Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-31/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə 01 avqust 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 20 dekabr 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, G.Əliyev küçəsi, ev 6da qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır dərəcəli zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə saat təxminən 13 radələrində avtomobili idarə etmə hüququ və etibarnamə olmadan idarə etdiyi qardaşı Şahid2 məxsus QAZ-3102 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri, Nizami prospekti ilə Yevlax rayonu, Yuxarı Qarxun kəndi istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni avtomobili sürücülük hüququ olmadan idarə etməklə hərəkətə başlama, yerdəyişmə, dönmə, ötmə və dayanma zamanı manevri təhlükəsiz etməli, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı halda bunlara əməl etməyib hərəkət yolunun sol tərəfində olan ikinci dərəcəli yol birləşməsinə dönmək üçün idarə etdiyi avtomobili yolun sol hərəkət hissəsinə yönəltmiş, həmin vaxt avtomobilin qabaq sol tərəfi arxadan onunla eyni istiqamətdə hərəkətdə olmaqla ötmə əməliyyatı aparan Yevlax şəhəri, Aeraport qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi özünə məxsus VAZ-21723 markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfinə dəymiş, zərbənin təsirindən VAZ-21723 markalı avtomobil yolun sol kənarına çıxaraq aşmış, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs sağlamlığına sol əlin İ barmağının travmatik amputasiyası, tikilmiş yaraları xəsarətləri ilə müşayət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə, ona məxsus VAZ-21723 markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 8500 (səkkiz min beş yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Sedan tipli, 1998-ci il istehsalı olan, qara rəngli QAZ 3102 MİNİK markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Şahid2 məxsusdur və avtomobil qardaşının adınadır. Həmin avtomobilə dair adına etibarnamə olmamış, sürücülük vəsiqəsinin vaxtı bitmiş, lakin bunu bilməmişdir. Qardaşı Dünyamin avtomobili satmaq istədiyindən bir neçə ay avtomobili idarə etməmiş və həmin avtomobili digər qardaşı Elşad Nəzərovun qapısında saxlamışdır. 26.04.2021-ci il tarixdə saat təxminən 13 radələrində qardaşı Şahid2 onun istifadəsində olan mobil nömrəyə zəng edərək ona məxsus olan QAZ 3102 markalı avtomobilə baxmaq üçün adamların gələcəklərini deyərək həmin avtomobili digər qardaşı Elşadgildən götürüb sürərək onlara gətirməyini xahiş etmişdir. O, 26.04.2021-ci il tarixdə saat təxminən 13:40 radələrində qardaşı Elşadgilə gedərək avtomobili işə salıb idarə etməklə Yevlax şəhəri, G.Əliyev küçəsindən Yevlax rayonu, Yuxarı Qarxun kənd istiqamətində yerləşən “köhnə körpü” istiqamətinə təxminən 50-60 km/saat sürətlə hərəkət etməyə başlamışdır. Qardaşı Dünyaminin yaşadığı küçəyə çatmağa təxminən 20-25 metr məsafə qalmış sola dönmə xəbərdarlıq işıqlarını yandırıb avtomobili sola istiqamətləndirmiş, qarşı əks istiqamətdən gələn avtomobilə yol verərək həmin avtomobil keçdikdən sonra sola dönmüşdür. Bu zaman VAZ-21723 markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağında onun idarə etdiyi avtomobilin qabaq sol tərəfindən vurmuşdur. İdarə etdiyi avtomobil zərbənin təsirindən sağ tərəfə yönəlmiş və avtomobili saxlamışdır. VAZ-21723 markalı avtomobil isə zərbənin təsirindən yolun sol tərəfində yerləşən kafenin içərisinə daxil olaraq aşmışdır. Yol-nəqliyyat hadisəsindən sonra avtomobildən düşmüş, daha sonra VAZ-21723 markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin avtomobildən düşmüşlər. Sürücü xəstəxanaya getmiş, sərnişin isə hadisə yerində qalmışdır. 12 il əvvəl qarın nahiyəsindən cərrahi əməliyyat olunmuş, yol-nəqliyyat hadisəsi baş verən zaman sükanın aşağı hissəsi onun qarın nahiyəsinə yəni, əməliyyat olunduğu yerə dəymiş və qarnında güclü ağrılar yaranmışdır. Hadisə baş verən an həyəcanlı olduğuna görə həmin ağrıya əhəmiyyət verməmiş, bu səbəbdən ilkin izahat verən zaman heç bir bədən xəsarətləri almadığını qeyd etmişdir. Lakin sonradan qarnında cərrahiyyə olunduğu yerdə şişkinlik yaranmışdır. Həmin yerdə ağrılar artmağa başlamış, halı pisləşmiş, səhhətində problemlər yaranmış və zəifləməyə başlamışdır. Bu səbədən 29 iyun 2021-ci il tarixdə Yevlax RMX-na müraciət etmişdir. Orada yenidən əməliyyat olunmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin və yük olmamışdır. Törətdiyi əməldən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, onunla barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2013-cü il istehsalı olan ağ rəngli VAZ 21723 MİNİK markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına olmasına baxmayaraq “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etbarnamə” ilə ona məxsusdur. Avtomobili AE 202631 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 26.04.2021-ci il tarixdə saat 13 radələrində anası Şahid1 ilə birlikdə VAZ 21723 markalı avtomobil ilə Yevlax şəhəri, Nizami prospektindən Yevlax rayonu, Yuxarı Qarxun kənd istiqamətinə hərəkət etmişdir. Anası Şahid1 avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Avtomobili ilə Yevlax şəhəri, Nizami prospekti ilə Yevlax rayonu, Yuxarı Qarxun kənd istiqamətində təxminən 70-80 km/saat sürətlə hərəkət etdirmişdir. Hərəkətdə olan zaman qarşısında onunla eyni istiqamətdə təxminən 60 km/saat sürətlə hərəkət edən QAZ 3102 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görüb idarə etdiyi avtomobili həmin avtomobili ötüb keçmək üçün yolun sol tərəfinə, yəni əks istiqamətli hərəkət zolağına istiqamətləndirmişdir. QAZ 3102 markalı avtomobili ötüb keçməyə az qalmış həmin avtomobil sola dönmə xəbərdarlıq işıqları yandırmadan sol tərəfə istiqamətlənmişdir. QAZ 3102 markalı avtomobilin sürücüsünün yenidən avtomobili sağa istiqamətləndirəcəyini düşünmüşdür. Buna səbəb sürücünün sol tərəfdə olan ikinci dərəcəli yola dönmək üçün avtomobilin sola dönmə xəbərdarlıq işıqlarını yandırmaması olmuşdur. QAZ 3102 markalı avtomobili ötüb keçən zaman yolun sol tərəfində yerləşən ikinci dərəcəli yola yaxınlaşmağa az qalmış həmin avtomobilin sürücüsü sola dönmə xəbərdarlıq işıqlarını yandırmadan və ona digər üsullarla heç bir işarə vermədən avtomobili solda yerləşən döngəyə döndərmiş və onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfindən vurmuşdur. Zərbənin təsirindən idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun sol tərəfində yerləşən kafe istiqamətinə hərəkət edərək kafenin həyətinə daxil olduqdan sonra aşmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əlindən ciddi xəsarət almış, anası Şahid1 isə xəsarət almamışdır. Bir müddət sonra X6 avtomobili gələrək onu Yevlax rayon Mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada vəziyyəti ağır olduğu üçün onu Bakı şəhərində yerləşən Travmatologiya İnstitutuna göndərmişlər. İdarə etdiyi avtomobil QAZ 3102 markalı avtomobilə çatmağa təxminən 50 metr qalmış həmin avtomobil sola istiqamətləndiyi üçün hadisənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görə bilməmişdir. Hazırda təqsirlənndirilən şəxslə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs oğlu məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus sedan tipli, 1998-ci il istehsalı olan, qara rəngli QAZ 3102 MİNİK markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobili var. 2021-ci ilin aprel ayının əvvəllərində özünə məxsus QAZ 3102 markalı avtomobili satmaq qərarına gəlmişdir. Bu səbəbdən həmin avtomobili idarə etməyərək qardaşı Elşad Nəzərovun qapısında saxlamışdır. 26.04.2021ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq şəxsi işi ilə bağlı Şəmkir şəhərinə getmişdir. Bir müddət sonra hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan nömrəyə zəng gəlmiş və zəng edən şəxs ona məxsus olan QAZ 3102 markalı avtomobili almaq istədiyini bildirmişdir. Yevlax şəhərində olmadığı üçün həmin gün saat təxminən 13 radələrində qardaşı Xalisə zəng edərək ondan özünə məxsus QAZ 3102 markalı avtomobili digər qardaşı Elşadın evinin qarşısından öz evinin qarşısına aparmasını xahiş etmişdir. Xalisə avtomobilə baxmaq üçün adamların gələcəyini və avtomobili həmin adamlara göstərməsini demişdir. Təxminən 15-20 dəqiqə sonra qardaşı Xalis ona zəng edərək QAZ 3102 markalı avtomobili “Priora” markalı avtomobilin vurduğunu demişdir. Hadisənin necə baş verdiyini qardaşından soruşanda QAZ 3102 markalı avtomobillə hərəkətdə olaraq yaşadığı küçəyə dönmək istəyəndə arxadan gələrək onu ötmək istəyən ağ rəngli “Priora” markalı avtomobilin onu vurduğunu demişdir. Qardaşından xəsarət alıbalmadığını soruşanda özünün xəsarət almadığını, lakin “Priora” markalı avtomobilin sürücüsünün xəsarət aldığına görə xəstəxanaya aparıldığını demişdir. Bu barədə biləndən sonra Şəmkir şəhərindən çıxaraq Yevlax şəhərinə gəlməyə başlamışdır. Şəhərə həmin gün saat təxminən 15 radələrində çatmış və həmin vaxt qardaşı Xalis artıq Yevlax RPŞ-nə gətirilmişdir. Qardaşı Xalis 12 il əvvəl qarın nahiyəsindən cərrahi əməliyyat olunmuş və yol-nəqliyyat hadisəsi baş verən zaman sükanın aşağı hissəsi qardaşının qarın nahiyəsinə dəydiyi üçün onun güclü ağrıları başlamışdır. Bu səbədən qardaşı Xalis 29 iyun 2021-ci il tarixdə Yevlax RMX-na müraciət etmiş, orada yenidən əməliyyat olunmuşdur. Qardaşı Xalisin sürücülük vəsiqəsi olmuşdur. Lakin hadisə baş verəndən sonra Xalisin sürücülük vəsiqəsinin etibarlılıq müddətinin keçdiyini bilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli 8/1053 nömrəli rəyindən görünür ki, QAZ-3102 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. VAZ 21723 markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olnuşdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 26 iyun 2021-cu il tarixli 334 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sol əlin İ barmağının travmatik amputasiyası, tikilmiş yaraları xəsarətləri küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 26.04.2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir. Qeyd olunan xəsarət törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 iyul 2021-ci il tarixli 430 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs postravmatik qiqant venrtal yırtıq olmuşdur. Bu xəsarət küt alətin təsirindən əmələ həlmişdir. 26.06.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Təqsirləndirilən şəxs məxsus olan ABN 605544 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 29.12.2010-cu il tarixdə etibarlılıq müddəti 29.12.2020-ci il tarixədək olan sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Baş dövlət Yol Polis İdarəsi Yevlax RQİ və TBŞ tərəfindən verilmiş 07.12.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ABN 605544 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti 29.12.2020-ci il tarixdə bitdiyindən, 26.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi qüvvədə olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Baş dövlət Yol Polis İdarəsi Yevlax RQİ və TBŞ tərəfindən verilmiş 03.12.2021-ci il tarixli məktubdan görünür ki, Qaz-3102 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən 17.12.2020-ci il tarixdən Yevlax rayonu, Neftkəməri ünvanında yaşayan Şahid2 adındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 26.04.2021-ci il tarixli, 111 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs avtomobil idarə edən zaman sərxoş olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Avtovaz Texniki Xidmət Yevlax 1 saylı “Xəzər-Lada” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 30.07.2021-ci il tarixli rəydən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində VAZ-21723 markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Zərərçəkmiş şəxs 8500 (səkkiz min beş yüz) manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Yevlax şəhər İHB-nın 8 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutları araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayəti əməilini törətməsi, təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini CM-nin 59.1.13-cü maddəsinnə, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir. İş üzrə maddi sübut olan VAZ-21723 markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs, QAZ-3102 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid2 qəbz əsasında təhvil verilməsi nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. İş üzrə maddi sübut olan VAZ-21723 markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs, QAZ-3102 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid2 qəbz əsasında təhvil verilməsi nəzərə alınsın. Hökmün icrasına nəzarət Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-31/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-31/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver