Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-3/2021 14.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 30 avqust 1957-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri, B.İmanov küçəsi 99-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, qapalı məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2019-cu il noyabrın 2-də, saat 11.30 radələrində birgə yaşadıqları Yevlax şəhəri, B.İmanov küçəsi 99 saylı həyət evində, tərbiyə etmək vəzifəsi daşıyan şəxs olmaqla, xx.xx.2010-cu ildə anadan olmuş, 10 yaşlı nəvəsi Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etmək niyyəti ilə onu “gəl mətbəximdən kül qabını mənə ver” bəhanəsi ilə həyətdən evə çağırdıqdan sonra evin birinci mərtəbəsindəki otaqda təklikdə qalanda ona qarşı zor tətbiq etmədən onu qucaqlamaqla, dodağından öpməklə əli ilə sinəsinə, kürəyinə, arxa keçəcəyi dəliyinə və xarici cinsiyyət üzvünü ovxalayaraq əxlaqsız hərəkətlər etmişdir.. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilməyərək söyləmişdir ki, uzun müddət arvadı və iki oğlu ilə birlikdə Rusiya Federasiyasında yaşamışlar. Oğlu İlqar 25.12.2007-ci il tarixdə Bakı şəhər sakini Günayla nikaha daxil olmuş və onlar bir müddət Bakı şəhərində yaşadıqdan sonra Rusiya Federasiyasına köçüb orada yaşamışlar. Oğlu İlqarın üç qızı və bir oğlu olmuşdur. İlqarla Günay arasında olan münasibətlər pozulduğundan sonuncu, azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərinə, anasının evinə köçmüşdür. Artıq pensiya yaşına çatdığından arvadı ilə birlikdə Yevlax şəhərinə gələrək özlərinə məxsus evdə yaşamağa başlamışlar. Təxminən 2019-cu ilin mart ayında İlqar xahiş etmişdir ki, Günay uşaqları ilə birlikdə Yevlax şəhərinə gəlib onlarla yaşasın və onlar buna etiraz etməmişlər. Günay övladları ilə birlikdə onlara köçmüş və qız nəvələri oxumaq üçün Yevlax şəhər 7 saylı orta məktəbə düzəlmişlər. Bir müddət yaşadıqdan sonra Günay bildirmişdir ki, uşaqları ilə birlikdə Bakı şəhərində yaşayan anası evinə gedəcəkdir. Buna görə ona yol pulu verib yola salmışlar. 28.11.2019-cu il tarixdə ona məlum olmuşdur ki, Günay polis şöbəsinə ərizə təqdim edərək bildirmişdir ki, guya 02.11.2019-cu il tarixdə yaşadıqları evdə o, nəvəsi Lamiyəyə qarşı əxlaqsız hərəkət etmişdir. 02 noyabr 2019-cu il tarixdə nəvələri Lamiyə və Samirə onunla bir evdə olsalar da, Lamiyəyə qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Günay uşaqları ilə birlikdə onlara məxsus evdə yaşasa da, həmin günü belə bir hadisənin olduğunu onlara bildirməmişdir. Yalnız çıxıb anasının evinə getdikdən sonra belə bir ərizə vermişdir. Belə ki, Günay onun oğlu ilə münaqişədə olduğundan həm Lamiyə, həm Samirə onun tərəfindən öyrədilmişdir. Günay onlardan Bakı şəhərində ev alınmasını tələb etmiş, lakin buna maddi imkanları olmadığı üçün onun tələbini təmin etməmişlər. Buna görə Günay belə ərizə təqdim etmişdir ki, ona ev alınmasına nail olsun. Bu müddət ərzində Günayla normal münasibətlər yaratmağa cəhd etsə də, o, onun qarşısına yeni təlblər qoymuşdur. Ona qarşı irəli sürülmüş ittihamı qəbul etmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, anası Günay, bacıları Samirə, Xanım və qardaşı Samirlə birlikdə bir müddət Yevlax şəhərində babası Əlövsət və nənəsi Xanımla bir evdə yaşamışlar. Babası Əlövsət mütəmadi olaraq araq qəbul edib sərxoş olduğundan onunla münasibətləri pis olmuşdur. Belə ki, babası həmişə onlarla mübahisə edib demişdir ki, getsinlər atalarından araq almaq üçün pul alsınlar. Amma nənələri Xanımla münasibətləri yaxşı olmuşdur. 02.11.2019-cu il tarixdə, şənbə günü olduğuna görə dərsə getməmiş, evdə olmuşlar. Səhər saatlarında anası onu və bacılarını babası Əlövsətin yanında qoyaraq bazara getmişdir. Babası həmin gün də sərxoş olmuşdur. Həmin gün bacısı Samirə onun əlinə xına qoymağa başlamışdır. Babası Əlövsət çarpayının üstündə oturmuş və onlara demişdir ki, gəlin yanımda oturun görüm xınanı əlinizə necə yaxırsız. Onlar babasının yanına getmişlər. Bu zaman babası onu qıdıqlamışdır. Sonra babası demişdir ki, gedin həyətdə yaxın xınanı. Onlar da həyətə getmişlər. Bir müddət sonra babası onu çağıraraq külqabını ona gətirməsini istəmişdir. Bacısı Samirə getmək istəyəndə babası demişdir ki, yox, Lamiyə gətirsin kül qabını. Kül qabını götürüb babasına aparıb verəndə babası onun sol əlindən tutaraq özünə tərəf çəkib dodağından öpməyə başlamış, dodağını sovurmuşdur. Daha sonra isə əlini onun maykasının içinə salaraq öncə sinə hissəsinə sonra isə bel hissəsini sığal çəkmişdir. Bundan sonra əlini ön tərəfdən onun tumanının içinə salaraq cinsiyyət orqanına, daha sonra isə əlini tumanın arxa hissəsinə salaraq arxasını sığallamışdır. Bu zaman onun əlindən çıxaraq qaçmaq istəmişdir. Babası onun əlindən tutaraq saxlamış və onu hədələmişdi ki, əgər bunu anasına desə anasını öldürəcək, bacılarını və qardaşını isə yetimlər evinə verəcəkdir. Baş verənlərdən çox qorxmuş və bacısı Samirənin yanına qaçmışdır. Samirə onun əlini tutub xına çəkmək istəyərkən əlinin titrədiyini görüb niyə əsdiyini soruşmuşdur. Əvvəl ona bildirməmiş, daha sonra isə olanları tam danışmışdır. Bacısı ilə belə qərara gəlmişlər ki, analarına bu barədə deməsinlər. 08 noyabr 2019-cu il tarixdə anası bildirmişdir ki, şənbə və bazar günləri üçün Bakıya, nənəsi Gülbənizgilə gedəcəklər və həmin günü Bakıya getmişlər. Bakıda olan zaman bacısı ilə olan hadisəni ilk olaraq nənəsi Gülbənizə, daha sonra isə analarına danışmışlar. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, 25.12.2007-ci il tarixdə X1 ilə nikaha daxil olmuş, bu nikahdan Samirə, Lamiyə, Xanım və Samir adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra bir müddət Rusiya Federasiyasında yaşamışlar. Sonra ərinin xəyanəti nəticəsində münasibətləri pozulmuş və o, uşaqları ilə birlikdə ilk olaraq Bakıya, sonra isə qayınatası Əlövsət və qayınanası Xanımın Yevlax şəhərində olan evinə köçərək onlarla birlikdə yaşamağa başlamışdır. Uşaqlar da Yevlax şəhərində olan məktəbə getmişlər. Birlikdə yaşadıqları dövrdə qayınatası içki düşgünü olduğundan mütəmadi olaraq onlarla mübahisə edib dalaşmışdır. Bir dəfə böyük qızı Samirə ona demişdir ki, sən hamamda olanda babam hamamda olan kiçik pəncərədən sənə baxırdı. 08.11.2019-cu il tarixdə həftənin cümə günü olduğundan, uşaqları məktəbə getməyə qoymamış və qarşıdan tətil günləri gəldiyindən Bakı şəhərində yaşayan anası Gülbənizgilə getmək qərarına gəlmişdir. Həmin günü qayınanası Xanım ona yol pulu vermiş, o, uşaqları götürüb anası evinə getmişdir. 09.11.2019-cu il tarixdə qızları Samirə və Lamiyə anası Gülbənizə danışmışlar ki, 02.11.2019-cu il tarixdə həftənin şənbə günü olduğuna görə evdə olmuşlar. Səhər saatlarında, o, qızlarını qayınatası Əlövsətin yanında qoyub oğlu ilə bazara getdikdən sonra, Samirə Lamiyənin əlinə xına qoymağa başlamışdır. Babaları Əlövsət əvvəl onları yanına çağırıb Lamiyəni qucağına alaraq əlini onun qarın nahiyəsinə qoyaraq özünə tərəf çəkmiş, digər əli ilə kürəyini sığallamışdır. Sonra, uşaqları həyətə çıxarmışdır. Daha sonra isə Lamiyəyə müraciət edərək kül qabını ona gətirməsini istəmişdir. Onun əvəzinə Samirə kül qabını aparmaq istəsə də, Əlövsət təkidlə Lamiyənin kül qabını gətirməsini istəmişdir. Lamiyə evin mətbəxində olan kül qabını babasına aparmışdır. Kül qabını ona verdikdən sonra Əlövsət Lamiyəni özünə tərəf çəkmiş, sonra dodağını öpərək sümürmüş, sonra əlini birinci Lamiyənin sinəsinə, sonra kürəyini salaraq sığallamış, sonra əlini Lamiyənin alt paltarının içinə salaraq cinsiyyət üzvünü, daha sonra isə arxa keçəcəyini sığallamışdır. Lamiyə babasının əlindən çıxıb evin həyətinə çıxarkən babası onu hədələmişdir ki, bu barədə kiməsə desən ananı öldürəcəm. Lamiyə bu hadisə barədə Samirəyə desə də, qorxduqlarından ona bildirməmişlər. Yalnız Bakıya, onun anasıgilə gəldikdən sonra uşaqlar bu hadisə barədə öncə onun anası Gülbənizə, daha sonra isə ona bildirmişlər. Bundan sonra uşaqların atası İlqara zəng edərək dərhal Azərbaycana gəlməsini və bu məsələni yola qoymasını tələb etmişdir. İlqar bildirmişdir ki, Azərbaycana gələcək və bütün məsələləri yoluna qoyacaq, onlara Bakı şəhərində ayrca mənzil alacaqdır. Buna görə təxminən 20 gün gözləmişdir ki, İlqar gəlsin. İlqarın gəlməyəcəyini və onlara mənzil almayacağını anlayandan sonra Polis Şöbəsinə ərizə ilə müracət etmişdir. Təqsirləndirilən şəxs ciddi cəza təyin edilməsini xahiş etmişdir. Daha sonra Qanuni nümayəndə teleqramla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, qarşı tərəflə danışaraq öz şərtini bildirmişdir. Şərti budur ki, 11.12.2019-cu ildə məhkəmə qərarı ilə kəsilən övladlarının alimentini ödəsinlər və qarşı tərəf özü, atası, anası hər ay vaxtı vaxtında ödəyəcəklərinə söz versinlər. Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Oğlu İlqarın arvadı Qanuni nümayəndə ailə qurduqdan sonra bir müddət sonra onlarla münasibətləri pozulduğundan övladları ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Bir müddət sonra oğlu ona zəng edərək xahiş etmişdir ki, Günay övladları ilə gəlsin Yevlaxda onlarla birlikdə yaşasın. Bunu əri Əlövsətə bildirdikdə Əlövsət buna etiraz etmişdir, bildirmişdir ki, Günay onlarla heç Rusiyada da dolana bilməmiş, burada da dolanmayacaq. Buna baxmayaraq buna razılıq vermişdir. Günay uşaqları ilə onlara köçüb bir müddət yaşamışdır. Həmin vaxt çörək bişirmə sexində işlədiyindən ara sıra evdə olmamışdır. Lakin, uşaqlar heç vaxt tək Əlövsətlə qalmamışdır, həmişə anaları yanında olmuşdur. 08 noyabr 2019-c =u il tarixdə Günay Bakıya anasıgilə getmək istədiyini bildirmiş və o, Günaya pul verərək yola salmışdır. 28 noyabr 2019-cu il tarixdə İlqar ona zəng edərək bildirmişdir ki, Günay Əlövsətdən polisə şikayət edib. Guya ki, onlar Bakıya getməmişdən öncə belə bir hadisə baş verib. Əri içki düşgünü deyil, heç vaxt hər hansı əxlaqsız hərəkət etməmişdir. Günay onlardan ev alınmasını və ya 80,000 manat ödənilməsini tələb edib, buna maddi imkanları olmadığından ala bilməmişlər. Bu səbəbdən Günay həmin ərizə ilə polis orqanlarına müraciət etmişdir. Bu hadisədən sonra Əlövsət buna dözməyərək özünü Kür çayına atmaqla intihara cəhd edib, sadəcə orada olan şəxslər onu xilas ediblər. Şahid3 məhkəmə iclasında bildirmişdir ki, Yevlax RPŞ-nin polis sahə rəisi vəzifəsində işləyir. 29.11.2019-cu il tarixdə polis şöbəsində olarkən, onun xidmət etdiyi əraziyə aid olan Yevlax şəhəri, B.İmanov küçəsi, 99 saylı evdə yaşayan Qanuni nümayəndə müraciət edərək, qayınatası və qayınanası ilə birlikdə yaşadığı həmin evdən özünə və uşaqlarına məxsus əşyalarını götürmək istədiyini bildirmişdir. Rəhbərliyə məruzə etdikdən sonra həmin ünvana Qanuni nümayəndə ilə birlikdə getmişlər. Evin küçə qapısı bağlı olduğundan qonşuluqda yaşayan qaynanasının qardaşının həyətindən evin həyətinə keçərək uşaqlarının paltarını və bir neçə qabda turşu götürərək evdən çıxmışdır. Təqsirləndirilən şəxs bir sakin kimi tanıyır. Bu müddət ərzində onun hər hansı pis əməlinin şahidi olmamış, onun barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə-tibb ekspertizasının 29 noyabr 2019-cu il tarixli 255 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinəvə başqasının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətlər, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını qismən anlaya bilmişdir, o, baş vermiş hadisəni “pis iş” kimi xarakterizə edir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən adi, başvermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyacanlı psixiemosional halda olmuşdur. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-pisixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından aslı olaraq müqavimət göstərməyə cəhd edə bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlaməti yoxdur. Zərərçəkmiş şəxs pisixi inkişafını nəzərə alaraq, onun yaranmış şəraitin mahiyyətini dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. (səhv 73-75) Məhkəmə-tibb ekspertizasının 29 noyabr 2019-cu il tarixli 256 saylı rəyi ilə müəyyən edilmişdir ki, X2 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir. Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinəvə başqasının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətlər, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. X2 yaş xüsusiyyətləri və intelektualinkişafı nəzərə alınmaqla, bacısına qarşı edilən hərəkətlərin xarakter və mənasını qismən anlaya bilmişdir (həmin hərəkətləri “pis şey” kimi xarakterizə edir). X2 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. X2 pisixi inkişafını nəzərə alaraq, bacısı Zərərçəkmiş şəxs qarşı törədilmiş əməlin mahiyyətini tam dərk etmiş və həmin əməlin nəticələrini görə bilmişdir. X2 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. X2 özündən uydurmağa meyilli deyildir. (səhv 76-78) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs üzləşdirilməsi video yazısına baxış keçirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsə də, onun tərəfindən on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər edilməsi zərər çəkmiş şəxsin, onun qanuni nümayəndəsinin ifadələri ilə, habelə məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin ifadəsini, habelə onun yaranmış şəraitin mahiyyətini dərk etmək, davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətində olduğunu, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyilli olmadığını təsdiq edən ekspert rəyini şübhə altına alan hal müəyyən edilməmişdir. Lakin, məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli dügzün olaraq tövsif edilməmişdir. Belə ki, baba, yetkinlik yaşına çatmayan nəvəsinə münasibətdə tərbiyə etmək vəzifəsi daşıyan şəxs hesab edilə bilməz. Nəvənin baba ilə bir evdə qalması, sonuncunun qanun əsasında belə bir vəzifəsinin yaranmasına səbəb olmur. Bu, ailə və ya digər qanunvericiliklə nəzərdə tutulmamışdır. Ailə Məcəlləsi: Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Maddə 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 89 Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Ailə qanunvericiliyinin qeyd edilən normalarının mənasına görə, yalnız valideynlər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs hesab edilir, yetkinlik yaşına çatmayanlar valideynlərindən maddi yardım ala bilmədikdə yalnız buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malik olurlar. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət əməlini törətməsini, yaşlı, təqaüdçü olmasını, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmağa cəhd etməsini cəzasını yüngülləşdirən hallar kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 360 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 % dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Cəzasını iş yeri üzrə çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 360 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-3/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-3/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver