Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-32/2020 11.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi X7 Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində xx xxxxxx 2019-cu il tarixdən etibarən «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 47-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi, Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində, saat 09:20 radələrində saxlanılıb üzərində saat 10:00 radələrində müdafiəçi-vəkil iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində, əynindəki gödəkçənin sağ yan cibindən, istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə cəmi– 0,282 qram miqdarında heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, hərdən narkotik vasitəsi qəbul edir. Onlarla qonşu küçədə yaşayan X4 tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Biri-birilərinə qarşı səmimi münasibətləri olub. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 09 radələrində Vüqar küçədə onu görüb, ondan narkotik vasitə olan heroin istəmişdir. O, özündə narkotik olmadığını deyib, Vüqara sizin küçədə yaşayan X8 narkotik vasitə olan heroin satdığını demişdir. Vüqar isə Azadla qonşu olduğu üçün ona narkotik vasitə heroin satmadığını bildirmişdir. Özü də heroin qəbul etmək istədiyi üçün Vüqara demişdir ki, «5 manat sən qoy, 5 manat da mən qoyum, gedib Azaddan heroin alım gətirim qəbul edək». Vüqar ona 5 manat pul vermiş, özü də 5 manat pul qoyub, Azadın yaşadığı evin yanına gedib orada Azadla görüşüb ona 10 manat pul verib bir büküm heroin narkotik vasitəsi almışdır. Sonra həmin heroin narkotik vasitəsini yarı bölüb, onun yarısını Vüqara vermiş, yarısını da özü istifadə etmək üçün üstündə saxlamışdır. Səhəri gün yaşadığı C.Məmmədquluzadə küçəsində polis işçiləri ona yaxınlaşıb, onlarla birlikdə polis şöbəsinə getməyi demişlər. O, polis işçiləri ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı və videoçəkilişlə onun razılığı ilə üstünə baxış keçirilmişdir. Keçirilən baxış zamanı əynindəki gödəkçənin sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar olunub götürülmüşdür. Sorğu zamanı o, həmin heroini bir gün əvvəl onlarla qonşu küçədə yaşayan Azad Hüseynovdan 10 manata aldığını və həmin heroinin yarısını isə qonşusu Vüqara verdiyini bildirmişdir. Polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş narkotik vasitə olan heroini elektron tərəzisində çəkərkən, həmin narkotik maddənin çəkisi 0.282 qram olmuşdur. Kütlə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra o, da digər iştirakçılarla birlikdə həmin zərfə və protokola imza etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və işüzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, o və PPXB-nün polis nəfəri Şahid3 iştirakları ilə sonradan adını və soyadını bildiyi Yevlax şəhər sakini X2 rayonu Çənlibel qəsəbəsi, M.Müşfiq küçəsində şübhəli şəxs kimi saxlanılaraq Yevlax RPŞ-nə gətirilərək onların və müdafiəçinin iştirakı ilə, onun öz razılığı əsasında videoçkilişlə üstünə baxış keçirilmişdir. Baxış zamanı Vüqar İsmayılovun əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli sqaret kağızına bükülmüş ağ-sarımtıl rəngli heroin narkotik vasitəsinə oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Vüqar İsmayılov həmin kütlənin heroin narkotik vasitəsi olduğunu deyib, onu həmin gün Arzu adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Əlavə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Yevlax şəhəri, Çənlibel qəsəbəsi, C.Məmmədquluzadə küçəsində saxlanılaraq Yevlax RPŞ-nə gətirilmişdir. Polis Şöbəsində müdafəçinin iştirakı və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Keçirilən baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən içərisində ağ-sarımtıl rəngli heroin narkotik vasitəsinə oxşar kütlə olan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülü aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin heroin narkotik vasitəsi olduğunu, həmin heroini bir gün əvvəl özü 5 manat qoyduğunu və 5 manat da Vüqarın qoyduğunu deyib, cəmi 10 manata Vüqarın qonşusu X6 alıb həmin heroinin yarısını Vüqara verdiyini, yarısını da özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 Şahid2 ifadəsində oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə-heroini əynindəki gödəkcənin sağ yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin X1 xx xxxxxx 2019-cu il tarixli 19/26a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş «gümüşü» kağız bükümdə təmiz çəkisi 0,282 qram olan (tədqiqata istifadə olundu 0,006 qram, qalıq 0,276 qram) maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 32 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,276 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi 0,276 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,226 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 1(039)-68/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 12:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(039)-05/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 03 (üç) ay müddətinə həbs qətimakn tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2019-cu il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 17 saylı Evlər Komtəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görədə o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-cimaddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Yevlax rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, həmin hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0,226 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 62 (altmış iki) manat 32 (otuz iki) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Yevlax rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş şərti məhkum etmə ləğv edilsin, həmin hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və onun üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək həbs və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət, həmçinin xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixdək həbsdə saxlanıldığı 02 (iki) gün müddət və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, cəmi 03 (üç) ay 04 (dörd) gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0,226 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 62 (altmış iki) manat 32 (otuz iki) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X10 ödənilsin. İbtidai istintaq zamanı göstərilən hüquqi yardıma görə, 240 (iki yüz qırx) manat Ömərov Çianşa İlyas oğluna, 336 (üç yüz otuz altı) manat X3 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-32/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-32/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver