Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-29/2024 23.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Yevlax rayonu Əkşəm kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 iyul 2023-ci il tarixdə Yevlax rayonunun Əkşəm kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə olmadığından istifadə edib evin həyətinin arxa tərəfindən keçərək həyətə daxil olduqdan sonra evin açıq halda olan qapısından qanunsuz olaraq evə daxil olub ikinci mərtəbəsinə çıxaraq otağa daxil olub orada olan divanı kənara çəkərək döşəmənin üzərindəki taxtadan kiçik ölçülü qapı formasında hazırlanmış hissəni dartıb açaraq Zərərçəkmiş şəxs həmin qapının alt hissəsində saxlanc yerində saxladığı 15.000 manat pulunu, Azərbaycan manatının ekivalenti ilə 3139 manat 60 qəpik manat dəyərində olan 167.000 Rusiya rublunu, Rusiya Federasiyasında istehsal olunmuş, 750 əyarlı 300 manat dəyərində 4 qram çəkidə 1 cüt qızıl sırğanı, Rusiya Federasiyasında istehsal olunmuş, 750 əyarlı 1 ədəd 5 qram çəkidə, 700 manat dəyərində sadə qaşlı qızıl üzüyü, Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı hər biri 12 qram çəkidə ümumi dəyəri 3000 manat olan 2 ədəd qızıl boyunbağıları qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 22139 manat 60 qəpik dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 22 iyul 2023-ci il tarixdə Yevlax rayonunun Əkşəm kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə olmadığından istifadə edib evin həyətinə arxa tərəfindən keçərək, evin açıq halda olan qapısından qanunsuz olaraq evə daxil olub oradan Zərərçəkmiş şəxs saxlanc yerində saxladığı 15.000 manat pulunu, 167.000 Rusiya rublunu, Rusiya Federasiyasında istehsal olunmuş, 750 əyarlı 300 manat dəyərində 4 qram çəkidə 1 cüt qızıl sırğanı, Rusiya Federasiyasında istehsal olunmuş, 750 əyarlı 1 ədəd 5 qram çəkidə, 700 manat dəyərində sadə qaşlı qızıl üzüyü, Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı hər biri 12 qram çəkidə ümumi dəyəri 3000 manat olan 2 ədəd qızıl boyunbağıları qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 22139 manat 60 qəpik dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin ediləcəyi təqdirdə maaşlı işə düzələcəyini, hər ay 500 manatı ümumi ziyandan ödəyəcəyini və 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs və mülki iddiaçı qismində çıxış edən Zərərçəkmiş şəxs ifadəsində gösdərmişdir ki, yaşadıqları evdə atası Yusif, anası Damirə və bacısı oğlu Şirinlə birlikdə yaşayır. Şirinin valdeynləri RF-da yaşasada, Şirinə anadan olandan onlar baxmışdır. Şirin inistutu qurtardıqdan sonra evdə olurmuş. xx.xx.2023-cü il tarixdə Şirin hərbi xidmətə getdiyi üçün xx.xx.2023-cü il tarixdə yaşadıqları evin həyətində qonaqlıq vermişlər. xx.xx.2023-cü il tarixdə Şirini hərbi xidmətə getməsi üçün Bakı şəhərinə aparmışlar. Həmin gün Şirin qayıtmış və onu xx.xx.2023-cü il tarixdə hərbi xidmətə aparacaqların demişdir. xx.xx.2023-cü il tarixdə Şirini hərbi xidmətə aparmışlar. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evdə olarkən atası pulun saxladığı yerin üstünə yığılmış əşyaların dağılmış vəziyyətdə olduğunu görmüş və onu yanına çağırmışdır. O, qapalağı açıb içərisinə baxarkən orada tefalın içərisində saxladığı 15000 manat nəqd pulun, 3000 manata aldığı 167000 rus rubulun, telefon qabında saxladığı 2 ədəd hərəsi 12 qram olmaqla 3000 manat dəyərində qızıl boyunbağının, 1 ədəd 700 manat dəyərində 5 qram çəkidə sadə qaşlı üzüyün və 1 cüt 300 manat dəyərində 4 qramlıq qaşsız sırqaların yerində olmadığını görmüşdür. Bundan sonra atası Şirinin xidmət etdiyi hərbi hissəyə gedib bu barədə soruşarkən Şirin babasına həmin puldan 1000 manatın həmkəndlisi Təqsirləndirilən şəxs borc verdiyini və hərbi xidmətə gedərkən pulu qaytarmadığı üçün ona pulun yerini dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etmişdir. Şahid2 məhkəmə iclasına teleqram ünvanlayaraq səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq dövründə ki ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründəki ifadəsi elan olunan Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Əkşəm kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, onun anası və bacısı ondan nisyə qızıl almış və Murad arada həmin qızılın aylıq pulun gətirib ona vermişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında mağazada olmuş, bu vaxt Murad mağazaya gəlmiş, onunla görüşmüş və evləridən qızıl gətirdiyini və borcları olduğu üçün satdığını bildirmişdir. O, cibindən 1 ədəd qadın üzüyü və 1 cüt sadə qaşlı sırğa çıxarıb ona vermişdir. O, üzüyə baxmış üzük qızıl suya batırılmış olsada qızıl olmamışdır, 1 cüt sırğa isə 2 qram olmaqla qızıl olduğuna görə qızılın qramına uyğun olaraq 125 manata ondan almış, üzüyü isə Murada qaytarmış, Murad pulu ondan alıb getmişdir. O, Muradı tanıdığım üçün ondan sırqaları almışdır. Həmin qızılı digər qızıllarla birlikdə lom halında Bakı şəhərinə aparıb satmışdır. Ona görə o, həmin sırqaları təqdim edə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Əmlakın qiymətləndirilməsi» MMC-dən verilmiş 09 oktyabr 2023-cü il tarixli ƏQ-284\2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış mallarının qiyməti aşağıdakı kimidir: RF-da istesal olunmuş, 750 əyarlı 1 cüt 4 qram qızıl sırğalar 300 manat, 1 ədəd sadə qaşlı 5 qram qram qızıl üzük 700 manat, 2 ədəd hər biri 12 qram olan qızıl boyunbağının ümumi qiyməti 3000 manat olmaqla ümumilikdə cəmi 4000 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, 16 avqust 2023-ci il tarixdə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 18 avqust 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Təqsirləndirilən şəxs “Fizulini azad olunmasına görə”,”Xocavəndin azad olunmasına görə” və Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin göstərilən əməli törətməkdə təqsirli olmaları özünün etiraf ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi və mütəxəsis rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı 59-cu maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, və ziyanın hissə-hissə ödəyəcəyinə söz verməsini onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs verdiyi mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə X4 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs maddi ziyan vurduğunun tam sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, mülki iddia maddi ziyan və məhkəmə xərci hissəsində, yəni təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 22139 manat (iyirmi iki min yüz otuz doqquz ) manat 60 qəpik (altmış) qəpik maddi ziyan, həmçinin 157 (yüz əlli yeddi) manat dövlət rüsumu, ümumilikdə 22296 (iyirmi iki min iki yüz doxsan altı) manat 60 (altmış) qəpik maddi ziyan tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi təmin edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 04 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Əkşəm kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs, mülki iddiaçı X2 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs Ağa oğlundan 22139 manat (iyirmi iki min yüz otuz doqquz ) manat 60 qəpik (altmış) qəpik maddi ziyan, həmçinin 157 (yüz əlli yeddi) manat dövlət rüsumu, ümumilikdə 22296 (iyirmi iki min iki yüz doxsan altı) manat 60 (altmış) qəpik tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 23 (iyirmi üç) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 141 (yüz qırx bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-29/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-29/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver