Məhkəmə qərarları › İş №1(039)-28/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-28/2020

22.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-28/2020 22.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru X3, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Ərəbbəsrə kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Nurayın və xx xxxx 2014-cü il tarixdə anadan olmuş Vasifin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2018-ci il tarixdən etibarən hər uşağa görə 100 (bir yüz) manat olmaqla, hər ay cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment pulunun Zərərçəkmiş şəxs ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-554/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə xx xxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2019-cu il tarixədək şəxsi maraqları naminə cəmi 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X8 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuşdur. Nikahlarını xx xxxxxxxx 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2012-ci il tarixdə Nuray və xx xxxx 2014-cü il tarixdə isə Vasif adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən xx xxx 2018-ci ildə rəsmi boşanmışlar. Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-554/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Nurayın və xx xxxx 2014-cü il tarixdə anadan olmuş Vasifin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan xx xxxxxx 2018-ci il tarixdən etibarən hər uşağa görə 100 (bir yüz) manat olmaqla, hər ay cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment pulunun alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Yevlax rayon icra və probasiya şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnaməni icra edə bilməmişdir. Məhkəmənin qətnaməsi tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsi xx xxxx 2018-ci il tarixli qərarına əsasən onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 10 (on) gün müddətinə həbs etmişdir. Lakin buna baxmayaraq o, alimentdən tam ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra alimentin ödənilməsi tərəfindən təmin edilməmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş, lakin bütün bunlara baxmayaraq o, tələbkara yenə də, aliment pulunu tam ödəyə bilməmişdir. Onun təqdimat verilənədək, yəni xx xxxx 2019-cu il tarixədək tələbkar Zərərçəkmiş şəxs 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində aliment borcu yaranmışdır. O, indiyədək tələbkara cəmi 1030 (bir min otuz) manat məbləğində ödəniş etmiş, qalan aliment borcunu isə imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs 2420 manat aliment borcunu tam ödəmişdir. Məhkəmədən törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə olan borcunu tam ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb, barəsində olan cinayət işi üzrə icraata xitam verməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Nafiq Məmmədovun 2420 manat aliment borcunu ödədiyini və ondan heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, X8 ilə 2011-ci ildə ailə həyatı qurmuşdur. Nikahlarını xx xxxxxxxx 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2012-ci il tarixdə Nuray və xx xxxx 2014-cü il tarixdə isə Vasif adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən xx xxx 2018-ci ildə rəsmi boşanmışlar. Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-554/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Nurayın və xx xxxx 2014-cü il tarixdə anadan olmuş Vasifin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu X4 xx xxxxxx 2018-ci il tarixdən etibarən hər uşağa görə 100 (bir yüz) manat olmaqla, hər ay cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment pulunun alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Yevlax rayon icra və probasiya şöbəsindən qeyd edilən alimentin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin borclu qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. X11 Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Nafiq Məmmədov indiyədək aliment pulunu ona tam ödəməmişdir. Borclu X5 təqdimat verilənədək, yəni xx xxxx 2019-cu il tarixədək ona 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, X6icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-554/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Nurayın və xx xxxx 2014-cü il tarixdə anadan olmuş Vasifin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu X4 xx xxxxxx 2018-ci il tarixdən etibarən hər uşağa görə 100 (bir yüz) manat olmaqla, hər ay cəmi 200 (iki yüz) manat məbləğində sabit aliment pulunun alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Yevlax Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu indiyədək tələbkara aliment pulunu tam ödəməmişdir.Borclu X5 təqdimat verilənədək, yəni xx xxxx 2019-cu il tarixədək tələbkar Zərərçəkmiş şəxs 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş etməmişdir. Bununla da, borclu Nafiq Məmmədov qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərdi ki, borclu X7 məhkəmə qətnaməsinin icra olunması üçün edilmiş rəsmi xəbərdarlıqlara, onun tərəfindən məhkəmə qətnaməsi icra edilmədiyinə görə tərtib olunmuş aktlara, alınmış izahatlara, barəsində verilən inzibati protokola əsasən məhkəmənin qərarı ilə inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə baxmayaraq o, hərəkətlərini davam etdirərək Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2018-ci il tarixli, 2(075)-554/2018 saylı qətnaməsiniqərəzli olaraq icra etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(075)-554/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə X4 xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2012-ci il tarixdə Nurayın və xx xxxx 2014-cü il tarixdə anadan olmuş Vasifin yetkinlik yaşına çatana kimi saxlanmasları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir.(iş vər.9-10) Yevlax rayon icra şöbəsinin icra məmurunun xx xxxx 2018-ci il tarixli icraata başlama haqqında qərarına əsasən Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(075)- 554/2018 saylı icra sənədi üzrə icraata başlanmış, icra sənədində göstərilmiş tələbin dərhal icraya yönəldilməsi üçün borcluya xx xxxx 2018-ci il tarixli bildiriş göndərilmişdir. (iş vər. 11-12) Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(039)-526/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qərarı ilə X8 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. (iş vər.27) qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər. 131-132) Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs X5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 195-7757-1220 nömrəli məktubundan görünür ki, X8 xx.xx.2020-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan və iş materiallarına əlavə edilmiş 76098 nömrəli qəbzdən görünür ki, Nafiq Məmmədov 2400 manat aliment borcunu ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə olan borcunu tam ödəməsini, məhkəmə tərəfindən hökm çıxarılanadək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, Nafiq Məmmədovun cinayət məsuliyyətindən azad edilməsini və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı cinayət təqibinə xitam verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə icraata xitam verildiyindən təqsirləndirilən şəxs X5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə təqsirləndirilən şəxs X8 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdiyindən ona qarşı cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs X5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs X7 Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar