Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-29/2025 05.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx xxxx 1994-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri Bakıxanov küçəsi ev 16-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 23 iyul 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə vahid niyyətlə satış məqsədi ilə qanunsuz olaraq 1,189 qram psixotrop maddə olan metamfetamini əldə edərək həmin metamfetaminin 0,068 qramını 20 iyul 2024-cü il tarixdə saat 18:50 radələrində Yevlax şəhəri, H.Zeynalabdin Tağıyev küçəsində əvvəllər tanıdığı Şahid6 50 manat pul müqabilində qəsdən satmış, qalan 1,121 qram psixotrop maddə olan metamfetamini isə üzərində saxlamış, 22 iyul 2024-cü il tarixdə saat 10:45 radələrində Yevlax st. XPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid6 Yevlax dəmir yol stansiyasının ərazisində saxlanılaraq Yevlax st. xətt polis şöbəsinə gətirilərək orada Şahid6 üzərinə müdafiəçinin iştirakı ilə və video çəkilişlə saat 11:35-dən 11:46-a qədər olan müddətdə şəxsi axtarış keçirilərkən onun əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd bükülünün içərisində Təqsirləndirilən şəxs pul müqabilində aldığı 0,068 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüş, 23 iyul 2024-cü il tarixdə saat 18:10 radələrində Yevlax st. XPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Sahib Əliyev küçəsində saxlanılaraq Yevlax st. XPŞ-nə gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkilişilə 23 iyul 2024-cü il tarixdə saat 18:55-dən 19:10-a qədər olan müddətdə şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın sol yan cibində olan bir ədəd bükülünün içərisindən Şahid6 satdığı psixotrop maddə olan metamfetaminlə eyni tərkibli olan 1,121 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, Şahid6 əvvəldən tanımışdır. Şahid6 Bakı şəhərinə gedib-gəldiyi vaxtlarda bir neçə dəfə Ayəddinə pul köçürtmüş və Ayəddin ona Bakı şəhərindən müxtəlif vaxtlarda istifadə etmək üçün narkotik vasitə gətirib vermişdir. Bir neçə dəfə Şahid6 pul köçürtmüş, lakin Ayəddin ona narkotik vasitə əvəzinə adi duz gətirib vermişdir. Sonuncu dəfə Şahid6 hesabına 120 manat pul köçürtmüş, Ayəddin Bakı şəhərinə getmiş və 1 aydan sonra qayıtmışdır. Qayıtdıqdan sonra Ayəddin ona tutulduğunu, xərcinin çıxdığını bildirmiş və ondan aldığı pulu qaytara bilməyəcəyini demişdir. O (təqsirləndirilən şəxs) Yevlax şəhərinə gəldikdən sonra Ayəddin ondan narkotik vasitə tapmağın mümkün olub-olmadığını soruşmuş, o da mümkün olmadığını bildirmişdir. İki-üç gün keçdikdən sonra Ayəddin yenə də ona yazmış, vəziyyətinin pis olduğunu, ağrıdığını bildirmiş və ona mal tapmasını xahiş etmişdir. Həmin vaxt Ayəddinin ona borcunun olduğu yadına düşmüşdür. Ayəddinə müxtəlif vaxtlarda 120, 50, 70, 60 manat köçürtmüş, lakin həmin pullar batmışdır. O da Ayəddinə mal tapa biləcəyini demiş, Ayəddin ona 50 manat pul köçürtmüş, o da Ayəddinə həmin pulun müqabilində duz vermək niyyətində olmuşdur. Bundan sonra Ayəddin ondan narazı qalmış və tanışlarına onu (təqsirləndirilən şəxsi) tutduracağını demişdir. O, Gəncə şəhərində olan zaman telefonla Ayəddinlə danışmış, bu barədə yenə aralarında söz-söhbət yaranmış və Ayəddin ona Yevlax şəhərinə gəlməsini demişdir. Buna görə Yevlax şəhərinə gəlmiş, Ayəddinin idarə etdiyi 06 markalı maşına əyləşən zaman polis əməkdaşları onu tutmuşlar və onu Yevlax st.xətt Polis Şöbəsinə aparmışlar. Orada onu döymüşlər və üzərinə narkotik vasitə qoyaraq ona məxsus olduğunu bildirmişlər. O, Şahid6 narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Özünü təqsirli bilmir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax st. X15 rəis müavini vəzifəsində işləyir. 22 iyul 2024-cü il tarixdə Şahid6 narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilindiyi üçün tərəflərindən saxlanılmışdır. Onu Yevlax st. X16 inzibati binasına dəvət etmişlər və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təhqiqatçının otağında videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Şahid6 üzərinə baxış keçirilmiş və ondan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İlkin dindirmə zamanı Şahid6 həmin kütləni Yevlax şəhər sakini tanışı Xanlar adlı şəxsdən əldə etdiyini bildirmişdir. Növbəti gün, yəni 23 iyul 2024-cü il tarixdə əməliyyatistintaq qrupu yaradılmış, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilmiş və Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq xətt Polis Şöbəsinə dəvət edilmişdir. Orada eyni qaydada təhqiqatçının otağında videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən metamfetamin aşkar olunmuşdur. İlkin dindirmə zamanı Şahid6 aşkar olunmuş metamfetaminin Təqsirləndirilən şəxs tərəfindən satıldığı müəyyən edilmşidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax st.X16 Qəbələ xətt polis məntəqəsinin rəisi vəzifəsində işləyir. 23 iyul 2024-cü il tarixdə Yevlax X15 araşdırılan materialla əlaqədar həmin şöbənin rəis müavini Şahid1 və post patrulun manqa komandiri Şahid5laa birlikdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində əməliyyat axtarış tədbirinə başlamışlar. Həmin gün saat 16 radələrində Yevlax şəhəri Sahib Əliyev küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq, ona narkoitk vasitələrin saxlanılmasında və satışında şübhəli olduğunu bildirərək onu Yevlax xətt Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Yevlax xətt Polis Şöbəsinə gəlmişdir. Orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüş və ekspertizaya göndərilməsi üçün həmin kütlə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş metamfetamini bir neçə gün əvvəl Yevlax şəhəri Zavod küçəsindən tapdığını, bir hissəsini öz üzərində saxladığını, bir hissəsini isə bir neçə gün əvvəl tanışı Ayəddin adlı şəxsə satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax st.X16 PPXM-nin manqa komandiri vəzifəsində işləyir. 23 iyul 2024-cü il tarixdə həmin şöbənin rəis müavini Şahid1 və Qəbələ xətt polis məntəqəsinin rəisi Şahid4 iştirakı ilə təşkil edilmiş əməliyyat tədbirində o da iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin tarixdə saxlayaraq Yevlax st.xətt Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və onun üzərindən metamfetaminə banzər kütlə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan aşkar edilmiş kütləni tapdığını və özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə pulunu ödəməklə narkotik vasitə almışdır. Dəqiq xatırlamadığı tarixdə Yevlax şəhəri Zavod küçəsində Təqsirləndirilən şəxs pulunu ödəməklə metamfetamin almış, üzərində saxlamış və yaşadığı evdən bazara gedən zaman polis əməkdaşları onu saxlamışlar. Polis Şöbəsində üzərinə baxış keçirilən zaman həmin metamfetamin ondan aşkar edilmiş və polis əməkdaşlarına metamfetamini Təqsirləndirilən şəxs aldığını demişdir. Həmin metamfetamini almamışdan əvvəl Təqsirləndirilən şəxsla vatsap vasitəsilə danışmış, Xanlar ona hansısa xanımın adına olan kart hesabı göndərmiş, o da həmin karta 50 manat yükləmiş və Xanlar ona 15-20 dəqiqəyə xəbər edəcəyini demişdir. Sonra Xanlar ona zəng edərək gəlməsini demiş, Zavod küçəsində Xanlarla görüşmüş və Xanlar metamfetamini ona vermişdir. Həmin metamfetaminin bir hissəsindən istifadə etmiş, bir hissəsini isə üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişdirlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 ibtibai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1-2 ildir ki, tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən satışı ilə məşğul olduğunu eşitmiş, özü arabir narkotik vasitədən istifadə etmişdir. İstifadə etdiyi ***-***-**-** saylı mobil nömrə öz adınadır, həmin mobil nömrədən özü istifadə edir, təxminən 7-8 ay əvvəl Təqsirləndirilən şəxs 30 manat müqabilində onun yaşadığı küçədə metamfetamin alıb özü istifadə etmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə 12 iyul 2024-cü il tarixdə saat 19:43-də istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən “Qaqa varsa mene de azca daş verde” sms mesajının mahiyyətini xatırlamadığını və 11 iyul 2024-cü il tarixdə saat 19:13-də isə istifadə etdiyi mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 1 Qo ala bilərəm “bu pula” sms mesajının onun tərəfindən yazıldığını və həmin mesajı isə həmin vaxtı Xanların ondan araq istədiyi üçün yazdığını, onun isə Xanlara sənə bu pula araq ala bilərəm dediyini, həmin mesaj bu məzmunda olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X12 tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli, 3-16-16/2-17/650 saylı rəydən görünür ki, Şahid6 üzərindən aşkar edilmiş 0,068 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (metamfetaminin təmiz çəkisi 0,068 qr, tədqiqata sərf edildi 0,020 qr., qalıq 0,048 qr.). İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X12 tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli, 3-16-16/2-17/657 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,121 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid6 və Təqsirləndirilən şəxs göturulmuş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir (1. metamfetaminin təmiz çəkisi 1,121 qr., tədqiqata sərf edildi 0,050 qr., qalıq 1,071 qr. 2.metamfetaminin təmiz çəkisi 0,048 qr., tədqiqata sərf edildi 0,020 qr., qalıq 0,028 qr.). İşdə olan Mpay ödəniş sisteminə aid qəbzdən görünür ki, Təqsirləndirilən şəxs arvadı X1 hesabına 50 (əlli) manat köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nrkoloji Dispanseri tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli, 1519 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini məhkəmə özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Elxan adlı uşağı vardır. X7 himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 23 iyul 2024-cü ildən hesablanmışdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,028 qr. və 1,071 qr., ümumilikdə 1,099 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 4 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 143,88 (bir yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 məhkəmə dövrü göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPMnin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,028 qr. və 1,071 qr., ümumilikdə 1,099 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cəmi 143,88 (bir yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Məhkəmə dövrü üçün göstərilən 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-29/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-29/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver