Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-30/2025 11.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Qənbər oğlunun iştirakları ilə, xx.xx.1978-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Yeni Xacalı kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri “Vaqonlar qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Qənbər oğlunun Azərbaycan Respublikası Cinayət 177.2.4cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qənbər oğlu 07 may 2024-cü il tarixdə saat 07 radələrində idarə etdiyi “VAZ 2107” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Qazax avtomobil yolunun Yevlax rayonu ərazisində olan 289.4-cü kilometrliyindən keçərkən xx.xx.1983-cü il təvəllüdlü X3 idarə etdiyi “Lexus” markalı ** MA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolun hərəkət istiqamətinin sağ hissəsində yerləşən torpaq əraziyə aşdığını, ora kənar şəxslərin toplaşdığını görüb avtomobili saxlayaraq piyada aşmış vəziyyətdə olan “Lexus” markalı avtomobilə doğru yaxınlaşmış, həmin vaxtı avtomobilin sahibinin həmin yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü anlayıb avtomobilin yaxınlığında torpaq örtük üzərində olan bir ədəd mobil telefon qutusunu görərək həmin qutunu açıb içərisinə baxarkən qutunun içərisində qızıl-zinət əşyalarının olduğunu görərək həmin qızıl-zinət əşyalarını gizli olaraq talamaq qərarına gəlmiş, həmin niyyətlə qutunun içərisində olan mərhum X4 məxsus 01 ədəd 26.58 (iyirmi altı tam yüzdə əlli səkkiz) qram çəkidə, 583/585 əyarlı, üzərində qaş-korund qrup qaşlara aid olan 2 (iki) ədəd açıq bənövşəyi rəngli qaşı və “583” damğası olan 2259 (iki min iki yüz əlli doqquz) manat dəyərində olan qızıl qolbağını, 01 ədəd 7.45 (yeddi tam yüzdə qırx beş) qram çəkidə, əsas hissəsi 900 (doqquz yüz) əyarlı, asılqan hissəsi isə 583/585 əyarlı, 960 (doqquz yüz altmış) manat dəyərində diametri 22.30 mm olan sarı rəngli, asılqanlı qızıl sikkəni və 01 ədəd 97.66 (doxsan yeddi tam yüzdə altmış altı) qram çəkidə, 900 (doqquz yüz) əyarlı, sarı rəngli, 12890 (on iki min səkkiz yüz doxsan) manat dəyərində qızıl boyunbağını qəsdən gizli olaraq talamaqla mərhum zərərçəkmiş şəxs X3 xeyli miqdarda cəmi 16110.00 (on altı min yüz on) manat məbləğndə əmlakını qəsdən qanunsuz olaraq gizli yolla ələ keçirməklə oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Qənbər oğlu ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 05 radələrində özünə məxus “VAZ 2107” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobillə Naftalan şəhərindən Yevlax şəhərinə gəlmək üçün yola çıxmışdır. X9 Ağsu zonasına işə getdiyindən Yevlax şəhərində avtovağzala düşürtdükdən sonra yenidən geri qayıdaraq Bakı-Qazax avtomobil yolu ilə Naftalan şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Naftalan şəhərində X9un evində usta işlədiyi üçün müvvəqqəti olaraq orada qaldığına görə Naftalana geri qayımaq məqsədi ilə həmin yolda hərəkətdə olarkən yolun Yevlax rayonunun ərazisi hesab olunan hissəsində yolun kənarında təcili tibbi yardım avtomobilinin olması, həmin yerə çoxlu sayda insanların toplaşmış olmasını və “Lexsus” markalı avtomobilin yolun kənarında aşmış vəziyyətdə olmasını görmüşdür. O da avtomobilini qəza baş vermiş ərazidən irəlidə saxlayıb avtomobildən düşərək piyada həmin yerə gəlmişdir. Həmin yerə gəldikdə görmüşdür ki, bir nəfər kişi meyidini xərəkdə təcili tibbi yardım avtomobilinə qoyurlar. Həmin vaxt avtomobilin 2-3 metr yaxınlığında mobil telefon qutusu olduğunu görmüş, əyilib yerdən həmin mobil telefon qutusunu götürüb içərisinə baxdıqda qutunun içərisində qızıl-zinət əşyaları olduğunu müəyyən etmişdir. Qeyd olunan vaxt orada olan adının və soy adının sonradan Şahid1 olduğunu bildiyi hərbçi də həmin qızıl-zinət əşyalarını görmüşdür. O, hərbçiyə qızıl-zinət əşyalarının ölən şəxsin ola biləcəyini dedikdən sonra avtomobili yanı üstə olduğu üçün orada olan tanımadığı bir neçə nəfər şəxslə birlikdə köməkləşərək avtomobili təkərləri üstə çevirmişdir. Bundan sonra hərbçiyə öz nömrəsini vermiş, qızıl-zinət əşyalarını özü ilə götürməsini, sonra birlikdə sahibinə verəcəklərini deyib oradan ayrılmış, idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşıb Naftalan şəhərinə getmişdir. Daha sonra yenidən qayıdaraq Yevlax şəhər Mərkəzi Xəstəxanasına gəlmişdir ki, ölən şəxsin qohumlarından kimisə tapsa qızıl-zinət əşyalarını ona versin. Lakin, xəstəxanada polis və prokurorluq əməkdaşlarının olduğunu görüb qızıl-zinət əşyalarını heç kimə vermədən Naftalan şəhərinə geri qayıtmışdır. Bundan sonra həmin gün saat təxminən 18 radələrində Naftalan şəhərində olan zaman Yevlax RPŞ-dən onun istifadəsində olan mobil telefona zəng gəlmiş, ondan qızıl-zinət əşyalarının onda olub-olmadığını soruşmuşlar. O da qızılzinət əşyalarının onda olduğunu bildirdikdən sonra onu Yevlax RPŞ-nə dəvət etmişər. O da qızıl-zinət əşyalarını özü ilə gətirərək Yevlax rayon Prokurorluğuna təhvil vermişdir. Həmin vaxt Prokurorluğa mobil telefon qabının içərisində olan qızılların hamısını, yəni bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl qolbağını və bir ədəd qızıl kulonu təhvil vermişdir. Həmin telefon qutusunun içərisində yuxarıda qeyd etdiklərindən başqa hər hansı bir başqa qızıl-zinət əşyası olmamışdır. Həmçinin həmin hadisə yerindən, həmçinin də avtomobildən hər hansı bir başqa əşya götürməmişdir. O, hərəkət istiqamətinin üzərində və yaxınlığında olan Yevlax, Goranboy və Naftalan polis şöbələrinə, həmçinin satasionar DYP bölmələrinə yaxınlaşaraq, həmçinin DİN-nin “102” xidmətinə məlumat verərək yolnəqliyyat hadisəsi baş vermiş yerdən qızıl-zinət əşyaları götürməyini ona görə deməmişdir ki, həmin qızıl-zinət əşyalarını ölən şəxsin qohumlarını taparaq onlara geri qaytarmaq fikri olmuşdur. O, Yevlax şəhər Mərkəzi Xəstəxanasına gələn zaman orada polis və prokurorluq əməkdaşlarını gördükdən sonra özündən asılı olmadan onda qorxu yarandığı üçün gətirmiş olduğu qızıl-zinət əşyalarını ölən şəxsin qohumlarına vermədən geri qayıtmışdır. Rayon prokurorluğunda aparılan istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Naftalan şəhərində yaşayan X9u Yevlax şəhər dairəsinə gətirmək üçün “Vaz 2107” markalı **-LE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə evdən çıxmışdır. Saat təxminən 06 radələrində Yevlax dairəsinə çatmış və Asif avtomobildən enmışdır. O da geriyə doğru dönmə əməliyyatı edərək Naftalan şəhərinə geri qayıtmaq üçün Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə hərəkət etməyə başlamışdır. Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 289.4 kilometrliyinə çatanda görmüşdür ki, sağ tərəfdə torpaq əraziyə çoxlu sayda insan toplaşıb və yolun kənarında 02 ədəd təcili tibbi yardım avtomobili dayanmışdır. İdarə etdiyi avtomobili yolun sağ tərəfində saxlayıb və avtomobildən enmişdir. Bir neçə metr irəllədikdən sonra görmüşdür ki, “Lexus” markalı **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı qara rəngli avtomobil torpaq ərazidə aşaraq arxası üstə dayanıb və çoxlu sayda insanlar onun ətrafına toplaşmışdır. Lakin, həmin şəxslərdən heç kimi tanımır. Avtomobilə yaxınlaşdıqda içərisindən 01 ədəd kişi meyitinin çıxarıldığını və təcili tibbi yardım avtomobilinə qoyularaq aparıldığını görmüşdür. Avtomobildən təxminən 2-3 metr uzaqlıqda 01 ədəd telefon qutusunu görmüş, həmin qutunu götürüb açdıqda içərisində 01 ədəd qızıl boyunbağının, 01 ədəd qızıl biləkliyin və 01 ədəd qızıl pulun olduğunu görüb həmin qızılları götürmüşdür. Qızıl-zinət əşyalarını götürən zaman orada adının və soyadının Şahid1 olduğunu bildirən hərbi uniformalı şəxs həmin qızıl-zinət əşyalarını onun götürməyini görmüşdür. Bundan sonra avtomobilinə əyləşərək Naftalan şəhərinə getmişdir. Saat təxminən 18 radələrində Yevlax RPŞ-dən zəng edərək polis şöbəsinə dəvət etmişlər. O da götürdüyü qızıl-zinət əşyalarını özü ilə apararaq polis şöbəsinə təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, onun himayəsində talsemiya xəstə uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Müşfiq oğlu məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs Qənbər oğlu ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənilmiş olduğu üçün ondan heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X5 doğma atasıdır. X7 2008-ci ildən vəfat etdiyi günədək prokurorluq orqanlarına işləmişdır. Sonuncu dəfə Bakı şəhər prokurorluğunun X2 şöbəsinin prokuroru vəzifəsində işləmişdir. X6 “Lexus” markalı **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili olmuşdur. Atası daim avtomobili sürətli şəkildə idarə etmişdir. Atası bəzən Gəncə şəhərində yerləşən valideynlərinin məzarını ziyarət etməyə getmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Gəncə şəhərinə valideynlərinin məzarını ziyarət etmək üçün gedən zaman Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 289.4 kilometrliyində Yevlax rayonu ərazisində idarə etdiyi “Lexus” markalı **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə nəticəsində atasını ölmüşdür. Atası vəfat etdikdən sonra onun işi Yevlax rayon prokururluğunda istintaq olunmuşdur. Sonradan atasının avtomobili və avtomobilində hadisədən əvvəl olmuş qızıl-zinət əşyalarını təhvil almaq üçün Yevlax rayon prokurorluğuna getmişdir. Orada avtomobili və bir ədəd üzüyü təhvil aldıqda məlum olmuşdur ki, atası yol-nəqliyyat hadisəsi törətdikdən dərhal sonra hadisə yerinə toplaşmış şəxslərdən olan Təqsirləndirilən şəxs atasının avtomobilinin çevrilməsində köməklik göstərəndən sonra avtomobilin salonundan kənara düşmüş mobil telefon qutusunun içərisində olan 01 (bir) ədəd 26.58 (iyirmi altı tam yüzdə əlli səkkiz) qram çəkidə, 583/585 əyarlı, üzərində qaş-korund qrup qaşlara aid olan 2 (iki) ədəd açıq bənövşəyi rəngli qaşı və “583” damğası olan qızıl qolbağını, 01 (bir) ədəd 7.45 (yeddi tam yüzdə qırx beş) qram çəkidə, əsas hissəsi 900 (doqquz yüz) əyarlı, asılqan hissəsi isə 583/585 əyarlı, diametri 22.30 mm olan sarı rəngli, asılqanlı qızıl sikkənı və 01 (bir) ədəd 97.66 (doxsan yeddi tam yüzdə altmış altı) qram çəkidə, 900 (doqquz yüz) əyarlı, sarı rəngli qızıl boyunbağını oğurlamışdır. Həmin faktın araşdırılması isə Yevlax rayon polis şöbəsinə həvalə edilmişdir. Polis şöbəsinə müraciət etdikdə isə həqiqətən də qeyd olunan faktla bağlı cinayət işi istintaq olunduğunu dəqiqiləşdirmişdir. Həmçinin oğurlanmış qızılların ekspertizada olmasını da bilmişdir. Baş vermiş oğurluq hadisəsi avtomobildən qızılı zinət əşyalarından başqa nə isə oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası MN-nin Goranboy rayonunda yerləşən N saylı hərbi hissəsində 1-ci tabor, MTT tağımının sürcüsü vəzifəsində xidmət edir, MAXE əsgər rüstbəsindədir. xx.xx.2024-cü il tarixdə xidmət etdiyi hərbi hissəyə gəlmək üçün saat 05:30 radələrində Kürdəmir rayonu Qarabucaq kəndində yerləşən yaşadığı evdən çıxıb kəndin dayanacağında “Mercedes” markalı təsadüfi yol avtomobilinə əyləşmişdir. Həmin avtomobili sürən şəxsi tanımır və avtomobilin nömrəsi yadında deyildir. Goranboy rayonuna gəlmək üçün həmin avtomobillə yola çıxmışdır. Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 289.4 kilometrliyinə çatanda sağ tərəfdə torpaq əraziyə çoxlu sayda insan toplaşmasını görmüşdür. Bu vaxt sürücü avtomobili yolun sağ tərəfində saxladıqda avtomobildən enmişlər. Bir neçə metr irəllədikdən sonra görmüşlər ki, “Lexus” markalı **- MA-*** dövlət qeydiyyat nömrə nişanlı qara rəngli avtomobil torpaq ərazidə aşaraq arxası üstə dayanıb və çoxlu sayda insanlar onun ətrafına toplaşmışlar. Həmin şəxslərdən heç kimi tanımır. Orada bilmişdir ki avtomobilin sürücüsü Müşviq Abdullayev qəza nəticəsində ölmüşdür. Belə ki, hadisə yerinə gələn tibb işçiləri onu xərəkdə təcili yardım avtomobilinə qoymuşlar. Həmin vaxt orada avtomobilin arxa oturacağı tərəfdən torpaq örtük üzərinə düşmüş 01 ədəd telefon qutusunun içərisində olan 01 ədəd boyunbağı, 01 ədəd bilərzik və 01 ədəd qızıl pul olmuşdur. Qeyd edilən vaxt ad və soyadının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs qızıl-zinət əşyalrını götürmüşdür. Bundan sonra Bəhruza qızıl-zinət əşyalarına toxunmamağı təvsiyyə edərək ona öz istifadəsində olan ***-***-**-** mobil nömrəsini vermiş, onun istifadəsində olan 050-374-8105 nömrəsini götürmüşdür ki, onun qızılları sahibinə qaytarıb-qaytarmamasını dəqiqiləşdirsin. Bundan sonra Bəhruz onunla bərabər aşmış avtomobili təkərləri üstə çevirməyə kömək edib oradan çıxıb getmişdir. Ondan bir qədər sonra isə oraya polis əməkdaşları gəlmişlər. Xatırlamadığı polis əməkdaşına qızıl-zinət əşyalarını gotürmüş Bəhruzun nömrəsini vermiş və oradan çıxıb hərbi hissəyə getmişdir. Daha sonra Yevlax rayon prokurorluğuna çağrılmışdır. Orada qızıl-zinət əşyalarına iştirakı ilə baxış keçirilmişdir. Daha sona müstəntiq onu baş vermiş hadisə ilə bağlı dindirmişdir. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonundan keçən 289.4 kilometrliyində mərhum X3 idarə etdiyi “Lexus” markalı **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı qara rəngli avtomobildən və onun ətrafına dağılmış əşyalaradan nəyisə götürən Təqsirləndirilən şəxs başqa bir şəxs görməmişdir. O isə hadisə yerinə gələn indi adını xatırlamadığı polis əməkdaşına Bəhruzun nömrəsini vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 07 may 2024-cü il tarixdə saat 15 radələrində Yevlax rayon polis şöbəsinin inzibati binasında yerləşən xidməti iş otağında olan zaman şöbə rəhbərliyindən həmin gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun 289.4-cü kilometrliyində baş-vermiş yolnəqliyyat hadisəsi nəticəsində Prokurorluq əməkdaşı Müşviq Abdullayevin ölməsi, həmin vaxt hadisə yerinə gəlmiş Mingəçevir şəhərində yaşayan Xocalı rayonudan məcburi köçkünü ad və soyadının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin avtomobilin yaxınlığındakı torpaq örtüyün üzərindəki mobil telefon qutusunun içərisindən mərhum Müşviq Abullayevə məxsus qızıl-zinət əşyalarını oğurlaması bildirilib Təqsirləndirilən şəxs Yevlax rayon prokurorluğuna təqdim olunmalı olması barədə göstəriş verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs indi xatırlamadığı mobil telefon nömrəsi də ona verilmişdir. Həmin mobil telefon nömrəsi ilə əlaqə saxladıqda nömrə sahibinin Təqsirləndirilən şəxs olmasına əmin olmuşdur. Ondan harada olması soruşulduqda o, hazırda Naftalan şəhərində olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təcili olaraq Yevlax rayon prokurorluğuna getməli olması bildirilikdə o, Naftalanda işlərini yekunlaşdırıb ən qısa zamanda gələcəyini demişdir. Lakin, həmin vaxt Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid3 ilə birlikdə rəhbərliyə məruzə etdikdən sonra xidməti avtomobilə əyləşərək Naftatan şəhərinə yola düşmüşdür. Naftalan şəhərinə çatdıqda isə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək harada olmasını soruşduqda o, olduğu yeri demişdir. Həmin gün onunla görüşüb Təqsirləndirilən şəxs hadisə yerindən oğurladığı qızıl-zinət əşyalarını da götürüb Yevlax rayon polis şöbəsinə getməli olmasını dedikdə, o, etiraz etməmiş, qızılzinət əşyalarını götürüb avtomobilə əyləşmişdir. Yolda onda nə üçün mərhum prokurorluq əməkdaşı Müşviq Abdullayevin avomobilindən yerə düşmüş qızıl-zinət əşyalarını oğurlamasını soruşduqda o, qızıl-zinət əşyalarını oğurlamaq fikrində olmadığını, sadəcə olaraq sahibinə qaytarmaq niyyəti ilə götürməsini demişdir. Həmin vaxt onunla çox sorğusual aparmamışlar. Onu əvvəlcə Yevlax rayon polis şöbəsinə gətirib bu barədə şöbə rəhbərliyinə məruzə etmişlər. Şöbə rəisinin adından Yevlax rayon prokurorluğuna məktub yazılaraq Təqsirləndirilən şəxs və 3 ədəd indi xatırlamadığı qızıl-zinət əşyalarını aparıb Yevlax rayon prokurorluğuna təqdim etmişlər. Orada olan zaman Bəhruz barədə məlumatları Yevlax rayon prokurorluğa müddətli hərbi xidmət qulluqçusu Şahid1 verməsi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu NPİ-nin Yevlax st.xətt polis şöbəsinin Cinayət axtarış prupu əməliyyat müvəkkili işləyən Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01-02); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.56); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə oan həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır (iş vər.56); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, saat 18:00-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.83-85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər. 92); Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir(iş vər. 107); Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində tanınmışdır(iş vər.110-111); Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4781-9/8190 №li rəyindən görünür ki, Qeyd olunan xüsusatlarla müvafiq aparılmış tədqiqat nəticəsində, Bakı şəhərində yerləşən zərgərlik məmulatlarının satışı mağazalarında (Mərkəzi Univermaq, Moskva Univermağı) mövcud olmuş qiymətlərdən istifadə edilməklə tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının 2024-cü ilin may ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd üzərində 2 ədəd açıq bənövşəyi rəngli qaşı (qaş-korund qrup qaşlara aiddir) və “583” damğası olan qolbaq (Qızıl, 583/585), 26.58 qram, qramı isə 85 manatdan olmaqla cəmi dəyəri 2259 manat, 1 ədəd 7.45 qram, sarı rəngli, asılqanlı, diametri 22.30 mm olan sikkə. (Sikkənin əsas hissəsi təx. 900 əyar, asılqan hisssi 583/585 əyarlı qızıldan hazırlanmışdır.) dəyəri 960 manat, bir ədəd 97.66 qram kütləli, sarı rəngli, təxminən 900 əyarlı qızıldan hazırlanmış boyunbağı (boyunbağı qırıq vəziyyətdədir) dəyəri 12890 manatdır. Beləliklə, tədqiqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların adı, damğası və.s) cədvəldə göstərilmişdir. Təqdim edilmiş zərgərlik məmulatlarının üzərində istehsal olunduğu ölkəyə aid hər hansı bir işarə olmadığından istehsal yeri müəyyən olunmadı. Tədqiqata təqdim edilmiş 03 (üç) adda qızıl-zinət əşyalarının 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə təxminən 16110.00 (on altı min yüz on) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manatdır (iş vər.140-144); Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, zərərşəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təqidim edilmiş qızıl-zinət əşyaları mərhum X7ə məxsus olmasını bildirmişdir (iş vər.151-152); Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsində görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınmış mərhum atası X4 məxsus qızıl-zinət əşyalarını məhkəməyədək saxlanılması üçün ona təhvil verilmişdir (iş vər.153); Əşyanın maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, 01 ədəd 26.58 (iyirmi altı tam yüzdə əlli səkkiz) qram çəkidə, 583/585 əyarlı, üzərində qaş-korund qrup qaşlara aid olan 2 (iki) ədəd açıq bənövşəyi rəngli qaşı və “583” damğası olan qızıl qolbağı, 01 ədəd 7.45 (yeddi tam yüzdə qırx beş) qram çəkidə, əsas hissəsi 900 (doqquz yüz) əyarlı, asılqan hissəsi isə 583/585 əyarlı, diametri 22.30 mm olan sarı rəngli, asılqanlı qızıl sikkə və 01 ədəd 97.66 (doxsan yeddi tam yüzdə altmış altı) qram çəkidə, 900 (doqquz yüz) əyarlı, sarı rəngli qızıl boyunbağı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsi nəzərə alınaraq məhkəməyədək saxlanıması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (iş vər.154-155); Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, mərhum atası X4 məxsus olan 01 ədəd qızıl qolbağı, 01 ədəd asılqanlı qızıl sikkə və 01 ədəd qızıl boyunbağını məhkəməyədək saxlanılması üçün onun tərəfindən təhvil almışdır (iş vər.156); Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkəmə verilmiş, əməlində peşman olmasını özünü təqsirli bilir. Himayəsində talsemiya xəstəsi olan övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi teleqramdan görünür ki, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur ona dəymiş ziyan ödənilmiş və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli telefonoqramdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin icraatında olan cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə saat 14:40-da məhkəmə iclas katibinin istifadəsində olan ***- ***-**-** nömrəli telefon ilə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng olunaraq Təqsirləndirilən şəxs şikayətçi olub olmaması ilə bağlı məlumat alınmış və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs hər hansısa bir şikayət və tələbinin olmadığını və bu barədə məhkəməyə teleqram göndərdiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini (CM-59.1.12), ilk dəfə olaraq az ağır cinayət törədilməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd 26.58 (iyirmi altı tam yüzdə əlli səkkiz) qram çəkidə, 583/585 əyarlı, üzərində qaş-korund qrup qaşlara aid olan 2 (iki) ədəd açıq bənövşəyi rəngli qaşı və “583” damğası olan qızıl qolbağı, 01 ədəd 7.45 (yeddi tam yüzdə qırx beş) qram çəkidə, əsas hissəsi 900 (doqquz yüz) əyarlı, asılqan hissəsi isə 583/585 əyarlı, diametri 22.30 mm olan sarı rəngli, asılqanlı qızıl sikkə və 01 ədəd 97.66 (doxsan yeddi tam yüzdə altmış altı) qram çəkidə, 900 (doqquz yüz) əyarlı, sarı rəngli qızıl boyunbağı zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınmalı, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Mingəçevir şəhər icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Mingəçevir şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 01 ədəd 26.58 (iyirmi altı tam yüzdə əlli səkkiz) qram çəkidə, 583/585 əyarlı, üzərində qaş-korund qrup qaşlara aid olan 2 (iki) ədəd açıq bənövşəyi rəngli qaşı və “583” damğası olan qızıl qolbağı, 01 ədəd 7.45 (yeddi tam yüzdə qırx beş) qram çəkidə, əsas hissəsi 900 (doqquz yüz) əyarlı, asılqan hissəsi isə 583/585 əyarlı, diametri 22.30 mm olan sarı rəngli, asılqanlı qızıl sikkə və 01 ədəd 97.66 (doxsan yeddi tam yüzdə altmış altı) qram çəkidə, 900 (doqquz yüz) əyarlı, sarı rəngli qızıl boyunbağı zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-30/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-30/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver