Məhkəmə qərarları › İş №1(039)-3/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-3/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-3/2020 05.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Ordubadi küçəsi, 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, Yevlax şəhəri Q.Quliyev küçəsində, “Təzə bazar” adlanan yerin yaxınlığında, xx xxxxxx 2019-cu il tarixdə saat 15:00 radələrində saxlanılıb üzərində saat 16:30-dan 16:50-dək olan müddətdə, müdafiəçi-vəkil iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində, əynindəki şabalıdı rəngli şalvarının sağ yan cibində, onun istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə cəmi – 0,77 qram miqdarında heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitə olan heroindən istifadə edir. xx xxxxxx 2019-cu il tarixdə, günorta saatlarında Yevlax şəhəri “Təzə Bazar” adlanan yerdə piyada gedərkən yerdə bir kiçik bükülünün olduğunu görmüş və əyilərək onu götürmüşdür. Bükülünü açdıqda içində ağ-sarımtıl rəngdə maddənin olduğunu görmüşdür. Əvvəllər də həmin narkotik vasitədən istifadə etdiyi üçün bunun heroin olduğunu anlamışdır. Həmin maddəni sonra istifadə etmək üçün cibinə qoymuşdur. Oradan biraz uzaqlaşdıqdan sonra, təxminən saat 15:00-da polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Şöbədə ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Buna etiraz etməmişdir. Bu məqsədlə ona vəkil təqdim edilmiş və video çəkilişlə üstünə baxış keçirilmişdir. Bu zaman yerdən tapdığı bükülü onun üstündən aşkar edilmişdir. Suallara cavab olaraq etiraf etmişdir ki, bükülüdəki narkotik maddə heroindir, bir müddət öncə “Təzə bazar” deyilən ərazinin yaxınlığından tapmışdır. Polis əməkdaşları tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürləmiş və götürülmüşdür. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 Rafail oğlu ifadəsində bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlayır. Onun raportu əsasında əməliyyat qrupu yaradılmış və o da, qrupa daxil edilmişdir. Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək əməliyyat qrupu həmin əraziyə getmişdir. Təxminən saat 15:00-da, Yevlax şəhəri, Q.Quliyev küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Baxış keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şabalıdı rəngli şalvarının sağ yan cibindən bükülü çıxarıb təqdim etmiş və verilən suala cavab olaraq bildirmişdir ki, bükülünün içindəki narkotik maddə olan heroindir, bükülünü “Təzə Bazar” adlanan yerin yaxınlığından yerdən taparaq özü istifadə etmək üçün cibinə qoyub saxlamışdır. Bu barədə protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə əməliyyat qrupunun tərkibində Yevlax şəhər sakini Təqsirləndirilən şəxs, Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlayıb özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə şöbəyə getmişdir. Təhqiqatçının otağında ona hüquq və vəzifələri izah edilmiş, üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna da etiraz etməmişdir. Ona vəkil təqdim edilmiş və üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü cibindən bükülü çıxararaq təqdim etmişdir. Etiraf etmişdir ki, bükülünün içində olan heroindir, yerdən tapmış və öz istifadəsi üçün üstündə saxlamışdır. Narkotik vasitə qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs özü də həmin zərfi, daha sonra isə protokolu imzalamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının əks olduğu video yazıya baxış keçirilmiş və həmin yazıda təqsirləndirilən şəxsin və şahidlərin bildirdikləri hallar təsdiqini tapmışdır. Azərbaycan Resoublikası DİN-nin X1 xx xxxxxx 2019-cu il tarixli 19/1045A saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş gümüşü kağız bükümndə təmiş çəkisi 0,77 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İstifadə olundu 0,006 qram, qalıq 0,764 qram. Məhkəmə Kimyəvi Ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 515 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd gümüşü-ağ rəngli kağız bülümdə təmiz çəkisi -0,764 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İstifadə olundu 0, 050 qram, qalıq 0,714 qram. Tədqiqatın dəyəri 71.94 manatdır. (səh.65-66) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 784 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.90) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, üzərində şəxsi aparılması haqqında protokol və əlavə edilmiş video çəkiliş, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran halların olmamasını, habelə məhkəmədən qaçıb gizlənməyə cəhd etməsini nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,714 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 71,94 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPÇ-nin 193.2-ci madd) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın . Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,714 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri -71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkillər Bürosunu vəkili X2 göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X3 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar