Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-31/2021 09.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Ağdam rayonu, Başqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağdam musiqi kollecində müəllim işləyən, məhkum olunmamış, Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyada olan, Yevlax şəhəri, Təmir tikinti idarəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 maddəsi ilə, xx xxxxxx 1959-cu il tarixdə Ağdam rayonu, Şurabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatda olmaqla Yevlax şəhəri, 3 saylı İTQİ-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək X2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə sonuncunun övladı Şahid1 Ağdam rayonunun Quzanlı kəndində yerləşən musiqi kollecinə tələbə kimi düzəltmək adı ilə vəd verib aldatmaqla xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Yevlax şəhəri, su meliorasiya idarəsinin həyətində yerləşən Tamara Nuriyevanın yaşadığı fərdi yaşayış evində sonuncunun 4,100 manat pulunu alıb ələ keçirərək qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək X2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə sonuncunun övladı Şahid1 Ağdam rayonunun Quzanlı kəndində yerləşən musiqi kollecinə tələbə kimi düzəltmək adı ilə vəd verib aldatmaqla xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Yevlax şəhəri, su meliorasiya idarəsinin həyətində yerləşən Tamara Nuriyevanın yaşadığı fərdi yaşayış evində sonuncunun 4,100 manat pulunu alıb ələ keçirərək qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək söyləmişdir ki, Yevlax şəhərində yerləşən Ağdam musiqi kollecində müəllim işləyir. 2020-ci ilin iyun ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2la Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən çayxanada oturub çay içirkən əvvəllər tanıdığı və yaxşı münasibətlərdə olduğu X1 Nəzərov onların yanlarına gələrək salamlaşmış və söhbət etməyə başlamışdır. Söhbət əsnasında Ramil bildirmişdir ki, musiqi təhsilini davam etdirmək istəyir. Vidadi Ramilə təklif etmişdir ki, onu Ağdamda yerləşən Muğan musiqi kollecinə təhsil almaq üçün düzəltsin. Vidadi ona bildirmişdir ki, bunun müqabilində 4,000 manat verməli olacaq. Ramil söyləmişdir ki, evdə məsləhət edib ona məlumat verəcək. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 15:00-da Ramil onun mobil telefonuna zəng edərək görüşmək istədiyini bildirmişdir. Vidadi ilə birlikdə Ramilin yaşadığı evə getmişdir. Onların evində Ramilin anası Tamara Vidadiyə 500 manat pul vermiş və xahiş etmişdir ki, oğlu Ramili Ağdamda yerləşən musiqi kollecinə təhsil almaq üçün düzəltsin. Qalan 3,500 manat pulu isə bir neçə günə düzəldib verəcəyini vəd etmişdir. Həmin vaxt orada Ramil, Tamara, Tamaranın anası Gülarə və bacısı Bəyaz olmuşdur. Təxminən 10 gün sonra iyun ayının ortalarında, saat təxminən 11:00-da yenədə Ramil və Vidadi ilə görüşüb Ramilgilə getmişlər. Onların evində Tamara Vidadiyə qalan 3,500 manatı vermişdir. Həmin vaxt orada Ramil, Tamara, Tamaranın bacısı Bəyaz və anası Gülarə də olmuşdur. 4,000 manat pulu Vidadi almış, həmin puldan ona heç bir şey çatmamışdır. Lakin pulu artıq Tamaraya ödəmişlər. Əməlindən peşmandır, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək söyləmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır. Təxminən 2020-ci ilin iyun ayının əvvəllərində, Təqsirləndirilən şəxs1la Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən çayxanada oturub çay içərkən Elnurun tanışı olan Şahid1 onlara yaxınlaşaraq onlarla oturmuş və shbət əsnasında bildirmişdir ki, musiqi təhsilini davam etdirmək istəyir. Ramilə bildirmişdir ki, çalışıb onu Ağdam musiqi kollecinə düzəldəcək, lakin buna görə 4,000 manat pul verməlidir. Ramil evdə ailə üzvləri ilə məsləhət edib məlumat verəcəyini bildirmişdir. Təxminən xx xxxx 2020-ci il tarixdə Elnur ona zəng edərək Ramilgilə getməli olduqlarını bildirmişdir. Elnurla Ramilgilə getmişlər və orada Ramilin anası Tamara, nənəsi Gülarə və xalası Bəyazla söhbət etmiş və onlar Ramilin Ağdam musiqi kollecinə düzəlməyi üçün 4,000 verməyə razı olmuşlar. Bu məqsədlə Tamara ona 500 manat pul vermişdir. İki gün sonra, saat təxminən 12:00-da yenə Elnurla Ramilin yaşadığı evə gedərək daha 3,500 manat pulu Tamaradan almışdır. Bundan başqa Tamara həmin vaxt 100 manat yol pulu da ona vermişdir. Pulu aldıqdan sonra Ramili Ağdam musiqi kollecinə düzəltmək üçün çalışmış, lakin qəbul imtahanlarının vaxtı keçdiyindən bu məsələ alınmamışdır. Aldığı puldan Elnura pul verməmişdir. Pulu da xərclədiyindən Tamaraya qaytara bilməmişdir. Bundan sonra Tamara ondan pulunu tələb etməyə başlamışdır. Artıq 4,100 manat pulu Tamaraya ödəmişlər. Əməlindən peşmandır, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Tamara Nuriyeva bildirmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, onların ailəsi ilə yaxşı münasibətləri olmuşdur. xx xxxx 2020-ci il tarixdə oğlu Ramil ona bildirmişdir ki, Elnurun Vidadi adlı tanışı var və həmin Vidadi ona söz vermişdir ki, onu təhsil almaq üçün Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Muğan musiqi kollecinə düzəldəcəkdir. Lakin, bunun müqabilində ona 4,000 manat pul vermək lazımdır. Buna etiraz etməmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 16:00-da Elnur, tanışı Vidadi ilə birlikdə onların yaşadıqları evə gəlmişlər. Vidadi onları əmin etmişdir ki, Ramili Muğan musiqi kollecinə tələbə kimi düzəldəcək. Elnur bildirmişdir ki, oraya düzəlməyin qiyməti 6,000 manatdır, lakin Vidadi onun xətrinə bu işi 4,000 manata düzəldəcək. Elnuru çoxdan tanıdığından və ona etibar etdiyindən həmin gün Vidadiyə 500 manat pul vermişdir. Bu pul onun şəhid qardaşının sığorta pulu idi. Bundan iki gün sonra isə Elnurla Vidadi bir daha onlara gəlmiş və qalan 3,500 manat pulu Vidadiyə vermişdir. Vidadi yol pulu da istəmiş və daha 100 manat da əlavə olaraq ona vermişdir. Lakin, sonradan dəfələrlə Vidadi və Elnurla əlaqə saxlasalar da onlar verdikləri vədə əməl etməmiş və Ramili kollecə düzəldə bilməmişlər. Bundan sonra onlardan pulunu tələb etməyə başlamışdır. Artıq ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onlar barədə qərar qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 bir qonşu kimi uzun müddətdir tanıyır. 2020-ci ilin iyun ayının əvvəllərində söhbət əsanasında Elnur ona musiqi təhsilini davam etdirməyi məsləhət görmüş və bildirmişdir ki, Vidadi adlı tanışı var, istədiyi halda onu Ağdam rayonunda yerləşən musiqi kollecinə düzəldə bilər. Bunun qiymətinin 6,000 manat olduğunu, ancaq tanışlığa görə Vidadinin 4,000 manata düzəldə biləcəyini demişdir. Bunu evdə anası və nənəsi ilə məsələhət etmiş və razılıqlarını almışdır. xx xxxx 2020-ci il tarixdə onun xahişi ilə Elnur və Vidadi Yevlax şəhərində görüşüb onların yaşadıqları evə gəlmişlər. X3rla söhbət etdikdən sonra birinci dəfə Vidadiyə 500 manat, iki gündən sonra isə daha 3,500 manat və 100 manat yol pulu vermişdir. Həmin gün evdən Elnur və Vidadi ilə çıxdıqdan sonra Vidadinin onlardan götürdüyü puldan Elnura da verdiyinin şahidi olmuşdur. Sonradan dəfələrlə Elnur və Vidadi ilə əlaqə saxlasa da, onlar müxtəlif bəhanələr gətirmiş və onu musiqi kollecinə düzəltməmişlər. Şahid3 zərər çəkmiş şəxs Tamara Nuriyevanın və şahid Ramir Nəzərovun ifadələrinə oxşar məzmunlu ifadə vermişdir.. Zərər çəkmiş şəxs X4 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilib. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 maddəsi ilə, yəni qabaqcadan əlbir olaraq, etibardan sui-istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmədə təqsirli olmaları özlərinin etirafı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmiş və bu səbəbdən onların hər birinə ayrı-ayrılıqda müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, vurulmuş zərəri ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir əməlində cəzasını ağırlaşdıran halların olmamasının nəzərə alır və ona istinad edilən maddələrin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, yaşayış yerindən müsbət xarakterizə olunmasını, vurulmuş zərəri ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir əməlində cəzasını ağırlaşdıran halların olmamasının nəzərə alır və ona istinad edilən maddələrin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İstintaq dövrü üçün 132 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna, 120 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2, məhkəmə dövrü üçün 108 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi2 və 90 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 4,000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaların İcrası Məcəlləsinin 23-cü maddəsinə əsasən ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindikdən sonra bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 4,000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaların İcrası Məcəlləsinin 23-cü maddəsinə əsasən ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindikdən sonra bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün dövlət büdcəsindən 132 manat tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna və 120 manat tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2, məhkəmə dövrü üçün 108 manat tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi2 və 90 manat tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-31/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-31/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver