Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-31/2023 25.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi və qəyyumluq himayəçilik komissiyasının üzvü Qanuni nümayəndə Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, evli, orta təhsilli, Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, Yevlax şəhəri, Ş.Qurbanov küçəsi, mənzil 86-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşamış, barəsində Azərbaycan Respublikası CM-in 125 və 299.2-ci maddələri ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda AzərbaycanRespublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125 və 299.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməsi ilə bağlı barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Yevlax RPŞ-nin istintaq bölməsində istintaq olunmuş cinayət işinə Yevlax rayon məhkəməsində baxılarkən Şahid3 ilə aralarında qeyri-rəsmi ər-arvad münasibətlərinin olmasından istifadə edərək, xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesi zamanı Şahid3 oğlu Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə döyülməsi ilə bağlı onun əleyhinə ifadə verəcəyi təqdirdə əl-ayağını bağlayıb yaşadığı evin zirzəmisinə ataraq sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlməklə Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı zərərçəkmiş şəxs qismində yalan ifadə verməyə məcbur etmişdir. Bundan başqa o, xx.xx.2007-ci il təvəllüdlü olan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs mütəmadi olaraq onun ünvanına nalayiq söyüşlər söyüb ləyaqətini alçaldaraq anasının əxlaqsız hərəkətlərinə görə özünü Kür çayından ataraq öldürməli olması və məhkəmə prosesində onu yalan ifadə verməyə məcbur etməsi ilə bağlı qəsdən hədə-qorxu gəlib sonuncunu özünü öldürməyə cəhd həddinə çatdırmış, nəticədə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Yevlax-Bərdə yolunun üzərində quraşdırılmış körpünün üzərinə çıxaraq oradan intihar etməyə cəhd etmiş, lakin həmin vaxt Zərərçəkmiş şəxs nənəsi Şahid1 və hadisə yerinə gəlmiş digər şəxslər onun intihara cəhdinin qarşısını almaqla onun həyatını xilas etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 125 və 299.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs anası Şahid3 ilə təxminən 6-7 il bundan əvvəl tanış olmuş, təxminən 6-7 il Cəmilə ilə ər-arvad kimi Cəmilənin evində yaşamağa başlamışdır. Cəmilə ilə Yevlax rayonunda yaşadığı müddətdə Cəmilə heç bir yerdə işləməmiş, o, Cəmilə və Rövşəni maddi cəhətdən dolandırmışdır. Rövşənin intihar etmək istəməsinə səbəb olmamış, Zərərçəkmiş şəxs döyməmişdir. Şahid3 ilə münasibətdə olan dövr ərzində Zərərçəkmiş şəxs heç bir psixi və fiziki təsir göstərməmişdir. Rövşənə əlini-ayağını bağlayıb padvala atacağı ilə bağlı heç bir ifadə işlətməmişdir. xx.xx.2022-ci il tarixdə Bərdə rayonuna gedən yolun sol kənarında yerləşən avtoyuma məntəqəsində olarkən Əskinaz ona zəng vuraraq Cəmilənin ağlayaraq onu Yevlax-Bərdə yolunun üstündə yerləşən körpüyə çağırdığını demişdir. O, Cəmilənin dediyi yerə çatdıqda Rövşənin körpünün üzərində körpünün dəmirlərindən tutaraq dayandığını görmüşdür. Həmin vaxr Əskinaz ondan körpünün üzərinə qalxıb Rövşəni oradan götürməsini xahiş etmiş, o da Əskinazın xahişini nəzərə alaraq körpünün üzərinə qalxmış və Rövşəni şirin dilə tutub onu körpünün dəmirlərindən arxaya tərəf öz üzərinə çəkmiş və nənəsi Əskinaza təhvil vermişdir. Daha sonra Rövşən Əkinazla bilrkidə oranı tərk etmişlər. O da idarə etdiyi avtomobili işə salıb oradan uzaqlaşmışdır. Həmin vaxt Cəmilə də orada olmuşdur. Cəmilə öz anası Əskinaz ilə birlikdə öz evlərinə anasının idarə etdiyi avtomobillə getmişdir. Məhkəmədən, CM-nin 125 və 299.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini, yaşayış yeri üzrə qismən müsbət xarakterizə olunmasını və himayəsində 1 azyaşlı övladının olmasını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 125 və 299.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünü təsdiqini tapmışdır. 10 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi və qəyyumluq himayəçilik komissiyasının üzvü Qanuni nümayəndə iştrakı ilə ifadəsində göstərmişdir ki, anası Şahid3 ilə birlikdə yaşayır. Təxminən 5-6 il bundan əvvəl anası Cəmilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və Zaurla onun anası Cəmilə ər-arvad kimi onun yaşadığı ünvanda yaşamağa başlamışlar. Onlar ailə kimi yaşamışlar. X11 tanış olduqdan bu vaxta kimi heç bir yerdə işləməmişdir. Ailəni Zaur dolandırmışdır. Zaur həmişə evin işləri ilə məşğul olub, ailə başçısı kimi evə baxmışdır. X5 maddi asılılığı olmuşdur. Zaur 5-6 il ərzində onu mütəmadi olaraq incitmiş, həmişə onunla pis rəftar edərək təhqir edib döymüşdür. Sonuncu dəfə 2022-ci ilin yanvar ayında anası Cəmilə ilə Zaurun arasında olan münasibətlər pozulduğuna görə Zaur Yevlax şəhərində yerləşən idman məktəbinin qarşısına gəlib onu söyə-söyə çölə çağırmış, o da yanında olan dayısı oğlu Uğurla birlikdə qapının ağzına çıxmış, o, dərhal nənəsi Şahid1 zəng edib bu məsələni danışmışdır. Həmin vaxt Zaur onun əlindən mobil telefonunu alıb yerə vurmuş, sonra onu təpiklə vurmuşdur. Zaur onu vurduqdan sonra o, yerə yıxılmış, yerdə olarkən Zaur təxminən 3-4 dəfə onu təpiklə vurmuşdur. Bir müddət sonra Zaur onun nənəsi Əskinazın gəldiyini görüb oradan qaçmışdır. O, nənəsi Əskinazla birlikdə döyülməyi ilə bağlı Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Yevlax rayon polis şöbəsində Zaurun onu döyərək xəsarət verməsi faktı ilə bağlı cinayət işi başlanmışdır. Həmin cinayət işi məhkəməyə göndərilmişdir. İstintaq zamanı da Zaur bir dəfə onun təhsil aldığı məktəbə gelib onu təhqir edib şikayəti geri götürməyini tələb etmişdir. Lakin o, nənəsi Əskinazla birlikdə şikayəti geri götürməmişdir. Zaur ondan məhkəmədə, guya özünün yıxılmasını və onu döymədiyini deməsini tələb etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Zaur məhkəmədə ona yaxınlaşmış və məhkəmə prosesində barışmasını, habelə guya xx.xx.2022-ci il tarixdə idman məktəbinin qarşısında özünün yıxılıb xəsarət almasını və ona xəsarət yetirmədiyini deməyə məcbur etmişdir. Həmin gün Zaur ona fiziki və psixi təzyiq göstərmiş və ona “mənim məhkəmədə işim yoxdur, mən məhkəmədən qurtardım, işimi məhkəmədə həll eləmişəm” demişdir. Həmin vaxt Zaur ona əlavə olaraq məhkəmədə dediklərini demədiyi təqdirdə onun əlini-ayağını bağlayıb zirzəmiyə atacağını bildirmişdir. Həmin gün o, çox qorxmuş və məcbur qalıb məhkəmə prosesində yalan ifadə verərək Zaur dediklərini məhkəmədə demişdir. O, evə gəldikdən sonra baş verənləri nənəsi Əskinaza demişdir. xx.xx.2022-ci il tarixdə təkrarən məhkəmə prosesində anası Cəmilə və nənəsi Əskinazla birlikdə məhkəmə prosesində iştirak edərkən hakim ondan niyə Zaurla barışdığını soruşduqda, o, məhkəmə zalında “Zaur gəlib üzr istədi, bu səbəbdən də, Zauru bağışladım”- deyə bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə məhkəmə prosesi zamanı işə baxan hakim ona əvvəlki prosesdə başqa ifadə, hazırda isə başqa ifadə verdiyini, buna görə düzgün danışmağını tələb etmiş, bu zaman prosesdə iştirak edən prokuror ayağa qalxaraq hakimə ona təsir göstərməməsini tələb etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesində iştirak edən prokuror Zaura inanmadığını, gözünün qarşısında Zaurun ona nalayiq ifadələr işlədərək onun oturduğu stula təpiklə vurmasını gördüyünü hakimə bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Zaur onun yaşadığı ünvana gəlmiş və ona “sənə söydüyüm söyüşləri heç kim qəbul etməz və sənin yerinə başqası olsaydı gedib özünü körpüdən atıb öldürərdi” demişdir. Həmin gün səhər 11 radələrində artıq Zaurun onu mütəmadi olaraq ona psixi və fiziki təsir göstərməsinə, habelə söyüşlər söyüb onu alçaltmasına dözməyib özünü intihar etmək qərarına gəlmiş və öz velosipedinə əyləşib Yevlax-Bərdə yolunun üzrərində quraşdırılmış körpünün yanına getmiş və körpünün üzərinə qalxmışdır. Bir müddətdən sonra nənəsi Əskinaz, anası Cəmilə və qonşusu Xatirə körpünün yanına gəlmişlər. O, özünü körpüdən atmaq istəyərkən nənəsi Əskinaz dərhal körpüyə qalxmış və onu körpünün dəmirlərindən arxaya çəkmişdir. Sonradan Zaur da körpünün yanına gəlmişdir. Zaur həmin vaxt körpünün aşağısında dayanıb baş verənləri izləmişdir. Sonra nənəsi onu götürüb evə aparmışdır. Zaur onun anası Şahid3 da onu söyüb təhqir etsin deyə təzyiq göstərmişdir. Qanuni nümayəndəsinin iştrakı ilə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. 10 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Cəmilə təxminən 5-6 il bundan əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Zaur Cəmilə ilə ər-arvad kimi Cəmilənin evində yaşamışdır. Zaur 5-6 il ərzində nəvəsi Zərərçəkmiş şəxs səbəbsiz mütəmadi olaraq incitmiş, Rövşənlə pis rəftar edərək, təhqir edib döymüşdür. Sonuncu dəfə 2022-ci ilin yanvar ayında qızı Cəmilə ilə Zaurun arasında olan münasibət pozulduğuna görə Zaur Yevlax şəhərində yerləşən idman məktəbinin qarşısına gedib orada Rövşəni ağır söyüşlərlə təhqir edib döymüşdür. Həmin vaxt Rövşən ona zəng edib köməyə çağırmış və o, idman məktəbinin qarşısına getdikdə Rövşənin döyülmüş vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, Rövşənin döyülməsi ilə bağlı Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində Zaurun Rövşəni döyərək xəsatər verməsi faktı ilə bağlı cinayət işi açılmışdır. İstintaq zamanı Zaur bir dəfə Rövşənin təhsil aldığı məktəbə gedib Rövşəni təhqir etmiş və Rövşəndən şikayəti geri götürməsini tələb etmişdir. Lakin o, Rövşənlə birlikdə şikayəti geri götürməmişlər. Bir müddətdən sonra onlar rayon məhkəməsinə dəvət olunmuşlar. Məhkəmədə işə baxılan müddətdə Zaur mütəmadi olaraq müxtəlif vaxtlarda onların yaşadığı ünvana gəlib nəvəsi Rövşəni təhqir edərək Rövşənə hədə-qorxu gəlmişdir. Zaur Rövşəni məhkəmədə guya döymədiyini, özünün yerə yıxıldığını deməsinə məcbur etmişdir. Baş verənlər barədə onun sonradan xəbəri olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər 11 radələrində qonşusu Xatirə onun yaşadığı ünvana gələrək Rövşənin özünü Yevlax-Bərdə yolunun üstündə olan körpüdən atmaq istədiyini bildirmişdir. Həmin vaxt qızı Cəmilə də onun yanına gəlmiş və onlar həmin körpünün yanına getmişlər. Oraya çatdıqda Rövşəni körpünün üzərində görmüşdür. Sonra o, körpünün üzərinə qalxmış və Rövşəni tutub körpünün dəmirlərindən arxaya çəkmişdir. Hadisə vaxtı Zaur da körpünün yanına gəlmiş və Cəmilə ilə birlikdə körpünün aşağısında dayanıb baş verənləri izləmişdir. Sonra o, Rövşəni götürüb evə aparmşdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən məhkəməyə arayış ünvanlanaraq cinayət işi üzrə Şahid4 xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətdə göndərildiyi bildirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 06 radələrində Bərdə şəhərində yerləşən avtomobil bazarına özünə avtomobil almaq məqsədi ilə getmişdir. Oradan tanımadığı, lakin Göyçay rayonundan olduqlarını bildiyi şəxslərdən sarı rəngli “Vaz2106” markalı avtomobil almış və saat təxminən 11 radələrində həmin şəxslərlə birlikdə həmin avtomobili öz adına rəsmiləşdirmək üçün Yevlax şəhərinə getmişdir. Bərdə şəhərində geri qayıdarkən Yevlax-Bərdə yolunun üzərində quraşdırılmış körpünün üzərində qonşusu Şahid1 nəvəsi Zərərçəkmiş şəxs körpünün üzərində dayanıb özünü körpüdən atıb öldürmək istədiyini görmüşdür. Həmin vaxt Rövşənin yanında nənəsi Əskinaz da olmuşdur. Üzdən tanıdığı, sonradan adını bildiyi Zaur adlı şəxs də körpünün aşağısında dayanmışdır. O, Rövşənin anası Cəmilənin isə harada dayandığını dəqiq xatırlamır, lakin Cəmilə də hadisə yerində olmuşdur. O, dərhal köməklik etmək məqsədi ilə həmin körpüyə çıxdıqda Əskinazın qonşusu Xatirə ilə birlikdə Rövşəni körpünün dəmirlərindən özünə tərəf çəkib körpüdən aşağı düşürdüyünü görmüşdür. Bundan sonra o da aşağı düşmüş, sonra “Vaz2106” markalı avtomobilə əyləşib oradan uzaqlaşmışdır. İş üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştrak edə bilməyəcəyini və istintaq dövründə verdiyi izahatı təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər 11 radələrində qonşuluqda yaşayan Şahid1 evinə getmişdir. Həmin vaxt Əskinaz evdə olmuş, o da evin həyətində Əskinazı gözləmişdir. Əskinaz çölə çıxmamışdan əvvəl Zərərçəkmiş şəxs öz velosipedinə əyləşdiyini görmüşdür. Həmin vaxt Rövşən ona Yevlax-Bərdə yolunda olan körpüyə gedəcəyini demiş və bu barədə anası Cəmilə və nənəsi Əskinaza deməyini xahiş etmişdir. O, dərhal Əskinazı çağırmış və Rövşənin Yevlax-Bərdə yolunda olan körpüyə getdiyini bildirmişdir. Həmin vaxt Cəmilə də gəlmiş və o, dərhal Cəmilə və Əskinazla birlikdə Əskinaza məxsus “Hyundai sonata” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib həmin körpüyə getmişlər. Körpüyə çatdıqda Rövşənin velosipedinin yolun kənarında olmasını, Rövşənin özünün isə körpünün üzərində körpünün dəmirindən tutaraq dayandığını və özünü körpüdən atmaq istədiyini görmüşdür. Həmin vaxt orada körpünün ətrafında bir neçə şəxs dayanmış və həmin şəxslər də baş verənlərin şahidləri olmuşdur. Lakin o, orada olan həmin şəxsləri tanımır. Sonra Əskinaz körpünün üzərinə qalxmış, o da Əskinazın arxası ilə körpüyə qalxmışdır. Həmin vaxt Rövşən qışqıraraq ağlamış və Rövşən hər kəsin ondan uzaq durmasını, evdən və Zaurdan bezdiyini, buna görə də özünü körpüdən atacağını bildirmişdir. Sonra Əskinaz nəvəsi Rövşəni tutub körpünün dəmirlərindən arxaya doğru çəkmişdir. Rövşən həmin vaxt çox qorxmuşdur. Hadisə vaxtı Zaur da körpünün yanına gəlmişdir. Lakin Zauru oraya kimin çağırması barədə məlumatı yoxdur. Həmin vaxt Zaur orada Cəmilə ilə birlikdə körpünün aşağısında dayanıb baş verənləri izləmişdir. X7 götürüb evə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 1768 nömrəli məhkəmə-narkoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən əvvəllər istifadə edib. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının nəticəsinə dair xx.xx.2022-ci il tarixli, 665/236 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ambulator məhkəməpsixoloji ekspertizasının nəticəsinə dair xx.xx.2022-ci il tarixli, 241 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs əsas fərdi-psixoloji xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs özünü körpüdən atmaq istəyib intihara cəhd edərkən onda əhvalın aşağı enməsi (depressiv vəziyyət) şəklində psixoloji-emosional hal keçirmişdir. İntihara cəhd etmiş Zərərçəkmiş şəxs ekstremal psixi vəziyyətin yaranma səbəbi Təqsirləndirilən şəxs tərəfindən daim şiddətə məruz qalmağı, qorxu və stress içində yaşamağı və sonuncunun onu təhqir edərək “bir belə söyüşdən sonra sən özünü körpüdən atmalısan” kimi ifadələr işlədərək intihara təhrik etməsi ola bilər. Zərərçəkmiş şəxs halhazırda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Zərərçəkmiş şəxs hal-hazırda özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs əqli və psixoloji inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli və psixoloji inkişafını nəzərə almaqla, o, yetkinlik yaşına çatmamış şəxs kimi öz hərəkətlərinin mahiyyətini dərk edə bilər. Zərərçəkmiş şəxs əqli və psixoloji xüsusiyyətlərinə görə, o, yetkinlik yaşına çatmamış şəxs kimi öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs psixi təsir və təzyiq göstərərək məhkəmə proseslərində yalan ifadə verməyə məcbur etməyi, habelə onu mütəmadi olaraq şərəf və ləyaqətini alçaldaraq özünü öldürmə həddinə çatdırması onun psixoloji inkişafına və emosional-iradi sferasına təsir göstərə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(039)-167/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/6.82-2-2022-712 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2019-cu il tarixində həkim-radioloq tərəfindən “sadə xroniki bronxit”, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində həkim-fitiziatr tərəfindən “ağ ciyər vərəmi bakterioskopik təstiq edilmiş, kurturol üsulla-mühitdə artımla və ya artımsız” və “kəskin bronxit” diaqnozları aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, məhkəmə elektron sistemindən əldə edilmiş, şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü X4 adlı 1 azyaşlı övladı var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş texniki məlumatların əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 507598887_SMS.txt; 514017190_SMS.txt; 514148801_SMS. txt;**********87. txt;**********90.txt;**********1.txt;abunəçiler21450xls; antena21450.xls adlı fayllar mövcuddur. Həmin fayllarda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** və Şahid3 istifadəsində olmuş ***-***-**- ** nömrəli mobil nömrələrə dair rabitə məlumatları mövcuddur. Həmin rabitə məlumatlarına baxış keçirilərkən aşağıdakılar müəyyən olundu ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ********** saylı mobil nömrə ilə Şahid3 adına rəsmiləşdirilmiş ********** saylı mobil nömrə arasında mətn mesajlaşmaları mövcuddur. Belə ki, həmin mətn mesajlarında tərəflərin biri-birini söyüşlərlə təhqir edərək ailədaxili münasibətlər zəminində mübahisə etmələri öz əksini tapır. Həmin mesajlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən Şahid3 istifadəsində olmuş ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə “Məhkəmədə görüşəciy balama basğın döyməy nədi” məzmununda mətn mesajı göndərilmişdir. Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ********** saylı mobil nömrə ilə Şahid3 adına rəsmiləşdirilmiş ********** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mütəmadi olaraq telefon danışıqları olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş texniki məlumatların əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisindəSMSTarixcesi__**********5914__997598887;SMS_Tarixcesi__**********5917__99 7598887;Zenglerin_Detallasmasi__**********0932___997598887;Zenglerin_Mexsusluq_Ta rixceleri__**********0916___997598887_BKC adlı fayllar mövcuddur. Həmin fayllarda Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrələrə dair rabitə məlumatları mövcuddur. Həmin rabitə məlumatlarına baxış keçirilərkən Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ********** saylı mobil nömrə ilə Şahid3 adına rəsmiləşdirilmiş ********** saylı mobil nömrə arasında mətn mesajlaşmaların olması müəyyən edildi. Belə ki, həmin mətn mesajlarında Təqsirləndirilən şəxs Şahid3 ayrılıq məzmununda mesajlar yazması öz əksini tapır. Bundan başqa, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ********** saylı mobil nömrə ilə Şahid3 adına rəsmiləşdirilmiş ********** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində mütəmadi olaraq telefon danışıqları olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 235.1 və 234.2-ci maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1, 234.1 və 234.2-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəza müddəti başa çatmışdır. Habelə Yevlax RPŞ-nin İstintaq bölməsində barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılaraq Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-159/2022 saylı hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs, CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancının 20 faizi dövlət nəfinə tutlmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 45674/2 saylı məktubdan görünür ki, Yevlax rayon Məhkəməsinin 1(039)-159/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işi cəzasını çəkməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübutayetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 125 və 299.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki,Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 125 və 299.2-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 az yaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs, CM-nin 299.2-ci maddəsində nəzərdə tutulmuş əmələ münasibətdə cinayəti ondan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinin tələbinə görə cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxs şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir. Yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 125 və 299.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, şahid ifadəsi həm ibtidai istintaq həmdə məhkəmə istintaqı zamanı vacib sübut növüdür. Şahidə yalan ifadə verməyə məcbur etmə ədalət mühakiməsinin mənafeyinə, eyni zamanda ondan maddi asılılıqda olan azyaşlını ölüm həddinə çatdırması mənəviyyat baxımından əxlaq prinsiplərinə də ziddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bircinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməlləri Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-159/2022 saylı hökmündən əvvəl törədildiyindən CM-nin 66.5-ci maddəsinə əsasən Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-159/2022 saylı hökmü ilə təyin edilmiş 1 il müddətinə islah işləri cəzası ilə toplanılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, onatəyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 125 və 299.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(039)-167/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmışicraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 187, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125 və 299.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 04 (dörd) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 299.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş qazancının 20 faizi dövlət nəfinə tutlmaqla 1 (bir) il müddətinə islah işləri cəzası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 04 (dörd) gün 01 (bir) günə hesablanmaqla 03 (üç) ay müddət müəyyən olunsun, CM-nin 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 27 sentyabr 2022-ci iltarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinədaxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PenitensiarXidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmişqaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-31/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-31/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver