Məhkəmə qərarları › İş №1(039)-29/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-29/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-29/2020 26.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı X2 Möhübbət oğlunun Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Nizami prospekti, ev 223-də qeydiyyatda olan və yaşayan. -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri R.Balakişiyev küçəsi 15 saylı kirayədə yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ailə münasibətləri zəminində qəsdən döyməklə ona sol gözaltı nahiyənin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2017-ci ildə Yevlax şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir qız övladı dünyaya gəlmişdir. Evləndikdən sonra Xanımla Yevlax şəhəri, R.Balakişiyev küçəsi, 15 saylı evdə kirayədə yaşamışdır. Xanım Yevlax ŞMX-da qeydiyyatçı işləyir. Evləndikdən sonra normal ailə həyatları olmuş, heç vaxt aralarında mübahisə olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində evdə olan zaman həyat yoldaşı Xanım ondan sabah iş yoldaşının toyuna getmək üçün icazə istəmiş və o, Xanıma icazə vermədiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Xanım ona cavab qaytararaq nalayiq sözlər dediyi üçün əli ilə onun üzünə vurmuşdur. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2017-ci ildə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Evləndikdən sonra Vüsalla münasibətləri yaxşı olmuş, heç vaxt aralarında mübahisə olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində həyat yoldaşı Vüsalla evdə olan zaman sabah iş yoldaşının toyu olduğunu və toya getmək istədiyini demişdir. Vüsal isə ona icazə verməmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vüsal onu nalayiq sözlərlə təhqir etmişdir. O, Vüsala cavab qaytararaq nalayiq söz dediyinə görə, Vüsal əli ilə onun üzünə vurmuşdur. Vüsalla aralarında mübahisə yaşadıqları evdə baş vermiş və həmin vaxt evdə bir yaşlı qızlarından başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 82 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarətlər–sol gözaltı nahiyənin qançırı, burun sümüyünün sınığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü Nilay adlı bir azyaşlı uşağı var. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar