Məhkəmə qərarları › İş №1(039)-30/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-30/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-30/2023 05.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, 01 avqust 2022-ci il tarixdə, saat təxminən 02 radələrində Yevlax rayonu Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus Aran qəsəbəsində yerləşən «Ucuzluq» kişi, qadın və uşaq geyimləri mağazasına tavanını sındırma yolu ilə qanunsuz daxil olub mağazadan 1 ədəd, 150 manat dəyərində işlənmiş vəziyyətdə olan «Hikvision-HiLook» DVR 4 cıxışlı 500 GB yaddaş kamera aparatını, hər birinin ayrıayrılıqda dəyəri 50 manat olan ümumilikdə 200 manat dəyərində cəmi 4 ədəd işlənmiş vəziyyətdə olan daxili çəkiliş üçün kameraları, hər birinin ayrı-ayrılıqda dəyəri 15 manat olan ümumilikdə 150 manat dəyərində olan cəmi 10 ədəd təzə qadın üçün yay donlarını, hər birinin ayrı-ayrılıqda dəyəri 10 manat olan ümumilikdə 60 manat dəyərində olan cəmi 6 ədəd təzə qadın üçün yay köynəklərini, hər birinin ayrı-ayrılıqda dəyəri 10 manat olan ümumilikdə 20 manat dəyərində cəmi 2 ədəd təzə qadın üçün yay koftalarını, hər birinin ayrı-ayrılıqda dəyəri 10 manat olan ümumilikdə 50 manat dəyərində olan cəmi 5 ədəd təzə uşaq üçün yay donlarını, 1 ədəd 15 manat dəyərində qadın üçün çantanı və hər birinin ayrı-ayrılıqda dəyəri 5 manat olan ümumilikdə 30 manat dəyərində cəmi 6 ədəd təzə fincan-nəlbəki dəstini və xəzinə kimi istifadə edilən siyirmədən 310 manat pulu oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs2 985 (doqquz yüz səksən beş) manat dəyərində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını açıq talamaq məqsədilə 19 sentyabr 2022-ci il tarixdə, saat təxminən 14 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən «Təbiyət» şadlıq sarayının qarşısında yolun əks tərəfindən dayanaraq qohumunu gözləyən, əvvəllər tanımadığı Yevlax rayonu Malbinəsi kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncuya məxsus olan 200 manat dəyərində Samsunq J-4 markalı mobil telefonu içərisində olan 10 manat dəyərində sim kartla birlikdə sonuncunun əlindən qəsdən alaraq açıq talayıb oradan qaçmaqla Zərərçəkmiş şəxs1 210 manat dəyərində ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, O, xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində təkcə Aran qəsəbəsində gəzərkən, işlədiyi ət mağazasının yanında olan Bəxtiyar adlı şəxsə məxsus ucuzluq mağazasında heç kimin olmadığını görüb, mağazanın damına çıxaraq, özü ilə götürdüyü alətlə şiferi çıxararaq, tavana vurulmuş örtüyü sındırıb mağazanın içərisinə daxil olmuş, oğurluq edərkən kameraya düşməməsi üçün mağazanın içərisində olan müşahidə kameralarını aparatı ilə birlikdə qırıb götürmüşdür. Bundan sonra mağazada asılqanlarda olan təzə qadın, uşaq paltarlarını, qadın çantasını, çaşqa, nəlbəki dəstini oradan götürdüyü sumkaya yığmış. Sonra mağazanın içərisində olan kassanın sürməsindəki 263 manat pulu götürərək mağazanın arxaya açılan qapısını açaraq çölə çıxmışdır. Kameranı aparatları ilə birlikdə yaxınlıqdan keçən kanala atmış, qalan paltarları və qabları evə apararaq paltarların bir hissəsini evin zirzəmisində, digər hissəsini isə yatdığı otaqda gizlətmişdir. Səhəri gün onun oğurluq etdiyini polis əməkdaşları bilmiş və onu saxlayaraq polis şöbəsinə aparmışlar. O, özü ilə götürdüyü paltarları və pulu polis şöbəsində təqdim etmiş və qalan paltarları, çantanı və qabları atası gizlətdiyi yerdən taparaq bir hissəsini Bəxtiyara qalan hissəsini isə polis şöbəsinə gətirib təqdim etmişdir. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək buraxılmışdır. O, yenidən öz işinə qayıdaraq işləməyə başlamış və Bəxtiyara vurduğu ziyanı ödəmişdir. Bundan sonra onun mobil telefonu sındığına görə xx.xx.2022-ci il tarixdə saat 14:00 rədələrində Yevlax şəhərinə getmiş, mağazalara baxsada telefon almağa pulu olmamışdır. Həmin vaxt Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Təbiyət şadlıq sarayının qarşı tərəfində parkda olarkən sonradan adının Şəhriyar olduğu oğlanın əlində telefonla danışdığını görüb onun yanına getmiş və söhbət zamanı Şəhriyarın Malbinəsi kəndindən olduğunu bilmiş onun telefonunu əlindən alıb talamaq qərarına gəlmişdir. Bu məqsədlə Şəhriyardan telefonu kiməsə zəng edib danışmaq adı ilə alaraq guya telefonla danışa-danışa H.Əliyev adına sarayın yanına gəlmiş, sonra telefonu talayıb qaçaraq oradan uzaqlaşmışdır. Şəhriyar isə onun arxası ilə qaçsada ona çata bilməyib geri qayıtmışdır. O, yol maşını ilə Aran qəsəbəsinə getmiş, telefonun nömrəsini çıxararaq öz nömrəsini telefona salıb işlətməyə başlamışdır. Həmin gün axşam vaxtları polis əməkdaşları onun Şəhriyarın əlindən telefonu aldığını bilmiş, onu Aran qəsəbəsində saxlayaraq polis şöbəsinə gətirmişlər. O, Şəhriyara məxsus telefonu təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Malbinəsi kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə qonşusu Xəqani ilə birlikdə Yevlax şəhərinə gəlmiş, o, işlərini yekunlaşdırdıqdan sonra Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Təbiyyət şadlıq sarayının qarşısındakı parka gedərək orada kəndə qayıtmaq üçün Xəqanini gözləmişdir. Saat 14:00 radələrində onun yanına sonradan tanıdığı İlqar adlı şəxs gəlmiş, onunla söhbət zamanı İlqar onu tanıdığını deyərək onun telefonu ilə danışmaq istədiyini ona demişdir. O, da telefonu İlqara vermiş, İlqar nömrə yığaraq telefonla danışa-danışa H.Əliyev sarayının yanına getmiş, o, da İlqarın arxası ilə gedərkən İlqar sarayın yanından qaçaraq getmiş, o, İlqarın arxası ilə qaçsada onu tuta bilməmişdir. Sonra o, polis şöbəsinə gedib şikayət etmiş və bir neçə saat sonra polis əməkdaşları İlqarı saxlayıb polis şöbəsinə gətirmiş və İlqar onun telefonunu polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində qadın, uşaq geyimləri mağazası var. Həmin mağazada paltardan başqa qab da satmaqla məşğuldur. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində mağazanı bağlayıb evə getmiş, səhəri gün yəni xx.xx.2022-ci il tarixdə mağazanın qapısın açıb mağazaya daxil olanda mağazanın tavanına vurulmuş örtüyün sındırıldığını, mağazadan 1000 manat dəyərində paltar, qab, çanta, 350 manat dəyərində mağazanın müşahidə kameralarının yadaş aparatı ilə birlikdə və kassadan isə 310 manat pulun oğurlandığını bilmişdir. O, mağazadakı əşyaların və pulun kimin tərəfindən oğurladığını axtarsada tapa bilməmiş, ona görə Yevlax RPŞ-nə şikayət etmişdir. Sonradan bilmişdir ki, mağazadan oğurluğu tanıdığı Haqverdinin oğlu İlqar etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şaxmalı oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, birlikdə Aran qəsəsində ət mağazası işlədirlər. Oğlu İlqar mağazada kəsilmiş heyvanın baş-ayağını təmizləməklə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam vaxtlarında mağazanı bağlayıb evə getmiş, İlqar ona qəsəbədə işi olduğunu deyərək bir qədər sonra evə gələcəyini demişdir. Gecəni yatmış, səhər yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında yuxudan durmuş, işə getmək üçün İlqarı oyatmışdır. İlqarın cibinə baxmış, onun cibində xeyli miqdarda pul olduğunu görmüş, pulu haradan aldığını soruşmuş, İlqar pulun özününün olduğunu bildirmişdir. O, işə getmiş mağazasının yanındakı Ucuzluq mağazasının sahibi Bəxtiyarın mağazasından oğurluq olmasını bilmişdir. Həmin oğurluğu oğlu İlqarın etməsindən şübhələnib evə qayıtmış, İlqarın yataq otağından təzə qadın geyimi, çanta, fincan, nəlbəki dəstini görüb Bəxtiyarın mağazasına gedərək mağazadan oğurluğu oğlu İlqarın etdiyini bildirərək həmin malları Bəxtiyara vermişdir. Bəxtiyarda həmin malların ona məxsus olduğunu demişdir. Sonra isə evin podvalına baxarkən İlqarın oğurladığı digər qadın paltarlarının orada olduğunu görmüş, o, həmin paltarları aparıb polis şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 baxışın keçirildiyi yer Yevlax şəhəri H.Əliyev prospektində yerləşən “Təbiyət” şadlıq sarayının qarşı tərəfdə yolun kənarında duran zaman İlqar kimi təqdim edən şəx ona məxsus Samsung J-4 markalı mobil telefonu əlidən alaraq qaçıb getdiyi yeri göstərmişdir (iş vər.04-07); “götürülmə və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd Samsung J-4 markalı telefonu təqdim edərək Şəhriyara məxsus olduğunu və bu gün onun əlindən alaraq qaçırdığını bildirmişdir. (iş vər.12-14); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:10-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.29); “cinayət təqibi üzrə icraatın birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi icraatında olan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.2.2-ci maddələrinə tövsif edilmiş və istintaqın davam etdirilməsi qərara alınmışdır.(iş vər.41); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.43); “hadisə yerinə baxış keçirilməsi və maddi sübutu götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs X3 məxsus mağaza baxışın keçirildiyi yer Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Ucuzluq” kişi, qadın və uşaq geyimləri mağazasının müşahidə kamerasının aparatını, kassadakı pulun və digər əşyaların oğurlandığı yeri göstərmişdir. (iş vər.46-55); “təqdim etmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokolundan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Aran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Ucuzluq” mağazasından oğurladığı pulu və geyim paltarlarını təqdim etmişdir. (iş vər.63-65); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:25-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.84); ifadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokolundan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Aran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus Ucuzluq mağazasının kassasından pulu, müşahidə kamerasını, paltar və qabları oğurladığı yeri göstərmişdir. (iş vər.88-95); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 107); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 180.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yernidən ittiham elan edilməsi qərara alınmışdır. (iş vər. 110-111); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək, ev dustaqlığında saxlanılma müddəti 19 dekabr 2022-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. (iş vər. 125-134); Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarından Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilməsinə və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsinə dair Yevlax Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Təqdimat qismən təmin edilərək Təqsirləndirilən şəxs barəsində 19 dekabr 2022-ci il tarixədək həbs qətimkаn tədbiri seçilmiş və onun məhkəmə iclas zalından həbs edilməsi qərara alınmışdır. (iş vər. 143-147); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər.151); "xxxx" MMC-nin ƏQ-237/2022 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X2 məxsus 1 ədəd «Hikvision-HiLook» DVR 4 cıxışlı 500 GB yaddaş kamera aparatı 150 manat, 4 ədəd işlənmiş vəziyyətdə olan daxili çəkiliş üçün kameraların hər birinin ayrı-ayrılıqda dəyəri 50 manat, 10 ədəd təzə qadın üçün yay donlarının hər birinin ayrı-ayrılıqda dəyəri 15 manat, 6 ədəd təzə qadın üçün yay köynəklərinin hər birinin ayrıayrılıqda dəyəri 10 manat, 2 ədəd təzə qadın üçün yay koftalarının hər birinin ayrıayrılıqda dəyəri 10 manat, 5 ədəd təzə uşaq üçün yay donların hər birinin ayrı-ayrılıqda dəyəri 10 manat, 1 ədəd qadın üçün çanta 15 manat və 6 ədəd təzə çaşqa-nəlbəki dəstinin hər birinin ayrı-ayrılıqda dəyəri 5 manat olmaqla ümumi dəyəri 675 manat təşkil etmiş, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd Samsunq J-4 markalı telefonun 200 manat olmaqla, xx.xx.2022-ci ilin reyal bazar dəyəri 875 manat təşkil edir. (iş vər. 153-161); “maddi sübut kimi tanımaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 məxsus 263 manat nəqd pul, 10 ədəd qadın donun, 6 ədəd qadın köynəyin, 2 ədəd qadın koftası, 5 ədəd uşaq donun, 1 ədəd qadın çantasının, 6 ədəd çaşqa-nəlvəki-dəsti və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd Samsunq J-4 markalı telefonun iş üçün əhəmiyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (iş vər.162); Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsləri ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Zərərçəkmiş şəxs2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan 263 manat nəqd pul, 10 ədəd qadın donun, 6 ədəd qadın köynəyin, 2 ədəd qadın koftası, 5 ədəd uşaq donun, 1 ədəd qadın çantasının, 6 ədəd çaşqa-nəlvəki-dəsti sahibi Zərərçəkmiş şəxs2 və 1 ədəd Samsunq J-4 markalı telefonun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 263 manat nəqd pul, 10 ədəd qadın donun, 6 ədəd qadın köynəyin, 2 ədəd qadın koftası, 5 ədəd uşaq donun, 1 ədəd qadın çantasının, 6 ədəd çaşqa-nəlvəki-dəsti sahibi Zərərçəkmiş şəxs2 və 1 ədəd Samsunq J-4 markalı telefonun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar