şəxs5 məxsus 14 baş dişi qoyunların hər birinin orta bazar qiyməti 250 manat, 17 baş erkək quzuların hər birinin orta bazar qiyməti 200 manat və 1 baş erkək qoyunun isə orta bazar qiyməti 450 manat təşkil etmişdir. Ümumilikdə dəymiş ziyan 7.350 manat təşkil etmişdir. -Zərərçəkmiş şəxs6 məxsus 31 baş dişi qoyunların hər birinin orta bazar qiyməti 250 manat, 19 baş erkək quzuların hər birinin orta bazar qiyməti 200 manat və 1 baş erkək qoyunun isə orta bazar qiyməti 300 manat təşkil etmişdir. Ümumilikdə dəymiş ziyan 11.850 manat təşkil etmişdir. -"xxxx" MMC-yə məxsus 43 baş dişi qoyunların hər birinin orta bazar qiyməti 250 manat təşkil etmişdir. Ümumilikdə dəymiş ziyan 10.750 manat təşkil etmişdir. -Zərərçəkmiş şəxs7 məxsus 33 baş dişi qoyunların hər birinin orta bazar qiyməti 250 manat, 1 baş erkək qoyunun orta bazar qiyməti 500 manat və 3 baş keçinin hər birinin orta bazar qiyməti 100 manat təşkil etmişdir. Ümumilikdə dəymiş ziyan 9.050 manat təşkil etmişdir. -Zərərçəkmiş şəxs8 məxsus 12 baş dişi qoyunların hər birinin orta bazar qiyməti 350 manat, 6 baş erkək qoyunun hər birinin orta bazar qiyməti 300 manat təşkil etmişdir. Ümumilikdə dəymiş ziyan 6.000 manat təşkil etmişdir. -Zərərçəkmiş şəxs9 məxsus 31 baş dişi qoyunların hər birinin orta bazar qiyməti 250 manat, 1 baş erkək qoyunun orta bazar qiyməti 300 manat və 7 baş keçinin hər birinin orta bazar qiyməti 180 manat təşkil etmişdir. Ümumilikdə dəymiş ziyan 9.310 manat təşkil etmişdir. (İV cild iş vər.140-150); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 baxışın keçirildiyi yer Yevlax rayonu Tanrıqulular kəndində yerləşən yaşadığı evin qarşısındakı tövlədən ona məxsus qoyunların oğurlandığını bildirmişdir.(İV cild iş vər.164-168); "xxxx" MMC-nin ƏQ-231/2022 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus 11 baş qoyunlarının hər birinin orta bazar qiyməti 250 manat təşkil etmişdir. (V cild iş vər.24-30); Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bayramov nuriyə Dekabr qızı Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır. (V cild iş vər.43-44); Qətimkan tədbiri seçmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində yetkinlik yaşına çatmayan nəzərət altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (V cild iş vər.72-74); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildə Cinatət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən, xx.xx.2022-ci ildə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Bərdə Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci ildə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamlar dəyişdirilərək ona Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 1772.2.4, 29, 170.1, 29, 177.2.2, 29 177.2.3-cü maddələrlə yernidən ittiham elan edilməsi qərara alınmışdır. (V cild iş vər.86-89); Zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyanın əvəzi olaraq 11800 manat, həmçinin dövlət rüsumunun əvəzi kimi ödənilmiş 126 manat pulun, cəmi 11936 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onların törətdiyi cinayət əməli nəticəsində ona maddi zayanı kimi 11.850 manat, ələdən çıxmış gəlir kimi 3000 manat, mənəvi ziyan kimi 2000 manat, ödənilmiş dövlət rüsumu kimi 141 manat olmaqla, cəmi 16.891 manat vurulmuş ziyanın məbləğinin alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs1 ödənilməmiş qalan maddi ziyanın əvəzi olaraq 1000 (bir min) manat dəyəri olan 1 baş keçinin və 2 baş erkək qoyunun alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 fermasından 59 baş deyil 44 baş qoyunu, Zərərçəkmiş şəxs4 fermasından 11 baş deyil 10 baş qoyunu, Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətindəki tövlədən 32 baş deyil 27 baş qoyunu, Zərərçəkmiş şəxs6 fermasından 51 baş deyil 50 baş qoşunu və Zərərçəkmiş şəxs7 fermasından isə ümumilikdə 36 baş heyvanı deyil 32 baş qoyunu oğurladığını göstərməsi onun özünü müdafiə və törətdiyi cinayət əməli üzrə məsuliyyətini yüngülləşdirmək üçün özünümüdafıə xarakterli hallar olmaqla iş materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri inkar edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əmələrin törədilməsi onların özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, 29, 170.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Təqsirləndirilən şəxs1 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə ittiham verililən hissə ilə bağlı məhkəmə qeyd edir ki, onun sözügedən əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə əhatə olunduğundan ona ittiham aktında göstərilmiş Cinayət Məcəlləsinin 177-ci maddəsinin tövsifedici hissələri ilə yəni Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə hökm çıxarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 qardaşı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb etdiyi andan onun əməli başa çatdığından ona Cinayət Məcəlləsinin 29, 170.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməli Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə tövsif edilməklə hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğunun, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq az ağır cinayət törətmələrini, törətdikləri əməldən səmimi peşmançılıq çəkmələrini, Təqsirləndirilən şəxs3 cinayəti yetkinlik yaşına çatmayarkən törətməsini (CM-59.2), Təqsirləndirilən şəxs1 oğunun və Təqsirləndirilən şəxs2 onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 oğunun, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. CPM-in 435-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: - cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; - yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; - yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan şəxsdir, onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cəza tədbiri seçərkən məhkəmə cinayətin halları, təqsirləndirilən şəxsin vəziyyəti və tələbatı ilə yanaşı cəmiyyətin tələbatını da nəzərə alır. Həmçinin, qanunvericiliyin tələbindən göründüyü kimi ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs3 törətdiyi əməl həmin kateqoriyadan olan cinayətlərin dairəsinə daxil deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğuna və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 oğunun Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinatət Məcələsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü madəlləri ilə və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğunun Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 Cinatət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü madəlləri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 19 oktaybr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxslər barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 32 baş qoyun, 7 baş keçi saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs9 təhvil verilməsi habelə, 1 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-198.1.), hə rüç təqsirləndirilən şəxs üçün müdafiəçiyə göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə qeyd edir ki, cinayət işi üzrə mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPMnin 179-188-ci, eləcə də 346.17, 353.2.9, 353.4.10, 353.5.3, 353.4 və 354-cü maddələrinin tələblərinə riayət edərək iş üzrə verilmiş mülki iddiaları məhkəmə hazırki hökmündə həll edir. AR Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Zərərçəkmiş şəxs, mülki iddiaçılar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 verdikləri mülki iddialar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində zərərçəkmiş şəxs eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs3 vurduğu maddi ziyan tam sübut olunduğundan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 xeyrinə müddi ziyanın əvəzi olaraq 11800 manat, həmçinin dövlət rüsumunun əvəzi kimi ödənilmiş 126 manat olmaqla cəmi 11926 (on bir min doqquz yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tulmalıdır. Həmçinin Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi olan Qanuni nümayəndə yetkinlik yaşına çatmayan oğlu Turanın vurulmuş zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olması habelə sözügedən zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmələri nəticəsində zərərçəkmiş şəxs eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs6 vurduqları maddi ziyan, əldən çıxmış gəlir tam, mənəvi ziyan isə qismən sübut olunduğundan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi olan Qanuni nümayəndə (yetkinlik yaşına çatmayan şəxsin anasıdır) Zərərçəkmiş şəxs6 xeyrinə müştərək qaydada maddi ziyanın əvəzi olaraq 11850 manat, əldən çıxmış fayda kimi 3000 manat, mənəvi ziyan kimi 200 manat, həmçinin dövlət rüsumunun əvəzi kimi ödənilmiş 141 manat olmaqla cəmi 15050 manat (on beş min əlli) məbləğində məbləğində pul vəsaiti tulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, ittiham atında və mülki iddiada Zərərçəkmiş şəxs9 məxsus 31 baş dişi qoyun, 1 baş erkək qoyun habelə 7 baş keçi oğurlandığı, eyni zamanda həmin heyvanlardan 1 ədəd keçi və 2 ədəd erkək qoyun istisna olmaqla qalan heyvanların zərərçəkmişə qaytarılmışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs9 1 erkək qoyunu oğurlandığı halda sonuncu mülki iddiasında 2 erkək qoyunun qaytarılmasını tələb edir. Təqsirləndirilən şəxs1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində zərərçəkmiş şəxs eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs9 vurduğu maddi ziyan qismən sübut olunduğundan Təqsirləndirilən şəxs1 ödənilməmiş qalan maddi ziyanın əvəzi olaraq 180 (bir yüz səksən) manat dəyəri olan 1 baş keçi və 300 (üç yüz) manat dəyəri olan 1 baş erkək qoyun alınaraq Zərərçəkmiş şəxs9 verilməlidir. Habelə cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhəkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia vardır, ekspertiza xərci isə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 02 sentyabr 2022-ci il saat 10:15 radələrindən 03 sentyabr 2022ci il saat 18:30 radələrindək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki altı) il 05 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs2 məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 üzərinə saat 20:00-dan saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan 32 baş qoyun, 7 baş keçi saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs9 təhvil verilməsi, 1 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmün icrası Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 münasibətdə Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə göstərdiyi 25 (iyirmi beş) saat, Müdafiəçi1 məhkəmədə göstərdiyi 40 (qırx) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 240 (iki yüz qırx) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Mülki iddia zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs3 münasibətdə təmin olunaraq təqsirləndirilən şəxs - cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyanın əvəzi olaraq 11800 (on bir min səkkiz yüz) manat, həmçinin dövlət rüsumunun əvəzi kimi ödənilmiş 126 (bir yüz iyirmi altı) manat pul, cəmi 11936 manat (on bir min doqquz yüz otuz altı ) məbləğində pul tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Mülki iddia zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs9 münasibətdə qismən təmin olunaraq təqsirləndirilən şəxs - cavabdeh Təqsirləndirilən şəxs1 maddi ziyanın əvəzi olaraq 180 (bir yüz səksən) manat dəyəri olan 1 baş keçi və 300 (üç yüz) manat dəyəri olan 1 baş erkək qoyun alınaraq Zərərçəkmiş şəxs9 verilsin. Mülki iddia zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs6 münasibətdə təmin olunaraq təqsirləndirilən şəxs - cavabdeh Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi olan Qanuni nümayəndə (yetkinlik yaşına çatmayan şəxsin anasıdır) Zərərçəkmiş şəxs6 müştərək qaydada maddi ziyanın əvəzi olaraq 11850 (on bir min səkkiz yüz əllli) manat, əldən çıxmış fayda kimi 3000 manat (üç min), mənəvi ziyan kimi 200 manat (iki yüz) həmçinin dövlət rüsumunun əvəzi kimi ödənilmiş 141 (bir yüz qırx bir) manat pul, cəmi 15050 manat (on beş min əlli) məbləğində pul tutularaq Zərərçəkmiş şəxs6 ödənilsin. Cinayət işi üzrə digər zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 "xxxx" MMC-nin nümayəndəsi X2 təqsirləndirilən şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhəkəməyə müraciət etmək hüquqları izah olun. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar