Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-31/2025 23.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı, heroini və psixotrop maddə olan metamfetamini əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd polietilen paketə bükülmüş bükümdə təmiz çəkisi 1.452 qram olan narkotik vasitə heroini, 02 (iki) ədəd polietilen paketə və 01 (bir) ədəd şəffaf sellofan bükümə bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 2,92, 4.06 və 0.79 qram olmaqla ümumi təmiz çəkisi 7.77 qram narkotik vasitə olan qurudulmuş marixuananı və 01 (bir) ədəd polietien paketin içərisindəki 03 (üç) ədəd şəffaf sellofan bükümə bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0.768, 0.366 və 0.458 qram olmaqla ümumi təmiz çəkisi 1,592 qram olan psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 15 oktyabr 2024-cü il tarixdə saat 13:04 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 13:05-dən 13:15-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 01 (bir) ədəd polietilen paketə bükülmüş bükümdə təmiz çəkisi 1.452 qram narkotik vasitə olan heroin, 02 (iki) ədəd polietilen paketə və 01 (bir) ədəd şəffaf sellofan bükümə bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 2,92, 4.06 və 0.79 qram olmaqla ümumi təmiz çəkisi 7.77 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd polietilen paketin içərisindəki 03 (üç) ədəd şəffaf sellofan bükümə bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0.768, 0.366 və 0.458 qram olmaqla ümumi təmiz çəkisi 1,592 qram psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibindən üzərində cüzi miqdarda narkotik maddə hesab edilən heroin hissəcikləri olan işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə isə təqsirli bilməyərək bildirmişdir ki, o, uzun illərdir ki, narkotik vasitə istifadə etmişdir. Belə ki, o, cinayət işinin materialında qeyd edilən kimi xx.xx.2024-cü il tarixdə saat 13:04 radələrində polis əməkdaşları tərəfindən Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində saxlanılmamışdır. O, həmin gün səhərə yaxın saat 04-05 radələrində polis əməkdaşları tərəfindən yaşadığı Yevlax şəhəri, H.Aslanov küçəsində yerləşən evində yatdığı yerdən alt paltarlarında polis şöbəsinə aparılmışdır. Ona polis şöbəsində bildirmişlər ki, CM-nin 234.1-ci maddəsi ilə təqsirlirləndilməsinə dair ittiham veriləcəkdir. O, da narkotik istifadəsiçisi olduğundan və səhərə yaxın polis əməkdaşları tərəfindən döyüldüyündən bununla razılaşmışdır. Daha sonra isə onu polis əməkdaşları Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsinə aparmış və guya üzərindən narkotik vasitə və elektron tərəzi çıxması ilə bağlı çəkiliş aparmışlar. Onu şərləyib saxladıqları üçün özünə xəsarət yetirmiş, həmin xəsarətlər də o, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında qəbul olunarkən müayinə zamanı aşkar olunmuşdur. Şərlənməsi barədə Baş prokurorluğuna və rayon prokurorluğuna bir neçə dəfə müraciətlər etmişdir. Onun polis şöbəsinə necə aparılmasını şahidləri də təsdiqləyə bilər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** nömrəsi onun istifadəsində olmuşdur. Həmin nömrənin olduğu telefonu tutulmamışdan iki ay öncə Bakı şəhərində oğurlanmışdır, telefonunun oğurlanması ilə bağlı isə hüquqmühafizə orqanlarına müraciət etməmişdir. Onun istifadəsində olmuş həmin nömrəyə ayrı-ayrı nömrələrdən göndərilmiş “sənə dedim 10 m var”, Qaqa vacib 50 ot lazımdır”, “Tşt giya həyə 20 həb bqarbi bdi bra hərə pərə lazmə”, “Qaqa 1 dene ağartı 3d torpaq” məzmunlu mətnli smslərin gəlməsindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2.-ci maddəsi ilə ona bəraət verilməsini, 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilinməsini, həmin əməlindən səmimi peşman olmasını bildirərək, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşları tərəfindən Yevlax şəhəri Ü.Hacıbəyov küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt həmin küçədə olması barədə onun məlumatı olmuşdur. Onlar xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsinə etirazının olmadığını, baxış keçirilərkən müdafiəçinin iştirakına ehtiyacı olmadığını bildirmişdir. Buna görə də o, xx.xx.2024-cü il tarixdə saat 13:04-də Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs üzərində baxış keçirməyə başlamışdır. Baxış Yevlax CAB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən “Samsung” markalı video kamera vasitəsi ilə videoyazıya alınmışdır. Həmin yoxlama, baxış və götürmə zamanı o, Təqsirləndirilən şəxs saxlanılma səbəbini izah edərək üzərində yoxlama və baxış keçiriləcəyini izah edərək yoxlama və baxış prosessinə başlamazdan öncə bir daha müdafiəçiyə ehtiyacının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 05 (beş) ədəd şəffaf sellofanda olan bükülüləri və 01 ədəd elektron tərəzini ona təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində tərəfindən keçirilən yoxlama-baxış zamanı üzərindən əlavə olaraq qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin, 01 ədəd şəffaf sellofanda narkotik vasitə olan heroinə bənzər kütlənin və 01 ədəd şəffaf sellofanun içərisində ayrı-ayrı 03 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri təxminən 1 həftə öncə Bakı şəhərindən tanımadığı İran vətəndaşından 250 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra o, həmin 05 ədəd şəffaf sellofanda olan maddələri elektron tərəzidə çəkmişdir. İlk öncə çəkilən içərisində 03 ədəd büküm olan 01 ədəd sellofanın içərisində olan psixotrop maddə metamfetaminə bənzər maddənin çəkisinin ümumilikdə 2,31 qram olması, daha sonra çəkilmiş 01 ədəd sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər maddənin 2,32 qram olması və nəhayət ardıcıllıqla çəkilmiş ayrı-ayrı sellofanların içərisində olan narkotik vasitə qurudulmuş marixuanalara bənzər kütlələrin çəkisinin müvafiq olaraq 4,5 qram, 3,43 qram və 0,8 qram olması müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddəni elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfin içərisinə yerləşdirdim, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşakar edilərək götürülmüş elektron tərəzini də həmin zərfin içərisinə yerləşdirərək zərfin ağzını bağlayaraq qablaşdırmış və zərfin üzərini şöbənin 85 nömrəli möhrü ilə möhürləyərək götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax RPŞ-nə apararaq təhqiqatçı Tərxan Allahverdiyevə təhvil vermişdir. Tərxan Allahverdiyev tərəfindən xidməti iş otağında ilk öncə Təqsirləndirilən şəxs saxlanılması və üzərində keçirilən baxış, götürmə hərəkətini əks etdirən CD disk kompyuter vasitəsi ilə nümayiş etdirilərək baxış keçirilmişdir. Daha sonra isə təqdim etdiyim 01 ədəd zərfdə olan elektron tərəzi, narkotik vasitələrlə və psixotrop maddəyə bənzər kütlələr zərfdən çıxarılaraq yenidən elektron tərəzidə çəkilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O və digər iştirakçılar həmin maddələrin və elektron tərəzinin qablaşdırıldığı zərfin üzərini imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri vəzifəsində işləyən Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.(iş vər.01); Əməliyyat-axtarış tədbirinin keçirilməsinə şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffa sellofan torbanın içərisində olan 03 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan metanfetaminə bənzər kütləni, bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan və şəffaf sellofan torbaya bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni və ayrı ayrı 03 ədəd şəffaf sellofan torbada olan narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütləni, həmçinin gödəkçəsinin sol yan cibindən isə 01 ədəd elektron tərəzi aşkar edərək götürülmüşdür.(müvafiq CD disk əlavə olunub). (iş vər.09-10); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:04-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 20-21); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir. (müvafiq CD disk əlavə olunub).(iş vər.33-40); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/827 nömrəli rəyindən görünür ki, “şübəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi və 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, 1 ədəd bükümdə heroinə bənzər və 3 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr.” Yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində 02 (iki) ədəd polietilen paketdə və 01 (bir) ədəd şəffaf sellofan bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 2,92 qram, 4,06 qram və 0,79 qram ümumi çəkiləri 7,77 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01(bir) ədəd polietilen paketin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,452 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01(bir) ədəd polietilen paketin içərisindəki 03 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,768 qram, 0,366 qram və 0,458 qram ümumi çəkiləri- 1,592 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. 01 (bir) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatın (eynilik) aparmaq mümkün olmadır. Tədqiqata təqdim olunmuş 02(iki) ədəd polietilen paketdə və 01(bir) ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd polietilen paketin içərisindəki 03 (üç) ədəd şəffaf sellofan bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Marixuanaların ümumi çəkisi – 7,77 qram, cəmi tədqiqata sərf edildi – 0,06 qram. (hər ob. 0,02 qram), qalıq-7,71 qram. Heroinin təmiz çəkisi – 1,452 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,402 qram. Metamfetaminlərin ümumi çəkisi – 1,592 qram, cəmi tədqiqata sərf edildi – 0,150 qram (hər ob. 0,050 qr), qalıq – 1,442 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 103.65 manatdır.(iş vər.47-51); İş üzrə əməlin cinayət məcəlləsinin digər maddəsinə tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci məddəsindən həmin məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməklə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirləndirlən şəxs qismində cəlb olunsun ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunması qərara alınmışdır.(iş vər.66-67); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablanmışdır.(iş vər.92-95); Əşyanın maddi sübut hesab edilməsi haqqında 21.10.204-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 7,71 qram olan narkotik vasitə qurudulmuş marixana, təmiz çəkisi 1.402 qram olan narkotik vasitə olan heroin, təmiz çəkis 1.442 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd üzərində cüzi miqdarda heroin hissəcikləri olan elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir.(iş vər.107-108); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökmü dəyişdilərək, CM 234.1-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan mərhum etmə cəzası artırılmış, xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası müddəti başa çatmışdır.(iş vər.109-110); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(iş vər.154-162); Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Polad, xx.xx.2016-cı il təvəllüdlü Fatimə və xx.xx.2017-ci il təvəllüdlü Nadir adlı yetkinlik yaşına çatmayan uşaqları vardır.(iş vər.154-162); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1810 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.( iş vər.64); Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 02 il həddində müəyyən olunması qərara alınmışdır.(iş vər.172-180); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 20 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır.(iş vər.182-185); Yevlax rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 5(039)-111/2024 nömrəli qərarı əsasında 06 aprel 2024-cü il tarixdən 15 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin sahiblərinin şəxsiyyəti, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti, yaşayış yerləri, göndərilən və daxil olan SMS-lərin mətni və anten dairəsi barədə məlumatları özündə əks etdirən Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş sms mətinlərinə baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən X5 məxsus 055-572 23-29 saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 14:21-də göndərilən müsajdan “sənə dedim 10 m var”, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən X6 məxsus ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 13:50-də göndərilən müsajdan “Qaqa vacib 50 ot lazımdır”, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə X3 məxsus ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 22:46-da göndərilən müsajdan “Tşt giya həyə 20 həb bqarbi bdi bra hərə pərə lazmə”, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə X4 məxsus ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 18:33-də göndərilən müsajdan “Qaqa 1 dene ağartı 3d torpaq” məzmunlu mesajların göndərilməsi aşkar edilmişdir. Tərəfindən bu barədə diskə baxış protokolu tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir.(müvafiq CD disk əlavə olunub)(iş vər.186- 193); Məhkəmənin sorğusuna əsasən 2 saylı istintaq təcridxanasından əldə olunmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində 2 saylı istintaq təcridxanasına qəbul olunmuş, ilkin tibbi müayinədən keçirilmiş və bədən səthi üzərində xəsarət izləri aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Yevlax rayon prokurorluğundan əldə olunmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanarkən zorakılığ, işgəncəyə və qeyriinsanı rəftara məruz qalması barədə müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və 05 dekabr 2024-cü il tarixli qərarla toplanmış metarialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahsının 118-ci qrafasına əsasən psixotrop maddə sayılan təmiz halda 0,15 qram metamfetamin xeyli miqdarından artıq miqdar hesab olunur. Eyni zamanda həmin “Siyahının” İ siyahsının 83-cü qrafasına əsasən narkotik vasitə sayılan təmiz halda 0,15 qram heroin xeyli miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrı-ayrılıqda çəkisi 7,71 qram narkotik vasitə olan qurudulmuş marixuana, çəkisi 1.402 qram narkotik vasitə olan heroin, çəkisi 1,442 qram olan psixotrop maddə-metamfetamin və 01 ədəd üzərində cüzi miqdarda heroin hissəcikləri olan elektron tərəzi təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni şəxsi axtarış zamanı üzərindən narkotik vasitələr aşkar edilməməsi, habelə ittihamda qeyd olunan formada saxlanılmaması və narkotik satışı ilə məşğul olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 15 aprel 2024cü il tarixli protokoldan və həmin əməliyyat tədbirinin video çəkilişindən görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffa sellofan torbanın içərisində olan 03 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan metanfetaminə bənzər kütləni, bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan və şəffaf sellofan torbaya bükülmüş narkotik vasitə olan heroinə bənzər jkütləni və ayrı ayrı 03 ədəd şəffaf sellofan torbada olan narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütləni, həmçinin gödəkçəsinin sol yan cibindən isə 01 ədəd elektron tərəzini könüllü olaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, könüllü təqdim etdiyi 1 ədəd şəffa sellofan torbanın içərisindən 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda narkotik vasitə olan qurudulmuş marixuananı, heroin və 1 ədəd sellofan bükümdə pisxotrop maddə olan metamfetamindir. O, həmin qurudulmuş marixuananı, heroini və pisxotrop maddə olan metamfetamini təxminən bir həftə yaxud 10 gün əvvəl Bakı şəhərinə gedərkən tanımadığı İran vətəndaşından şəxsi istifadə üçün 250 manat müqabilində narkotik vasitə qurudulmuş mariuxana, heroin və psixotrop maddə metamfetmin aldığını və özünün istifadəsi üçün saxladığını bildirmişdir; - İstintaq zamanı Təqsirləndirilən şəxs qismən etirafedici ifadə vermişdir. Həmin ifadədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilsədə CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Hərdən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 01 (bir) ədəd polietilen paketə bükülmüş bükümdə təmiz çəkisi 1.452 qram olan narkotik vasitə heroini, 02 (iki) ədəd polietilen paketə və 01 (bir) ədəd şəffaf sellofan bükümə bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 2,92, 4.06 və 0.79 qram olmaqla ümumi təmiz çəkisi 7.77 qram narkotik vasitə olan qurudulmuş marixuananı və 01 (bir) ədəd polietien paketin içərisindəki 03 (üç) ədəd şəffaf sellofan bükümə bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0.768, 0.366 və 0.458 qram olmaqla ümumi təmiz çəkisi 1,592 qram olan psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 15 oktyabr 2024-cü il tarixdə saat 13:04 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 13:05-dən 13:15-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 01 (bir) ədəd polietilen paketə bükülmüş bükümdə təmiz çəkisi 1.452 qram narkotik vasitə olan heroin, 02 (iki) ədəd polietilen paketə və 01 (bir) ədəd şəffaf sellofan bükümə bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 2,92, 4.06 və 0.79 qram olmaqla ümumi təmiz çəkisi 7.77 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd polietilen paketin içərisindəki 03 (üç) ədəd şəffaf sellofan bükümə bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0.768, 0.366 və 0.458 qram olmaqla ümumi təmiz çəkisi 1,592 qram psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibindən üzərində cüzi miqdarda narkotik maddə hesab edilən heroin hissəcikləri olan işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X2 məcburi-narkoloji tibbi yoxlama haqqında 07 noyabr 2024-cü il tarixli, 1810 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş şahidlər məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun vəziyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM- 61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən (mövcud deyil) və ağırlaşdıran (cinayətin residivi) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (mövcud deyil) və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 15 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatından sonra qalan qurudulmuş marixuana, heroinin, psixotrop maddə olan metamfetaminin və 01 ədəd üzərində cüzi miqdarda heriun hissəcikləri olan elektron tərəzi qalığı məhv edilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 7,71 qram olan narkotik vasitə qurudulmuş marixana, 1,402 qram narkotik vasitə olan heroin, 1,442 qram psixotrop maddə metamfetamin və 01 ədəd üzərində cüzi miqdarda heroin hissəcikləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-31/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-31/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver