Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-32/2022 08.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1979-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 18 noyabr 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 6-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 279-cu kilometrində idarə etdiyi Mersedes-benz GL 350 markalı, JJ-388-PP gürcü dövlət qeydiyyat nişanlı avtomobillə 90 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsininsürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərini pozaraq yolun hərəkət hissəsinə daxil olub soldan sağa hərəkət edən X5 idarə etdiyi üzərində dövlət qeydiyyat nişanları olmayan Muravey markalı motosikletlə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan X7 ənsə nahiyəsinin əzilmiş yarası, baş beynin yumşaq toxumalarına qansızma il müşayiət olunan kəllə əsası sümüklərinin xətti sınıqları, sağ bazu, sağ baldır, alt çənə sümüklərinin açıq sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ölümünə, Zərərçəkmiş şəxs sol kürək üstü nahiyənin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsinə, habelə Muravey markalı motosikletin zədələnməsi ilə Ç.Əlizadəyə 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Mersedes-benz GL 350 markalı, JJ-388-PP dövlət qeydiyyat nişanlı avtomobili qohumu Səadətin adına olsa da, etibarnamə ilə həmin avtomobil faktiki olaraq ona məxsusdur. 19 avqust 2021-ci il tarixdə gecə saatlarında idarə etdiyi Mersedes-benz markalı avtomobillə Bərdə rayonundan çıxıb Bakı şəhərinə gedirdi. Hadisədən əvvəl avtomobil texniki cəhətdən saz və yüksüz vəziyyətdə, özü isə sağlam və ayıq olmuşdur. Saat təxminən 00:30 radələridə Bakı-Qazax-Gürcüstan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsi ilə Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Bu zaman yolun sol tərəfində olan beton arakəsmələrdən qəflətən motosiklet işıqsız vəziyyətdə onun yoluna daxil olmuşdur. Bu zaman o heç bir tədbir görə bilməmiş və avtomobilinin qabaq sol hissəsi həmin motosikletin qabaq tərəfinə dəymişdir. O, dərhal qarşıda avtomobili saxlayıb hadisə yerinə yaxınlaşmış və görmüşdür ki, motosikleti sürən cavan oğlan hadisə yerində ölmüşdür. O, dərhal təcili yardım və polisə məlumat vermiş, az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Əməlindən səmimi olaraq peşmandır. Zərərçəkmis şəxsin hüquqi varisi N.Əliyevin və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi N.Əliyev və Zərərçəkmiş şəxsla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, rəhmətlik Çingiz Əlizadə onun oğludur. Rəhmətə getməzdən birlikdə Ağdaş rayonu, Eymur kəndində yaşayırmışlar. Çingizin heç kimlə düşmənçiliyi və ədavəti olmayıb. Təxminən 1-2 il olar ki, Çingiz Muravey markalı motosikleti almış və şəxsi işləri üçün idarə edirdi, lakin həmin motosikleti sənədləşdirməmiş və motosikletin dövlət qeydiyyat nişanları yox idi. 19 avqust 2021-ci il tarixdə gecə saatlarında məlumat gəlmişdi ki, Çingiz idarə etdiyi motosikletlə kəndə gələrkən Bakı-Qazax-Gürcüstan yolunda avtomobil tərəfindən vurulmuşdur. O dərhal həmin gecə qohumları ilə birlikdə Yevlax xəstəxanasına getmişdi. Məlum olmuşdu ki, Çingiz həmkəndliləri Elşad və Knyazla birlikdə idarə etdiyi motosikletlə kəndə gələrkən Mersedes-benz markalı avtomobillə motosikletlə toqquşmuşdur. Çingiz aldığı xəsarətlərdən hadisə yerində ölmüş, Elşad və Knyaz isə xəsarət alaraq xəstəxanaya müraciət etmişlər. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini anlayır, sürücü Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini, onunla barışmasını və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 19 avqust 2021-ci il tarixdə axşam saatlarında həmkəndliləri Çingiz və Knyazla birlikdə kənddən çıxıb Bakı-Qazax-Gürcüstan sərhədi yolunun kənarında fəaliyyət göstərən kafedə çörək yemişlər. Bundan sonra kafedən birlikdə çıxıb Çingizin motosikli ilə birlikdə pivə içmək üçün başqa kafeyə getmişlər. Lakin ora bağlı olduğu üçün kəndə geri qayıtmağı qərara almışlar. Yolda Çingiz yanacaq-doldurma məntəqəsinə girmiş, yanacaq və yağ götürdükdən sonra yollarına davam etmişlər. Həmin vaxt motosikleti Çingiz idarə etmiş, o və Knyaz motosikletinin kabinkasında oturmuşdular. Saat təxminən 00:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolu ilə hərəkət edib beton arakəsmənin qarşısında dayanmışlar. Sağ tərəfə baxanda uzaqdan avtomobil işıqlarının yaxınlaşdığını görmüşlər. Çingiz motosikleti hərəkətə gətirib yolun digər tərəfinə keçməyə cəhd etmiş, lakin bu zaman Gürcüstan sərhədi istiqamətindən gələn ağ rəngli cip avtomobili onlara çatıb motosikletin qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində Çingiz aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. O və Knyaz isə xəsarət alıb Yevlax RMX-ya müraciət etmişlər. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini, onunla barışmasını və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid zərərçəkmiş şəxs X6 ifadəsinə oxşar, eyni məznulu ifadə verdi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 08.09.2021-ci il tarixli 23 №-İi rəyindən görünür ki, X5 meyitində aşağıdakı xəsarətlər-ənsə nahiyəsinin əzilmiş yarası, baş beynin yumşaq toxumalarına qansızma il müşayiət olunan kəllə əsası sümüklərinin xətti sınıqları, sağ bazu, sağ baldır, alt çənə sümüklərinin açıq sınıqları küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni, 19.08.2021-ci il tarixdə avtomobillə vurulma nəticəsində əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə baş beynin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 8-10 saat əvvəl baş verdiyini göstərir. X5 meyitindən götürülmüş qanın tədqiqatı zamanı etil spirti, narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 21 oktyabr 2021-ci il tarixli 674 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol kürəküstü nahiyənin sıyrığı olmuşdur. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti, 19.08.2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2021-ci il tarixli 8/2960 saylı yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Mersedes-Benz GL 350 markalı JJ-388-PP gürcü dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən BDYPİ Qİİ-dən alınmış 24.08.2021-ci il tarixli 016-98697-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1979cu il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs 24.02.2014-cü il tarixdə (24.02.2024-cü il tarixədək müddətə etibarlı olan) AC 505451 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Təqsirləndirilən şəxs məxsus olan AC 505451 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Ramin Nəsirovun B dərəcəli sürücülük vəsiqəsi var və 24.02.2024-cü il tarixədək etibarlıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən 19 avqust 2021-ci il tarixli, 360 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı sərxoşluğu olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən “Yevlax "xxxx" ASC tərəfindən verilmiş 06.09.2021-ci il tarixli ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş motosikletin markası Muravey markalıdır. Motosikletə baxış zamanı onun istismara yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. Həmin model motosikletin ümumi bazar qiyməti 850 (səkkiz yüz əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 noyabr 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutları araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti əməilini törətməsi, təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi N.Əliyevlə və Zərərçəkmiş şəxsla barışıq ədə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 16 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Mersedes-Benz GL 350 markalı, JJ-388-PP gürcü dövlət qeydiyyat nişanlı avtomobil və dövlət qeydiyyat nişanları olmayan Muravey markalı motosikletin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 16 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mersedes-Benz GL 350 markalı, JJ-388-PP gürcü dövlət qeydiyyat nişanlı avtomobil və dövlət qeydiyyat nişanları olmayan Muravey markalı motosikletin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-32/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-32/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver