Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-32/2021 02.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs Mayıs oğlunun Zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx.xx.1993-cü il tarixdə Ağdaş rayonu, Qulbəndə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Yevlax RMXnin ümumi şöbəsinin müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Ağdaş şəhəri, İstiqlal küçəsi ev 1, mənzil 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Mayıs oğlunun Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Mayıs oğlu o, xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə habelə təmsil etdiyi qurumun nüfuzuna mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui istifadə edib sair şəxsi niyyətlə rəsmi sənədlərə qəsdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, Respublika və rayon ərazisində “Koronavirus” pandemiyasının kəskin yayılmış olduğu dövrdə X40 üzrə Dövlət Agentliyinin Yevlax rayon X22 hüquqi şəxsinin ümumi şöbəsinin müdiri kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası qanununun 39-cu maddəsinə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” xx xxxx 2020-ci il tarixli 207 nömrəli qərarının və “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarınının 1.5-ci bəndinə zidd olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qəsdən Yevlax rayon sakinləri X16 və X26 xx.xx.2020-ci il tarixində, X17 xx.xx.2020-ci il tarixində, X27 və X8 xx.xx.2020-ci il tarixdə, X3 xx.xx.2020-ci il tarixdə onların Yevlax rayon mərkəzi xəstəxanasında tibbi müayinələrdən keçməmələrinə və bununla bağlı məlumatların müvafiq sistemə işlənməməsinə baxmayaraq respublika ərazisində qurulmuş xüsusi karantin postlarından sərbəst keçmələrinin təmin edilməsi məqsədilə onların adına hazırlanmış rəsmi sənəd hesab olunan tibbi göndəriş vərəqlərinə şöbə müdiri kimi öz təşkilati-sərəncamverici funksiyalarından istifadə etməklə həmin şəxslərlə aralarında olan şəxsi tanışlıq münasibətlərindən sair şəxsi niyyətlərlə istifadə edib bilə-bilə yalan məlumatlar daxil etdirməklə vəzifə saxtakarlığı edərək, özündə olan Yevlax rayon X22 hüquqi şəxsinə məxsus “Göndərişlər üçün” yazılı möhürlə möhürləməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib əhalinin sağlamlığının qorunmasını, sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara və qaydalara əməl etməməklə cəmiyyətin və dövlətin qanunla qorunan maraqlarına, habelə təmsil etdiyi qurumun nüfuzuna mühüm zərər vurmuşdur. Təqsirləndirilən şəxs Mayıs oğlu məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2017-ci ilin iyun ayının 21-dən Yevlax rayon mərkəzi xəstəxanasında işləməyə başlamışdır. xx xxxx 2018-ci il tarixdən Yevlax RMX-nin ümumi şöbəsinin müdiri vəzifəsində işləyir. Müdiri olduğu şöbənin tabeliyində arxiv, katiblik, ictimaiyyətlə əlaqələr, KİV və kitabxana bölmələri mövcuddur. Onun əsas fəaliyyəti həmin bölmələrin fəaliyyətinə ümumi nəzarət etməkdən ibarətdir. Katiblik bölməsinin rəhbəri Şahid1dır. Həmçinin həmin şöbədə Şahid3, Şahid4 və Leyla Məmmədova fəaliyyət göstərir. Ümumi şöbədə isə müavin Ehtiram Soltanovdur. Tibbi göndərişlər üçün blankların rəsmiləşdirilərək nömrə və tarix qoyulması, özəl tibb müəssisələrinə göndərişlər zamanı həmin göndəriş vərəqələrinin sistemə işlənməsi katiblik bölməsinə həvalə olunmuşdur. Göndərişlərin təyinatı üzrə həkim tərəfindən düzgün doldurulmasına isə baş həkim nəzarət edir. Xəstələr müayinə olunduqdan sonra tibbi göndərişlər poliklinika müdiri tərəfindən baxılır, poliklinika müdiri tərəfindən nəzarət məqsədilə göndərişin kənarında imza edilir və bundan sonra həmin göndəriş onun özü tərəfindən möhürlənərək imzalanır. Bu hansısa təlimatla tənzimlənməsə də şifahi tapşırıq əsasında onun tərəfindən aparılır. Keçmiş baş həkim Nurəddin Abbasov vəzifədən çıxarıldıqdan sonra möhür ona verilmişdir. 26 və 27 iyun tarixlərində cinayət işində göstərilən şəxslərə verilmiş tibbi göndəriş vərəqələrinin bəziləri imzasızdır. Ancaq göndəriş vərəqələrini o özü yoxlayıb imzalayır. Həmin göndəriş vərəqələri isə onun tərəfindən imzalanmamışdır. Baş həkim Gülağa Əzizov təyin olunduqdan sonra həmin dövr koronavirus infeksiyası ilə bağlı rejimin tətbiqi ilə eyni vaxta düşdüyünüdən baş həkim möhürü götürməmiş və tibbi göndəriş vərəqələri əsasən onun özü tərəfindən möhürlənmiş, həmçinin imzaları da özü icra etmişdir. Ramil Akifzadə Bakı şəhərinə getmək üçün ona müraciət edərək özünə arayış lazım olduğunu bildirmişdir. O isə Raminə iş yeri ilə bağlı arayışın verilə biləcəyini bildirmişdir. Həmin gün nahardan sonra mən Ramili yenidən gördükdə ona xidməti otağıma gəlməsini və arayış verilməsində köməklik edilə biləcəyini bildirmişdir. O, Ramil Akifzadəyə də ona arayış verilə biləcəyini desə də nahardan sonra Ramili gördükdə Bakı məsələsini soruşduqda o katiblikdəki qızlarla işi həll etdiyini bildirmişdir. O, Ramilə tibbi göndərişin verilməsiylə bağlı hər hansı göstəriş verməmişdir. Göndərişlərlə bağlı araşdırma aparılarkən Ramillə maraqlandıqda Ramil özünün katiblik bölməsində işləyən xanımlar vasitəsilə göndəriş almasını, Bakı şəhərinə gedərkən karantin postundan keçdikdə həmin göndərişi göstərib keçməsini bildirmişdir. Hamayıl Hüseynova isə xəstəxananın maliyyə şöbəsinin müdiri Əfqan müəllimin qaynanasıdır. Əfqan müəllim qaynanasının vəziyyətinin pis olmasını bildirmiş və təcili Bakı şəhərinə aparılması məqsədilə göndəriş məsələsinin tezləşdirilməsini xahiş etmişdir. O, bununla bağlı Əfqanın qaynanasının şəxsiyyət vəsiqəsinin surətini katiblik bölməsinin rəhbəri Nigar xanıma göndərərək xəstə üçün növbə götürülməsini və barkodun alınmasını tezləşdirilmələrini tapşırmışdır. O, Əfqan müəllimin qaynanasının adına göndərişin hazırlanaraq verilməsiylə bağlı göstəriş verməmişdir. Sonradan öyrənmişdir ki, həmin xanım xəstəxanada həkim tərəfindən müayinə olunmadan ona göndəriş verilmişdir. Göndərişi necə almalarını isə bilmir. Həmin göndəriş katiblik bölməsi tərəfindən verilmişdir. Digər şəxslərə verilmiş göndərişlərdən isə ümumiyyətlə xəbəri yoxdur. O, həmin tibbi göndərişlərə möhür vurmamış və imza etməmişdir. Katiblikdə hazır möhürlü blanklar olur. Xəstəxananın inzibati şöbələrinin iş vaxtı isə saat 17-də başa çatır. Koronaviruslu xəstələrin və gecə təcili yardım vasitəsilə göndərilməli olan xəstələrin gecə göndərilmələri məqsədilə təcili yardıma gündəlik olaraq möhürlü blanklar verilir. Ola bilər ki, həmin şəxslərə də möhürlü blanklar doldurularaq verilmişdir. O, heç bir tibbi göndərişi yazmamış, ancaq tibbi göndəriş vərəqəsinin imzalanması və möhür vurulması ilə məşğul olmuşdur. Tibbi göndəriş vərəqələri əsasən xüsusi karantin rejimi ilə əlaqədar postlardan keçmək üçün verilmişdir. Tibbi göndəriş vərəqələrinin verilməsi üçün vətəndaşlardan heç bir məbləğdə maddi vəsait alınmamışdır. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olamayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayədəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, 2017-ci ildən xəstəxananın maliyyə şöbəsinin müdiri vəzifəsində işləyir. Xəstəxana rəhbərliyinin xx xxxxxx 2020-ci il tarixli etibarnaməsi əsasında zərərçəkmiş şəxs kimi tanınmış Yevlax RMX-nin qanuni nümayəndəsi seçilmişdir. Xəstəxananın ümumi şöbəsi və katiblik bölməsi tərəfindən verilmiş tibbi göndəriş vərəqələrinin bəzilərinin saxta olması ilə əlaqədar xəstəxananın da rayon əhalisi və ümumilikdə cəmiyyət arasında bərqərar olunmuş nüfuzuna xələl gəlmişdir. Bu kimi hadisələr insanların səhiyyə qurumlarına olan inamın mənfi təsir göstərir. Xəstəxana rəhbərliyi və X40 agentliyi tərəfindən də həmişə bu kimi halların qarşısının alınması və profilaktikası məqsədilə vaxtaşırı tədbirlər görülür. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs Mayıs oğlundan heç bir şikayət və tələbimizin olmamasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, iş vəzifəsi göndərişlərin qeydiyyatından alınmasında kargüzarların tərtib etdiyi sənədlərə nəzarət etməkdən ibarətdir. Xəstəxananın keçmiş işçisi olan Ramil Akifzadəyə tibbi göndəriş vərəqəsi Elçin müəllimin tapşırığı əsasında bölmədə işləyən Şəmsəddin və ya Kifayət tərəfindən yazılmışdır. Qohumu olan Kərimova Məleykə isə saat 16-dan sonra göndəriş verilməsi üçün müraciət etmiş, göndəriş Şəmsəddin Quliyev tərəfindən onun tapşırığı ilə yazılmış, bundan Elçin müəllimində məlumatı olmuş, lakin həmin göndəriş sonradan onun özü tərəfindən sonradan cırılıb atılmışdır. Rahil İsayev barədə isə məlumatı yoxdur. Nərminin qaynanası Ruhəngiz ona müraciət edərək, Nərminə verilmiş göndərişin tarixinin dəyişdirilməli olmasını bildirərkən o, həmin göndərişə baxıb göndərişin onun tərəfindən verilmədiyini bildirmişdir. Hamayıl Hüseynovaya göndəriş Elçin müəllimin ona verdiyi göstəriş əsasında yazılaraq Elçin müəllimə geri verilmişdir. Həmin göndərişin içərisi Şahid4 yada Şəmsəddin Quliyev tərəfindən yazılmışdır. Ramin Akifzadənin şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs gətirib prinetrin üzərinə qoymuş və ona Raminə tibbi göndərişin yazılmalı olduğunu bildirmiş, bundan sonra Şəmsəddin Quliyev tibbi göndəriş vərəqəsini yazmış və həmin tibbi göndəriş vərəqəsi Təqsirləndirilən şəxs verilmişdir. Böyük ehtimal həmin göndəriş vərəqəsinə Şəmsəddin imza etmiş, Təqsirləndirilən şəxs isə möhürləmişdir. Şahid2 ona övladları Emin Mehdizadə və Kübarə Mehdizadəni darıxdıqları üçün Mingəçevir şəhərinə aparıb gəzdirmək istədiyini bildirmiş, ona Elçin müəllimin də xəbəri olmasını deyib uşaqlar üçün tibbi göndəriş vərəqəsi verməsini istəmişdir. Həmin tibbi göndəriş vərəqələrini Eldanə özü yazmış və çox güman ki aparıb Təqsirləndirilən şəxs yanında möhürlədib imzalatmışdır. Həmin blanklar onun yanında yazılmamışdır. Göndərişlərin verilməsi üçün vətəndaşlardan hər hansı məbləğdə maddi vəsait qəbul etməmişdir. Şöbənin əməkdaşlarından da heç kim maddi vəsait qəbul etməmişdir. Həmin şəxslər əsasən xəstəxananın əməkdaşları və onların yaxın şəxsləri olmuşdur. Onun özü tərəfindən hər hansı tibbi göndəriş vərəqəsi yazılmamışdır. O, qanuni müayinə olunmuş şəxslərə verilən tibbi göndəriş vərəqələrinə Elçin müəllim olmadıqda bir neçə dəfə imza etmişdir. Vətəndaşlar saxta tibbi göndəriş vərəqlərini xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postlardan keçmək məqsədilə almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Yevlax rayon mərkəzi xəstəxanasının ümumi şöbəsində statist vəzifəsində işləyir. İş vəzifəsi xəstəxanada olan şəxslərin statistikasını aparmaqdan ibarətdir. Nərmin Qədirova xx xxxx 2020-ci il tarixdə səhər saat 08:30 radələrində ona yaxınlaşmış və şəxsiyyət vəsiqəsini təqdim edib göndəriş vərəqsi almasında köməklik etməsini xahiş etmiş dir. Şöbədə tibbi göndəriş işləri ilə məşğul olan Şahid1 yaxınlaşmış və Nərmin Qədirovanın ginekoloji problemi ilə əlaqədar Bakı şəhərinə göndəriş vərəqəsi istədiyini bildirmiş, Nigar da həll edəcəyini demişdir. Həmin gün Nigar “Tibbi xidmətə göndəriş vərəqəsi”ni ona vermiş və həmin göndərişə diaqnoz qoyan həkimin Abdullayeva Dilşad olaraq yazmasını bildirmişdir. O, göndərişi doldurmuş və Nigara geri qaytarmışdır. Göndəriş vərəqəsini Nigardan alarkən “göndərişlər üçün” möhürü vurulmuş, lakin imza olmamışdır. Həmin gün axşam üstü Nərminin qohumu, xəstəxanada mühafizə işləyən Elşən adlı şəxs şöbəyə gəlmiş və göndərişi katiblik bölməsindən götürüb getmişdir. Göndərişlər əsasən Elçin müəllimin göstərişləri ilə yazılmışdır. Oğlu Emin “Qlamerulonefrit” xəstəliyindən əziyyət çəkir, qızı Kübarə isə son vaxtlar sağ ayağının bud nahiyəsindəki ağrılardan şikayətlənmişdir. Ona görə də xx xxxx 2020-ci il tarixdə hər iki övladını müayinə etdirmək məqsədilə Nigardan xahiş edib göndəriş vərəqəsi almış, Nigar göndərişdə yazılması nəzərdə tutulan sözləri demiş və o da göndəriş blanklarını özü hazırlamış, hətta xəstə yaxını kimi göndərişlərdə nəzərdə tutulan qrafaya özü imza etmiş, publik hüquqi şəxsin direktorunun adından imzanı isə özü icra etməmişdir. Göndəriş vərəqələrinin birində xəstəyə diaqnoz qoyan həkim kimi X23, digər göndəriş vərəqəsində isə X10 adı yazılmışdır. O, göndərişlərdə boş hissələri yazılarkən publik hüquqi şəxsin direktoru yazılan hissədə imza olmuş, hətta möhür də vurulmuşdur. O, övladlarını Mingəçevir şəhər xəstəxanasına aparmağa maddi imkanı olmadığı üçün göndərişdən istifadə edə bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Yevlax rayon mərkəzi xəstəxanasında ümumi şöbənin katiblik bölməsində kargüzar vəzifəsində işləyir. O, Rahil İsayevi tanıyır. Rahil xəstəxanaya saat 16-dan sonra gəlmişdir. Dəstək şöbəsinin müdiri Füzuli Nuriyev xahiş edərək Rahilin bel fəqərələrinin degitativ xəstəliyinin olması ilə əlaqədar əvvəlki müayinələrinə əsaslanıb Rahilə tibbi göndəriş vərəqəsi yazmış və xidməti otağa qoymuşdur ki, səhəri gün xəstəxanaya gəldikdə imzaladıb möhürlətdikdən sonra, Rahil də həkim tərəfindən müayinə olunduqdan sonra diaqnoz uyğun gəldiyi təqdirdə göndərişi Rahilə versin. Ancaq səhər Rahil İsayev xəstəxanaya gəlmədiyindən həmin göndərişi cırıb atmışdır. Rahilin sonradan Bakı şəhərinə hansı tibbi göndəriş vərəqəsi alaraq getməsini isə bilmir. Akifzadə Ramil xəstəxananın işçisi olmuşdur. Ramil tibbi göndərişlə bağlı əvvəlcə Nigar xanıma müraciət etmiş, Nigar xanım isə Ramilə bu barədə Təqsirləndirilən şəxs deməsini məsləhət görmüşdür. Ramil ümumi şöbənin müdiri Təqsirləndirilən şəxs müraciət etdikdən sonra Təqsirləndirilən şəxs Ramil Akifzadəyə məxsus şəxsiyyət vəsiqəsini birbaşa Nigar xanıma gətirib verərək “bunu həll edin” demişdir. Daha sonra Nigar xanım ona Ramilə tibbi göndəriş yazmasını tapşırmışdır. O, Ramil Akifzadənin adına tibbi göndəriş vərəqəsi yazaraq Nigara vermişdir. Həmin blank möhürlənmiş vəziyyətdə olmuşdur. O, tibbi göndərişin sonradan kimin tərəfindən imzalanıb möhürlənməsini bilmir. Nigar ona “Elçin müəllimin məlumatı var bu xanıma tibbi göndəriş vərəqəsi yaz” dedikdən sonra isə X1 adına tibbi göndəriş vərəqəsi yazmış və Nigara vermişdir. Həmin tibbi göndərişdən istifadə olunub-olunmamasını bilmir. Ramil Akifzadə və Məleykə Kərimovaya verilmiş tibbi göndəriş vərəqələrinin hər ikisində həkimlərin imzalamalı olduqları yerə özü imza etmişdir. Tibbi göndəriş vərəqələrinin doldurularaq vətəndaşlara verilməsi əsasən ümumi şöbə müdiri Təqsirləndirilən şəxs göstərişi əsasında həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Yevlax rayon mərkəzi xəstəxanasında arxiv bölməsində arxivçi vəzifəsində işləyir. X33, X11, X12, X28 və X4 adlarına göndəriş yazmasını xatırlamır. Ona birbaşa göndəriş verilməsi üçün müraciət edən şəxs olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən X24 ifadəsində göstərdi ki, o 2020-ci ilin mart ayından Yevlax rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində işləyir. Xəstəxana üzrə göndərişlər həkimlər tərəfindən yazılır. Bundan sonra həmin göndəriş ümumi şöbənin katibliyinə göndərilir, katibliyin müdiri isə ona göstərir, o göndərişlə tanış olur, xəstənin xəstəliyi ilə əlaqədar rayon xəstəxanasında ixtisaslı müayinə olmadığı təqdirdə həmin göndərişin katiblik bölməsində kompyuterin sistemində qeydiyyata alınması üçün göstəriş verir və həmin göndəriş əsasında xəstələr təyin edilmiş İcbari Tibbi Sığorta Agentiliyinin tabeliliyində olan xəstəxanaya müayinəyə göndərilir. Ümumiyyətlə başqa rayon qeydiyyatında olan xəstələr İcbari Tibbi Sığorta Agentiliyinin tabeliliyində olan xəstəxanalara göndəriş olmadan müraciət etmək hüququna malik deyildir. Göndəriş katiblik bölməsində qeydiyyata alındıqdan sonra imzalanması və möhür vurulması üçün ümumi şöbənin müdiri Təqsirləndirilən şəxs təqdim olunur. Təqsirləndirilən şəxs da həmin göndərişi imzalayır və möhür vurur. O özü koronavirus xəstəliyinə tutulduğundan may ayının 20-dən iyun ayının 15-nə kimi Bakı şəhərində Yeni Klinikada müalicə olunmuşdur. Bundan sonra isə 10 gün müddətinə evdə müalicə olunmuşdur. Xəstəxanada iyun ayının 25-də işə çıxmışdır. Həmin dövr ərzində işdə olmadığından baş verənlər barədə məlumatı yoxdur. Ümumiyyətlə baş həkim təyin olunduğu dövrdən tibbi göndəriş vərəqələri ilə əlaqədar möhür onda olmamışdır. Nədə ki, tibbi göndəriş vərəqələri onun tərəfindən imzalanmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizasının nəticəsinə dair xx xxxxxxx 2020-ci il tarixli, 5/600 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X18 adına olan xx.xx.2020-ci il tarixli, G-2/700 nömrəli; X5 adına olan 27.0.2020-ci il tarixli, G- 1/669 nömrəli; X13 adına olan xx.xx.2020-ci il tarixli, G-3/1000 nömrəli tibbi xidmətə göndəriş vərəqələrinin üzərlərində olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərin üzərinə birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş X14 adına olan xx.xx.2020-ci il tarixli, G-2/700 nömrəli; X5 adına olan 27.0.2020-ci il tarixli, G-1/669 nömrəli; X13 adına olan xx.xx.2020-ci il tarixli, G-3/1000 nömrəli tibbi xidmətə göndəriş vərəqələrinin üzərlərində olan “İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Yevlax rayon X22 Hüquqi Şəxsi Göndərişlər Üçün” məzmunlu möhür əksləri tədqiqata təqdim edilmiş eyni məzmunlu eksperimental əks nümanələri ilə eynilik təşkil edirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xəttşünaslıq ekspertizasının nəticəsinə dair xx xxxxxxx 2020-ci il tarixli, 4/683 nömrəli ekspert rəyindən görünür ki, ekspertiazaya təqdim olunmuş X5, X14, X13 adlarına olan xx.xx.2020-ci il tarixli tibbi xidmətə göndəriş vərəqələrinin əlyazma mətnləri Şahid2 tərəfindən icra olunmuşdur. Ekspertiazaya təqdim olunmuş X5, X14, X13 adlarına olan xx.xx.2020-ci il tarixli tibbi xidmətə göndəriş vərəqələrində “Pasiyent yaxud yaxınlarından razılıq alınıb” sözlərinin qarşısındakı imzalar (1-ci qrup imzalar) ilə X5, X14 adlarına olan xx.xx.2020-ci il tarixli tibbi xidmətə göndəriş vərəqələrində “adı, soyadı, atasının adı, imza” sözlərinin yuxarısındakı imzaların (2-ci qrup imzalar) öz aralarında eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş X6, X2, X1, X25 adlarına olan tibbi xidmətə göndəriş vərəqələrinin fotosurətlərində əks olunmuş əlyazmaların və imzaların tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinə əsasən həmin əlyazmaların və imzaların Şahid2 tərəfindən, Şahid1 tərəfindən, Şahid4 tərəfindən, Təqsirləndirilən şəxs Mayıs oğlu tərəfindən, Şahid3 tərəfindən və ya başqa şəxs(şəxslər) tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon X22 hüquqi şəxsdən rayon prokurorluğuna daxil olmuş xx xxxx 2020-ci il tarixli, 02-02-469/20 saylı məktubdan görünür ki, X19, X27, X29, X20, X12, X15 və X21 hər hansı biri xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Yevlax rayon X22 hüquqi şəxsinə müraciət etməmiş və tibbi göndəriş vərəqələrinin qeydiyyatının aparıldığı sistemə daxil edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon X22 hüquqi şəxsdən rayon prokurorluğuna daxil olmuş xx xxxx 2020-ci il tarixli, 02-02-475/20 saylı məktubda göstərilir ki, xəstəxanada göndəriş vərəqələrinin verilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1) vətəndaşa müvafiq həkim müayinəsindən sonra aşkar edilmiş diaqnozundan asılı olaraq (göstəriləcək tibbi xidmət Yevlax rayon X22 hüquqi şəxsində mümkün olmadıqda) özəl və ya dövlət tibb müəssisəsində göndərilməsi üçün müayinə həkimi tərəfindən xəstə barəsində göndəriş vərəqəsi doldurulur. Həmin göndəriş vərəqəsinə Poliklinika şöbəsinin müdiri tərəfindən baxış keçirildikdən sonra imzalanması üçün direktorun müavini-baş həkimə təqdim edilir. Göndəriş vərəqəsində xəstənin adı, soyadı, ata adı, aparılmış müayinələr və hansı xidmət üçün göndərildiyi düzgün qeyd edildiyi yoxlanıldıqdan sonra Direktorun müavini- baş həkim tərəfindən imza və möhür ilə təsdiqlənir. Növbəti mərhələ olaraq göndəriş Ümumi şöbədə qeydiyyatda alınaraq (göndərilmə tarixi, nömrəsi və göndəriləcəyi tibb müəssisəsinin adı qeyd edilməklə) vətəndaşa təqdim edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Polis Şöbəsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2020-ci il tarixli 195-19133-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri ilə ələ keçirilmiş Yevlax rayon mərkəzi xəstəxanasının əməkdaşları tərəfindən X33, X15, X12 və X9 verilmiş saxta tibbi göndəriş vərəqələrinin fotoaparatla çəkilmiş surətlərini əldə etmək mümkün olmuşdur. Əsillərini isə müəyyən etmək mümkün olmamışdır. Əldə edilmiş surətlər cinayət işinə əlavə edilməsi məqsədilə sizə göndərilir. Həmin tibbi göndəriş vərəqələrinin verilməsi müqabilində xəstəxana əməkdaşları tərəfindən hər hansı maddi vəsaitlərin qəbul edilməsini, həmin tibbi göndəriş vərəqələrindən karantin postlarında istifadə edilib-edilməməsini, eləcə də əməliyyat tapşırığında göstərilmiş şəxslərdən başqa digər hər hansı şəxs və ya şəxslərə saxta tibbi göndəriş vərəqələrinin verilməsini əməliyyat tədbirləri ilə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxsla aralarında olan whatsapp tətbiqi vasitəsilə yazışmalara baxış keçirilərkən müəyyən edilmişdir ki, “Elçin müəllim” adı ilə qeyd edilmiş kontaktdan mesajların gəlməsi və vətəndaşa məxsus şəxsiyyət vəsiqəsinin şəklinin göndərilməsi eləcə də göndərişlərlə bağlı məsələnində hamısının Təqsirləndirilən şəxs xəbəri olmuş şəkildə baş verməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon X22 hüquqi şəxin ümumi şöbəsinin müdirinin vəzifə təlimatında qeyd olunur ki, ümumi şöbənin müdiri vəzifə öhdəlikləri kimi ümumi şöbənin fuksiya və vəzifələrinə uyğun olaraq fəaliyyətinə rəhbərliyi həyata keçirir, şöbədə sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarəti həyata keçirir, xidməti sənədlərin mühafizəsini təmin edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon X22 hüquqi şəxsindən daxil olmuş xx.xx.2017-ci il tarixli 37 nömrəli əmrdən çıxarışdan görünür ki, Yevlax RMX-nin satınalma şöbəsində mütəxəssis vəzifəsində çalışan Təqsirləndirilən şəxs Mayıs oğlu xx.xx.2018-ci il tarixindən “Ümumi şöbənin müdiri” vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Mayıs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Mayıs oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mayıs oğlunun himayəsində 2018-ci il təvəllüdlü Elif və 2020-ci il təvəllüdlü Zərif adlı iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Mayıs oğlu xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə habelə təmsil etdiyi qurumun nüfuzuna mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui istifadə edib sair şəxsi niyyətlə rəsmi sənədlərə qəsdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Mayıs oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Mayıs oğlunun törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətlərə görə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Mayıs oğluna cəza təyini zamanı əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs Mayıs oğlunun əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs Mayıs oğluna cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə 173 (bir yüz yetmiş üç) manat 52 (əlli iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs Mayıs oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur və mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Mayıs oğlu Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə qazancından 20 % dövlət nəfinə pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına, CM-nin 313-cü maddəsi ilə təqsirli bilinib qazancından 20 % dövlət nəfinə pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mayıs oğluna təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən qismən toplanılmaqla, üzərində qəti olaraq 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə qazancından 20 % dövlət nəfinə pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mayıs oğlu islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs Mayıs oğlunun cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs Mayıs oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə 173 (bir yüz yetmiş üç) manat 52 (əlli iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs mayıs oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs Mayıs oğlunun yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut yoxdur və mülki iddia veriməmişdir. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-32/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-32/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver