Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-31/2020 13.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Gülövşə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 16:30 radələrində Yevlax rayonunun Gülövşə kəndi tərəfdə, Xaldan-Mingəçevir avtomagistralının 2-ci kilometrliyində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında “VAZ-21214” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomaşınını etibarnamə olmadan Xaldan kəndi istiqamətində idarə edərkən, əks hərəkət zolağına daxil olub ötmə əməliyyatını yerinə yetirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə ehtiyatsızlıqdan riayət etməyərək pozmuş, yəni qarşı sol hərəkət hissəsində ötməni təhlükəsiz başa çatdıra bilməsi üçün kifayət edəcək boş məsafə olmadığı halda, ötmə əməliyyatını aparaq, nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmış və bu zaman həmin zolaqda Xaldan kəndi istiqamətində “Saft” markalı velosipeddə hərəkətdə olan yetkinlik yaşına çatmayan, 14 yaşlı velosipedçi Zərərçəkmiş şəxs2 vuraraq ona az ağır dərəcəli “qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, posttravmatik kontuziya (subdural hematoma, qansızmalar), sol topuq oynağının çıxığı, sol qamış və incik sümüklərinin, sol Vİİİ, İX, X, Xİ qabırğaların sınığı, üz nahiyəsinin və ətrafların çoxsaylı sıyrıqları” bədən xəsarətləri yetirilməsinə, Zərərçəkmiş şəxs2 məxsus “Saft” markalı velosipedə 25 manat məbləğində maddi ziyan vurulmasına, “Stels” markalı velosipeddə hərəkətdə olan yetkinlik yaşına çatmaya 13 yaşlı Şahid1 vuraraq ona heç bir bədən xəsarəti yetirməsə də, idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Stels” markalı velosipedə 25 manat məbləğində maddi ziyan vurulmasına, “VAZ-21214” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomaşının sahibi Zərərçəkmiş şəxs1 isə 450 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur.Beləliklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etsəydi toqquşmanın qarşısını almağa texniki imkanı olmuş, sürücü Təqsirləndirilən şəxs Qanunun həmin tələblərinə ehtiyatsızlıqdan riayət etməyərək pozması zərərçəkmiş Zərərçəkmiş şəxs2 sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 məxsus “Saft” və “Stels” markalı velosipedlərə 50 manat məbləğində, “VAZ-21214” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomaşının sahibi Zərərçəkmiş şəxs1 isə 450 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Fərdi işlərlə məşğul olub xərclərini ödəyir. 2019-cu il noyabrın 26-da saat 16:30 radələrində mərhum atası Aqil Məmmədovun yas mərasiminə hazırlıq görmək məqsədi ilə Xaldan qəsəbəsinə getmək üçün əmisi Zərərçəkmiş şəxs1 açarları aldıqdan sonra əmisinin icazəsi ilə bacanağı Şahid2la birlikdə ona məxsus “VAZ-21214” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək avtomaşını idarə edib yaşadığı Yevlax rayonunun Gülövşə kəndindən Mingəçevir-Xaldan avtomobil yoluna çıxmış, həmin yolun sağ hərəkət zolağı ilə Xaldan qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkət etməyə başlamışdır. Qeyd edilən vaxt onunla eyni zolaqda təxminən 6-7 metr qarşıda qara rəngli “Ford Tranzit” markalı avtomaşın da hərəkətdə olarkən qəflətən həmin avtomaşın sol hərəkət zolağına çıxaraq yenidən öz hərəkət zolağına qayıtmışdır. O, əks zolağa daxil olub ötmə əməliyyatı aparan zaman 15 metr məsafədən 2 nəfər velosipedçinin yolun sol hərəkət zolağı ilə Xaldan qəsəbəsi istiqamətində hərəkət etməsini görmüşdür. Ötmə əməliyyatını yerinə yetirərkən velospedçilərin gözlənilmədən geri qayıdararaq onun avtomaşınının üzərinə gəlməsini görüb əyləcə bassa da, hadisənin qarşısını ala bilməmiş, velosipedçilərdən Zərərçəkmiş şəxs2 vurmuşdur. Sonra isə idarə etdiyi avtomaşını yolun solundakı dərəyə aşmışdır. Avtomaşından düşərək velosipedçi Zərərçəkmiş şəxs2 qucağına alıb yolda saxladığı, tanımadığı taksiyə əyləşərək sonuncunu tibbi yardım alması üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırmışdır. Orada velosipedçiyə tibbi yardım göstərilərkən gözləməyib dərhal hadisə yerinə qayıtmış, polis əməkdaşları ilə bərabər hadisə yerində baxış keçirilməsində iştirak etmiş, daha sonra avtomaşınına baxış keçirilmişdir. Orada tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Ehtiyatsızıldıqdan törətdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunanlarla yanaşı, cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən hadisələrin təsadüfü axarı zəminində baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, “ABD” kateqoriyalı sürücülük vəsiqəsi və özünə məxsus “VAZ-21214” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobili 2016-cı ilin yanvar ayında satın alıb adına sənədləşdirmişdir. Qardaşı oğlu Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi olduğundan avtomaşınını idarə etməsi üçün ona da vermişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 16:00 radələrində qardaşı, həmçinin Təqsirləndirilən şəxs atası Aqil Məmmədovun yas mərasimi üçün ərzaq alması məqsədi ilə həmin avtomaşını Təqsirləndirilən şəxs vermişdir. Həmin gün saat 16:40 radələrində Təqsirləndirilən şəxs bacanağı Şahid2la birlikdə Xaldan kəndindəki ərzaq mağazalarından ərzaq almağa gedərkən Xaldan-Mingəçevir avtomobil yolunun 2-ci kilometrliyində avtomaşını ilə qonşuluqda yerləşən Əkşəm kəndində yaşayan azyaşlı velosipedçi Zərərçəkmiş şəxs2 vurmuşdur. Həmin hadisə zamanı velosipedçi Zərərçəkmiş şəxs2 xəsarət alaraq Mingəçevir şəhər mərkəzi xəstəxanasına müraciət etmişdir. Həmçinin avtomaşınına və Zərərçəkmiş şəxs2 velosipedinə ziyan dəymişdir. Avtomaşına və velosipedlərə ümumilikdə 500 manat məbləğində ziyan vurulmuşdur. Həmin ziyanla bağlı qardaşı oğlu Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Hadisənin bilavasitə şahidi olmadığından xırdalıqlarından məlumatlı deyildir. Olanları Təqsirləndirilən şəxs eşidib öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, hazırda Yevlax rayonunun Əkşəm kənd orta məktəbinin 8-ci sinfində təhsil alır. 6 ay əvvəl atası Qanuni nümayəndə1 ona 2 ədəd velosiped almışdır. Onlardan biri “Saft”, digəri isə “Stels” markalı olmuşdur. Velosipedlərin hər ikisini sürsə də, “Saft” markalı velosiped daha çox xoşuna gəldiyindən “Stels” markalı velosipedi satmaq fikrinə düşmüşdür. Uzaq qohumu Şahid1 həmin velosipedi almaq istəmişdir. Lakin, velosipedi almamışdan əvvəl sürüb yoxlamaq fikrində olmasını dediyindən 2019-cu il noyabrın 26-da saat 16:30 radələrində ikisi də velosipedlərə oturub yaşadığı Yevlax rayonunun Əkşəm kəndindən çıxıb Xaldan kəndi istiqamətində hərəkətə başlamışlar. Yolun sol hissəsi ilə hərəkətdə olarkən Yevlax rayonunun Gülövşə kəndinin bərabərliyində qəflətən sonradan adını və soyadını bildiyi Gülövşə kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21214” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla əks zolağa çıxıb hər ikisini vurmaqla velosipedlərlə birlikdə dərəyə salmış, özünun avtomaşını isə kolluğa dəyərək dayanmışdır. Hadisə baş verən vaxt huşunu itirmiş, aradan 5 gün keçmiş isə Mingəçevir şəhər mərkəzi xəstəxanasında ayılmışdır. Sol ayaq və baş nahiyəsindən xəsarət aldığından orada bir müddət müalicəsini davam etdirib evə buraxılmışdır. Yolnəqliyyət hadisəsi zamanı ona məxsus “Saft” və “Stels” markalı velosipedlərə cəmi 50 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Təhməz oğlu ifadəsində göstərdi ki, 2019-cu il noyabrın 26-da saat 16:30 radələrində bacanağı Təqsirləndirilən şəxsla birlikdə sonucunun mərhum atası Aqil Məmmədovun yas mərasiminə hazırlıq görmək üçün Xaldan qəsəbəsinə getmək məqsədi ilə əmisi Zərərçəkmiş şəxs1 icazəsi ilə sonuncuya məxsus “VAZ-21214” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmişlər. Təqsirləndirilən şəxs avtomaşını idarə edərək yaşadığı kənddən Mingəçevir-Xaldan avtomobil yoluna çıxmış, yolun sağ hərəkət zolağı ilə Xaldan qəsəbəsi istiqamətində 60- 70 km/saat sürətlə hərəkətə başlamışdır. Həmin vaxt eyni zolaqda təxminən 6-7 metr qarşıda qara rəngli “Ford Tranzit” markalı avtomaşın da hərəkətdə olmuşdur. Qəflətən həmin avtomaşın sol hərəkət zolağına çıxaraq yenidən öz hərəkət zolağına qayıtmışdır. Qeyd olunan vaxt yolun sol hərəkət zolağı ilə 2 nəfər velosipedçinin 15 metr məsafədə Xaldan qəsəbəsi istiqamətində hərəkət etməsini görmüşlər. Təqsirləndirilən şəxs avtomaşını hərəkət etdirərək əks zolaqda ötmə əməliyyatı yerinə yetirdikdə velosipedçilər qəflətən yoldan geri qayıdaraq avtomaşının üzərinə gəlməsini görüb əyləcə bassa da, hadisənin qarşısını ala bilməmiş, həmin velosipedçilərdən birini yəni Zərərçəkmiş şəxs2 vurmuşdur. Sonra isə avtomaşın yolun solundakı dərəyə aşmışdır. Təqsirləndirilən şəxsla birlikdə avtomaşından düşərək yolda taksi saxladaraq velosipedçi Zərərçəkmiş şəxs2 Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırmışlar. Orada Zərərçəkmiş şəxs2 tibbi yardım göstərilərkən Təqsirləndirilən şəxs dərhal hadisə yerinə qayıdaraq polis əməkdaşları ilə bərabər hadisə yerində baxış keçirilməsində iştirak etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində heç bir bədən xəsarəti almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 929 №li rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, posttravmatik kontuziya (subdural hematoma, qansızmalar), sol topuq oynağının çıxığı, sol qamış və incik sümüklərinin, sol Vİİİ, İX, X, Xİ qabırğaların sınığı, üz nahiyəsinin və ətrafların çoxsaylı sıyrıqları xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər küt alət (alətlərin) təsirindən əmələ gəlmişdir. xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri istisna edilmir. Həmin xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (iş vər.34-35); Məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 203 saylı rəyindən görünür ki, VAZ-21214 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100(bir yüz) manatdır.(iş vər.48-49); Azavtovaz Texniki Xidmət Yevlax 1 saylı “Xəzər-Lada” Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 13 saylı rəyindən görünür ki, “VAZ-21214” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yol-nəqliyyat hadisəsi nəticəsində 450 (dörd yüz əlli) manat məbləğində, “Saft” və “Stels” markalı velosipedlərə isə cəmi 50 manat məbləğində ziyan dəymişdir. (iş vər.62); Azərbaycan Respublikası DİN Baş Dövlət X5 xx.xx.2019-cu il tarixdə verilmiş BC seriyalı, AF 403087 nömrəli sürücülük vəsiqəsinin təsdiq olunmuş 0surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə xx xxxxx 2029-cü ildək qüvvədədir. (iş vər.16); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 77); “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21214” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili və Zərərçəkmiş şəxs2 məxsus “Saft və Stels” markalı velosipedlər iş üzrə maddi sübut hesab edilərək cərimə meydançasında saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər.92-97); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 33); Zərərçəkmiş şəxs1, digər Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəməyə ünvanladıqları ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən zərərçəkmiş şəxslərin məhkəməyə ünvanlamış ərizələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut “VAZ-21214” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, “Saft və Stels” markalı velosipedlər sahiblərinə qaytarılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, (CPM-198.1.), müdafiəçiyə ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut Yevlax RPŞ-nin cərimə meydançasında saxlanılan “VAZ-21214” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1, “Saft və Stels” markalı velosipedlər Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olubolmamasına qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun ibtidai istintaqda göstərdiyi 15 (on beş) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmədov Fərhad Möhübbət oğluna, 60 (altmış) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərardan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-31/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-31/2020
13.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver