Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-29/2022 25.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Arif oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızının iştirakları ilə xx xxxxxxx 1988-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 27 noyabr 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Kür küçəsi, ev 113-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 yanvar 2022-ci il tarixdə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 08.01.2018-ci il tarixdən hesablanmaqla 27.08.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100,00 manat, 03.11.2017-ci il tarixdən hesablanmaqla 16.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08.01.2018-ci il tarixli, 2(039)-266/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Yevlax Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 3(039)-747/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 10.11.2020-ci il, 01.12.2020-ci il və 04.02.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 08 aprel 2021-ci il tarixədək 6830,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 14 noyabr 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 2013-cü il tarixdə Zəhra və 2016-cı il tarixdə Atəş adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra onlar mehriban şəraitdə yaşamışlar. Lakin sonra Elnarənin anası Sahibə Süleymanova onlara mehriban ailə olaraq yaşamağa imkan verməmişdir. Belə ki, onların yaşadığı evdə tez tez yersiz dava dalaş yaradaraq münasibətlərini korlayırdı. Xasiyyətləri uyğun gəlmədiyi üçün və ailə münasibətləri pozulduğuna görə məhkəmə qətnaməsinə əsasən Elnarə ilə aralarında olan nikah pozulmuşdur. Onlar ailəli olanda Yevlax rayon ərazisində olan müxtəlif tikintilərdə fəhlə işləməklə yaxşı qazanmaqla ailəsini yaxşı saxlayırdı. Aralarında olan nikah pozulduqdan sonra Zərərçəkmiş şəxs birgə nikahdan olan uşaqlarını da götürərək anasının yaşadığı Gəncə şəhərinə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun yaşadığı yer üzrə Yevlax rayon Məhkəməsinə iki uşağının saxlanılması üçün aliment tələbi ilə müraciət etdiyinə görə ondan həmin Məhkəmənin 08.01.2018-ci il tarixli, 2(039)- 266/2018 saylı qətnaməsinə əsasən 08.01.2018-ci il tarixdən başlayaraq 27.08.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat və 16.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03.11.2017-ci il tarixdən başlayaraq hər ay 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Dəfələrlə icra orqanı tərəfindən ona alimentin ödənilməsi barədə xəbərdarlıqlar olmasına baxmayraq həmin məhkəmə qətnaməsini icrasını təmin etməmişdir. Son 11 aydır ki, Yevlax şəhərində H.Əliyev prospektində yerləşən “1001” adlı marketdə fəhlə işləməklə aylıq qazancı 250-300 manat olurdu. Onun iş yeri və qazancı olduğuna görə məşğulluq idarəsindən təklif olunan işdə işləməkdən imtina etmişdir. İcra dövründə Zərərçəkmiş şəxs uşaqlarının saxlanılması üçün qətnamə qəbul edildiyi və icraya yönəldiyi vaxtdan müxtəlif dövrlərdə uzun müddətli fasilələrlə cəmi 1170,00 manat məbləğində aliment ödəmişdir. Keçmiş qaynanası və keçmiş arvadı Zərərçəkmiş şəxs ona uşaqlarla görüşməyə imkan və şərait yaratmadığı üçün uşaqlarının saxlanılması üçün qət olunmuş alimenti ödəməmişdir. Lakin məhkəmə istintaqı zamanı tələbkarın xeyrinə mövcud aliment borcundan 1000 (bir min) manat ödəniş etmişdir. Qalan aliment borcunu isə zərərçəkmiş şəxslə aralarında olan razılaşmaya əsasən ödəyəcəkdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və zərərçəkmiş şəxsə olan aliment borcunun müəyyən hissəsini ödəməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 12 noyabr 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2013-cü ildə Zəhra və 2016-cı ildə Atəş adlı 2 uşaqları olmuşdur. Ailə qurduqdan sonra xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs tikintidə fəhlə işləyərək aldığı əmək haqqını anasına verirdi ona və uşaqlarına vermirdi. Evə heç bir ərzaq almırdı və nə onunla nədə ki, uşaqları ilə maraqlanmırdı. 2015-ci ilin dekabr ayından Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları Gəncə şəhəri, Fərhad Əliyev küçəsində olan evdən çıxaraq ata evinə qayıtmışdır. Təqsirləndirilən şəxsla birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu tikintidə aylıq əmək haqqı müqabilində fəhlə işləməklə normal qazanc əldə edirdi. Uşaqları ilə birlikdə ata evinə gedəndən sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkmişdir. Ona görə valideynlərinin maddi yardımı ilə uşaqlarını saxlayır. Təqsirləndirilən şəxs dəfələrlə istifadəsində olan mobil telefon vasitəsilə əlaqə saxlayaraq maddi köməklik etməsini bildirməyinə baxmayaraq, uşaqların saxlanılması üçün heç bir yardım etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qarşı məhkəmədə iddia qaldırmış və Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(039)-266/2018 saylı qətnaməsi ilə 27 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 08 yanvar 2018-ci il tarixdən etibarən hər ay 100 manat, 16 fevral 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 08 noyabr 2017-ci il tarixdən etibarən hər ay 100 manat cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Yevlax Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 08.04.2021-ci tarixli təqdimatda qeyd edilən cəmi 6830 (altı min səkkiz yüz otuz) manat borcunu ödəməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun xeyrinə mövcud aliment borcundan 1000 (bir min) manat ödəniş etdiyini və aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs borclu qaldığı aliment borcunu hər ay 200 (iki yüz) manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmədən ərizəsini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(039)-266/2018 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 08.01.2018-ci il tarixdən hesablanmaqla 27.08.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat, 03.11.2017-ci il tarixdən hesablanmaqla 16.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Yevlax Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Yevlax Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 3(039)-747/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu Təqsirləndirilən şəxs indiyədək tələbkar Zərərçəkmiş şəxs təqdimatda göstərilən borcundan heç bir ödəniş etməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan təqdimant verilən günədək qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(039)-266/2018 saylı qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 08.01.2018-ci il tarixdən hesablanmaqla 27.08.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat, 03.11.2017-ci il tarixdən hesablanmaqla 16.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 21 sentyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən və bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 08.01.2018-ci il tarixdən hesablanmaqla 27.08.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat, 03.11.2017-ci il tarixdən hesablanmaqla 16.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair icra vərəqəsi Yevlax rayon İcra və Şöbəsinin icra məmuru Şahid1 tərəfindən icraata qəbul olunmuş və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətində icra sənədlərində göstərilən tələbi könüllü təmin edilməsi üçün vaxt verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 3(039)-747/2020 saylı qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 8(039)-150/2020 saylı qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə borcu ödəyənədək ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X5 Publik Hüquqi şəxsin 20 saylı ərazi Məşğulluq Mərkəzi filialının 08 fevral 2021-ci il tarixli, **********6 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs işlə əlaqədar Dövlət Məşğulluq Xidmətinin Yevlax Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və mərkəz tərəfindən iş axtaran kimi qeydiyyata alınaraq ona müəyyən iş təklif olunmuş, lakin o, müxtəlif bəhanələrlə ona təklif olunmuş həmin işdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyətinin 50 saylı evlər komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 27.08.2013-cü il təvəllüdlü Zəhra və 16.02.2016-cı il təvəllüdlü Atəş adlı iki uşağı var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov RPİ-nin MSYnə təqdim edilməsi üçün növbətçi hissəyə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 noyabr 2021-ci il tarixli müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nərimanov RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 noyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görürün ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq icra etməmə cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun xeyrinə mövcud aliment borcundan 1000 (bir min) manat ödəniş etmişdir və aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs borclu qaldığı aliment borcunu hər ay 200 (iki yüz) manat olmaqla ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin CM-nin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə olan aliment borcunun bir qismini ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 noyabr 2021-ci il tarixdən 27 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 noyabr 2021-ci il tarixdən 27 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-29/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-29/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver