Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-28/2023 25.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs onun müdafiəçisi, Müdafiəçi iştirakları ilə, 16 avqust 1999-cu il tarixdə Yevlax rayonu, Nemətabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Yevlax rayonu, Nemətabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin avqust ayının 10-da günorta saatlarında atası Rza Məmmədovun ikinci dəfə ailə qurduğu arvadı Zərərçəkmiş şəxs özünə məxsus olmaqla cehizlik olan müxtəlif növlü məişət əşyalarını saxladığı Yevlax rayonunun Nemətabad kəndində yaşadıqları evin qıfıl ilə bağlı halda olan yaşayış sahəsi hesab edilən otağın taxta qapısını zor tətbiq etməklə açıb həmin otağa qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus olan 200 manat dəyərində 1 ədəd su motorunu, 25 manat dəyərində 1 ədəd paltar ütüsünü, 50 manat dəyərində 1 ədəd tozsoranı, 25 manat dəyərində 1 ədəd dreli, 1 ədədi 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində 4 ədəd məcməyini, 1 ədədi 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində 6 ədəd büllur stəkanı, 1 ədədi 2 manat olmaqla ümumilikdə 8 manat dəyərində 4 ədəd əl-üz məhrəbasını, 1 ədədi 8 manat olmaqla ümumilikdə 32 manat dəyərində 4 ədəd hamam məhrəbasını, 1 ədədi 1 manat olmaqla ümumilikdə 6 manat dəyərində 6 ədəd çay dəsmalını, 1 ədədi 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 2 ədəd süfrəni, 1 ədədi 0.5 manat olmaqla ümumilikdə 6 manat dəyərində 12 ədəd asılqanı, 1 ədədi 0.5 manat olmaqla ümumilikdə 3 manat dəyərində 6 ədəd armudu stəkanı, 1 ədədi 1 manat olmaqla ümumilikdə 6 manat dəyərində 6 ədəd duz qabını, 1 qutusu 2 manat olmaqla ümumilikdə 12 manat dəyərində 6 qutu nəlbəkini, 1 ədədi 0,5 manat olmaqla ümumilikdə 6 manat dəyərində 12 ədəd araq badəsini, 1 ədədi 0.5 manat olmaqla ümumilikdə 6 manat dəyərində 12 ədəd armudu stəkanı, 1 ədədi 0.5 manat olmaqla ümumilikdə 6 manat dəyərində 12 ədəd xörək qaşığını, 1 ədədi 1 manat olmaqla ümumilikdə 9 manat dəyərində 9 ədəd bulud qaşığını, 1 ədədi 0.4 manat olmaqla ümumilikdə 4.8 manat dəyərində 12 ədəd çay qaşığını, 1 ədədi 0.5 manat olmaqla ümumilikdə 6 manat dəyərində 12 ədəd çəngəli, 1 ədədi 1 manat olmaqla ümumilikdə 12 manat dəyərində 12 ədəd çömçəni, 10 manat dəyərində blender aparatını, 1 ədədi 2 manat olmaqla ümumilikdə 12 manat dəyərində 6 ədəd mürəbbə qabını, 30 manat dəyərində qazan dəstini, 1 ədədi 2.5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 4 ədəd konfet qabını, 1 ədədi 3 manat olmaqla ümumilikdə 18 manat dəyərində 6 ədəd qənd qabını, 1 ədədi 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 2 ədəd vazanı, 1 ədədi 6 manat olmaqla ümumilikdə 18 manat dəyərində 3 ədəd tort qabını, 1 ədədi 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 2 ədəd su qabını, 1 ədədi 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 2 ədəd güldanı, 1 ədədi 1 manat olmaqla ümumilikdə 12 manat dəyərində 12 ədəd çərəz qabını, 1 ədədi 32 manat olmaqla ümumilikdə 96 manat dəyərində 3 ədəd badə dəstini, 1 ədədi 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində 6 qutu şifer mismarını, 20 manat dəyərində 1 ədəd bıçaq dəstini, 15 manat dəyərində 1 ədəd kül qabını, 1 ədədi 4 manat olmaqla ümumilikdə 12 manat dəyərində 3 ədəd dəm çaynikini, 1 ədədi 1 manat olmaqla ümumilikdə 6 manat dəyərində 6 ədəd duz qabını, 1 ədədi 3 manat olmaqla ümumilikdə 18 manat dəyərində 6 ədəd ləpə qabını, 1 ədədi 6 manat olmaqla ümumilikdə 12 manat dəyərində 2 ədəd ləpə qabını, 1 ədədi 6 manat olmaqla ümumilikdə 18 manat dəyərində 3 ədəd şirniyyat qabını, 1 ədədi 2.5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 4 ədəd plastmas qabı, 5 manat dəyərində 1 ədəd plastmas ləyəni, 1 ədədi 2 manat olmaqla ümumilikdə 12 manat dəyərində 6 ədəd fincanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1,006.8 manat məbləğində maddi ziyan vurmaqla qəsdən qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, anası ilə atası boşandıqdan sonra Yevlax rayonu, Nemətabad kəndində yerləşən ev atası tərəfindən onlara verilmişdir. Atası ikinci dəfə evlənmişdir. Onun ikinci arvadı Zərərçəkmiş şəxs öz əşyalarını onların yaşadığı evin bir otağına yığaraq qapısını bağlamışdır. Lakin, atası ilə ikinci arvadı həmin kənddə başqa evdə yaşayırlar. 10 avqust 2022-ci il tarixdə günorta saatlarında evdə tək olan zaman küçədə əvvəllər tanımadığı bir şəxsin işlənmiş əşyalar aldığını görmüşdür. Pula ehtiyacı olduğundan belə qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs məxsus əşyaları oğurlayıb həmin şəxsə satsın. Əşyaların yerləşdiyi otağın kilidini sındıraraq otağa daxil olmuş və Zərərçəkmiş şəxs məxsus su motorunu, tozsoranı, çəngəl-qaşıqlar, qazan dəstlərini, stəkan-nəlbəkiləri, şifer mismarlarını, məcməyiləri, ütünü və dəqiq yadında qalmayan digər məişət əşyalarını oğurlayaraq həmin işlənmiş əşyaları alan şəxsə satmışdır. Əşyaları neçəyə satdığını artıq xatırlamır. Bunun nəticəsində əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün bir neçə gün ərzində xərcləmişdir. Əməlindən peşman olduğunu və vurulmuş zərəri tam olaraq ödədiyini qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs, Zərərçəkmiş şəxs bildirmişdir ki, Rza Məmmədovla nikaha daxil olduqdan sonra ona məxsus evə köçərək onunla birlikdə yaşamağa başlamışdır. Özünə məxsus cehiz əşyaları isə həmin evin bir otağına yığaraq qapısına kilid vurmuşdur. X1 birinci arvadı və birinci nikahdan olan oğlu Təqsirləndirilən şəxs həmin evdə yaşadığından müəyyən müddət Rza Məmmədovla birlikdə həmin kənddə başqa ünvanda yaşamışlar. Buna baxmayaraq ara-sıra həmin evə gedib özünə məxsus əşyaların tamlığını yoxlamışdır. 17 avqust 2022-ci il tarixdə həmin evə gedən zaman ona məxsus əşyaların yığıldığı otağın qapısında olan qıfılın zəncirinin sındırıldığını, otaqda olan bəzi əşyaların oğurlandığını görmüşdür. Bununla bağlı Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, ona məxsus əşyalar Məhəmməd tərəfindən oğurlanmışdır. Belə ki, həmin otaqdan ümumi qiyməti təxminən 2,000 manat olan 1 ədəd su motoru, 1 ədəd ütü, 1 ədəd tozsoran, 1 ədəd blender, 1 ədəd drel, 6 ədəd mürəbbə qabı, 4 ədəd məcməyi, 1 ədəd qazan dəsti, 4 ədəd konfet qabı, 6 ədəd qənd qabı, 2 ədəd vaza, 6 ədəd nəlbəki, 6 ədəd büllur stəkan, 3 ədəd tort qabı, 2 ədəd su qabı, 2 ədəd güldan, 12 ədəd çərəz qabı, dəyərində 3 dəst badə, 6 qutu şifer mismarı, 4 ədəd əl-üz məhrəbası, 4 ədəd hamam məhrəbası, 6 ədəd çay dəsmalı, 2 ədəd süfrə, 12 ədəd asılqan, 6 ədəd armudu stəkan, 6 qutu nəlbəki, 1 ədəd bıçaq dəsti, 1 ədəd külqabı, 3 ədəd dəm çayniki, 6 ədəd duz qabı, 6 ədəd ləpə qabı, 2 ədəd 3 mərtəbəli ləpə qabı, 3 ədəd şirniyyat qabı, 12 ədəd araq badəsi, 12 ədəd armudu stəkan, 4 ədəd kapron qab, 1 ədəd plastmas ləyən, 6 ədəd fincan, 12 ədəd xörək qaşığı, 9 ədəd bulud qaşığı, 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl və 12 ədəd çömçə oğurlanmışdır. Sonradan Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs onun Rza Məmmədovla olan nikahından oğludur. Oğlu Məhəmmədlə birlikdə Yevlax rayonu, Nemətabad kəndində yerləşən keçmiş əri Rza Məmmədovun ata evində yaşayırlar. Rza Məmmədov onunla boşandıqdan sonra ikinci dəfə Zərərçəkmiş şəxs ilə evlənmişdir. Zərərçəkmiş şəxs özünə məxsus əşyaları onların yaşadığı evin bir otağına yığmış və qapını kilidlə bağlamışdır. 08 avqust 2022-ci il tarixdə Biləsuvar rayonuna qonaq getmiş və 13 avqust 2022-ci il tarixdə geri qayıtmışdır. Evə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs əşyaları yığılmış otağın qapısına diqqət yetirməmişdir. 17 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs həmin evə gəlib otağa baxandan sonra məlum olmuşdur ki, otağın qapısı sındırılmış və əşyalar oğurlanmışdır. Daha sonra isə ona məlum olmuşdur, bunu Məhəmməd etmiş və həmin əşyaları satmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 9/6708 saylı rəyində qeyd olunur ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 20 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 352.80 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 23 adda mallar haqqında kifayət qədər məlumat (markası modeli, istismar müddəti, istehsal yeri, materialı, ölçüləri, texniki göstəriciləri, əmtəə görünüşü və sair) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. (səh. 84, 85) "xxxx" MMC-nin 10 noyabr 2022-ci il il tarixli ƏQ-235/2022 saylı rəyində qeyd olunur ki, aparılmış araşdırmalara və təhlillərə əsasən “Bosch” markalı, 50-lik 1 ədəd su motorunun dəyəri 200 manat, 1 ədəd blenderin dəyəri 10 manat, 6 ədəd mürəbbə qabının dəyəri 12 manat, 1 ədəd qazan dəstinin dəyəri 30 manat, 4 ədəd kanfet qabının dəyəri 10 manat, 6 ədəd qənd qabının dəyəri 18 manat, 2 ədəd vazanın dəyəri 50 manat, 3 ədəd tort qabının dəyəri 18 manat, 2 ədəd su qabının dəyəri 20 manat, 2 ədəd güldanın dəyəri 20 manat, 12 ədəd çərəz qabının dəyəri 12 manat, 3 dəst bakalın dəyəri 96 manat, 6 qutu şifer mismarının dəyəri 30 manat, 1 ədəd bıçaq dəstinin dəyəri 20 manat, 1 ədəd külqabının dəyəri 15 manat, 3 ədəd dəm çaynikinin dəyəri 12 manat, 6 ədəd duz qabının dəyəri 6 manat, 6 ədəd ləpə qabının dəyəri 18 manat, 2 ədəd 3 mərtəbəli ləpə qabının dəyəri 12 manat, 3 ədəd şirniyyat qabının dəyəri 18 manat, 4 ədəd kapron qabın dəyəri 10 manat, 1 ədəd plastmas ləyənin dəyəri 5 manat,6 ədəd fincanın dəyəri 12 manat olmaqla müqayisə yanaşması ilə əmlakların 2022-ci ilin avqust ayına olan ümumi real bazar dəyəri 654 (altı yüz əlli dörd) manat təşkil edir. (səh. 80-98) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə, yəni yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərər çəkmiş şəxslə razılıq əldə edərək vurulmuş ziyanı ödəməsini, Vətən müharibəsində iştirak etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Onun 01 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzadan çıxılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 42 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1(bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 1(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba köçürülsün. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-28/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-28/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver