Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-30/2021 25.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 saylı ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində su kanalının yaxınlığında bacısı oğlu Zərərçəkmiş şəxs əlində tutduğu Şahid1 məxsus odlu silah hesab edilməyən 4,5 kalibirli, “13 H 7815” nömrəli “Kral” markalı təlim-məşq təyinatlı pnevmatik tüfəngin qundağından tutub, kiməsə xəsarət yetirməməsi üçün sonuncudan tüfəngi almaq istəyərkən ehtiyatsızlıqdan barmağı tətiyə toxunmuş, sıxılmış havanın təzyiqindən tüfəngdə olan bir ədəd mərmi atılaraq Zərərçəkmiş şəxs qarın nahiyəsinə dəyməklə səhhətin uzun müddət pozulmasına səbəb olan, sağlamlığına ağır zərər vuran qarının ön divarının daxilə nüfuz edən deşilmiş yarası ilə nəticələnən bədən xəsarəti yetirərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsinin aşağı tərəfində qohumları Süleyman özünə məxsus pnevmatik tüfəngi Muradın yanına qoyub telefonla danışarkən Murad tüfəngi əlinə almış, o, Murada yaxınlaşaraq tüfəngi yerə qoymasını desə də, Murad silahı yerə qoymamışdır. O, tüfəngi qundağından tutub Muradın əlindən almaq istəyərkən əli təsadüfən tüfəngin tətiyinə dəymiş, tüfəngdə patron olduğundan atəş açılaraq Muradın qarın nahiyyəsindən dəyərək xəsarət yetirmişdir. O, Muradın xəsarət aldığını görüb onu qonşuları Kamranın maşını ilə Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Həkimlər Murada yardım etdikdən sonra Murad özünü yaxşı hiss etmişdir. Əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evin yaxınlığında yerləşən “Dəvəçi” adlanan qəbirstanlığın yaxınlığında qohumları Şahid1 ilə dayanmışlar. Süleymanın əlində özünə məxsus pnevmatik tüfəng olmuşdur. Süleymanın telefonuna zəng gəlmiş, və o tüfəngi onun yanında qoyaraq telefonla danışarkən o, tüfəngi əlinə götürmüş, bu vaxt dayısı Elçin oraya gəlmiş, ona tüfəngi yerə qoymasını desə də o, tüfəngi əlində oynatmağa başlamışdır. Dayısı Elçin ona yaxınlaşaraq tüfəngin qundağından tutub almaq istəyərkən təsadüfən əli tüfəngin tətiyinə dəymiş və tüfəngdə patron olduğundan atəş açılmış və qarnından xəsarət almışdır. Onu dayısı qonşuları Kamranın avtomaşınına qoyaraq Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Orada ona tibbi yardım göstərilmiş o, özünü yaxşı hiss etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurmuş ziyanı tam ödədiyini, onunla barışdığını və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 5 il qabaq yaşadığı evin yaxınlığından keçən su kanalından pnevmatik tüfəng tapmış və həmin tüfəngi evlərinə aparmışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində tüfəngi götürüb evlərinin yaxınlığında yerləşən “Dəvəçi” qəbirstanlığına gedərkən telefonuna zəng çalmış, o, tüfəngi həmin vaxt yanında olan Muradın yanında qoymuş və bir qədər aralı çəkilib telefonla danışarkən bu vaxt Murad tüfəngi götürmüş və həmin vaxt oraya gələn Muradın dayısı Elçin tüfəngi yerə qoymasını demişdir. Murad tüfəngi yerinə qoymadığına görə Elçin onun əlindən tüfəngi alıb yerə qoyarkən təsadüfən əli tətiyə dəyərək atəş açmış, güllə Muradın qarnına dəyərək xəsarət almışdır. Elçin Muradın xəsarət aldığını görüb onu qonşuları Kamrana məxsus avtomaşınla Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanadan Muradın xəsarət alması ilə bağlı polis şöbəsinə məlumat verildiyinə görə o, tüfəngi götürərək aparıb polis şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 Çərkəz oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində evdə olmuş, bu vaxt qonşuları Elçin onlara gəlmiş və bildirmişdir ki, bacısı oğlu Muradın əlində olan pnevmatik tüfəngi alarkən əli təsadülən tüfəngin tətiyinə dəyərək atəş açılmış və Murad xəsarət almışdır. O, özünə məxsus “VAZ-21074” markalı avtomaşınla Muradı Elçinlə birlikdə Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Orada həkimlər Murada yardım etmiş və Murad özünü yaxşı hiss etdiyinə görə bir neçə gündən sonra evə qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 756 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarət “qarının ön divarının daxilə nüfuz edən deşilmiş yarası” olmuşdur. Əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. (iş vər.36-37); məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli 17/636 saylı rəyindən müəyyən olunur ki, Şahid1 götürülmüş silah Türkiyədə zavod üsulu ilə istehsal edilmiş, 4,5 kalibirli, “13 H 7815” nömrəli “Kral” markalı mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tüfəngdir, odlu, qaz və soyuq silah hesab edilmir. Üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir, tüfəng texniki cəhətdən sazdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,60 manatdır.(iş vər.76-77); “qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzərəti vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 47); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (iş vər.55). Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30 (otuz) manat 60 (altmış) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-30/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-30/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver