Məhkəmə qərarları › İş №1(039)-30/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-30/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-30/2020 26.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı X3 Möhübbət oğlunun Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Nizami prospekti, ev 223-də qeydiyyatda olan və yaşayan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində anasına məxsus Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində yaranmışmübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs bədəninə qəsdən zərbə vuraraq ona sol budun yuxarı 1/3-nin yan səthinin qançırı, sol gözaltı nahiyənin sıyrığı, sol gözətrafı nahiyənin dərialtı hematoması, sol gözün ağlı qişasına tünd qırmızı rəngdə yayılmış qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Xatirə ilə ailə həyatı qurduqdan sonra münasibətləri yaxşı olmasına baxmayaraq, son zamanlar münasibətləri pisləşmişdir. Buna səbəb həyat yoldaşının ona xəyanət etməsi olmuşdur. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20:30 radələrində evdə ərzaq olmadığına görə azyaşlı oğlunu mağazaya ərzaq almağa göndərmişdir. Bir neçə dəqiqə sonra özü də evdən çıxıb kəndin içərisinə doğru getmişdir. Təxminən yarım saat keçdikdən sonra evə qayıdanda qonşusu Şahid2 özünəməxsus avtomobilini küçədə saxlayıb həyat yoldaşı Xatirə ilə söhbət etdiyini görüb əsəbləşmişdir. Xatirənin onu aldadaraq ona xəyanət etdiyini düşünmüşdür. Buna görə Xatirəyə öz iradlarını bildirmiş və Xatirə onunla mübahisə etdiyinə görə onu sillə və yumruqla vurub, döyə-döyə evə aparmışdır. Həmin vaxt evdə olan qayınanası Şahid1 onları aralaşdırmağa çalışmışdır. Hazırda etdiyi əməldən səmimi olaraq peşmandır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2008-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Zaminlə birgə nikahlarından iki övladları olmuşdur. Zaminlə ailə həyatı qurduqdan sonra münasibətləri yaxşı olmuşdur. Lakin son zamanlar münasibətləri pisləşmişdir. Buna səbəb həyat yoldaşının onunla əsassız yerə münaqişə yaratması olmuşdur. Aralarında dəfələrlə münaqişə olduğu üçün Zaminlə boşanmaq qərarına gəlmişdir. Son vaxtlar Zaminin anasına məxsus Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən evində yaşamışlar. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20:30 radələrində həyat yoldaşı Zamin evə gələrək azyaşlı oğlunu mağazaya ərzaq almağa göndərmişdir. Zamin oğlunu mağazaya göndərdikdən bir neçə dəqiqə sonra özü də evdən çıxıb getmişdir. Təxminən yarım saat keçməsinə baxmayaraq Zamin və oğlunun evə gəlmədiyini görüb küçəyə çıxmışdır. Həmin vaxt küçəyə qonşusu Şahid2 avtomobil ilə gəldiyini görüb Əlini saxlatdırmış və Əlidən oğlunu görüb görmədiyini soruşmuşdur. Bu zaman Zaminin evə doğru gəlmiş və Əli ilə söhbət etdiyini görmüşdür. Zamin ona xəyanət etdiyini bəhanə edərək onunla münaqişə etməyə başlamışdır. Zamin onu yumruq və təpiklə vurub evə salmışdır. Zamin onun bud və gözaltı nahiyəsindən yumruqla vurub ona xəsarət yetirmişdir. Həmin vaxt evdə olan anası Şahid1 onları aralaşdırmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 55 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol budun yuxarı 1/3-nin yan səthinin qançırı, sol gözaltı nahiyənin sıyrığı, sol gözətrafı nahiyənin dərialtı hematoması, sol gözün ağlı qişasına tünd qırmızı rəngdə yayılmış qansızma küt alət təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs X2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar