Məhkəmə qərarları › İş №1(039)-27/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-27/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-27/2025 16.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, M.Maqomayev küçəsi ev 2-da qeydiyyada olmaqla, faktiki olaraq Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 49-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0.420 qram narkotik vasitə olan heroini istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 21:49 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri C.Əzizov küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 21:49-dən 21:59-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində saxladığı 0.420 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, uzun illərdir ki, narkotik vasitə - heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə axşam saat 18:00 radələrində Yevlax şəhəri Dəmir yolu vağzalının yaxınlığında piyada hərəkət edərkən yolun kənarında 1 ədəd gümüşü rəngli kağız büküm ayağına dəydiyindən əyilib götürmüş, bükümü açıb içərisinə baxdıqda oradakının narkotik vasitə olduğunu görmüş, istifadəçisi olduğundan ihəmin narkotik vasitənin heroin olmasına əmin olmuşdur. Həmin kütləni gələcəkdə istifadə etmək üçün üzərində götürüb evə gəlmişdir. Kütlədən bir qədərini istifadə etmiş, sonradan isə ailə üzvlərinin məlumatı olmaması üçün həmin narkotik vasitəni aparıb gizlətmişdir. xx.xx.2024-cü il tarixdə bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü içərisində olan heroin ilə birlikdə ondan istifadə etmək və qalanını gizlətmək üçün evdən çıxdıqda heroindən istifadə üçün 1 ədəd şpris və şüşə qab da götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 21:49 radələrində Yevlax şəhəri C.Əzizov küçəsi ilə piyada hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək üzərinin yoxlanılmalı olmasını demişlər. O, üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, axtarış aparılmazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə eləcə də, qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi təklif olunmuşdur. Yoxlama aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində video çəkiliş aparmaqla üstünün yoxlanılması aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. Həmiçnin üstünün yoxlanılması aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində video çəkiliş aparmaqla üstünün yoxlanılması aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. O, polisin qanuni tələblərinə tabe olaraq üstünün yoxlanılmasının aparılmasına etiraz etməmişdir. Bundan sonra videoçəkilişlə üstünü yoxlayan zaman əynindəki boz-qara rəngli idman gödəkçəsinin sağ yan cibindən fənər qabı, qabın içərisindən isə həmin gümüşü rəngli siqaret kağız büküm, 2 ədəd spris və 1 ədəd şüşə qab aşkar edilmişdir. Yoxlama zamanı üzərindən aşkar edilmiş narkotik vasitə-heroin kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,5 qram miqdarında olması müəyyən edilmişdir. Aşkar olunmuş 1 (bir) siqaretin gümüşü kağızı bükümündə olan narkotik vasitə heroin qablaşdırılıb möhürlənmiş, imzalarla təsdiqlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi protokolla tanış olub öz imzası ilə təsdiq etmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində özünün siyahıdan seçdiyi müdafiəçi kimi Müdafiəçi təqdim olunmuş, hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Hazırda himayəsində bir azyaşlı uşağın olmasını, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid3 ifadəsində bildirmişdir ki, 27 sentyabr 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən Yevlax şəhəri C.Məmmədquluzadə küçəsi ev 49-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması ilə məşğul olmasına dair məlumat daxil olunmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və CAB-nin əməliyyat müvəkkili Şahid1 Azər oğlu birlikdə keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri C.Əzizov küçəsində piyada hətəkətdə olarkən görmüşlər və onu şübhəli şəxs qismində saxlamışlar. Onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, onun saxlanılıb üstünün yoxlanılması üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üstünün yoxlanılması keçirilməli olduğunu, onun üzərində öz razılığı ilə yoxlama keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmiş, Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Bundan sonra saat 21:49-dan 21:59-dək onun üzərində yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Azər oğlu tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. O, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı qanunla qadağan olunmuş hər hansı əşya, predmetin olub-olmadığı soruşulmuş, olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əynindəki boz-qara rəngli idman gödəkçəsinin sağ yan cibindən fənər qabı, qabın içərisindən isə gümüşü-ağ rəngli kağız bükümü, 2 ədəd spris və 1 ədəd şüşə ampulanı təqdim etmişdir. Tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə - heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə axşam saat 18:00 radələrində Yevlax şəhəri Dəmir yolu vağzalının yaxınlığında piyada hərəkət edərkən yolun kənarından tapdığını, özünün arada narkotik vasitə istifadə etdiyi üçün həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildiyini, həmin narkotikdən bir hissəsini özü istifadə etdikdən sonra qalan hissəsini istifadə etmək üçün həmin gümüşü-ağ bükümünü içərisinə qoyub əvvəlcə evə qoysa da, ailə üzvləri və başqa şəxslərin xəbər tutmaları üçün kütlənin yerini dəyişdirmək istədiyini demişdir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi narkotik vasitəni də özü üçün istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. 27 sentyabr 2024-cü il tarixdə saat 22:58 dəqiqədən saat 23:13 dəqiqəyədək olan müddət ərzində Yevlax rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video görüntülərinin özündə əks etdirən DVD diskə və üzərindən aşkar edilən əşyalara baxış keçirilmiş həmin istintaq hərəkətində o və polis əməkdaşları iştirak etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş ekspertkriminalisti X3 tərəfindən “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparılmışdır. Həmin narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisi 0,50 qram olmuşdur. Həmin narkotik vasitə - heroinə bənzər kütlə, şüşə ampula və 2 (iki) ədəd şpris X2 tərəfindən maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra vəkil Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. X2 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 Azər oğlu həmin ifadəsində Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları bildirərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz-qara rəngli idman gödəkçəsinin sağ yan cibindən fənər qabı, qabın içərisindən isə həmin gümüşü rəngli siqaret kağız büküm, 2 ədəd spris və 1 ədəd şüşə qab aşkar olunmuşdur.(müvafiq DVD disk əlavə olunub).(iş vər. 13-15); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə və onun istifadə etmək üçün ləvazimatlar bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, həmin zərfin içərisindən bir ədəd şpris və 1 ədəd şüşə qab aşkar olunmuşdur.(müvafiq DVD disk əlavə olunub).(iş vər. 13-15); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:49-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.25-26); Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir. (müvafiq DVD disk əlavə olunub).(iş vər. 31-38); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/790 nömrəli rəyindən görünür ki, şübəli şəsx “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə və ləvazimatlar olan ağ zərf ...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd gümüşü-ağ rəngli bükümdə təmiz çəkisi 0.420 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd şüşə ampluanın və 01 ədəd 1 ml-lik şprisin içərisində cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatın (eynilik) aparmaq mümkün olmamışdır.01 ədəd 3 ml-lik şprisdə narkotik vasitə hissəcikləri aşkar edilmədir. Heroinin təmiz çəkisi- 0,420 qram tədqiqata sərf edildi- 0,050 qram, qalıq-0,370 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manatdır.(iş vər.44-48); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, saat 12.30-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər.74-75); Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 0,370 qram miqdarında narkotik vasitə-heroin və 01 (bir) ədəd şüşə ampula, 01 (bir) ədəd 1 mm-lik və 01 (bir) ədəd 3 mm-lik şprislər “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 0,370 qram miqdarında narkotik vasitə-heroin və 01 (bir) ədəd şüşə ampula, 01 (bir) ədəd 1 mm-lik və 01 (bir) ədəd 3 mm-lik şprislərin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.76-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıbdır.(iş vər.92); AZE seriyalı 11612422 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Xədicə adlı uşaqları var.( iş vər.98) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1845 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (iş vər.115); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağını olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan heroin və 01 (bir) ədəd şüşə ampula, 01 (bir) ədəd 1 mm-lik və 01 (bir) ədəd 3 mm-lik şprislər məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdən 29 sentyabr 2024-cü il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut -0,370 qram çəkidə narkotik vasitə heroin və 01 (bir) ədəd şüşə ampula, 01 (bir) ədəd 1 mm-lik və 01 (bir) ədəd 3 mm-lik şprislər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 8 (səkkiz) saat 30 (otuz) dəqiqə müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 51 (əlli bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar