Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-28/2022 21.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 12 oktyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, ev 10, mənzil 12-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və qurudulmamış marixuananı əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd qara-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,196 qram və 0,232 qram olmaqla ümumi təmiz çəkisi 0,428 qram narkotik vasitə olan heroini və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,79 qram qurudulmamış marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki gödəkcənin sol yan cibində saxlamış, 10 oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək 11.10.2021-ci il tarixdə saat 00:05 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan gödəkcənin sol yan cibindən satış məqsədilə saxladığı 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,196 qram və 0,232 qram olmaqla ümumi təmiz çəkisi 0,428 qram narkotik vasitə olan heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,79 qram qurudulmamış marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Az müddətidir ki, narkotik vasitə olan heroindən və qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Xatırlamadığı nömrənin “Whatsapp” mesajlaşma vasitəsilə Bakı şəhərində yaşayan adını və üzünü görmədiyi şəxsdən narkotik vasitə istəmişdir. Həmin şəxs 1 qram heroini 18 manata satdığını bildirərək ona kart nömrəsi atmışdır. O, həmin hesaba 18 manat ödəmiş və həmin şəxs narkotiki Bakı şəhərində 20 yanvar dairəsində daşın altında qoyduğunu bildirmişdir. Həmin yerdən narkotik vasitə olan heroini götürmüş və Yevlax şəhərinə gəlmişdir. Heroindən bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə iki hissəyə bölərək kağız bükümlərdə istifadə etmək üçün saxlamışdır. Təxminən 2-3 ay əvvəl Yevlax şəhəri, 32-ci məhəllə adlanan yerdə qamışlığın arasında 1 ədəd çətənə bitkisi əkərək yetişdirmiş, 20 gün əvvəl həmin çətənə bitkisi əkdiyi yerə gedərkən çətənə bitkisinin yerində olmadığını və bir neçə yarpağının yerə düşdüyünü görmüşdür. Həmin yarpaqları yığaraq özündə saxlamış, bir hissəsini istifadə etmiş, bir hissəsini isə kağız bükümdə üzərində saxlamışdır. 10 oktyabr 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı küçə ilə evə gedərkən 2 nəfər polis əməkdaşları özlərini təqdim edərək ona narkotik vasitə istifadə etməkdə, üzərində saxlamaqda və satmasında şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Müdafiəçi özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, 1 ədəd sellofanın içərisində 2 ədəd kağız bükümdə narkotik vasitə heroini və 1 ədəd kağız bükümdə narkotik vasitə olan marixuananı əynindəki gödəkcənin sol yan cibindən çıxardaraq təqdim etmiş və bükülülərin içərisində narkotik vasitə olan heroin və narkotik vasitə marixuana olduğunu demişdir. Təhqiqatçı heroini kağız bükümlərlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi cəmi 0,73 qram, marixuananın çəkisi isə 0,99 qram olmuşdur. Təhqiqatçı heroini və marixuananı zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Heç kəsə narkotik vasitə satmamış və belə bir fikri də olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitələri lazım olanda özü istifadə etmək üçün saxlamışdır. Həmin narkotik vasitələri ailə üzvləri görməsin deyə yaşadığı evdə deyil, üzərində saxlamışdır. Yevlax RPŞ-də ifadə verən zaman ona CM-234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə ittiham verildiyini başa düşmüşdür. Bu səbəbdən ifadəsində özünü təqsirli bildiyini göstərmişdir. Şamil adlı şəxsi tanımımamış və ona narkotik vasitə satmamışdır. Məhkəmədən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər məhkum olunmamasını, bir daha belə hallara yol verməyəcəyini və əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, ona CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenentı Şahid1 ifadəsində göstərdi ki, 10 oktyabr 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ona Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, ev 10 mənzil 12-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və satması barədə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdiyini, rəhbərlik tərəfindən Müstəqimin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildiyini demişdir. Şahid2 Müstəqimin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 10 oktyabr 2021-ci il tarixli əmri ilə onun, Şahid2 və X9un iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin gün axşam saat 23:30 radələrində polis əməkdaşı Şahid2 ilə birlikdə Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsində Müstəqimi görərək ona yaxınlaşmışlar. Şahid2 Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X9a təhvil vermişlər. X7 Atakişiyevin gətirilməsi barədə raport yazmışdır. X9 Murad Hüsenzadənin tərtib etdiyi sənədlər əsasında Müstəqm Atakişiyevi şübhəli şəxs qismində tutmuşdur. Müstəqim Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Faiq Cəfərov xidməti iş otağında onun, Şahid2 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. X12 Atakişiyevə hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən bir ədəd sellofana bükülmüş bükülünün içərisində 3 ədəd kağız bükümləri təqdim edərək 2 ədəd bükülülərin içərisində narkotik vasitə olan heroin, 1 ədəd bükülünün içərisində isə narkotik vasitə olan marixuana olduğunu, heroini Bakı şəhərində tanımadığı şəxsdən aldığını, marixuananı isə 2-3 ay əvvəl Yevlax şəhəri, 32-ci məhəllənin ərazisində 1 ədəd çətənə bitkisi əkdiyini, sonuncu dəfə həmin çətənə bitkisinə baxmağa gedən zaman çətənə bitkisinin yerində olmadığını, bir neçə yarpağının yerə düşdüyünü və həmin yarpaqları ögtürərək bir hissəsini istifadə etdiyini bir hissəsini isə kağıza bükərək üzərində saxladığını bildirmişdir. X9 bükülüəri açmış, o, bükülərdən ikisində heroinə bənzər kütlənin olduğunu, 1-də isə marixuanaya oxşar kütlənin olduğunu görmüşdür. Faiq Cəfərov həmin kütlələri kağız bükümlərlə birlikdə elektiron tərəzidə çəkmiş, heroinə oxşar kütlələrin çəkisi cəmi 0,73 qram, marixuanaya oxşar kütlənin çəkisi isə 0,99 qram olmuşdur. X9 həmin kütlələri kağız bükümlərlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi zərfin üzərinə imza çəkmişlər. Faiq Cəfərov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Faiq Cəfərov zərfdə qablaşdırdığı maddələrin heroin və marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Faiq Cəfərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və satması barədə 10 oktyabr 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx.xx.1979-cu il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi ev 10, mənzil 12-də qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 10 oktyabr 2021-ci il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Şahid1 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X5 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis mayoru X8 həmin qrupun rəhbəri təyin edilmişdir. Həmin gün axşam saat 23:30 radələrində o, polis əməkdaşı Şahid1la birlikdə Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsində olarkən Təqsirləndirilən şəxs yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Şahid1la birlikdə Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X9a təhvil vermişlər. O, Müstəqim Atakişiyevin gətirilməsi barədə raport yazmışdır. X4 tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Faiq Cəfərov onun, Şahid1 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. X10 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən bir ədəd sellofana bükülmüş bükülünün içərisində 3 ədəd kağız bükümləri təqdim edərək 2 ədəd bükülülərin içərisində narkotik vasitə olan heroin, 1 ədəd bükülünün içərisində isə narkotik vasitə olan marixuana olduğunu, heroini Bakı şəhərində tanımadığı şəxsdən aldığını, marixuananı isə 2-3 ay əvvəl Yevlax şəhəri, 32-ci məhəllənin ərazisində 1 ədəd çətənə bitkisi əkdiyini, sonuncu dəfə həmin çətənə bitkisinə baxmağa gedən zaman çətənə bitkisinin yerində olmadığını, bir neçə yarpağının yerə düşdüyünü və həmin yarpaqları ögtürərək bir hissəsini istifadə etdiyini, bir hissəsini isə kağıza bükərək üzərində saxladığını bildirmişdir. X9 bükülüəri açmış, bükülülərdən ikisində heroinə bənzər kütlənin olduğunu, 1-də isə marixuanaya oxşar kütlənin olduğunu görmüşdür. Faiq Cəfərov həmin kütlələri kağız bükümlərlə birlikdə elektiron tərəzidə çəkmiş, heroinə oxşar kütlələrin çəkisi cəmi 0,73 qram, marixuanaya oxşar kütlənin çəkisi isə 0,99 qram olmuşdur. X9 həmin kütlələri kağız bükümlərlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi zərfin üzərinə imza çəkmişlər. Faiq Cəfərov zərfdə qablaşdırdığı maddələrin heroin və marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri haradan əldə etdiyini bilməməişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə haqqında haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs heroini və 1 ədəd kağız bükümdə olan qurudulmamış marixuananı əynindəki gödəkcənin sol yan cibindən özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 11 oktyabr 2021-ci il tarixli 17/743 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlələr” sözləri yazılmış zərfin içərisindəki sellofana bükülmüş 02 (iki) ədəd qara-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,196 qram, 0,232 qram, ümumi təmiş çəkisi- 0,428 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlərdir, 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,79 qram olan, nəm vəziyyətdə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. (Qurudulmuş marixuananın təmiz çəkisi 0,79 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq-0,77 qram. Heroinin təmiz çəkisi 0,196 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,146 qram. Heroinin təmiz çəkisi 0,232 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,182 qram). İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli 1477 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 23:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 4(039)-150/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 3 saylı Mənzil İstismar sahəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Mənzil İstismar sahəsinə hər hansı yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilsə də onun narkotik vasitələri satmaq niyyətində olması, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi halı müəyyən edilməmişdir. Əksinə məhkəmə prosesi vaxtı şahid qismində dindirilmiş polis əməkdaşı məhkəməyə verdiyi ifadədə Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə onlarda hər hansı məlumatın olmadığını bildirmişlər. Bundan başqa iş materiallarından müəyyən edilmişdir ki, narkotik vasitə sellofana bükülmüş 3 ədəd bükümlərdə olmuş, təqsirləndirilən şəxsdə narkotik vasitələrin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq aşkar edilməmiş, təqsirləndirilən şəxsin özü isə narkomaniya xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs narkotik vasitə satması məhkəməyə qədər və məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,428 qram olan narkotik vasitə heroinin və təmiz çəkisi 0,79 qram olan qurudulmuş marixuananın olması həmin narkotik vasitənin satış məqsədi ilə saxlanıldığını birbaşa təsdiq etmək üçün yetərli olmamaqla, hazırki iş üzrə həmin narkotik vasitənin satış məqsədi ilə saxlanması digər mötəbər, habelə, əsaslı şübhələrdən kənar olan, bir-biri ilə vəhdət təşkil edən və biri digərini tamamlayan sübutlarla əhatə olunmadığından narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən məhz alqı-satqı niyyəti ilə saxlanıldığı sübut edilmir. Belə ki, Təqsirləndirilən şəxs özü də məhkəmə iclasında verdiyi ifadəsində etiraf etdi ki, düşəndə narkotik vasitələrdən istifadə edir. Belə olan halda, Təqsirləndirilən şəxs bu və ya digər mənbələrdən əldə etdiyi narkotik vasitəni özünün müntəzəm istifadəsi üçün saxlaması halı da istisna edilmir. Eyni zamanda İttihamdan məlum olur ki, X2 ifadəsi alınan zaman narkotik vasitəni Şamil adlı şəxsə satdığını bildirsə də, ibtidai araşdırma orqanı tərəfindən əməliyyat axtarış tədbirləri keçirilməmiş və Şamil adlı şəxs istintaqa təhvil verilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin üzərindən aşkar olunan ümumi təmiz çəkisi 0,428 qram olan narkotik vasitə heroinin və təmiz çəkisi 0,79 qram olan qurudulmuş marixuananın olması hələ onun satış məqsədi ilə əldə olunmasını və satış məqsədi ilə saxlanmasını iddia etmək üçün mütləq əsas deyildir və yalnız bu əsasla şəxsin əməlinin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi və saxlanması kimi qiymətləndirilməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxs və şahidin verdikləri ifadələrlə, ekspertiza rəyi, cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə bilavasitə məhkəmə istintaqı zamanı araşdırdığı faktlara məcmu halında qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,428 qram olan narkotik vasitə heroinin və təmiz çəkisi 0,79 qram olan qurudulmuş marixuananın əldə edib saxlamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, lakin onun qanunsuz olaraq ümumi təmiz çəkisi 0,428 qram olan narkotik vasitə heroinin və təmiz çəkisi 0,79 qram olan qurudulmuş marixuananı, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etdiyi və saxladığı sübut olunduğundan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin maddə ilə də cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən səmimi olaraq peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,77 qram olan qurudulmuş marixuana, 0,146 qram və 0,182 qram olan heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,77 qram qurudulmuş marixuana, 0,146 qram və 0,182 qram heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-28/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-28/2022
21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver