Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-31/2024 13.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Nizami prospekti ev 31A, mənzil 13-də qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,936 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq üzərində saxlamış, Yevlax RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə Yevlax şəhəri Nizami prospektində saxlanılaraq Yevlax RPŞ-nə gətirilib həmin gün saat 19:00-dan saat 19:25-dək olan müddət ərzində orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01(bir) ədəd şəffaf rəngli sellofan bükümün içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda 0,936 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 4-5 aydır ki, narkotik vasitələrdən istifadə edir. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini Yevlax şəhəri Nizami prospekti ilə hərəkətdə olarkən yerdə bir ədəd büküm olduğunu görmüş və həmin bükümü götürüb içərisinə baxdıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu görmüşdür. O, həmin psixotrop maddə olan metamfetamini istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində Yevlax şəhəri Nizami prospektində olan zaman özünü şübhəli apardığı üçün polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamağında şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt “şüşə” adlanan psixotrop maddə olan metafetamin onun üzərində olmuşdur. Polis şöbəsində ona müdafiəçi təyin etmişlər. Bundan sonra Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış aparılan zaman onun şalvarının sol yan cibindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümə baxış zamanı onun içərisində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçinin iştirakı ilə və video çəkilişlə baxış keçirilmişdir. Aşkar olunmuş psixotrop maddə olan metafetaminə bənzər kütlə qablaşdırılmış və möhürlənmiş, o və digər iştirakçılar imzalar ilə təsdiqləmiş, bu barədə protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. O, psixotrop maddə olan metafetamindən istifadə etdiyi üçün həmin psixotrop maddə olan metafetamini xx.xx.2023-cü il tarixdə yerdən tapmışdır. O, heç kimə psixotrop maddə olan metafetamin satmamışdır. Ümumiyyətlə onun elə bir məqsədi olmamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlaması və istehlakı ilə məşğul olması barədə 27 sentyabr 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla rəhbərliyə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli əmri ilə onun, Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin gün əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Nizami prospektinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri Nizami prospektində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri Nizami prospektində Təqsirləndirilən şəxs görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etmişlər və o, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlaması barədə Yevlax RPŞ-nə məlumat daxil olduğunu, saxlanılıb üzərinə axtarış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə axtarış keçirilməli olduğunu izah etmişdir. Onlar Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçı, polis mayoru Qurban Qasımova təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. X6 tərtib edilən sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. X9 RPŞ-nin inzibati binasının xidməti iş otağında onun, Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. X6 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, izah etdikdən sonra sonuncudan saxlanılarkən paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynindəki şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim etmişdir. Sonra şübhəli şəxsin üstünə baxış zamanı başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Qurban Qasımov Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bükülünün nə olduğunu soruşduqda o, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı bina evinin qarşısından tapdığını, həmin kütləni şəxsi istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən 33A nömrəli bina evinin qarşısında saxlayaraq Yevlax RPŞ-nə gətirdiklərini bildirmişdir. Bundan sonra təhqiqatçı həmin 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü açıb içərisinə baxdıqda bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması aşkar edilmişdir. Daha sonra psixotrop maddə olan metamfetaminə oxşar kütlə bükülü olduğu bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1(bir) qram olması müəyyən edilmişdir. X6 həmin kütləni bükümlə birlikdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. X6 zərfdə qablaşdırdığı maddənin psixotrop maddə olan metamfetamin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Qurban Qasımov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuş, o və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, Təqsirləndirilən şəxs həmin maddələri haradan əldə etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.19-20); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibində bir ədəd şəffa rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(müvafiq CD disk əlavə olunub) (iş vər.28-36); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/721 nömrəli rəyindən görünür ki, “şübəli şəsx Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə metamfetaminə bənzər maddə...” sözləri, imzaları və adları yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0.936 qramolan maddə kustar üsulla hazırlanmı psixotrop maddə- metamfetamindir. Metamfetamin təmiz çəkisi- 0,936 qram tədqiqata sərf edildi- 0,050 qram, qalıq- 0,886 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71.94 manatdır. (iş vər.44-46); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 65-66); Əşyanın maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 0,886 qram miqdarında psixotrop maddə olan olan metamfetamin və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 0,886 qram miqdarında psixotrop maddə olan olan metamfetamin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.68-69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər.76); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-cü il tarixli 1965 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metanfenamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə priflatiki qeydiyyata alınması məsləhət görülür.(iş vər.100); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (səmimi peşmançılığı) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetaminin qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,886 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın və Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-31/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-31/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver